TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə123/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   119   120   121   122   123   124   125   126   ...   186

264 

 

Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən 



(e.ə. III - II əsrlər) və son (e.ə. I əsr - eramızın II əsri) inkişaf mərhələləri. 

Erkən  mərhələ  Madada  olduğu  kimi,  boyalı  keramikanın  olması  ilə  səciyyəvidir. 

Lakin  Atropatena  keramikası  yerli  xüsusiyyətlərə  malikdir.  Fərqlər  həm  qabların 

naxışlanmasında, həm də onların profillərində müşahidə olunur. 

Madanın  və  Mada-Atropatenanın  keramika  sənətləri  arasındakı  fərqləri  qeyd 

edərkən Atropatenanın özündə də boyalı qabların dekorunda ciddi yeknəsəqliyin olmasını 

da göstərmək lazımdır. 

Tiplərin və formaların daha əhəmiyyətli dərəcədə müxtəlifliyi sonrakı mərhələdə 

müşahidə edilir. 

Təxminən  e.ə.  II  əsrin  ikinci  yarısından  etibarən  hazırda  Parfiya  dövrünün 

arxeoloji obyektlərinin tarixinin müəyyən edilməsində əsas olan keramika tipi yarandı. Bu, 

qırmızımtıl-qəhvəyi rəngli (variantları: oxra rəngli, qonur) keramikadır və ədəbiyyatda 

"clinkyware"  adı  almışdır.  Keramikanın  bu  növü  Parfiya  dövrünün  əvvəlində  meydana 

gələrək  təqribən  həmin  dövrün  sonunadək  mövcudluğunu  davam  etdirmiş,  eramızın  II 

əsrinin  sonlarından  tez  olmayaraq  aradan  çıxmışdır.  Bu  tipli  keramikanın  xüsusilə  çoxlu 

qalıqları Qaleye-Zöhhakda və Ərdəbil yaxınlığındakı "Qala" adlanan möhkəmləndirilmiş 

təpədə qeydə alınmışdır. 

Təxminən  e.ə.  II  əsrin  I  yarısında  İranın  qərbində  meydana  gəlmiş  minalanmış 

keramika  əvvəlcə  yaşılımtıl  və  yaxud  ağımtıl  rənglərə  malik  idi  və  formalarının 

rəngarəngliyi  ilə  seçilmirdi.  Lakin  artıq  e.ə.  I  əsrin  sonuna  doğru  minalanmış  qabların 

formalarının  artımı,  habelə  minanın  rənginin  dəyişməsi  müşahidə  olunurdu.  Artıq 

minalar əsasən mavi (firuzəyi) və yaşıl çalarlara malik idi. Qaleye-Zöhhak şəhər yerində 

tapılmış açıq firuzəyi mina ilə örtülmüş "zəvvar" möhtərəsi abidənin eramızın I əsrinə aid 

olduğuna dəlalət edir. 

Güman etmək olar ki, son mərhələdə məişət keramikası ən çoxsaylı kateqoriya idi 

və  həm  dulus  çarxında  hazırlanmış  qablarla,  həm  də  əllə  yapılmış  formalarla  təmsil 

olunmuşdur. 

E.ə.  I  əsr  -  eramızın  I  əsri  üçün  zoomorf  keramikanın  mövcudluğu  səciyyəvidir. 

Üç-dörd  kiçik  ayaqcıqları  olan,  burun  hissəsi  realist  və  yaxud  stilistik  surətdə  tərtib 

olunmuş  heyvan  başı  şəklində  hazırlanmış  qablar  zoomorf  keramikanı  təmsil  edir. 

Qerminin ətraflarında xeyli bu cür qab aşkara çıxarılmışdır. 

Qəbir  abidələri.  Atropatenanın  qəbir  abidələri  indiyədək  kifayət  dərəcədə 

öyrənilməmişdir.  Əslində  iri  gil  qablardan  ibarət  olan,  ədəbiyyatda  "küp  qəbirlər" 

adını almış qəbirlərdən başqa Atropatena  ərazisindən qəbirlərin digər növləri hələlik 

məlum deyildir. 

Küp  qəbirlər  təsərrüfat  təyinatlı  iri  gil  qablarda  (hündürlüyü  1,50-1,80  metr, 

eni isə çox hallarda 1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir 

məzarüstü  qurğulara  malik  deyildir.  Meyit  çox  zaman  üfüqi  vəziyyətdə  olan  küpün 



265 

 

içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və 



ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar 

isə  sağ  böyrü  üstə  dəfn  edilirdi.  Dəfn  üçün  nəzərdə  tutulmuş  küpün  içərisində  xırda 

avadanlıq  və  bəzək  əşyaları  (qolbaqlar,  boyunbağılar,  üzüklər,  muncuqlar  və  s.) 

yerləşdirilir,  küpün  yanında  isə  gil  qablar  qoyulurdu.  Gil  qabların  içərisində  qırmızı 

və  qara  rəngli  boyalarla,  həndəsi  ornamentlərlə  bəzədilmiş  qabları  (əsasən  küpləri), 

içərisi oyma və ştamp bəzəklərlə naxışlanmış qara cilalı camları qeyd etmək lazımdır. 

Dəfn küplərinin oriyentasiyası sərbəstdir. 

Küp  qəbirlər  uzun  müddət  ərzində  əsasən  eramızdan  əvvəlki  dövrün  son 

əsrlərinə aid edilirdi. Lakin son zamanlar Naxçıvan ətrafında və Ağcabədi bölgəsində 

(Mil düzündə) tədqiq olunmuş qəbirlər ən erkən küp qəbirlərini e.ə. VI-III əsrlərə aid 

etməyə imkan verir. 

Sikkə tapıntıları.  Təəssüf ki, Atropatena ərazisindən tapılmış sikkə dəfinələri 

və sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi 

bu  dövlətin  pul  dövriyyəsinin  səviyyəsi  haqqında  təsəvvür  yaratmağa  imkan  verir. 

Hellinizm  dövründə  Atropatena  ərazisində  pul  dövriyyəsi  hələlik  az  təsadüf  edilən 

sikkələr əsasında təsdiqlənir. Onların arasında Makedoniyalı Aleksandrın ölümündən 

sonra  dövriyyəyə  buraxılmış,  Urmiya  gölü  yaxınlığındakı  qəbirlərdən  birində  aşkar 

olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır. 

Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri, əsasən draxmaları çox 

geniş  yayılmışdı.  E.ə.  I  əsrin  -  eramızın  II  əsrinin  draxmaları  xüsusilə  geniş  şəkildə 

təmsil  olunmuşdur.  Həmin  draxmalar  II  Oroddan  (e.ə.  təqribən  57-37-ci  illər) 

başlamış IV Vologezədək (eramızın 147-191-ci illəri) dövrü əhatə edir. 

Atropatena  ərazisində  tapılmış  iki  dəfinə  Atropatenada  pul  dövriyyəsinin 

səviyyəsi haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyətə malikdir: 1923-cü ildə 

Əhərdə  tapılmış  və  I  Qotarzdan  II  Orodadək  olan  dövrdə  buraxılmış,  təxminən  600 

Parfiya draxmasından ibarət olan dəfinə və Azərbaycan Respublikasının Əli Bayramlı 

bölgəsində aşkar olunmuş, II Artabandan (10-38-ci illər) IV Vologezədək olan dövrdə 

buraxılmış 110 draxmadan ibarət olan dəfinə. 

Eramızın  ilk  əsrlərində  Atropatenada  Parfiya  draxmaları  ilə  yanaşı  məhdud 

miqdarda olsa da imperator Avqustun Roma denariləri də dövr edirdi. Artıq sikkələrin 

bu, o qədər də tam olmayan  siyahısı  Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini 

təsdiqləyir. 

Bu  icmal  təsdiq  edir  ki,  bizim  Atropatenanın  maddi  mədəniyyəti  haqqındakı 

təsəvvürlərimiz hələ də çox kasıbdır. 

Din.  Avesta  problemi.  ZərdüĢtilik.  Güman  etmək  olar  ki,  artıq  e.ə.  I 

minilliyin  ilk  əsrlərində  Qərbi  Madada,  xüsusilə  gələcək  Kiçik  və  yaxud  Atropat 

Madası  zonasında  müxtəlif  mazdaist  təlimlər  yayılmışdı.  Burada  və  ona  qonşu  olan 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə