TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə105/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   101   102   103   104   105   106   107   108   ...   186

227 

 

müqayisəli  dilçiliyin  məlumatlarının  göstərdiyi  kimi,  şimal-qərb  qrupunun  dilləri  və 



dialektlərinin fars qrupu dilləri ilə ən azı antik zamanın başlanğıcınadək ayrıldığını da 

xüsusilə qeyd etmək lazımdır. 

Mada  dilinin  və  onun  dialektlərinin  bölgənin  hakim  dili  olması  şübhəsizdir. 

Bu, nəinki hələ antik dövrdə bizi maraqlandıran ərazilərdə Mada etnik elementlərinin 

geniş  surətdə  məskunlaşmasına  dair  yaxşı  məlum  olan  faktlardan,  ölkə  əhalisinin 

"madalılar"  etnonimi  ilə  ifadə  olunmasından,  ölkənin  "Mada"  adlandırılmasından, 

erkən orta əsrlərdə burada Mada qrupunun dil və dialektlərinin, yeni dövrdə isə həmin 

qrupun  dialektlərinin  yayılmasından,  habelə  başqa  mübahisəsiz  məlumatlardan  da 

irəli gəlir. 

Parfiya və orta fars dilləri ilə yanaşı, qədim erməni dilində orta Mada və yaxud 

Mada-Atropatena dilindən əxz olunmuş müəyyən miqdarda mənimsəmələr vardır. Bu, 

mənimsəmələr  yazılı  abidələri  təəssüf  ki,  bizə  gəlib  çatmamış  Mada  dili  haqqında 

müəyyən dərəcədə təsəvvür yaratmağa imkan verir: "Midizmlər" ən erkən, e.ə. II əsrə 

aid olan arami yazılarında aşkara çıxır.  

Deyilənlər  Mada-Atropatena  (orta  Mada)  dilinin  geniş  yayıldığını,  mədəni 

əhəmiyyətini  və  həmin  dilin  Atropatenanın  qonşularının  dillərinə  çoxəsrlik  təsirini 

təsdiq  edir.  Şübhəsizdir  ki,  orta  Mada  dili  zəngin  yazı  ənənəsinə  malik  idi. 

Şübhəsizdir ki, erməni hərfləri ilə, lakin fars dilində tərtib edilmiş, XV əsrə aid olan 

əlyazmada  məhz  bu  Atropatena  dili  "Mada  dili"  adlandırılmışdır.  Bu  əlyazmada 

ibadətin yeddi dildə, o cümlədən "Mada" dilində mətni vardır. Heç şübhəsizdir ki, bu 

dil Mada qrupuna mənsubdur. Mannanın madalılar tərəfindən işğalından sonra Mada 

elementlərinin  həmin  ərazidə  məskunlaşması  intensiv  etnik  proseslərlə  ınüşayiət 

olunmalı idi. Həmin proseslər bu ərazidə Mada dilinin və Mada etnosunun qələbəsi ilə 

başa çatmışdı. 

Bizə  bəlli  olan  materiallardan  belə  nəticə  çıxır  ki,  assimilyasiyaya  uğramış 

etnoslar  adətən  onların  yerini  tutmuş  etnoslara  müəyyən  dərəcədə  nəinki  tarixi-

mədəni,  habelə  bioloji  irsi  də  ötürürlər.  Bizi  maraqlandıran  halda  da  belə  olmuşdur. 

Qeyd  etməmək  olmaz  ki,  qədim  zamanlarda  yaranmış  irandilli  xalqların  əksəriyyəti 

İran  yaylasının  etnik  simasını  itirmiş  və  assimilyasiyaya  uğramış  yerli  əhalisinin 

nəsillərindən ibarət idi. Onlar aborigenlərin nəinki maddi mədəniyyətini və təsərrüfat 

nailiyyətlərini  mənimsəyir,  habelə  müəyyən  dərəcədə  yerli  əhalinin  antropoloji 

tiplərinin  də  varisləri  oldular.  Bu  mənada  etnosların  əksəriyyəti  ümumdünya-tarixi 

prosesini izsiz tərk etmir. 

Hellinizm  dövründə  Cənubi  Azərbaycanın  ərazisində  öz  dili,  adı-etnonimi, 

etnik  özünüdərki  və  etnosun  başqa  ayrılmaz  tərkib  komponentləri  olan  yeni  etnik 

birlik meydana gəlmişdi. 




228 

 

Maraqlıdır  ki,  Ermənistanda  və  İberiyada  (Şərqi  Gürcüstanda)  ümumxalq 



dilləri  -  koyne  Atropatenada  ümumxalq  dilinin  meydana  gəldiyi  bir  zamanda  zühur 

etmişdir. Görünür ki, Albaniyada da ümumi danışıq dili bu zaman meydana gəlmişdi. 

Atropatena  fenomeninin  ümumi  səciyyəsini  verərkən  qeyd  etmək  fövqəladə 

dərəcədə  vacibdir  ki,  "Azərbaycan"  anlayışının  özünün,  habelə  onunla  bağlı  olan 

etnomədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların başlanğıcı Vətənimizin 

tarixinin 

məhz 

Atropatena 



dövründə  qoyulmuşdur.  Qədim  Azərbaycan 

dövlətçiliyinin,  qədim  Azərbaycan,  daha  dəqiq  Atropatena-Mada  xalqının  mənşəyi 

məhz  buradandır.  "Azərbaycan"  xoroniminin  özü  də  əsası  etibarilə  həmin  zamana 

gedib çıxır və qədim *Ätarpätakän'-ın qanunauyğun surətdə dəyişmiş formasıdır. Bu 

xoronim  heç  də  bir  çoxlarının  düşündüyü  kimi,  "Odlar  yurdu"  deyil,    "Atropata 

məxsus olan [torpaq]" deməkdir. Müqayisə üçün "Lotaringiya" (kral  Lotarın adından 

törənmişdir),  "Özbəkistan"  (Özbək  adındandır),  "Kolumbiya"  (Kolumbun  adı  ilə 

bağlıdır) və s. xoronimləri yada salmaq olar. 

Bu  adın  ikinci  hecada  "a"  saiti  ilə  mövcud  olan,  erkən  orta  əsrlərdə  yaxşı  

təsdiqlənən    formaları    (Adarbigana,    Adarbadagani,  Ädarbaбkän,  Ädarbäygan, 

Ädärbäyjän, Äzärbadgän   və b.) müvafiq hecada "u" saiti olan orta fars formalarına - 

Aturpatkan'a gedib çıxa bilməz. 

Belə hesab edirlər ki, *Ätarpätakan(a) forması Mada dialektlərinə gedib çıxır. 

Bu ad  Ätarpät  adından və  -akän(a) şəkilçisindən  ibarətdir və  yuxarıda  qeyd edildiyi 

kimi,  "Atropata  məxsus  olan  [torpaq]"  deməkdir.  Bu  nöqteyi-nəzər  Strabonun 

müddəası ilə  yaxşı uzlaşır. Strabon yazmışdır ki,  Atropat  Madası "öz adını sərkərdə 

Atropatın adından almışdır". 

"Azərbaycan"  adının  yuxarıda  verilmiş  müxtəlif  formalarının  mövcudluğu 

Ätrpät(a)  adının  müxtəlif  formalarının  mövcudluğu  ilə  izah  olunur:  Avestada 

Ätərəpat(a), - e.ə. I minilliyin ortalarına aid olan Elam sənədlərində Ätarpäta (Ha-tar-

ba-ad-da), Ätropät (Nisadan aşkar olunmuş Parfiya sənədlərində Ätropätak variantı da 

vardır), Sasani dövründə  Äturpät, daha  sonrakı dövrdə  Ädurbäd və  s. İran aləmində 

geniş  şəkildə  təsdiqlənən  bu  ad  "Od  (tanrısı)  tərəfindən  mühafizə  olunan"  mənasını 

daşıyır.  Beləliklə,  eyni  adın  qanunauyğun  fonetik  variantları  olan  "Azərbaycan" 

xoronimi  mənbələrdə  təsdiqlənən  bir  sıra  aralıq  (keçid)  formaları  vasitəsi  ilə  məhz 

*Ätarpätakän(a) formasına gedib çıxır. 

Biz  Vətənimizin  tarixində  müəyyən  dövrdə  irandilli  tayfaların  üstün,  aparıcı 

rolu,  Cənubi  Azərbaycanın  bir  çox  yerli  tayfalarının  iranlaşması,  Atropatena  dilinin 

İran  xarakteri  haqqında  danışarkən  daha  erkən  zamanlarda  Cənubi  Azərbaycan 

ərazisində  və  onunla  qonşu  olan  ərazilərdə  yaşamış  kuti,  lullubi,  hurri,  Manna 

qruplarını, başqa tayfaları və xalqları Azərbaycan xalqının əcdadları sırasından heç də 

çıxarmırıq.  Adları  çəkilmiş  tayfa  və  xalqlar  sələflərimiz,  erkən  tariximizdir  və  biz, 

əlbəttə, onlardan imtina etmək fikrində deyilik. Məlumdur ki, ingilislər öz tarixlərini 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə