TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə102/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   98   99   100   101   102   103   104   105   ...   186

221 

 

çölündə)  ərazisində  yaşayırdılar.  Şübhəsizdir  ki,  bu  vilayətin  adı  maqlardan  (orta 



əsrlərdə  müg)  deyil,  "mük"  etnonimindən  törəmişdir.  Mükän-Mügän  dolaşıqlığı,  bu 

adlar arasındakı fərqlərin aradan çıxması və, "Mukan"ın əvəzinə "Muğan"dan istifadə 

olunması daha sonrakı zamana aiddir və xalq etimologiyasının nəticəsidir. 

Yaqutun (İbn-əl-Qəlbiyə istinadən) Mukanın (mukanlıların etnonimi) və onun 

qardaşı Cilanın (yəni Gilanın, gilanlıların, ola bilər ki, əvvəlki kadusilərin; bu haqda  

b  a  x  :  P1in,  IV,  48)  Yafəsin  nəvələri  və  Təbəristanın  sakinləri  olduğuna  dair 

xatırlaması istisna olunmaqla mənbələrdə mukanlıların dil-etnik mənsubiyyəti barədə 

heç bir məlumat yoxdur. 

Müklərin  Əhəməni  dövlətinin  siyasi  həyatında  iştirakı  heç  olmazsa  bundan 

görünür  ki,  Herodotun  məlumat  verdiyi  kimi,  onlar  imperiyanm  başqa  təbəələri  ilə 

bərabər  Xşayarşanın  (Kserks)  e.ə.  V  əsrin  son  rübündə  Helladaya  yürüş  etmiş 

qoşunlarının sıralarında idilər. 

Müklərlə qonşuluqda yaşamış, XIV satraplığa daxil olmuş digər mühüm tayfa 

utilər  idi.  Hər  iki  halda  onlar  Herodot  tərəfindən  müklərlə  birgə  xatırlanır.  Bununla 

əlaqədar olaraq qeyd etməmək  olmaz ki,  Pliniyə  görə, utilərin  yaşadığı vilayət  Araz 

çayı üzrə Atropatena ilə və məhz onun Mukana bitişik olan hissəsində həmsərhəd idi. 

Herodotun "utilər" adı altında antik zamanlarda və erkən orta əsrlərdə Qafqaz 

Albaniyasının  Otenada  (erməni  müəllifləri  "Utik"  adlandırırlar)  yaşamış  məşhur 

otenlər-utilər-udi tayfasını görmək lazımdır. Hazırda yığcam halda Qəbələ və qismən 

Oğuz zonasında yaşayan udilər həmin tayfanın qalıqlarıdırlar. 

Utilər  də  müklər  kimi,  e.ə.  V  əsrin  son  rübündə  Kserksin  Yunanıstana 

yürüşündə iştirak etməklə tarix səhnəsinə çıxmışlar. 

Kaspilər  haqqında  erkən  məlumatlar  e.ə.  V  əsrə  aiddir.  Həm  qədim  Şərq 

mənbələrində,  həm  də  antik  mənbələrdə  onlar  haqqında  məlumatlar  mövcuddur. 

Kaspilər  çox  qədim  və  geniş  yayılmış  etnik  törəmələrdən  biri  idilər.  Şübhəsizdir  ki, 

Kaspi  dənizinin  adı  onların  adından  yaranmışdır.  Güman  olunur  ki,  Qafqaz 

ərazisindəki,  ona  yaxın  olan  torpaqlardakı  bir  neçə  keçidin,  Orta  Asiyada  mövcud 

olan bir neçə şəhərin adı da kaspilərin etnonimindən törəmişdir. 

Kaspilər  XI  satraplığa  daxil  olmuş  pavsiklərlə,  pantimatlarla  və  dareytlərlə 

birlikdə  müəyyən  müddətdən  sonra  da  əvvəllər  Kaspilər  ölkəsi,  antik  mənbələrdə 

Kaspiana,  erməni  mənbələrində  Kaspk'  kimi  tanınmış  Paytakaranda,  utilərlə 

qonşuluqda yaşayırdılar. 

Lakin  mənbələrdə  bu  "Qərb"  kaspilərindən  başqa  saklarla    birlikdə  XV 

satraplıqda  yaşamış  "Şərq"  kaspiləri  haqqında  da  məlumatlar  vardır.  Antik 

müəlliflərin xatırladıqları "Qərb" kaspilərindən danışarkən unutmaq lazım deyildir ki, 

istər kaspilərin özləri, istərsə də bəzi alimlərin güman etdikləri kimi Kaspi bölgəsinin 

bu və ya digər tayfalarını da özündə ehtiva etmiş, erkən zamanların özəl adları ilə bizə 

məlum  olmayan  "kaspilər"  (xüsusilə  Qafqa  Albaniyasının  əsas  əhalisi  olan  albanlar) 




222 

 

əsasən  Azərbaycanın,  qismən  şimal,  qismən  isə  cənub  vilayətlərinin  sakinləri 



olmuşlar. 

Mövcud mənbələrə görə, kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı, 

sənətləri, ticarəti, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır. 

Arami  sənədlərindən  bizə  məlumdur  ki,  Misirdə  kaspilərin  kifayət  dərəcədə 

böyük məskənləri var idi. 

Kaspilərdə "ən zəngin və nəcabətli şəxslər (hakimiyyətə malik olanlar - məsul 



red.)", kahinlər vardı. Bizə kaspilərin adət və mərasimləri, silahları və geyimi barədə 

bəzi faktlar məlumdur. Döyüşçü kaspilər "yapıncı geyirdilər və qamışdan hazırlanmış 

yerli  ox  və  kamanlarla  silahlanırdılar".  Kaspilərin  dəfn  adətləri  Mada  tayfası  olan 

maqların  adətlərinə  yaxın  idi.  Saf  təbiətin  -  odun,  suyun  və  torpağın  meyitlərlə 

murdarlanmasına yol verilməməsi haqqında təsəvvür bu adətlərin əsasında dururdu. 

Kaspilər  siyasi  meydana  artıq  e.ə.  V  əsrdə  çıxmışdılar.  Herodot  Kserksin 

Helladaya yürüşündə onların iştirak etdiyi haqqında məlumat verir. Habelə məlumdur 

ki, onlar Makedoniyalı Aleksandrın qoşunlarına qarşı döyüşmüşlər. 

Atropatena  çarlığının  qüdrətli  dövründə  Kaspiana  Atropatenanın  hakimiyyəti 

altında və yaxud hər halda ondan müəyyən asılılıqda olmuşdur. E.ə. II əsrdə kaspilər 

erməni  çarlarının  ekspansiyası  ilə  üzləşdilər.  Kaspiana  bir  müddət  Atropatenadan 

qoparıldı. Strabonun məlumatına görə, sonralar "Alban torpağının tərkibinə Kaspiana 

da daxil idi". 

Etnik və siyasi dəyişiklərə baxmayaraq, Urmiyaətrafı bölgədə yerli elementlər 

hələ  antik  dövrdə  qalmaqda  idilər.  Uzun  zaman  ərzində  antik  müəlliflər  tərəfindən 

xatırlanan  ma(n)tianalılar  adı  da  bunu  təsdiq  edir.  Onların  Urmiya  gölü  zonasında 

yerləşmiş  ölkəsi  Ma(n)tiana  adlanırdı.  Unniya  gölünün  özü  qədim  zamanlarda 

Matiana    və  yaxud  Mantiana  gölü  adlanırdı  [Bax:  S  t  r  a  b  o  n,  XI,  XIV,  8].  Gölün 

digər adı Kapavta idi və bu da Strabon tərəfindən təsdiqlənir [XI, XIII, 2]. 

Ma(n)tianalılar  Araz  və  Halis  çaylarının  yuxarı  axarlarından  başlanmış 

Dəclənin  və  Diyalanın  yuxarı  axarlarınadək  olan  çox  geniş  ərazidə  yaşayırdılar. 

Məlumdur ki,  ma(n)tianalılar  kolxların qonşuları olmuş, ermənilər,  madalılar, habelə 

kadusilərlə yanaşı yaşamışlar. 

Görünür,  Ma(n)tiana  adı  hurri,  Mitannisi  (Maitenisi)  ilə  bağlıdır  və  iddia 

etmək  olar  ki,  matianalılar  mənşəcə  hurri  idilər.  Onlar  gerçək  etnik  qrup  kimi  artıq 

e.ə. V əsrin əvvəlində çıxış etmişlər. Herodotun sələfi Miletli Hekatey onlar haqqında 

danışır. Herodot Kserksin Helladaya yürüşü ilə bağlı olaraq onları xatırlatmışdır. Hələ 

e.ə. I əsr müəllifləri də matianalıları tanıyırdılar. 

Beləliklə,  matianalılara  mənbələrdə  təxminən  5-6  əsr  ərzində  təsadüf  olunur. 

Bu isə, şübhəsiz, adı çəkilmiş bölgədə ayrı-ayrı yerli etnik qrupların və etnik ənənənin 

yaşarı və kifayət dərəcədə möhkəm olduğunu təsdiqləyən faktdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə