Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

Örənə  (is.)  -   otlaq  yeri.  -   Quraxlıx  olduğuna  örənə  quruyuf 
tanıam.
Örən  (is.) -  çox otanlmaqdan  otu olmayan otlaq sahəsi.  M üasir 
türk  dillərinin  bir  çoxunda  örən  “torpaq”  mənasındadır,  Q ızılörən 
kənd  admda  örən  sözü  mühafizə  edilmişdir.  -   Qoun  tafdanmaxdan 
otdax örən oluf.
Örtnıə  (is.)  -   evin  qabağmda  tikilən  daldanacaq.  -Ö rtm əni 
tikellər  kin,  qar,  su  əvə  dolmasm,  bir  əz  də  soux  havanı  qırsm  (S.). 
M.Kaşqarlınm  “Divan”mda  bu  söz  ev,  dam  mənasında  “örtm ək” 
formasında qeyd olunmuşdur (IV.413).
Örtü  (is.)  -  yataq,  yatağm  örtüyü.  -  Ay  arvad,  örtünü  açginən 
uşaxlar yatsm.
Örkən//urğan  (is.)  -   kəndir.  -   Maşmdakı  otu  örkənnəməsən, 
tökülüf dağılacax.
Örüx/fhörük  (is.)  -   A ttan  örüx'lədim  Arpagölün  qırağındak’
çaıra.
Örüxçü/fhörüxçü (is.) -  daşustası,  bənna. -  Örüxçülər də  tufan 
çox baha tikillər indi.
Örgənməx (f.) -  öyrənmək. -  Get örgən, gör işıxlar nə yanmer?
(B.)
Övsəməx'  (f.)  --  üfürə-üfürə  və  ya  küləyə  verərək  yuxan 
tullaya-tullaya  sinidəki  düyü,  yarma  və  s.  təmizləmək.  -   Bulğuru 
övşüyəndə daha təmiz olor,  içində heş bir şey qalmır.
Öy  (is.)  -   ev.  -   Qonşunun  öyündə  ikı  yünnən  söra  toy  olajax 
(X.). Uyğur ədəbi dilində  də “Öy” ev rnənasında işlənir.
Öyə  (sif.)  ••  ögey  ata  və  ya  anabir  bacı-qardaş.  -   Öyə  bacı- 
qardaşdar yekələnəndə mehriban olullar:
Orxon-Yenisey  abidələrində  ana  mənasmda  ög  sözü  işlənir. 
Ögsüz kənd adıııda da ög leksemi qorunub saxlanılniişdır.
Öynə  (z.)  -   vaxt,  dəfə. 
-   İnəx'iəri  2  öynə  sağıllar,  çeştə 
gəiəndə isə 3  öynə.
öyün  (z.)  -   o  gün.  -   Qonşunun  qızrnı  övün  daşkcrpüliilər 
qaçınflar
Öysüz  (sif.)  -  yetim,  kimsəsiz.  -   Öysüz  uşax  hər yerdə  utanır, 
həm  də  hər  şeydən  çəkinir.  “Kitabi-Dədə  Qorqud”da  ögsüz 
formasında işləıımişdir (12,34).
Öysürüx'  (is.)  -  öksürək.  -   Bu  uşağrn  üstündə  göy  öysürüx' 
qahf; payızdan qışa,  qışdan yaza keçəndə başdıyır (S.).
Ö zəhnm əx'  (f.)  -   təəssüflənmək.  -   Səhərrərim  yaman 
özələnirdi bavam,  bibimin yanına atam getmədiyinə görə
Özvaäına  (z.)  -   özgücünə,  öz  ümidinə.  -   Vallah,  uşağı 
özvadma qoysan,  axın  heş  olar.  Belə bir atalar sözü  də var:  - Qızı öz 
vaduıa qoysan, ya aşığa ərə gedər, ya da toyçuya.
- P -
Paça  (is.)  -   iki  ayağm  arası.  -   Uşağın  paçasma  çivan  çıxıf 
qurtarmır.
1.  Paxır  (is.)  -   nöqsan.  -  Həmməşə  belə  oluf,  söziin  düzü  acı 
olur, birirıin paxınnı  açanda inciyir.
2.  Paxır  (is.)  -   mis.  -   Qazanm  paxrn  çıxıf,  gərəx'  qəleylədəm
TGül),
Q alıf içində paxırm,
Hara çıxacax axmn.
(Aşıq Nəsib)
3.  Paxır (is.) -  pas. -  Ətmaşnası paxır tutuf.
Palambaş  (sif.)  -   tənbəl,  bacanqsız.  -   Bu  mantyor  da 
palambaşm  yekəsıdi,  iki  gündü  işıxlanmız  yanmır,  onun  heş  vecinə 
döl.
Palazqulax  (sif.)  -   iriqulaq.  -   Calalı  görmüşdüm,  palazqulax 
bir kişiydi.
Belə bir məsəl  də var:
Palazqulax, palambaş 
Heş görüfsən, yeriyə daş.
Paltarkəsdi  (is.)  -   toydan  əvvəl,  qız  evinə  pal-paltar  gətirilən 
gün keçirilən mərasim. -  Şammanın paltarkəsdisi  savax olajax (B.).
Göründüyü  kimi,  sadə  cümlə  tipində  olan  bu  predikativ 
birləşmə (paltar kəsdi)  leksikləşərək mürəkkəb sözə çevnlib.


Palavarf/pələvar  (is.)  -   küncdaşı.  -   Əvi  tikəndə  palavar 
daşdanm düz qoymax lazjmdır kin, tufar da düz olsun  (S.).
Pambalı/fbambılı  (sif.)  -   yüngül  xasiyyətli,  hər  şevə  inanaxı 
(adam). -  Soixoza bir zotexnik gətiriflər,  laf bambılının biridi, heş bir 
şey də bilmir.
Pambax (sif.)  -  əlsiz-ayaqsız,  bacanqsız.  -  Daşdəmirin  70  yaşı 
olsa da,  elə pambaxdı  gənə.  Tııfara bir mıx çalammır.
Pambıxlı  (is.)  -   sırıqlı  pencək,  şalvar.  -   Dərin  dəriyə  yayhya 
gedəndə gərəx' pambıxlı aparasan, yoxsa donarsan.
Panpal (is.) -  kərəntini nata bərkidən paz.  -  Panpal boş  olanda 
kərənti  halqasmnarı oynuyur, ağzı açılır (G.).
Papax  (is.)  -   lampa  şüşəsinin  geydirildiyi  hissə.  -   Ləmpənin 
papağı qınhf, üşşüyü saxlamır (T.).
Papax  etmək  (f.)  -   kar  etmək,  xeyir  görmək.  -   Qolxozun 
şofenəri  işdən  söra  papax  eliyillər.  Gedif  Qanmcadan  hörüx’  daşı 
gətirif satıllar əvtikəmıərə.
Papış  (is.) — ayaqqabı.  -  Nənəm  ayaqqabıya binəii  papış  deyir
(M.).
Papıştikən-  ayyaqabıtikən.  -  Gümrüdə,  bazann  yanrnda 
papıştikən vanydı.
Parpılamax  (f.)  -   ovsunl&maq,  müalicə  etmək.  -   Uşağa  göz 
dəymişdi,  dəsən,  apardım  təpəköylü  Gülavatın  arvadm  yanma,  o 
uşağı parpıladı,  söram uşax yaxşı oldu (T.).
Partdama (sif.) -  dəcəl. -  Loğmamn məx’təvə gedənnəri elə bil 
partamadı, adılı bir yerdə bənd olrnullar ha.
Parç (is.) -  dolça. -  Babam hər səhər 2 parç  çiy süd içərdi.  ona 
görə də 90 yaşmda dünyasım  dəyişdi  (Q.N.).
1.  Para  ('n.s.)  -   hissə.  -   Arpa  gölünün  qırağmda  5  para  kənd 
vanydı.
2.  Para  (is.)  -  pul.  -   Qolxoz paramızı  versəydi  qışdıx  alardıx 
əvə.
Partdanıış  (sif.)  -   ölmüş.  O  partdamış  N əcəf  gənə  nə  şuiux 
edifsə, nənəsi onu gəzir.
Partdamıya  düşməx'  (f.)  -   xəstəlikdən  ölmək  (qarğış).  -  
Partdımya tüşmüş o Tamamm yekə oğlu ’oizim gədiyi döüf.
Parsa  (is.)  -   köhnə-külüş.  -  Küllüx’lərdən  parsa  yığannara 
oxşuyurbu Torun.
Parto//partoy  (sif)  -   damşığında  söyüş  işlədən  adam.  -  
Ağızdan partoy adamm yanmda durmasan, yaxşıdı.
Pasdan  (sif.)  -   çoxoturan,  ağır,  tənbəl.  -   Bir pasdan  arvadıydı 
Qəmər, getirdin  onnara əvi-eşiyi zibilin içində itif, əmə o oturur.
Pasax  (ıs.)  -   çirk.  -   Uşaxlan  pasağın  içindədi  Güllünün,  əmə 
onun heş  vejınə döl.
Pasaxlı  (sif.)  -   çirkli,  soiiqəsiz,  kirli.  -  Pasaxlı  arvadm qızı  da 
pasaxlı oıar.
Pas  kəsm əx’ (1.) -  taxıl  xəstəliyi.  -  Yağamx  oldumu taxılı pas
kəsir.
Pat-pat  (is.)  -   tərkibində  narkotik  maddə  olan  heroinli  bitki.  -  
Pat-pat  hasarrann  divində  pitir,  əmə  uşax  bilmədən  çiynəsə  ağlını 
itirir.  Belə biı  bayatı da var:
Qaya başmda pat-pat 
Kasıfsan get öküzün sat.
Öküzünə qıymırsan,
Canın çıxsın yarsız yat.
Paıısqa  (is.)  -   ağ  parça.  -   Ş3rdən  10  metrə  patısğa  aldım 
yasdığlann kəfrəmi üçün.
Patava  (is.) -  çəkmə  geyərkən  ayağa dolanan  bez.  -  İmdi  təx'- 
tüx' adamlar patava sarıyıllar kışdanna.
Pazı  (is.)  -   çuğundur.  -   GüIIübulax,  Oxcuoğlu,  Mağaracıx  və 
Qaraçənteydə şəkər pazısı becərilirdi.
Pazıbaşı  (is.) -   çuğundur yarpağı.  -  Pazı  yığımında pazıbaşını 
becərənin özdəri  ap an f qurudar,  qışda mala verərdilər.
1.  Pazax  (sif.)  -   çox  anq.  -   Çox  anx  adama  pazax  dellər 
Ağbavada.
2.  Pazax  (sif.)  -   vağsız.  -   Qonşunun  inəyi  xəstəliyif,  o  da 
kəsif,  bızə  də  ziyannzx  kimi  ət  göndərmişdi,  əmə  pütün  pazağıydı 
(Qa.).
Pay-pülüş  (is.)  -   hədiyyəJəı.  -   Qızdanma  o  vaxıt  bir  əz  pay- 
pülüş almışdım İravannan.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə