TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə20/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   16   17   18   19   20   21   22   23   ...   186

45 

 

Çaydaşı  mədəniyyəti  dövründən  erkən  aşel  mədəniyyətinə  keçid  ərəfəsində 



landşaftın regional xüsusiyyətləri saxlanmaqla yanaşı, qurunun və dənizin yerləşməsində 

və  iqlimdə  bəzi  dəyişikliklər  getmişdir.  Kür  körfəzi  geri  -  cənub-şərqi  Şirvanadək 

çəkilir, bütün Kür-Araz ovalığı Şirvandan qərbə dəniz sularından azad olur və düzənliyə 

çevrilir,  iqlim  quru  və  soyuq  olur.  İqlimin  soyuqlaşması  və  yüksək  dağlıq  zonalarda 

buzlaqların  əmələ  gəlməsi  nəticəsində  meşələrin  sürətlə  dağ  ətəklərinə  doğru  enməsi 

baş verir. Əvvəllər orta və yüksək dağlıq qurşaqları tutan meşələr indi 1000-1200  m-ə 

qədər enir və Azıx mağarasını əhatəyə alır. 

Aşel, Mustye və Üst Paleolit dövrlərini əhatə edən pleystosen epoxası Yer kürəsi 

tarixində  buzlaşma  dövrü  kimi  məlumdur.  Bu  dövrdə  Qafqaz 

 

və  digər  Avroasiya 



dağlarında üç dəfə buzlaşma gedir. 

 

Çaydaşı mədəniyyətinin sonunda formalaşan təbii 



şərait hələ pleystosenin başlanğıcında aşel mədəniyyəti dövründə saxlanmaqda davam 

edirdi. 


Erkən aşel mədəniyyəti dövründə (600-400 min il bundan əvvəl) iqlimin istiləşməsi, 

Şərqi  Avropa  düzənliyi  və  Qafqaz  buzlaqlarının  əriməsi  nəticəsində  Xəzər  dənizinin 

səviyyəsi  qalxır  və  yenidən  Kür-Araz  çökəkliyi  Gəncəyədək  su  altında  qalır.  Çaydaşı 

mədəniyyətinin  isti  dövründə  olduğu  kimi,  landşaft  qurşaqları  öz  əvvəlki  vəziyyətlərini 

bərpa  edir.  Dağ  ətəklərində  və  sahilyanı  düzənliklərdə  yenidən  çöl  və  yarımsəhra 

landşaftları hakim olur. Düzənliklərin çaykənarı sahələrində tuqay tipli meşələr yerləşir. 

Aşağı və orta dağlıq qurşaqlarda enliyarpaqlı və iynəyarpaqlı meşələr üstün mövqe tutur. 

Bu  dövrdə  Azıx  düşərgəsi  enliyarpaqlı  meşələrin  əhatəsində  yerləşmişdi.  Yanvarda 

hərarət 4-7°C, iyulda 22-25°C, illik yağıntı 1200-1600 mm olmuşdur. 

Erkən aşeldən Orta Aşelə keçid dövründə iqlim yenidən soyuqlaşır. Talış, Böyük və 

Kiçik Qafqaz dağ massivlərində qalxma sürətlənir. Onların ən yüksək silsilələri buzlaşmaya 

məruz  qalır.  Xəzər  dənizinin  səviyyəsi  xeyli  aşağı  düşür  və  sahəsi  kiçilir.  Kür-Araz 

ovalığı  yenidən  quruya,  hamar  düzənliyə  çevrilir.  İqlimin  soyuması  dağlarda  meşələrin 

yuxarı  sərhədlərinin  aşağı  düşməsi  ilə  müşayiət  olunur.  Azıx  yerləşən  ərazidə  meşə 

qurşağının  yuxarı  sərhədi  1000-1200  m  aşağı  enir,  bu  da  orta  illik  temperaturun  5-6°C 

aşağı  düşməsinə  dəlalət  edir. Göstərmək  lazımdır  ki,  Azıx  mağarasında  oddan  istifadə 

olunmasını sübut edən əşyayi-dəlillərə (kömür, yanmış sümük, ocaq yerləri) erkən aşel 

qatının üst təbəqələrində rast gəlinir. Oddan istifadə, şübhəsiz, iqlimin soyuqlaşması ilə 

əlaqədardır.  Osteoloji  materiallara  görə,  Azıx  düşərgəsi  ərazisində  o  vaxt  meşə 

heyvanlarından  ayı,  Qafqaz  bəbiri,  maral,  qaban,  xallı  maral,  vaşaq,  çöl  və  meşə-çöl 

heyvanlarından at, uzunqulaq, kərgədan, uzunbuynuzlu öküz və s. yaşayırdı. 

Orta  Aşel  mədəniyyəti  dövrünün  əvvəllərində  (erkən  Xəzər  əsrinin  birinci 

yarısında)  iqlimdə  yenidən  istiləşmə  gedir.  Materik  və  dağ  buzlaqlarının  əriməsi 

nəticəsində Xəzər dənizinin səviyyəsi yenidən qalxır və dəniz indiki Mingəçevir şəhərinə 

qədər  bütün  Kür-Araz  ovalığını  basır.  Arazsahili  zonada  və  Mil  düzündə  yarım    səhra 

landşaftı,  dağətəyi sahələrdə  çöl və  seyrək  meşələr, aşağı və  orta  dağlıq qurşaqlarda 




46 

 

palıd, vələs, fıstıq və  digər enliyarpaqlı  ağaclardan ibarət meşələr üstün  yer tuturdu, 



yüksək  dağlıq  isə  alp  və  subalp  çəmənlikləri  ilə  örtülü  idi.  Azıx  mağarasının  Orta 

Aşel  mədəni  təbəqəsindən  əldə  edilən  zəngin  osteoloji  materialın  öyrənilməsi  ətraf 

ərazidə müxtəlif növ heyvanların, o cümlədən cüyürün, xallı maralın, nəhəng maralın, 

qabanın,  vaşaqın,  ayının,  qamışlıq  pişiyinin,  kərgədanın,  qozbel  öküzün,  atın, 

uzunqulağın və s. yaşadığını göstərir. Bitki qalıqlarına əsasən aparılmış hesablamalar 

dövrün  iqliminə  aid  aşağıdakı  göstəriciləri  verir:  yanvarın  orta  temperaturu  4-6°C, 

iyulun 20-23°C, yağıntının miqdarı 1000-1200 mm-dir. 

Son  aşel  mədəniyyəti  dövrünün  (orta  pleystosenin  ikinci  yarısı)  əvvəlində 

iqlim  yenidən  soyuqlaşır.  Belə  vəziyyət  Azıx  sakinlərinin  mağaranı  müvəqqəti  tərk 

etməsinə səbəb olur. 

Sonra  gələn  erkən  Mustye  dövrü  (üst  Xəzər  əsri)  iqlimin  xeyli  istiləşməsi  ilə 

səciyyələnir. 

Bu  dövrdə  Azıx  düşərgəsi  yuxarı  sərhədi  2200-2300  m  mütləq  yüksəklikdə 

yerləşən  meşə  qurşağının  ətəyində  yerləşmişdi.  Bu  meşə  qurşağı  zəngin  heyvanat 

aləminə (cüyür, maral, dağ keçisi, mağara ayısı, qonur ayı və s.) malik idi. 

Mustye  dövrünün  (erkən  Xvalın  əsri)  ikinci  yarısında  qlobal  miqyasda 

soyuqlaşma (vyurm buzlaşma dövrü) ilə əlaqədar Azərbaycan ərazisində, o cümlədən 

dağlıq əyalətlərdə iqlim sərtləşir, əvvəlki dövrə nisbətən kəskin soyuq və quru iqlim 

vəziyyəti yaranır. Bu dövrün təbii şəraiti son aşel dövründəkindən fərqlənmirdi. Lakin 

iqlimin  arid  olması  ilə  əlaqədar  buzlaqların  ölçüsü  orta  pleystosenin  axırlarındakı 

səviyyəyə  çatmır.  Əgər  dağətəyində  və  düzənlərdə  çöl  və  yarımsəhra  landşaftlarının 

sahəsinin  xeyli  genişlənməsini  nəzərə  almasaq,  bütövlükdə  landşaft  qurşaqlarının  və 

zonalarının  yayılması son aşeldə  olan vəziyyəti təkrar edir. Bu dövrün  ən  əlamətdar 

hadisəsi insanın Azıx mağarasından 150-160 metr aşağıda və bir neçə kilometr aralıda 

bilavasitə  Quruçay  sahilində  yerləşən  Tağlar  mağarasına  keçməsidir.  İnsan  burada 

Mustye  mədəniyyəti  dövründə  (100  min  ildən  40-35  min  il  bundan  əvvələdək) 

yaşayıb. Qazıntı bitki qalıqlarına  görə, bu dövrdə  düşərgə  ətrafındakı dağ  yamacları 

palıddan,  vələsdən  və  cökədən  ibarət  meşələrlə  örtülü  olmuşdur.  Meşə  qurşağının 

yuxarı  hissəsində  qara  külgün  və  seyrək  tozağacı  meşələri  mövcud  olmuşdur.  Bu 

dövrdə  meşə  qurşağının  yuxarı  sərhəddi  indikinə  nisbətən  700-800  m  aşağıda 

yerləşirdi.  Tağlarda  insanın  yaşadığı  dövr  ərzində  üç  nisbi  istiləşmə  fazası  qeyd 

olunur.  Onlardan  biri  64-62  min  il,  ikincisi  58-56  min  il,  üçüncüsü  isə  52-48  min  il 

əvvəl olmuşdur. Bu qısamüddətli istiləşmədən sonra iqlimin yeni qlobal soyuqlaşması 

dövrü (son vyurm və ya son valday buzlaşma dövrü) başlayır. Şaquli iqlim və landşaft 

zonalarının  enməsi  baş  verir.  Bu  onunla  sübuta  yetirilir  ki,  yüksək  dağ  qurşaqlarına 

xas olan bitki və  heyvanların  qalıqları Azərbaycanda, Ermənistanda, Gürcüstanda və 

başqa regionlarda dağ ətəklərində yerləşən Üst Paleolit düşərgələrində tapılır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə