TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə133/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   129   130   131   132   133   134   135   136   ...   186

285 

 

məskunlaşmışdı. Kaspilər haqqında həm qədim Şərq mənbələri, həm də antik müəlliflər 



danışırlar.  Kaspi  dənizinin  adının  onların  adından  alınması  şübhəsizdir.  Mənbələr 

əsasında  məlum  olur  ki,  kaspilər  əkinçiliyi,  maldarlığı,  balıqçılığı,  sənətkarlığı,  ticarəti, 

görünür, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq idi. 

Arami sənədlərindən bizə məlumdur ki, Misirdə hərbi kolonistlərin, o cümlədən 

kaspilərin  də  kifayət  dərəcədə  böyük  məskənləri  vardı.  Burada  kaspilər  gəmilərin 

hazırlanması sahəsində çalışırdılar. 

Qədim erməni mənbələrinə görə, kaspilər, güman ki, hələ son antik və erkən orta 

əsrlər zamanında Paytakaran (sonralar: Beyləqan) zonasında yaşamışlar. 

Savdeylər  (Sodeylər)  alban  tayfalarından  biri  idi.  Onları  görünür,  Plininin 

xatırlatdığı sodilərlə eyniləşdirmək lazımdır. 

Alban tayfaları sırasında qardmanlıları və herləri də xatırlatmaq lazımdır. Güman 

etmək olar ki, alban tayfalarının etnogenezində kellər, leqlər, didurlar (didoylar), çilblər 

(silvlər), lpinlər (lupenlər) və başqa tayfalar müəyyən rol oynamışlar. Ola bilər ki, onların 

bir qismini alban etnik elementlərinin özünə aid etmək lazımdır. 

Bizim alban tayfaları haqqındakı bilgilərimizin hamısı onları müəyyənliklə Cənubi 

Qafqazın cənub-şərq hissəsinin köklü əhalisi hesab etməyə imkan verir. 

Heç  şübhəsizdir  ki,  özündə  20-dən  artıq  tayfanı  ehtiva  etmiş  alban  (alban-uti) 

aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. 

Ola bilsin ki, albanlar bu massivdə daha iri tayfa idi. Bəlkə buna görə bütün ölkə 

Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü 

adını ölkənin adından almışdır. "Albaniya" adının yozulması sahəsindəki bir çox cəhdlərə 

baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır. 

Qafqaz  Albaniyası  tayfalarının  dilləri,  yuxarıda  dediyimiz  kimi  şübhəsiz,  Şimal-

şərq Qafqaz dilləri ailəsinə aiddir. 

Lakin  qeyd  etməmək  olmaz  ki,  qədim  Albaniya  etnik  tərkibinə  görə  kifayət 

dərəcədə  rəngarəng  ölkə  idi.  Burada  e.ə.  son  əsrlərdə  -  eramızın  ilk  yüzilliklərində  bir 

neçə  müxtəlif dəfn adətləri  mövcud olmuşdur. Məsələn, torpaq, quyu, çiy kərpic, küp, 

təknə, katakomba qəbirləri aşkara çıxarılmışdır. Bu hal ölkə əhalisini çoxtayfalı və etnik 

cəhətdən  rəngarəng  hesab  etməyə  imkan  verir.  Lakin  görünür,  bu  mənzərəni  bizi 

maraqlandıran ərazidə 20-dən artıq alban tayfasının mövcudluğu faktı ilə tutuşdurmaq 

lazım  deyildir.  Alban  tayfaları  arasındakı  fərqlər  haqqında  biz  yalnız  müxtəlif 

fərziyyələr,  mülahizələr  irəli  sürə  bilərik.  Görünür,  bu  fərqlər  dağlı  Qafqaz  etnodil 

ümumiliyi  çərçivəsinə,  sığışdırıla  bilər.  Arxeoloji  materiallar  da  bunu  təsdiqləyir. 

İçərisində  sıx  bükülü  skeletlər  olan  torpaq  qəbirlər  -  geniş  yayılmış  Yaloylutəpə 

mədəniyyəti, bir qədər sonralar isə onunla birgə mövcud olmuş və ondan sonra bir neçə 

əsr ərzində yaşamış, Albaniya ilə qonşu olan vilayətlərdə də  məlum olan küp qəbirlər 

mədəniyyəti  alban  tayfalarının  vəhdətinin  arxeoloji    inikasıdır.    Yaloylutəpə  

mədəniyyətinin materialları nəinki bizi maraqlandıran vilayətin Ön Asiya və Şərqi Aralıq 




286 

 

dənizi sakinləri ilə əlaqələri haqqında danışmağa, habelə güman etməyə imkan verir ki, 



bu mədəniyyətin aparıcı tipləri ola bilsin, genetik baxımdan, geniş Ön Asiya kökləri ilə 

bağlıdır. Burada yada salmaq lazımdır ki, alban dili Şimali Qafqazdan başlamış Aralıq 

dənizindəki  adalaradək  olan  vilayətlərin  sakinlərinin  danışdıqları  dillər  ailəsinə  aiddir. 

Əlbəttə,  bununla  biz  maddi  mədəniyyətlə  dil  arasında  bərabərlik  işarəsi  qoymuruq. 

Lakin göstərilən maraqlı faktı qeyd etməyə bilməzdik. 

Küp  qəbirlərin  Gürcüstanda,  Ermənistanda,  Cənubi  Azərbaycanda  və  başqa 

vilayətlərdə geniş yayılması faktı adları çəkilən ərazilərin əhalisinin albanlarla əlaqələri 

olduğunu  parlaq  surətdə  təsdiq  edir.  Kiçik  Asiya,  Suriya,  Misir  və  Egey  aləmi  ilə 

əlaqələr  haqqında  da  danışmaq  üçün  çoxlu  əsaslar  vardır.  Bir  çox  faktlar  eramızdan 

əvvəlki  son  əsrlərdə  və  eramızın  ilk  yüzilliklərində  Albaniyanın  Şimali  Qafqazla, 

Qafqazın  önündəki  ərazi  ilə,  Qara  dənizsahili  vilayətlərlə  geniş  əlaqələri  olduğunu 

təsdiqləyir.  Albanlar  arasındakı  fərqləri  ayırmaq  heç  cür  mümkün  olmasa  da,  Albaniya 

ərazisində  mövcud  olmuş,  adları  çəkilmiş  hər  iki  mədəniyyətin  alban  tayfalarına 

mənsubluğu şübhə doğurmur. 

Yaloylutəpə  mədəniyyəti  ilə  küp  qəbirlər  mədəniyyəti  arasındakı  iki,  bir-birinə 

yaxın olan tayfa qruplarının arasında mövcud olmuş bəzi etnik fərqlərin nəticəsi kimi 

aşkara çıxmış fərqlər zaman keçdikcə aradan qalxırdı. Təxminən eramızın başlanğıcında 

Yaloylutəpə sakinləri assimilyasiyaya uğradılar, öz etno-mədəni simalarını itirdilər. Küp 

qəbirlər mədəniyyəti alban tayfalarının hakim mədəniyyətinə çevrildi. 

Bütün  dəlillərdən  aydın  olur  ki,  alban  tayfa  ittifaqı  artıq  e.ə.  I  minilliyin  II 

yarısının  başlanğıcında  mövcud  idi.  Bütün  dəlillərdən  başqa  bunu  o  da  təsdiq  edir  ki, 

Arrianda  Atropatın  müttəfiqləri  sırasında  kadusilərlə  və  sakesinlərlə  yanaşı  Albaniya 

ərazisində yaşamış hər hansı tayfa qruplarının deyil, məhz albanların adı çəkilir. 

Albaniyada alban tayfalarının istifadə etdikləri iki başlıca dəfn adətindən başqa bir 

neçə  digər  mərasimlərin  də  mövcud  olması  bu  diyarda  müxtəlif  vaxtlarda  bura  gəlmiş 

başqa, qeyri-alban mənşəli əhali qruplarının olduğunu da təsdiqləməlidir. Deyilənləri hər 

halda  içərisində  uzadılmış  skeletlər  (görünür,  bəzi  hallarda  zəif  bükülü)  olan  quyu 

qəbirlərini,  çiy  kərpicdən  hazırlanmış,  təknə,  taxta  qutu  və  katakomba  qəbirləri  qoyub 

getmiş tayfalar barədə də iddia etmək olar. 

Müxtəlif  zamanlarda  Albaniyaya  daxil  olmuş  bu  dəfn  adətlərinin  daşıyıcıları 

əsasən irandilli tayfalar idilər. Bunlar skiflər, saklar (ortokoribantlar, sakesinlər), sarmat-

massaket-alan  dairəsinin  tayfaları  (yuxarı  aorslar,  alanlar,  massaketlər),  parfiyalıların 

hansısa qrupları və başqaları idilər. 

Təəssüf ki, biz yerli alban tayfalarının irandilli gəlmələrlə qarşılıqlı münasibətləri 

haqqında məlumatlara malik deyilik. Lakin qeyd etməliyik ki, mövcud olan materiallara 

əsasən  İran  elementi,  şübhəsiz,  Albaniyanın  etnik,  mədəni  və  siyasi  tarixində  az  rol 

oynamamışdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə