Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə185/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   181   182   183   184   185   186   187   188   ...   197

www.vivo-book.com 

 

926 



Neyləməli,  xasiyyətimdə  belə  iyrənc  Ģeylər  də  var  və  mən 

buna görə çox peĢmanam, bağıĢlayın. 

Matildanın gözlərindən yaĢ sel kimi axdı. 

Jülyensə sözünə davam elədi: 

–  Xırda  bir  Ģey  mənə  toxunan  kimi,  özümdən  asılı 

olmadan zaman anlayıĢını itirirəm. Lənətə gəlmiĢ yaddaĢım 

məni Allah bilir, haralara aparır və mən buna təslim oluram. 

– Deməli, mən özüm də bilmədən sizə toxunacaq nəsə 

eləmiĢəm?  –  Matilda  adamı  kövrəldə  biləcək  sadədilliklə 

soruĢdu. 

–  Yadıma  bir  Ģey  düĢdü:  bir  dəfə  siz  cənab  de  Lyuzla 

burada gəziĢirdiniz. Siz bir gül qopardınız, cənab de Lyuz o 

gülü  sizdən  aldı.  Mənsə  sizin  iki  addımlığınızda 

dayanmıĢdım.  

– Cənab de Lyuz? Ola bilməz, – Matilda özünəməxsus 

təkəbbürlə dedi. – Mən adətən belə eləmirəm axı. 

– Mənə inana bilərsiniz, – Jülyen inad elədi. 

–  Onda,  deməli,  düzdür,  əzizim,  –  Matilda  gözlərini 

kədərlə yerə dikərək dedi. 



www.vivo-book.com 

 

927 



Qız yaxĢı bilirdi ki, son aylarda cənab de Lyuza gül-zad 

verməyib. 

Jülyen  izahagəlməz  nəvaziĢlə  Matildaya  baxaraq, 

düĢündü: “Yox, yox, o indi məni elə əvvəlki qədər sevir”. 

Həmin  axĢam  Matilda  onun  xanım  de  Fervaka 

vurulmağını zarafata saldı: 

–  Qınından  çıxıb,  qınını  bəyənməyən  bir  qadına 

vurulmuĢ sadə gənc! Ġlahi, onun ürəyi elə növ ürəklərdəndi 

ki, onu sevgiylə döyünməyə heç mənim Jülyenim də məcbur 

edə bilməz! Amma öz aramızdı, o sizi əsl dendiyə çevirib. – 

Bunu deyərək, qız Jülyenin saçlarını qarıĢdırdı. 

Matildanın  ona  üstdən  aĢağı  baxdığına  əmin  olduğu 

müddət  ərzində  Jülyen  özünə  fikir  verməyə  alıĢmıĢ  və  indi 

Parisin  ən  adlı-sanlı dəb  azarkeĢləri  kimi  geyinirdi. Onu bu 

dendilərdən  yaxĢı  mənada  fərqləndirən  daha  bir  xüsusiyyət 

də  vardı  ki,  Jülyen  geyinəndən  sonra  əynindəki  kostyum 

barədə düĢünmürdü. 

Bir  məsələ  də  vardı  ki,  Matilda  buna  kədərlənməyə 

bilmirdi:  Jülyen  hələ  də  gənc  rusun  məktublarının  üzünü 

köçürərək, xanım de Fervaka aparırdı.  




www.vivo-book.com 

 

928 



 

 

XXXII 



 

  PƏLƏNG  

 

Heyhat! Niyə baĢqa cür yox, məhz belə?!  



 

BomarĢe 


 

Bir  ingilis  səyyahı  pələnglə  dostluq  elədiyini  nağıl 

eləyirdi.  O,  pələngi  körpəliyindən  saxlayaraq,  böyütmüĢ, 

əzizləmiĢdi,  amma  içi  dolu  tapançasını  da  həmiĢə  ehtiyatla 

masasının üstündə saxlayırdı.  

Jülyen  də  öz  nəhayətsiz  xoĢbəxtliyinə  ancaq  o  vaxt 

təslim  olurdu  ki,  Matilda  onun  gözlərinə  baxanda  nə  qədər 

xoĢbəxt  olduğunu  görə  bilməsin.  Jülyen  Matildayla  tərtib 

etdiyi  dəqiq  plana  uyğun  –  arada  soyuqluq  və  quruluğu 

gözləyərək,  davranırdı.  Matildanın  fağırlığı  onu  heyrətə 




www.vivo-book.com 

 

929 



gətirəcək  həddə  çatanda,  o  artıq  özünü  unutmağın  bir 

addımlığında  olduğunun  fərqinə  varanda,  oğlan  bütün 

təmkinini köməyə çağırır və tez qızdan aralanırdı. 

Ġlk dəfəydi ki, Matilda sevirdi. 

Onun  gözündə  tısbağa  kimi  sürünən  həyat  indi  elə  bil 

qanad taxıb, uça-uça ötürdü. 

Qız öz qüruru üçün də bir bəhanə tapmalıydı və indi bu 

qüruru  sakitləĢdirən  tək  Ģey,  sevginin  onu  məruz  qoyduğu 

təhlükələrə  ağlını  itirmiĢ  adamın  bəslədiyi  etinasız 

münasibət  idi.  Ġndi  Jülyenin  tək  təminatı  təmkinlə  hərəkət 

etmək  idi,  Matildanın  ona  tabe  olmadığı  tək  mövzu  isə 

təhlükə məsələsiydi.  

Jülyenə  münasibətdə  fağır  və  üzüyola  olmuĢ  Matilda 

indi  evdəkilərə  –  ailə  üzvləri  və  qulluqçulara  münasibətdə 

qat-qat təkəbbürlü olmuĢdu. 

AxĢamlar  altmıĢa  yaxın  qonağın  yığıĢdığı  qonaq 

otağında  qız  Jülyeni  yanına  çağırır  və  heç  kimi  saya 

salmadan oğlanla uzun-uzadı danıĢırdı. 

Burnunu  hər  yerə  soxan  Tambo  bir  dəfə  onların 

yanında özünə yer eləyərək, qulaqlarını Ģəkləyəndə Matilda 




www.vivo-book.com 

 

930 



ondan  xahiĢ  elədi  ki,  kitabxanadan  Smolettin  min  altı  yüz 

səksən səkkizinci il inqilabından bəhs etdiyi cildini gətirsin. 

Tambonun gözlərini döydüyünü görən qız əlavə elədi: 

“Tələsməyə  bilərsiniz”.  O,  Jülyeni  heyrətləndirmək 

üçün bunu yüksək təkəbbürlə dedi.  

 Jülyen qıza dedi: 

– Bu idbarın sizə necə baxdığının fərqinə vardınız? 

– Onun əmisi düz on iki ildir ki, bu qonaq otağında arxa 

ayaqları  üstə  çömbəlib  oturur,  əgər  belə  eləməsə,  mən  onu 

bircə dəqiqəyə bu evdən qovaram.  

Qız cənab de Kruazenua, de Lyuza və baĢqalarına qarĢı 

zahirdə  bütün  nəzakət  qaydalarını  gözləsə  də,  onlara  qarĢı 

özünü  daha  çox  təkəbbürlü  aparırdı.  Bir  vaxtlar  bu 

cənablarla  bağlı  Jülyenə  əzab  verən  etiraflara  görə  Matilda 

indi  dəhĢətli  dərəcədə  peĢman  olsa  da,  o  vaxt  bu  adamlara 

göstərdiyi  diqqət  barədə  danıĢdıqlarının  əksəriyyətinin 

ĢiĢirdilmiĢ  söhbətlər  olduğunu  da  etiraf  eləməyə  cəsarəti 

çatmırdı. 

Niyyətlərinin  nə  qədər  yaxĢı  olmağından  asılı 

olmayaraq, onun qadın qüruru oğlanla açıq danıĢmağa mane 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə