TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə101/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   97   98   99   100   101   102   103   104   ...   186

219 

 

etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə 



idi. 

Cənubi    Azərbaycan  ərazisində  müstəqil  dövlət  yaradılması  qədim  ənənələrə 

malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, 

ticarətin  və  sənətlərin  canlanmasına  çox  kömək  etdi.  Daha  sonrakı  məlumatlar 

göstərir  ki,  Atropatenada  məbəd  torpaq  sahibliyi  inkişaf  edibmiş.  Antik  müəlliflərin 

məlumatına  görə,  münbit  torpaqlar  maqlara  məxsus  imiş.  Quldarlıq  da  inkişaf 

edibmiş. 

Atropatena dövlətinin təşəkkülü və inkişafı Hellinizm dövrünə təsadüf etmişdi. 

Makedoniyalı  Aleksandrın  istilalarından,  Əhəməni  dövlətinin  süqutundan  və 

möhtəşəm  imperiya  yaradılmasından  başlanan  dövr  qədim  tarixdə  mühüm 

mərhələlərdən  birinin  başlanması  və  yeni  mərhələnin  -  Hellinizm  mərhələsinin 

başlanması  ilə  əlamətdardır.  Hellinizm  mahiyyətcə  oykumenanın  Helladadan 

Hindistanadək  uzanan  çox  geniş  bir  regionun  sivilizasiyalarının  təqribən  yüzillik 

tarixidir.  Hellinizm  Qərb  və  Şərq  quldarlıq  cəmiyyətlərinin  inkişafında  yeni 

mərhələdir,  Hellin  mədəniyyəti  ilə  bir  sıra  Şərq  mədəniyyətlərinin  bir-birinə  güclü 

nüfuzudur.  Hellinizm  yalnız  uzaq  vilayətlər  arasında  iqtisadi  əlaqələrin  canlanması 

dövrü  deyil,  həm  də  müxtəlif  yunan  institutlarının,  yunan  elminin,  təhsilinin, 

ədəbiyyat  və  incəsənətinin  Qədim  Şərq  ölkələrinə  nüfuz  etməsi,  beləliklə,  formaca 

sinkretik  mədəniyyətin  təşəkkülü  üçün  zəmin  hazırlanması  dövrü  idi.  Son  dərəcə 

böyük  əhəmiyyətə  malik  olan  bir  amil  də  Şərqin  geniş  ərazilərində,  o  cümlədən 

Atropatenada yunan dilinin yayılmasından ibarət idi. 

Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, hurri, mannalı və 

başqalarının  madalılarla  qaynayıb-qarışması  nəticəsində  yeni  bir  etnos  -  Hellinizm 

dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. 

Atropatena  fenomeninin  ümumi  xarakteristikasını  verərkən  qeyd  etmək 

lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə 

davam  etdirsə  də  və  ətraf  aləm  tərəfindən  Mada  kimi  qavranılsa  da,  Azərbaycan 

məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və 

vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı. 

Atropatenanın  (*Ät

a

/

u

rpätakän-yn)  etnik  mənzərəsi.  Mada-Atropatena 

etnosunun  təĢəkkül  tapması.  Mənbələrin  azlığı  üzündən  Atropatenanın  etno-dil 

mənzərəsi hələ də tam surətdə aydın deyildir. Lakin hər halda artıq e.ə. I minilliyin ilk 

yüzilliklərində  Cənubi  Azərbaycan  zonasında  baş  vermiş  etnodil  dəyişikliklərinin 

ümumi mənzərəsini təsəvvür etmək olar. 

Mannanın  madalılar  tərəfindən  işğalı  diyarın  etnodil  taleyində  həlledici  rol 

oynamışdır.  Bu  işğal  yerli  tayfalarda  müstəqil  dövlətçiliyin  varlığına  təqribən  üç 

yüzillik  dövr  boyunca  son  qoymuşdu.  Burada  qeyd  etmək  lazımdır  ki,  madalıların 



220 

 

irandilli  olmaları  müasir  elmdə  şübhə  doğurmur.  Bizə  onlarla  Mada  adları,  bir  sıra 



Mada sözləri bəllidir. 

Artıq  antik  müəlliflərin  məlumatları  madalıların  İran  dialektlərindən  (resp. 

dillərindən)  birində  danışdıqlarını  aydın  surətdə  təsdiqləyir.  Bu,  I  Daranın 

yazılarından birindəki dəlillərdən də şübhəsiz şəkildə irəli gəlir. Orada deyilir: "Parsa 

(Farsistan - məsul red.) Mada, habelə başqa dilli ölkələr". 

Herodot  farsların  və  madalıların  qədim  zamanlarda  "arilər  adlandırılması" 

haqqında  rəvayəti  saxlamışdır.  Məlumdur  ki,  yalnız  iranlılar  və  hindlilər  "ari" 

adlanırdılar. 

Strabon Eratosfenin çox qiymətli şəhadətini saxlamışdır. Eratosfen öz əsərində 

Makedoniyalı  Aleksandrın  silahdaşlarının  məlumatlarından  istifadə  etmişdir. 

Eratosfenə görə, "Parsanın, Midiyanın, Baktriyanın və Soqdianın əhalisi a z ı n a d ə k  

b i r d i l l i d i r" (yəni mahiyyətcə birdillidir, seyrəltmə bizimdir - məsul red.). 

İndi  biz  Mada  dilində  mətnlərin  olmamasına  baxmayaraq,  xeyli  onomastik 

materiala  və  başqa  dəlillərə  əsaslanaraq  Mada  dili  haqqında  nəinki  yalnız  ümumi 

sözlərlə, hətta tam əsasla danışa, habelə onun bəzi xüsusiyyətlərini aydınlaşdıra və bu 

dili  İran  dilləri  ailəsinin  şimal-qərb  qrupuna  aid  edə  bilərik.  Bu  dil  əlamətlərinin 

məcmusuna görə qədim fars dilindən daha çox Avesta dilinə yaxındır. 

Mada  dili  nə  Mada  dövlətinin,  nə  də  hətta  Əhəmənilər  imperiyasının 

dağılmasından  sonra  tarix  səhnəsindən  çıxmadı.  Haqqında  orta  əsr  mənbələrində 

məlumatlar  verilən  Mada  dialektlərindən  bəziləri  lap  yaxın  zamanlaradək  mövcud 

olmuşdur, bəzi yerlərdə isə onların qalıqları indi də mövcuddur. Mühümdür ki, Mada 

dilinin və yaxud Mada dialektlərinin nəsilləri olan bu dialektlər yeni dövrdə də tarixi 

Madanın ərazisində,  yəni qədim dövrdə Mada dilinin  və onun ləhcələrinin  yayıldığı, 

bəzi  hallarda  isə  indi  də  yayılmış  ərazidə  və  Mada  ekspansiyasının  əsaslı  şəkildə 

müdaxilə  etdiyi,  Mada  elementlərinin  dərindən  oturaqlaşdığı  bölgələrdə,  xüsusilə 

Cənubi  Azərbaycanda  -  gələcək  Atropatenada  (Adurbadaqanda)  yayılmışdı.  Düzdür, 

hazırda  bu dialektlərin  yayılma  mənzərəsi  xeyli pozulmuş, onların böyük qismi  fars 

və türk dilləri tərəfindən sıxışdırılıb çıxarılmışdır. 

Cənubi  Azərbaycanda  və  onunla  həmhüdud  olan  ölkələrdə  Mada  etnik 

elementlərinin  hakim  olmasına  baxmayaraq,  bölgənin  əhalisi  müxtəlif  olmaqda  idi. 

Burada  hələ  Əhəmənilər  dövründə  saqartalılar,  müklər,  utilər,  parikanlılar, 

ortokoribantlar,  kadusilər,  dareytlər,  pantimatlar,  pavsiklər,  kaspilər,  matienlər, 

mardlar, parslar, anariaklar və b., habelə madalılar tərəfindən assimilyasiya edilməmiş 

başqa tayfalar yaşayırdılar. 

Miletli  Hekatey,  onun  ardınca  isə  Herodot  müklər  adlanan  Arazboyu 

tayfalardan  birini  xatırlatmışlar.  "Tarixin  atası"nın  məlumatından  aydın  olur  ki, 

müklər e.ə. V əsrin siyasi hadisələrində iştirak etmişlər. Müklər saqartalılarla, utilərlə 

və  başqa  tayfalarla  birgə  XIV  satraplığa  daxil  idilər  və  Mukan  (indiki  Muğan 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə