Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə38/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   34   35   36   37   38   39   40   41   ...   197

www.vivo-book.com 

 

187 



Jülyen bircə dəfə gözlərini qaldırıb ona baxdı. Onun bu 

təmkini  əvvəl-əvvəl  xanım  Renalın  xoĢuna  gəlirdi.  Amma 

oğlan  ona  bircə  dəfə  baxandan  sonra  bir  daha  gözlərini 

qaldırıb qadına baxmayanda xanım Renal qorxdu: 

–  Yəni,  o  daha  məni  sevmir?  Ġlahi!  Axı  mən  ondan 

böyüyəm, düz on yaĢ ondan böyüyəm! 

Onlar  yemək  otağından  çıxıb  bağa  gedəndə  xanım 

Renal  qəfildən  oğlanın  əlindən  yapıĢıb,  bərk-bərk  sıxdı. 

Sevginin  belə  qəfil  və  qeyri-adi  ifadəsindən  heyrətə  gələn 

Jülyen atəĢli-atəĢli qadına baxdı. Səhər yeməyi vaxtı xanım 

Renal  onun  gözünə  elə  gözəl  görünmüĢdü  ki!  Düzdü,  o, 

baĢını  aĢağı  salıb  oturmuĢdu,  amma  bütün  bu  vaxt  ərzində 

Jülyen onun necə gözəl olduğunu təsəvvür eləyirdi. 

Bu  baxıĢdan  sonra  xanım  Renalın  ürəyi  yerinə  gəldi: 

düzdü,  Ģübhələrinin  hamısı  keçib  getmədi,  amma  məhz  bu 

Ģübhələrin  sayəsində  o,  ərinə  qarĢı  hiss  elədiyi  vicdan 

əzabından bir az qurtula bilirdi. 

Səhər yeməyi vaxtı əri heç nə hiss eləmədi, amma eyni 

Ģeyi  xanım  Dervil  barədə  demək  olmazdı.  Xanım  Dervil 

rəfiqəsinin  uçurumun  kənarında  olduğunu  düĢündü.  Gün 




www.vivo-book.com 

 

188 



uzunu cəsur və qətiyyətli dostluq hissindən çıxıĢ eləyərək, o, 

rəfiqəsinə  müxtəlif  eyhamlar  vuraraq,  xanım  Renalı 

gözləyən  dəhĢətli  təhlükəni  ona  aydın  Ģəkildə  çatdırmağa 

cəhd elədi. 

Xanım  Renalsa  Jülyenlə  təklikdə  qalmaq  üçün  alıĢıb-

yanırdı. Oğlandan onu hələ də sevib-sevmədiyini soruĢmaq 

üçün  ürəyi  gedirdi.  Hədsiz  çəkingənliyinə  baxmayaraq,  o, 

xanım Dervilin burada artıq olduğunu bir neçə dəfə ona hiss 

elətdirdi. 

AxĢam  xanım  Dervil  Jülyenlə  xanım  Renalın  arasında 

oturdu.  Bütün  günü  Jülyenin  əlini  ovcunda  bərk-bərk 

sıxmaqdan,  dodaqlarına  toxundurmaqdan  ötrü  alıĢıb-yanan 

xanım  Renal  elə  məyus  oldu  ki,  bircə  kəlmə  də  danıĢa 

bilmədi. 

Bu  maneə  onun  çaĢqınlığını  daha  da  artırdı.  O, 

boğazında  qəhər  özünü  danlayırdı.  Dünən  onun  yataq 

otağına  gəlmək  çılğınlığına  görə  Jülyeni  özlüyündə  ittiham 

edir  və  eyni  zamanda  oğlanın  bu  gecə  gəlməyəcəyindən 

dəhĢətli  dərəcədə  qorxurdu.  O,  tez  qalxıb  getdi  və  otağına 

qapandı.  Amma  qərarsızlıq  onu  bir  yerdə  oturmağa 




www.vivo-book.com 

 

189 



qoymadı.  Xanım  Renal  Jülyenin  otağının  qapısına 

yaxınlaĢdı və qulağını qapıya söykəyib dinlədi. Həyəcan və 

ehtiras  ona  nə  qədər  əzab  versə  də,  özündə  cəsarət  tapıb, 

içəri girə bilmədi. 

Bu hərəkət onun üçün qürursuzluğun ən pis həddiydi – 

belə Ģeylər əyalətdə murdar hərəkət kimi qarĢılanırdı. 

Xidmətçilərin  hələ  hamısı  yatmamıĢdı.  Nəhayət, 

ehtiyatlı  olmağa  məcbur  qalan  xanım  Renal  çar-naçar  öz 

otağına qayıtmalı oldu. Gözləməklə keçirdiyi iki saat ona iki 

əsrlik iĢgəncə kimi göründü. 

Amma Jülyen özünün “borc” dediyi Ģeyə həddən artıq 

sadiq idi: o öz planından bir addım da geri çəkilməzdi. 

Saat  biri  vuran  kimi  o  sakitcə  öz  otağından  çıxdı, 

ağasının  bərk  yatdığına  əmin  olandan  sonra  xanım  Renalın 

otağına  gəldi.  Bu  dəfə  məĢuqəsinin  yanında  daha  çox 

xoĢbəxt  olmağı  bacardı,  çünki  fikri-zikri  oynayacağı  rolun 

yanında deyildi. Oğlanın gözləri, qulaqları açılmıĢdı. Xanım 

Renalın  öz  yaĢıyla  bağlı  dedikləri  oğlanın  özünə  inamını 

artırmıĢdı: 



www.vivo-book.com 

 

190 



– Ġlahi! Axı mən sizdən düz on yaĢ böyüyəm! Necə ola 

bilər  ki,  siz  məni  sevəsiniz?!  –  qadın  bunu  heç  bir 

məqsədsiz-filansız,  sadəcə  bu  fikir  ona  əzab  verdiyi  üçün 

təkrarlayırdı. 

Jülyen  onun  bu  məsələni  niyə  bu  qədər  ürəyinə 

saldığını  anlaya  bilmirdi,  amma  qadının  kədərinin  səmimi 

olduğunu  görəndə  özünün  gülünc  görünmək  qorxusunu 

demək olar ki, unutdu. Kasıblığına görə ona xidmətçi-məĢuq 

kimi  yanaĢacaqları  qorxusu  da  çəkilib  getmiĢdi.  Jülyenin 

çılğınlığı məĢuqəsinin könlünə sərin su səpdiyi üçün qadının 

ruhu  yavaĢ-yavaĢ  dinclik  tapır  və  xanım  Renal  sevgilisinə 

baxmaqdan doymurdu. Qəlbindəki təbədüllatlar ötən  axĢam 

baĢ verənləri həzz kimi deyil, qələbə kimi yaĢamağa məcbur 

edirdi  –  xoĢbəxtlikdən,  bu  hal  tez  keçib  getmiĢdi.  Əgər 

qadın oğlanın rolunun ağırlığını baĢa düĢsəydi, bu kəĢf onun 

bütün  xoĢbəxtliyini  zəhərləyərdi.  Qadın  özünü  inandırardı 

ki, bu aradakı böyük fərqinin acı nəticəsindən baĢqa bir Ģey 

deyil. 


Xanım  Renal  heç  vaxt  sevgi  məsələləri  barədə  çox 

düĢünməsə  də,  bu  barədə  söhbət  düĢəndə  əyalətdəki 




www.vivo-book.com 

 

191 



qeybətlərin  qeyri-bərabər  varidat  məsələsindən  sonra  ən 

sevimli mövzusu yaĢ fərqiydi. 

Aradan  bir  neçə  gün  keçdi  və  Jülyenin  ürəyindəki 

gənclik  atəĢi  onu  xanım  Renala  dəlicəsinə  vurulmağa 

məcbur elədi. 

“Yox,  etiraf  eləməliyəm  ki,  onun  mələk  kimi  gözəl 

ürəyi  var,  gözəllikdə  də  onu  heç  kimlə  müqayisə  eləmək 

olmaz”, – o düĢünürdü. 

Oğlan  oynadığı  rolun  gərəkliliyini  az  qala  tamam 

unutmuĢdu. 

Necə oldusa, bir dəfə etirafa açıq anlarında oğlan hətta 

qorxularını xanım Renala danıĢdı. Bu etiraf elə çılğın sevgi 

ifadəsiylə qarĢılandı ki! 

Xanım  Renal  heyrətlə  düĢündü:  “Deməli,  mənim 

xoĢbəxt  rəqibim  olmayıb!”  Qadın  hətta  cəsarətə  gəlib 

oğlandan üstündə əsdiyi portretin kimə məxsus olduğunu da 

soruĢdu. Jülyen and içdi ki, onun yandırdığı kiĢi portretiydi. 

Xanım  Renal  özünə  gəlib,  soyuq  baĢla  düĢünə  bildiyi 

anlarda  heyrətə  gəlirdi:  Necə  ola  bilərdi  ki,  dünyada  onun 

ağlına da gəlməyən bir xoĢbəxtlik olsun? 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə