TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə132/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   128   129   130   131   132   133   134   135   ...   186

283 

 

Beləliklə,  alban  dili  Şimal-Şərq  Qafqaz  dilləri  ailəsinə  aiddir.  Şimal-Şərq 



Qafqaz  dilləri  ailəsi  daşıyıcıları  qədim  zamanlarda  Qafqazdan  Egey  və  Aralıq 

dənizlərinədək olan geniş ərazilərdə yayılmış böyük dil ailəsinin qollarından biridir. 

Bir sıra alimlərin Albaniya sərhədinin Kür çayı boyunca keçməsi, Kür çayının 

sağsahil torpaqlarının "əzəli erməni torpaqları" olması və s. haqqındakı mülahizələri 

ilə  əlaqədar  "erməni  tarixinin  atası"  hesab  edilən  Movses  Xorenasinin  əsərindən  bir 

parçanı  iqtibas  gətirmək  vacibdir.  Onu  da  demək  lazımdır  ki,  həmin  müəllifin 

məlumatları  bizi  maraqlandıran  dövr  üçün  də  mütəxəssislər  tərəfindən  yüksək 

qiymətləndirilir.  Erməni  müəllifi  yazır  ki,  Alban  hökmdarına  "Erasx  (Araz  -  məsul 



red.) çayından başlanmış Xnarakert (Ağstafa zonası - məsul red.) adlanan qalayadək 

olan  Alban  düzü  və  onun  dağlıq  hissəsi  miras  qaldı...  Parfiyalı  Valarşak  adlı-sanlı, 

cəsur  Aranı  (albanların  əfsanəvi  əcdadını  -  məsul  red.)  hakim  təyin  edir...  Aranın 

varislərindən  utilər,  qardmanlılar,  sodey  tayfaları  və  Qarqar  knyazlığı  əmələ 

gəlmişlər...  (hər  yerdə  kursiv  bizə  məxsusdur  -  məsul  red.).  Yeri  gəlmişkən,  alban 

salnaməçisi Moisey Kalankatlı da bu cür fikirdədir. 

Movses Xorenasilə adları çəkilmiş tayfaların hamısı tamamilə  mübahisəsizdir 

ki,  erməni  tayfaları  deyil,  alban  tayfa  ittifaqına  daxil  olan  tayfalardır.  Utilər  (müasir 

udilər),  qardmanlılar  və  sodeylilər  şübhəsiz,  qarqarlar  isə  böyük  ehtimalla  Kür 

çayından  cənubda,  Sağsahil  Kür  torpaqlarında  -  gələcək  Qarabağda  (yalnız  dağlıq 

hissədə deyil) yaşayırdılar. 

Beləliklə,  Albaniyada  Parfiya  mənşəli  Arşakilər  sülaləsinin  hakimiyyətə 

gəlməsi  dövründə,  təxminən  I  əsrin  II  yarısında  Arazın  döngəsindən  tutmuş  Ağstafa 

zonasınadək  bütün  sağsahil  Kür  ərazisi  Albaniyaya,  Alban  çarlığına  məxsus  idi. 

Tarixi Albaniyanın vilayətləri olan Arsax (Orxistena), Utik (Otena), Sovdek (Sodeya, 

Savdeya)  və  b.  məhz  bu  ərazidə  yerləşirdi.  Əgər  həmin  ərazilərin  bu  və  ya  digər 

hissəsi nə vaxtsa müvəqqəti olaraq erməni hökmdarları tərəfindən ələ keçirilirdisə, bu 

hadisə I əsrdən gec olmayaraq, ermənilərin işğalçılıq müharibələri dövründə - e.ə. II-I 

əsrlərdə ola bilərdi. 

Ermənilərin  təcavüzkarlığı  hələ  antik  müəlliflərin  diqqətini  cəlb  etmişdi. 

Strabon  yazırdı:  "...əvvəlki  zamanlarda  kiçik  ölkə  olmuş  Ermənistanı  Artaksinin  və 

Zariadrinin  müharibələri  böyütdü...  Onlar  birlikdə  qonşu  xalqların  vilayətlərinin  bir 

qismini  kəsərək  öz  mülklərini  genişləndirdilər:  Onlar  madalılardan  (yəni 

atropatenalılardan. - məsul red.) Kaspiananı, Favnitidanı və Basoropedanı; iberlərdən 

Pariadrın dağətəyini, Xorzenanı və Kür çayının o biri sahilində yerləşən Qoqarenanı; 

xaliblərdən və mossiniklərdən Karenitidanı və Kiçik Ermənistanla həmsərhəd olan və 

                                                                                                                                           

  

 



284 

 

yaxud  onun  hissəsi  olan  Kserksenanı;  kataonlardan  Akilisenanı  və  Antitavr  ətrafındakı 



vilayəti; nəhayət, suriyalılardan Taronitidanı zorla aldılar". 

Lakin bütün bu deyilənlər yalnız I əsrədək baş vermişdir. İş burasındadır ki, "Böyük 

Ermənistan"  adlandırılan  dövlət  e.ə.  II  əsrin  əvvəlindən  e.ə.  I  əsrin  60-cı  illərinədək 

mövcud olmuşdur. E.ə. 60-cı illərdə II Tiqran özünün bütün işğallarından imtina etməli 

oldu  və  "Roma  xalqının  dostu  və  müttəfiqi"  elan  edildi  ki,  bu  isə  həmin  zamanın 

diplomatik  dilində  Romadan  tam  asılılığın  etiraf  olunması  demək  idi,  həmin  asılılıq 

prinsipcə  eramızın  IV  əsrinədək  davam  etdi.  I  əsrin  bütün  I  yarısı  Ermənistan  üçün 

hökmdarların  dəyişməsi  ilə  səciyyəvi  idi.  Həmin  hökmdarlar  gah  Romanın,  gah  da 

Parfiyanın  səltənətə  çıxardığı  şəxslər  olmuşlar.  Numizmatik  material  bu  dövrün 

Ermənistanının  siyasi  taleyi  haqqında  çox  mühüm  məlumatlar  verir.  Həmin  material 

çarlığın  tənəzzülünü,  Ermənistanın  işğal  olunduğunu,  Ermənistan  üzərində  Romanın 

qələbələrinin şöhrətləndirildiyini və s. təsdiq edir. I-II əsrlər ərzində Ermənistanda Roma 

qoşunları  qərarlaşmışdı.  Roma  strateqləri  özlərini  ölkənin  sahibi  kimi  aparırdılar. 

Deyilənlərdən  belə  nəticə  çıxır  ki,  Ermənistan  göstərilən  dövrdə  işğalçılıq  müharibələri 

apara bilməzdi. 

Beləliklə,  artıq  I  əsrə  doğru  bütün  Albaniya  yuxarıda  göstərilmiş  sərhədlər 

hüdudunda birləşdirilmişdi. 

Antik  Albaniyanın  ərazisi  sıx  surətdə  məskunlaşmışdı.  Burada  yaşamış  tayfalar 

haqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabon hesab edir ki, Albaniyada 26 

tayfa mövcud idi. 

"Albanlar" adına ilk dəfə e.ə. IV əsrin hadisələri ilə əlaqədar olaraq eramızın II 

əsrinin müəllifinin məlumatlarında təsadüf olunur. Lakin güman etməyə bəzi əsaslar var 

ki,  Kaspisahili  tayfaların  böyük  qismi  (görünür  ki,  onların  sırasında  albanlar  da  vardı) 

erkən zamanlarda "kaspilər" adı altında tanınmışlar. Əgər bu belədirsə, onda ola bilər ki, 

albanlar  Kserksin  qoşunlarının  tərkibində  Helladaya  hərbi  yürüş  etmiş,  Herodotun 

xatırlatdığı  "kaspilərin"  sırasında  olmuşlar.  Bu  güman  sərfi-nəzər  edilərsə,  albanların 

Qavqamelada  baş  vermiş  məşhur  döyüşdə  İran  qoşununun  tərkibində  "gözlənilmədən" 

meydana gəlmələrini və həmin qoşunda kifayət qədər fəxri mövqe tutduqlarını anlamaq 

çətin olar. 

Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər 

idi.  Hələ  Herodot  onlar  haqqında  məlumat  vermişdir.  Utiya  (Otena,  Utik)  vilayəti  Kür 

çayının sağ sahilində yerləşirdi. 

Müasir  udilərin  əcdadları  olan  utilər  hələ  orta  əsrlərdə  Azərbaycanın  kifayət 

qədər geniş ərazisində yaşayırdılar. Udilərin Qarabağ zonasında mövcudluğu hələ XIX 

əsrdə də təsdiq edilir. Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin qədim udi dili 

olduğunu demək üçün əsaslar vardır. 

Antik dövrdə Albaniyada aynianlar, anariaklar, parrasilər və b., yaşayırdılar. Kaspi 

sahilinin  cənub-qərb  bucağında  kaspilər,  daha  doğrusu  onların  hansısa  bir  qismi 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə