TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə99/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   95   96   97   98   99   100   101   102   ...   186

215 

 

yazırdı  ki,  Atropat  "bu  ölkənin  (gələcək  Atropatenanın  -  məsul  red.)... 



makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi". 

Lakin  Atropat  tez  bir  zamanda  makedoniyalılarla  qarşılıqlı  münasibətləri 

yoluna  qoya  bildi.  Yəqin  ki,  yalnız  buna  görə  Atropat  e.ə.  328-ci  ildə  yenidən 

Madanın  satrapı  vəzifəsinə  qaytarıldı.  Lakin  Atropatın  hakimiyyəti  əslində  yalnız 

Kiçik Madaya (ondan asılı olan Zaqafqaziya vilayətləri ilə birlikdə) şamil idi, çünki o 

zaman Aşağı (Böyük) Madada yunan-makedoniyalılar ağalıq edirdilər. 

Atropat böyük dövlət xadimi idi. Çox istedadlı bir insan, arif bir siyasətçi və 

bəsirətli bir diplomat kimi Atropat Aleksandrla hərbi mübarizənin faydasızlığını gözəl 

başa  düşürdü.  Buna  görə  də  o,  müdriklik  göstərərək,  yunan-makedoniyalılarla 

danışıqlar  aparmaq,  onlara  yaxınlaşmaq,  Şərqin  yeni  hökmdarının  müxtəlif 

tədbirlərində  iştirak  etmək  yolunu  seçdi.  Lakin,  nə  olursa  olsun,  Atropat  istilaçıların 

Atropatena  ərazisinə  soxulmasına  "yol  vermədi".  Azərbaycan  və  hətta  Qafqaz 

torpaqlarının  makedoniyalılar  tərəfindən  işğal  edildiyi  haqqında  antik  dövrün 

axırlarından  irəli  sürülən  (məsələn,  bax:  Plini,  IV,  10,  39  və  başqa  müəlliflər),  hətta 

orta əsrlərdə də müdafiə edilən (o cümlədən Nizamidə) fikirlərin heç bir gerçək əsası 

yoxdur.  Aleksandr  olsa-olsa  Atropatenanın  sərhədlərinə  gəlib  çatmış,  onun  ərazisinə 

isə girməmişdi. 

Təzə-təzə  təşəkkül  tapan,  hələ  işlərini  yoluna  qoymamış  nəhəng  dövlətdə  o 

zaman  vəziyyət  mürəkkəb  və  çox  dəyişkən  idi:  özbaşınalıq  və  korrupsiya  hökm 

sürürdü,  satraplar  azğınlıq  edir,  köməksiz-arxasız  əhalini  açıq-açığına  çapıb 

talayırdılar.  Yeni  padşah  çox  keçmədən  təxirəsalınmaz  işlərlə  əlaqədar  olaraq  uzun 

müddətə  Asiyanın  dərinliklərinə  getdi  və  beş  ildən  ziyadə  imperiyanın  mərkəzi 

vilayətlərində olmadı. 

Əhəmənilərin  hökmranlığı  dövründə  və  sonrakı  qarışıqlıq  illərində  olduğu 

kimi,  indi  də  Atropat  fürsəti  əldən  vermədi.  Şərqi  İranın  və  Orta  Asiyanın  boyun 

əyməyən  tayfalarına  və  xalqlarına  qarşı  makedoniyalı  fatehin  apardığı  amansız 

müharibə  illərindən  (özünün  328-ci  ildə  yenidən  satraplığa  qoyulmasından  ta 

Aleksandrın 324-cü ilin əvvəlində Hindistan səfərindən qayıtmasınadək), şübhəsiz, öz 

xeyrinə və vətəninin rifahı naminə istifadə etdi. 

E.ə.  IV  əsrin  son  rübü  gələcəyin  Atropatenası  olan  Kiçik  Mada  üçün  daxili 

yüksəliş  və  yetişmə  dövrü  idi  -  qüvvə  toplamaq,  tədricən  Atropatenanın  qüdrət  və 

müstəqilliyinin  təməlini  qoymaq  dövrü  idi.  Atropat  makedoniyalılara  yaxınlaşmaq 

siyasətini davam etdirirdi, qızını Şərqin yeni hökmdarının ən qüdrətli əshabələrindən 

biri  olan  Perdikkaya  ərə  verdi.  Bıı,  Aleksandrın,  necə  deyərlər,  "beynəlmiləl" 

siyasətinə verilən "bac" idi. 

324-cü  ilin  yay  fəslinin  sonuna  yaxın  Böyük  Madada  vəziyyət  bir  qədər 

mürəkkəbləşdi - Bariaks adlı birisi makedoniyalı istilaçılara qarşı mübarizəyə qalxdı. 



216 

 

O, Əhəmənilər dövlətini bərpa etməyə çalışırdı. Bunu ondan görmək olar ki, Bariaks 



özünü Parsa və Madanın padşahı elan etmişdi. 

Aleksandr Madaya yollandı, lakin Atropat öz qüvvələri ilə Bariaksın üsyanını 

yatırdı,  onu  əsir  tutub  makedoniyalılara  verdi  və  onlar  Bariaksı  Pasarqadda  edam 

etdilər. 

Madada  Aleksandr  məşhur  Bağıstan  (Bisütun)  vilayətinə  baş  çəkdi.  Sonra 

padşah bir ay Niseya çöllərində qaldı. Ən qədim vaxtlardan burada məşhur cins atlar 

yetişdirilirdi, elə atlar ki, onların əvvəlcə şöhrəti, sonra da özləri Çinə gedib çatmışdı; 

Çində onlara "səma atları" adı verilmişdi. 

Vaxtilə  Niseya  çöllərində  160  min  at  otlayırmış.  Aleksandrın  vaxtında  isə 

Makedoniya hərbçilərinin çapqınçılığı nəticəsində orada ancaq 60 min at qalmışdı. 

Padşahı    öz    satraplığının    sərhədində    qarşılamaq    məqsədilə  Atropat  da 

Niseya çöllərinə gəlmişdi. O, bir müddət Aleksandrın yanında oldu. 

Bir  azdan  padşah  öz  qoşunu  ilə  Ekbatanaya  gəlib  keyfə  qurşandı.  Teatrlara 

gedir  (buraya  təkcə  Helladadan  üç  min  aktyor  gəlmişdi),  gimnastika  və  musiqi 

yarışlarına tamaşa edir, arada içki məclisləri qururdu və i.a. 

O zaman tez-tez düzəldilən şənliklərin birində Atropat Aleksandrı əyləndirmək 

üçün  özü  ilə  yüz  nəfər  atlı  qadından  ibarət  bir  dəstə  gətirmişdi;  Arrianın  verdiyi 

məlumata  görə,  "güman  edilirdi  ki,  bunlar  amazon  qadınlarıdır".  Onların  kimliyini 

dəqiq  demək  çətindir.  Strabona  görə,  amazon  qadınlarının  məskəni  "Albaniyadan 

yuxarıdakı dağlardır". 

Yalnız  bu  cür  əməllərlə,  müdrik  siyasətlə  Atropat  öz  ölkəsinin 

―makedoniyalılara tabe olmasına yol vermədi". 

Aleksandr  324-323-cü  illərin  qışında  Madada  çoxlu  kosseyləri  (kassiləri  -  ?) 

qılıncdan keçirdikdən və onların torpaqlarında şəhərlər bina etdikdən sonra bu ölkənin 

hüdudlarını tərk edib Babilə yollandı; ola bilsin ki, Babili dövlətə paytaxt seçmişdi. 

Aleksandrı  yeni  bir  allah  kimi  salamlayıb  təbrik  etmək  üçün  323-cü  ilin 

yazında  Babilə  səfirlər  gəldi;  padşah  gümrah  idi,  onun  bir  çox  yaradıcılıq  planları 

vardı. Lakin 323-cü ilin iyununda  Aleksandr naməlum bir xəstəlikdən qəflətən vəfat 

etdi. 

Aleksandrın  vaxtsız  vəfatından  sonra,  e.ə.  323-cü  ildə,  onun  satrap  və 



sərkərdələrinin Babildə keçirilən müşavirəsində Atropat iştirak etməmişdi. Bu zaman 

Atropatın  kürəkəni  Perdikka  artıq  dövlətin  naibi  idi.  Müşavirədə  Mada  satraplığı 

Pitona  verildi.  Əlbəttə,  söhbət  yalnız  Böyük  Madadan  gedə  bilərdi,  çünki  Kiçik 

Madanı felən və rəsmən Perdikkanın qayınatası idarə edirdi. Atropatı hakimiyyətdən 

düşürməyə heç bir əsas yox idi, təkcə ona  görə ki, o özünü yeni üsuli-idarəyə  sadiq 

olan  bir  satrap  kimi  aparırdı.  Sonrakı  hadisələr  də  göstərir  ki,  Atropat  satrap 

hakimiyyətindən məhrum edilməmişdi. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə