Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə183/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   179   180   181   182   183   184   185   186   ...   197

www.vivo-book.com 

 

916 



– Siz de La-Molların xanımlarını görmüsünüzmü? – o, 

Jülyendən soruĢdu. – Onlar üçüncü yarusda əyləĢiblər. 

Jülyen  o  dəqiqə  zala  baxdı və  lojanın kənarına  kifayət 

qədər ədəbsizcəsinə dirsəklənəndən sonra Matildanı gördü – 

qızın da gözlərində yaĢ parlayırdı.  

– Axı bu axĢam onların Opera axĢamları deyil – Jülyen 

düĢündü. – Ġnadkarlığa bax!  

Tez-tez  evlərinə  gəlib-gedən  xanımlardan  birinin  təklif 

elədiyi  yerin  üçüncü  yarusda  olmasına,  bu  yerin  öz  ad-

sanlarına  yaraĢmadığına  baxmayaraq,  Matilda  anasını  bu 

axĢam  Operaya  gətirməyə  nail  olmuĢdu.  O,  Jülyenin  bu 

axĢam  xanım  de  Fervakın  yanında  olub-olmayacağını 

bilmək istəyirdi.  

 

 



 

XXXI 


 

 ONU QORXU ĠÇĠNDƏ SAXLAMAQ  




www.vivo-book.com 

 

917 



 

Bu da sizin sivilizasiyanın əsl möcüzəsi! Siz sevgini adi 

bazarlığa çevirməyə nail olmusunuz!  

 

Barnav 



 

Jülyen xanım de La-Mollun lojasına tərəf atıldı. Oğlan 

orada  ağlayan  Matildayla  qarĢılaĢdı.  Qız  ağlayır  və  heç 

ağladığını  da  gizlətməyə  çalıĢmırdı.  Lojada  bəzi  az 

əhəmiyyətli  adamlar  vardı:  anasının  rəfiqəsi,  onlara  yeri 

təklif  edən  xanım  və  bu  xanımın  bir  neçə  dost-tanıĢı. 

Matilda  əllərini  Jülyenin  əllərinin  üstünə  qoydu.  Qız  özünü 

elə aparırdı ki, elə bil anasının burada olduğunu unutmuĢdu. 

Az qala göz yaĢlarından boğula-boğula bircə kəlmə dedi: 

– Mənə inanın! 

“Bircə  onunla  danıĢmayım”  –  Jülyen  öz-özünə 

təkrarlayırdı. O elə həyəcanlanmıĢdı ki, düz üçüncü yarusun 

üstündə  parlayan  çilçırağın  iĢığının  gözünə  düĢdüyünü 

bəhanə edərək, gözlərini gizlətməyə çalıĢırdı. 




www.vivo-book.com 

 

918 



“Mən 

danıĢsam, 

Matilda 

səsimdən 

necə 

həyəcanlandığımı  baĢa  düĢəcək,  səsim  məni  ələ  verəcək. 



Onda hər Ģey məhv olub, gedəcək”. 

Jülyenin  bu  dəqiqə  özüylə  apardığı  mübarizə 

səhərkindən qat-qat çətin idi. Aradan keçən müddət ərzində 

Jülyen kövrəlmiĢdi. O qorxurdu ki, Matilda yenə öz qüruru 

qarĢısında  aciz  qala  bilər.  Sevgi  və  ehtirasdan  ağlını  itirsə 

də, Jülyen özünü ələ alıb, qıza bircə kəlmə də demədi. 

Mənə  elə  gəlir  ki,  bu  onun  xasiyyətinin  ən  qeyri-adi 

cəhətlərindən  biriydi:  özünü  bu  qədər  məcbur  etməyə  qadir 

insan, çox Ģeyə qadirdir, si fata sinant

65



Madmazel  de  La-Moll  inadla  Jülyenin  onlarla  birlikdə 

evə getməyini tələb elədi. XoĢbəxtlikdən bərk yağıĢ yağırdı. 

Markiza Jülyeni özüylə üzbəüz otuzdurub, yol uzunu onunla 

söhbət  elədi və  Matildayla  kəlmə  kəsməyə  imkan  vermədi. 

Kənardan baxanda, hətta markizanın Jülyenin xoĢbəxtliyinin 

qayğısına  qaldığını  da  düĢünmək  olardı.  Jülyen  daha  öz 

                                                 

65

Tale imkan versə (lat.) 




www.vivo-book.com 

 

919 



hisslərini  qəfil  ələ  verib,  hər  Ģeyi  məhv  edəcəyindən 

ehtiyatlanmayaraq, özünü hisslərinə təslim etmiĢdi. 

Sizə  Jülyenin  otağına  girər-girməz  diz  üstə  çöküb, 

knyaz  Korazovun  ona  verdiyi  məktubları  təkrar-təkrar 

öpdüyünü desəm, inanarsınızmı? 

“Ġlahi, sən necə də nəhəng insansan! Mən hər Ģeyə, hər 

Ģeyə  görə  sənə  borcluyam!”  –  Jülyen  sevindiyindən  az 

qalırdı qıĢqırsın. 

Jülyen  tədricən  əvvəlki  təmkinini  geri  qaytardı.  Ġndi  o 

özünü  böyük  savaĢı  yarıbayarı  udmuĢ  sərkərdə  kimi  hiss 

eləyirdi.  

–  Bunun  böyük  qələbə  olduğu  gün  kimi  aydındır,  – 

oğlan  düĢünürdü.  –  Amma  kim  bilir  ki,  sabah  nə  olacaq? 

Hər Ģeyi bircə dəqiqəyə itirmək olar.  

Oğlan  qızdırmalı  adamlar  kimi  titrəyə-titrəyə 

Napoleonun Müqəddəs Yelena adasında yazdığı “Xatirələr”i 

açdı.  Düz  iki  saat  Jülyen  özünü  oxumağa  məcbur  elədi. 

Amma  oxuyan  təkcə  onun  gözləriydi,  qeyri-adi  dərəcədə 

həyəcanlanmıĢ ürək və beyin baĢqa Ģeylə məĢğul idi.  



www.vivo-book.com 

 

920 



“Axı  bu  qızın  qəlbi  xanım  de  Renalın  ürəyi  deyil”.  – 

Oğlan  dayanmadan  öz-özünə  bu  fikri  təkrarlayır,  amma 

bundan baĢqa heç nə düĢünə bilmirdi. 

“Onu  qorxu  içində  saxlamaq  lazımdır!  –  Jülyen 

qəfildən  kitabı  kənara  ataraq,  qıĢqırdı.  –  DüĢmən  ancaq 

adamdan qorxanda tabe olur. DüĢmən qorxanda düĢməninə 

üstdən aĢağı baxmağa cəsarət eləmir”. 

Oğlan  xoĢbəxtlikdən  az  qala  ağlını  itirərək,  öz  balaca 

otağında  var-gəl  eləyirdi.  Sözün  düzü,  bu  xoĢbəxtliyin 

səbəbi sevgidən daha çox, keçirtdiyi qürur hissiydi. 

“Onu  qorxu  içində  saxlamaq!”  –  Oğlan  qürurla  öz-

özünə təkrarlayırdı. Onun qürrələnmək üçün əsası vardı. 

“Hətta  ən  xoĢbəxt  dəqiqələrdə  belə,  xanım  de  Renal 

mənim  sevgimin  onun  sevgisi  qədər  ehtiraslı  olmadığından 

qorxaraq, əzab çəkirdi. Bu isə… bu əsl Ģeytandı, bu Ģeytanı 

islah eləmək lazımdı!  

O  yaxĢı  bilirdi  ki,  səhər  saat  səkkizdə  Matilda 

kitabxanaya  gələcək.  Odur  ki,  sabah  səhər  ancaq  saat 

doqquzda  öz  iĢ  otağında  peyda  oldu.  Onun  ürəyi  sevgi  və 

həsrətdən  parçalansa  da,  soyuqqanlılıqla  hərəkət  etməli 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə