TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə80/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   76   77   78   79   80   81   82   83   ...   186

172 

 

Aşşur  çarı  sonra  Allabriada  və  Parsuaşda  (Parsuada)  olmuşdu.  "Namru, 



Sanqibutu,  Bit-Abdadani  ölkələrinin  və  madalılar  ölkəsinin  məskən  rəisləri"  itaət 

etdiklərini bildirmək üçün Parsuaşa gəlmiş, bac-xərac da gətirmişdilər. 

II Sarqon Parsuaşdan Mannanın Misi vilayətinə keçir; çar belə məlumat verir: 

"Öz ölkəsinin adamları ilə birlikdə Ullusunu mənə sidqi-ürəkdən xidmət etməyə hazır 

vəziyyətdə  özünün  Sirdakka  (və  ya  Zirdiakka,  Durdukka)  qalasında  yolumu 

gözləyirdi.  Mənim  inanılmış  Aşşur  vilayət  rəislərim  kimi  o  da  mənim  qoşunumu 

yedizdirib-içirtmək  üçün  un  və  şərab  anbarları  düzəltmiş,  böyük  oğlunu  ehtiram 

əlaməti  olaraq  bəxşiş  və  sovqatla  hüzuruma  göndərib  mənim  himayəmə  vermiş,  öz 

çarlığını  möhkəmlətmək  üçün  stelasını  mənə  ithaf  etmişdi.  Mən  onun  bac  olaraq 

verdiyi iri qoşqu atlarını, qaramalı və davarı qəbul etdim". 

Ullusunu  ilə  danışıqlarında  Sarqon  Manna  çarına  söz  vermişdi  ki,  Mannanın 

itirilmiş  torpaqlarını  alıb  ona  qaytarmaq  məqsədilə  Urartuya  qarşı  yürüşə 

başlayacaqdır. Sarqonun "Relyasiya"sında bu münasibətlə deyilir: "...o (Ullusunu) öz 

qisasının  xatirinə  qabağımda  üzüqoylu  düşdü  yerə.  İstəyirdi  ki,  qəddar  düşmənləri 

olan kakmiyalıların ayağı onun ölkəsinə dəyməsin, çöl döyüşündə Urs (Rusa) məğlub 

edilsin,  pərən-pərən  düşmüş  mannalılar  öz  yurdlarına  qaytarılsın,  o  öz  düşmənlərini 

qalibiyyətlə ayaqlayıb öz ürək arzusuna çatsın". 

Danışıqlar zamanı Ullusununun və mannalıların şərəfinə ziyafət düzəldilmişdi. 

"Çar Ullusunuya... süfrə  açdım, taxtını atası,  valideyni İranzunun taxtından  yüksəyə 

qaldırdım; onları aşşurlularla  birlikdə şən süfrə başında əyləşdirdim və onlar mənim 

çarlığıma Aşşur qarşısında, öz ölkəsinin allahları qarşısında xeyir-dua verdilər". 

Sarqon  Mannada  ikən  Gizilbunda  vilayətinin  məskən  rəislərindən  bac  alır;  o 

rəislərdən ki, onlar "uzaq yerdə uzaq dağlarda yaşayır, Mannalılar ölkəsi və madalılar 

ölkəsi  boyunca  yolları  kəsirlər,  bu  məskənlərdə  yaşayan  adamlar  isə  öz  qüvvələrinə 

güvənir və başqalarının hakimiyyətini tanımırlar, - məndən əvvəl gəlib getmiş çarların 

heç biri onların yurdlarını görməmiş, adlarını eşitməmiş, onlardan vergi almamışdır, - 

dağlı knyazları itaətə  gətirmək və onlardan bəxşişlər almaq ixtiyarını mənə əta edən 

mənim hakimim Aşşurun böyük kəlamına görə, mənim qoşunumun yürüşündən xəbər 

tutub qorxuya düşdülər, öz ölkələrində onları dəhşət bürüdü: bac vermək üçün qoşqu 

atları,  sayagəlməz  qaramal  və  davar  topladılar  və  Mannanın  Zirdiakka  qalasına  - 

mənim  hüzuruma  gətirdilər;  yalvarıb,  and-aman  edirdilər  ki,  onları  öldürməyim, 

divarlarını uçurtmayım; ayaqlarımı öpürdülər". 

Sarqon Urartulu Rusa ilə müharibəyə başlayacağını vəd etdiyinə baxmayaraq, 

nədənsə Zikertu üzərinə gedir. 

Sarqon  yazır:  "Mannanın  Zirdiakka  qalasından  yola  düşdüm...  Mannalılar 

ölkəsinin, Bit-Kapsinin və qüdrətli Madalılar ölkəsinin arasında sürətlə irəlilədim və 

onun (Ullusununun) böyük qalası Panzişə gəldim; bu qala Zikkertudan və  Andiadan 

qorunmaq  üçün,  bir  də  qaçanlar  olmasın  və  düşmən  ayaq  basa  bilməsin  deyə  bu  iki 




173 

 

vilayətin  qarşısında  ucaldılmışdı.  Mən  qalanın  istehkamını  gücləndirdim,  əmr  edib 



oraya arpa, yağ, şərab gətirtdim". 

Sarqon sonra Zikertu ərazisinə soxulur. Dəhşətli təhlükə qarşısında Metatti öz 

paytaxtı  Pardanı  tərk  edir.  Sarqonun  verdiyi  məlumata  görə,  "Metatti  öz  sarayının 

əmlakını  atıb  kənara  çıxdı.  Atlarını  və  döyüşçülərini  yığıb  Ursanın  (Rusanın) 

köməyinə  göndərdi".  Aşşur  çarı  talanlar  edir,  qalaları,  məskənləri  dağıdır.  "Onların 

(yəni qalaların) divarlarını uçurtdum, qalalardakı evləri yandırdım, tufan kimi dağıdıb 

yerlə yeksan etdim" - deyə zəhmli hökmdar məlumat verir. 

Rusa  Metattinin  köməyinə  çatmağa  tələsirdi.  O,  görünür  qərbdən  Sarqonun 

arxasına  keçib  yolunu  kəsməyə  çalışırdı.  Sarqon  düşmənin  niyyətini  duyub  birdən-

birə  yolunu  dəyişib  qərbə  burulur,  urartuluların  vaxtilə  tutduqları  Manna  vilayəti 

Uişdişi ələ keçirir və burada Rusanın planları haqqında Allabria çarından məktub alır. 

Sarqon həlledici döyüş ərəfəsindəki vəziyyəti xarakterizə edərək məlumat verir 

ki,  Rusa  "özünün  və  müttəfiqlərinin  çoxsaylı  qoşununu  topladı,  zikertulu  Metattinin 

hayıfını almaq üçün döyüş qüvvələri yaratdı, təcrübəli döyüşçülərini... sıraya düzdü, 

yelqanadlı  atlara  mindirdi,  əllərinə  silah  verdi.  [Rusaya]  çoxdan  bəri  kömək  etmiş, 

ətrafda  nə  qədər  dağlı  çar  var  hamısını  onun  köməyinə  çağırmış  və  özü  yardım 

görmüş zikertulu Metatti qoşununun çox olmasına, köməyə güvənib onları ayrılmağa 

vadar etdi". 

Düşmənlərin  döyüşü  Uauş  (indiki  Səhənd)  dağında  oldu,  o  "böyük  dağda  ki, 

başı  buludlara  çatır,  dünya  yaranandan  ins-cins  görməyib,  yolçusu  olmayıb, 

göylərində  quşlar  uçmayıb,  qoynunda  quşlar  balalamayıb,  yuva  qurmayıb,  o  uca 

dağda  ki,  dikəlmiş  xəncər  tiyəsinə  bənzəyir,  dibsiz  uçurumlar  və  uzaq  dağ  dərələri 

görünür;  bərk  istilərdə  və  şiddətli  şaxtalarda  bu  dağ  ölüm  deməkdir,  səhərlər  və 

axşamlar  şəfəqə  bürünür,  gündüzlər  və  gecələr  aravermədən  qar  yağır,  ətəyindən 

zirvəsinədək  buz  bağlamışdır;  kim  bu  dağa  qədəm  basırsa,  qasırğaya  düşür,  bədəni 

(soyuqdan) qarsalanır". 

Aşşur  çarı  Uauş  dağında  öz  düşmənlərini  dəhşətli  məğlubiyyətə  uğratdı, 

darmadağın  etdi.  Sarqon  məlumat  verir:  "Qoşunu  əzdim,  zikertulu  Metattinin  və 

qonşu  çarların  alayını  pərən-pərən  saldım.  Qatı  düşmənim  Urartunun  və 

müttəfiqlərinin  qoşunlarını  məğlubiyyətə  uğratdım,  Uauş  dağında  onları  qaçmağa 

məcbur  etdim.  Mənim  hakimim  Aşşurun  Urartu  üzərində  qələbəsini  əbədi  bərqərar 

etdim... Andianın və Zikertunun adamlarını ölüm girdabına saldım". 

Zəhmli  hökmdar  belə  bir  məlumat  verməyi  də  unutmur:  "Qəddar  düşməni 

Mannalılar  ölkəsinə  yaxın  qoymadım,  mannalıların  hökmdarı  Ullusunuya  yaxşılıq 

etdim və onun əzabkeş camaatını işıqlı günə çıxartdım". 

Sarqon bu parlaq qələbədən sonra Urmiya gölünün şərq sahili boyunca sürətlə 

şimala  doğru  irəliləməyə  başladı.  Düşmən  nizamsız  halda  geri  çəkilirdi.  "Urartu 

ərazisinin  girəcəyində...  Urartu  adamlarının  "Mannalılar  ölkəsi"  adlandırdıqları... 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə