TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə49/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   45   46   47   48   49   50   51   52   ...   186

107 

 

Güman  etmək  olar  ki,  təxminən  həmin  dövrdə  Hellin  tayfalarının  Yunanıstan 



ərazisində  yerləşməsi  baş  vermişdir.  Təxminən  e.ə.  II  minilliyin  sonu,  yaxud  I 

minilliyin  başlanğıcında  Cənubi  Rusiya  çöllərindən  çıxmış  İrandilli  tayfalar  iran 

yaylası  vilayətlərində  yerləşməyə  başlamışdılar. Onların  yaxın qohumları olan  hind-

ari tayfaları daha əvvəlki dövrdə Hindistana soxuldular. 

Etnosların  (xalqların)  əksəriyyəti  müxtəlif  etnik  qrupların  -  yerlilərin  və 

gəlmələrin  qovuşması  nəticəsində  təşəkkül  tapmışdı.  Bu  obyektiv  həqiqət  həm 

müasir, həm də qədim xalqlara aiddir. Təbiidir ki, Azərbaycan ərazisində baş vermiş 

etnik  proseslər  də  müstəsna  ola  bilməzdi.  Ölkəmiz  artıq  çox  qədim  dövrlərdə, 

dəfələrlə müxtəlif tayfaların və xalqların müdaxiləsinə məruz qalmışdı. 

Qeyd  etmək  lazımdır  ki,  bəşər  tarixi  həmişə  antropoloji,  dil  və  mədəni 

mənsubiyyəti  baxımından  müxtəlif  qrupların  əlaqəsi  və  qovuşması  tarixi  olmuşdur. 

Dünyada "təmiz", "özgə" elementlərini mənimsəməmiş xalq yoxdur. 



Abidələrin  icmalı.  Orta  Tunc  dövrü  Qafqaz  və  qonşu  ərazilərin  maddi 

mədəniyyətində  əvvəl  mövcud  olmuş  ümumiliyin  aradan  çıxması,  kiçik  ərazili 

mədəniyyətlərin  yaranması  və  inkişafı  ilə  səciyyələnir.  Hər  şeydən  əvvəl  bu, 

memarlıqda düzbucaqlı tikililərin inşasında, metalişləmə və dulusçuluq sənətində yeni 

formalı predmetlərin istehsalında öz əksini tapır. Ötən dövrdə atribut rolunu oynayan 

dairəvi  gil  manqallara,  yarımkürə  formalı  qulplara  və  ümumiyyətlə,  dulusçuluqda 

qabların  qulpla  təchizolunma  hallarına  demək  olar  ki,  rast  gəlinmir.  Azərbaycanın 

cənub  ərazilərində  boya  naxışlı,  qırmızı,  şimalında  isə  qazma  naxışlı  qara-boz  saxsı 

məmulatı  Orta  Tunc  dövrü  abidələrinin  mədəni  mənsubiyyətinin  göstərici  əlamətini 

təşkil edir. 

Azərbaycanda  Orta  Tunc  dövrü  abidələri  Naxçıvanda,  Kür  və  Araz 

vadilərində,  Urmiya  gölü  hövzəsində,  Qarabağ  düzənliyində,  Muğanda,  Qobustanda, 

Abşeronda və bir sıra başqa bölgələrdə məlumdur və qismən öyrənilmişdir. 

Urmiya gölü hövzəsində Göytəpədə yaşayış hələ neolit dövründə başlamışdır. 

E.ə.  III  minilliyin  ortalarında  uzunmüddətli  yaşayışdan  sonra  sakinlər  oranı  tərk 

edirlər.  Müəyyən  fasilədən  sonra  orta  tunc  dövründə  Göytəpə  yenidən  məskunlaşır. 

Yeni sakinlərin Göytopədə yaratdığı maddi mədəniyyət ilk tunc dövrü üçün səciyyəvi 

deyildir.  Bu,  hər  şeydən  əvvəl,  dulus  məmulatına,  onun  çoxrəngli  naxışlı  qab-

qacağına  aiddir.  Yaşayış  yeri  daş  bina  üzərində  çiy  kərpicdən,  3,6  m  qalınlığında 

müdafiə  qalası  ilə  əhatə  olunmuş,  evlər  bir  neçə  otaqdan  ibarət  dördkünc  formada 

tikilmişdir. 

Urmiya  gölü  hövzəsində  Həftəvan  yaşayış  yeri  kərpic  divarla  əhatə 

olunmuşdur.  Bəzi  sahələrdə  müdafiə  divarının  qalıqları  3,3  m  hündürlükdədir. 

Düzplanlı  təsərrüfat  və  yaşayış  binalarının  inşasında  kvadrat  kərpiclər  (31x31x9,5; 

36x36x8,5  m)  tətbiq  olunurdu.  Otaqlardan  birinin  divarı  dibində  möhrədən 

səkiyəbənzər yataq yeri aşkar olunmuşdur. 




108 

 

Bu dövrün mədəniyyəti əldə və yaxud çarxda hazırlanmış dulus məmulatında 



az-çox  dolğun  əks  olunur.  Dulus  məmulatında  ən  maraqlı  əlamət  onun  boyalı  naxışı 

olmasıdır. 

Naxçıvanın  I  və  II  Kültəpə  yerlərində  Orta  Tunc  dövrü  təbəqələri  İlk  Tunc 

dövrü Kür-Araz mədəniyyəti mədəni təbəqəsi üzərində yerləşir. Evlər düzplanlıdır. II 

Kültəpədə  yaşayış  yeri  3  ha  sahəni  əhatə  edir.  Onun  üçdə  bir  hissəsi  bürcləri, 

dayaqları olan müdafiə divarı ilə əhatə olunmuşdur. Eni 2 m olan qala divarı palçıqla 

bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Divarın özünün inşasında iri kvadrat 

kərpiclərdən  istifadə  olunmuşdur  (32x32x11  sm;  38x38x12  sm;  40x40x12  sm; 

44x44x12  sm).  Az  keçmədən  qala  divarı  dağıntıya  məruz  qalır  və  öz  müdafiə 

əhəmiyyətini  itirir.  Ancaq  bir  qədər  sonra  o  bərpa  olunur,  lakin  sahəsi  xeyli  kiçilir. 

Qalanın  şərq  və  cənub  hissəsində  köhnə  divar  əvəzinə  yenisi  tikilir.  Yaşayış  və 

təsərrüfat  tikililəri  düzplanlı  olub,  palçıqla  bərkidilmiş  daşdan    hörülmüşdür.    Bəzi  

evlər bir neçə otaqlıdır.   Güclü və qəflətən baş  vermiş  yanğından tikintilər dağılmış, 

yaşlı bir adam sümükləri yanğın qalıqları içərisindən tapılmışdır. 

Orta  Tunc  dövründə  II  Kültəpədə  dörd  inşaat  qatı  və  4  m-dən  artıq  mədəni 

təbəqə  burada  yaşayışın  uzunmüddətli  olması  haqqında  təsəvvür  yaradır.  Yaşayış 

yerindən  çoxlu  və  müxtəlif  material  tapılmışdır.  Burada  rast  gəlinən  daş  gürzlər 

müxtəlif sahələrdə istifadə olunmuşdur. Çox güman ki, onların zərif nümunələri silah 

kimi tətbiq edilmişdir. 

Yaşayış yerindən dən üyütməkdə istifadə olunan daş alətlər, çaxmaq daşından 

oraq dişləri, taxıl qalıqları, ev heyvanlarının sümükləri,  metal əşyalar, metal  tökmək 

üçün  gil  buta,  əldə,  qismən  də  çarxda  hazırlanmış  müxtəlif  formalı  sadə  və  boyalı 

qab-qacaq məlumdur. Naxış əksər halda həndəsi fiqurlardan ibarət olsa da, insan, quş 

və heyvan təsvirlərinə də rast gəlinir. 

Bir  və  bir  neçə  rənglə  naxışlanmış  Orta  Tunc  dövrü  gil  məmulatı  Naxçıvan 

ərazisində Şortəpə, Nəhazir, Əznəbüt, Xalac abidələrindən məlumdur. 

Kür-Araz  ovalığında  Orta  Tunc  dövrü  abidələri  Bərdə  rayonunda  Şortəpə, 

Ağdam  rayonunda  Rəsultəpə,  Göytəpə,  Çinartəpə,  Ağcabədi  rayonunda 

Çaqqallıtəpədə və b. yerlərdə müəyyən edilmişdir. Maraqlı materiallar Üzərliktəpə və 

Qaraköpəktəpə qazıntılarından məlumdur. 

Bu  dövrün  ən  yaxşı  öyrənilmiş  yaşayış  yerlərindən  olan  Üzərliktəpə  Ağdam 

şəhərinin  şərq  kənarında  yerləşir,  3  ha  sahəni  tutur.  Üzərliktəpədə  üç  inkişaf 

mərhələsini əks etdirən 6  metrlik qalın  mədəni təbəqə əmələ gəlmişdir. Yaşayış  yeri 

iri,  kvadratşəkilli  kərpicdən  hörülmüş,  eni  2  m  olan  müdafiə  qalası  ilə  əhatə 

olunmuşdur.  Qalanın  şərq  divarında  giriş  yolunun  hər  iki  tərəfındə  çöl  üzdən 

düzbucaqlı dayaqlar hörülmüşdür. Yaşayış yeri güclü yanğından iki dəfə dağılmışdır. 

Bir  evin  döşəməsində  daş  həvəng,  dəndaşı,  çaxmaqdaşından  oraq  dişləri,  cilalı  qara 

qablar, tunc xəncər, iynə və başqa əşyalar vardı. İri gil qabda və torbada olan buğdanı 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə