TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə83/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   79   80   81   82   83   84   85   86   ...   186

178 

 

Marlikdə  aşkara  çıxarılmış  qədəhin  üzərindəki  təsvirdə  də  dirilik  ağacının  yanında 



qanadlı  öküzlər  dayanmışdır.  Ziviyədə  aşkara  çıxarılmış  qızıl  pektoralın  yuxarı 

registrində  stilləşdirilmiş  dirilik  ağacı,  onun  yanında  qabaq  ayaqlarını  qaldırmış  dağ 

keçiləri, aşağı registrdə qanadlı öküzlər təsvir edilmişdir. 

Dirilik  ağacına  sitayiş  Yaxın  Şərqdə  geniş  yayılmış  motivdir.  Dirilik  ağacı 

təbiətin  ölməsi  və  dirilməsi  ideyasını,  qədim  əhalinin  əhyaya  və  axirətə  inamını 

təcəssüm  etdirirdi.  Müvafiq  dövrün  dəfnləri  də  buna  sübutdur.  Ölünü  sağlığında 

nədən  istifadə  eləmişdisə  və  o  dünyada  ömrünü  davam  etdirmək  üçün  nə  lazımsa 

hamısı  ilə  təmin  edirdilər.  Qəbirlərə  silah,  bəzək  şeyləri,  içində  yemək-içmək  olan 

çoxlu qab-qacaq qoyulurdu; bəzən qazıntı zamanı bu yemək-içməyin qalıqları tapılır. 

Qəbirlərə hökmən qoyulan əşyalardan biri də, ehtimal ki, dini mərasimlərdə işlədilən 

və  içərisinə  müqəddəs  su  doldurulan  uzunlüləli  qablar  idi.  Mərhumun  baş  tərəfində 

qurbanlıq heyvanlar yerləşdirilirdi. 

Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu. At, sözsüz, ilahiləşdirilirdi. 

Marlik,  Kaluraz  və  Şahtaxtı  nekropolundan  tapılmış  materiallar  sübut  edir  ki,  atlar 

ayrıca qəbirlərdə basdırılırdı. 

Əfsanəvi  xüsusiyyətlərə  malik  olduqları  güman  edilən  atların  təsvirlərinə 

sənətkarların qayırdıqları əşyalarda da rast gəlinir.  

Materiallar  göstərir  ki,  Urmiyaətrafı  vilayətlərdə  allahlar  panteonu  varmış, 

əhali allahlara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər 

icra edilirmiş. 

 

 



179 

 

IX   F Ə S İ L 



 

KĠMMER VƏ SKĠF (ġKUDA) TAYFALARININ 

AZƏRBAYCAN VƏ ÖN ASĠYA ƏRAZĠSĠNƏ 

BASQINLARI. MĠDĠYA (MADA) VƏ SKĠF 

ÇARLIQLARININ YARANMASI 

 

Kimmerlərin  və  skiflərin  Cənubi  Qafqaz  vilayətlərinə  soxulması.  E.ə.  I 

minilliyin  ilk  əsrlərində  Qafqaz  bərzəxinin  demək  olar  ki,  hər  yerinə  səyyar  atçı-atlı 

tayfalar  yayılmışdı; onların təşəkkül tapmış  məişət  xüsusiyyətləri,  yeni növ silahları, 

at  ləvazimatı  və  yalnız  özlərinə  xas  olan  dəfn  adətləri  vardı.  Arxeoloji  materiallarla 

təsdiq edilən yazılı qaynaqlar bu tayfaları inamla skiflər (şkuda) hesab etməyə imkan 

verir. Cənuba yayılan kimmerlər də hələ skiflərdən əvvəl Qafqazın bəzi rayonlarında 

olmuşdular. 

Kimmerlər  e.ə.  II  minilliyin  sonunda  -  I  minilliyin  əvvəlində  Qara  dənizin 

şimalsahili vilayətlərində yaşamış çoxsaylı tayfalardır. Şərq ədəbiyyatında kimmerlər 

haqqında  ən  qədim  məlumatlardan  biri,  görünür,  daha  ilkin  qaynağa  əsaslanan 

Bibliyanın  "Varlıq"  kitabının  X  fəslində  verilmişdir.  "Xalqlar  lövhəsi"  adlanan  bu 

qaynaqda  həmin  tayfalar  Gmr  (qamer)  adlandırılır  ki,  bu  da,  güman  edildiyinə  görə, 

Aşşur mətnlərinin gi-mir-ra-i sözünə və antik yazıçıların kımmepıoı sözünə uyğundur. 

Bibliya  müəlliflərinə  görə,  kimmerlər  haradasa  şimalda  yaşamışlar.  

"Odisseya"nın  müəllifi    də  onları    uzaq    şimalda  "Mavi  okean"ın      hüdudları   

yaxınlığında    yerləşdirir.      Ola      bilsin      ki,  "İliada"nın  epizodlarından  birində  də 

kimmerlər nəzərdə tutulur. 

Arxeoloji  materiallar  göstərir  ki,  məhz  kimmer-skif  yürüşlərinin  qızğın 

dövründə  Cənub-Şərqi  Qafqazın  ayrı-ayrı  rayonlarında,  məsələn,  Mingəçevirdə 

kənardan  yeni  etnik ünsür  gəldiyini sübut edən eyni qəbir  abidələri və  dəfn adətləri 

peyda olur. 

Mingəçevirdə aşkara çıxarılmış üzük-möhürlərin  üzərindəki təsvirlər də sübut 

edir  ki,  torpaq  qəbirlərdə  dəfn  edilmiş  fərdlər  sak

2

 -  skiflərdir.  Üzük-möhürlərdən 



birinin  üzərində  başında  şiş  papaq  və  əynində  səciyyəvi  sak  geyimi  olan  sak-

tiqraxauda təsvir edilmişdir. 

Kişi qəbirlərinin hamısından skif tipli ox  ucluqları deyilən onlarca ox ucluğu 

tapılmışdır. Qəbirlərdə tez-tez skiflərə məxsus tipik əyri bıçaqlara və bülöv daşlarına, 

habelə skif tipli qılınclara  və  nizə ucluqlarına rast gəlinir. Ucları ağzını açmış  yırtıcı 

heyvanların başı şəklində olan bilərziklər və tunc güzgülər də tapılmışdır. 

                                                           

2

 



Skiflərə qohum tayfa birləşmələridir.

 



180 

 

Hələ Strabon "sakların kimmerlər və trerlər kimi basqınlar etmələrindən" bəhs 



edərkən  yazırdı  ki,  tutduqları  vilayətə  "onlar  (yəni  saklar  -  məsul  red.)  öz  adlarına 

uyğun  olaraq  Sakasena  adı  qoymuşlar".  Antik  coğrafiyaçının  məlumatı,  şübhəsiz, 

kimmer-skiflərin  böyük  Ön  Asiya  yürüşləri  dövrünə,  Kür  çayından  cənubda,  indiki 

Gəncə-Qazax rayonunun yerində olmuş vilayətə aid edilməlidir. 

Sakesinlər Herodotun e.ə. VI əsrə aid məxəzində, görünür, ortokoribantlar adı 

ilə məlum imişlər; parikanlar (Manna çarlığının sakinləri - ?) ilə birlikdə onlar Mada 

satraplığının tərkibinə  daxil imişlər və  yəqin  ki,  Azərbaycan  ərazisində  yaşayırdılar. 

Lakin sakların adına e.ə. VII əsrin ortalarına aid mətndə təsadüf edilir; burada onların 

adı "Saklar ölkəsinin və Qutnumun çarı" adlandırılmış kimmer başçısı Tuqdammi ilə 

əlaqədar  olaraq  çəkilir.  Adı  Qutiumla  (Manna  ilə  -  ?)  bir  sırada  çəkilən  bu  sakların 

yaşayış yeri ancaq Mannanın yaxınlığındakı vilayətlər sayılmalıdır. 

Şübhə yoxdur ki, e.ə. VII əsrin sakları e.ə. VI-V əsrlərin ortokoribantlarının və 

e.ə.  IV-I  əsrlərin  sakasenlərinin  özüdür  və  qaynaqlara  görə  onlar  daha  məhdud  bir 

ərazidə  -  Sakasenada  (erməni  müəlliflərinə  görə  Şakaşen)  yaşamışlar.  Kür  çayı 

sahilində  şimaldan  Sakasenaya  bir  vilayət  bitişik  idi  və  adından  -  Kambisenadan 

göründüyü kimi, orada Şərqi İran tayfası olan kambuciyalıların bil hissəsi yaşayırdı. 

Ola  bilsin  ki,  saklar  və  kambuciyalılar  Cənubi  Qafqaza  eyni  bir  vaxtda  gəlib 

çıxmışlar. 

Deməli,  hələ  e.ə.  VII  əsrdə  (bəlkə  də  VIII  əsrdə)  "skif"  tayfalarından  biri, 

Zakaspinin  sak  əhalisinin-sak-tiqraxaudaların  (şişpapaq  sakların)  müəyyən  qrupları, 

digər  skif  tayfaları  ilə  birlikdə  Cənub-Şərqi  Qafqaza  və  Canubi  Azərbaycan 

vilayətlərinə soxulmuşlar. Onlar Qafqazın onomastikasında da iz qoymuşlar. Bu izlər 

ən əvvəl "Sakasena" (Şakaşen), "Şəki", "Kambisena" adları və digər adlardır. 

Kimmerlər  və  skiflər  Ön  Asiyada.  Manna  və  kimmer-skiflər.  E.  ə.  VIII 

əsrin  sonunda,  Herodotun  məlumatına  görə,  skiflər  tərəfindən  sıxışdırılan  köçəri 

kimmerlərin  sayagəlməz  ordaları  Ön  Asiyaya  soxulmuşlar.  Kimmerlər  hələ  Cənubi 

Qafqaz  torpaqlarında  urartulularla  toqquşaraq  iki  böyük  axına  bölünmüşlər.  Birinci 

axın  cənub-qərbə,  Kappadokiyaya  yönəlmiş,  ikinci  axın  isə  cənuba,  Manna 

vilayətlərinə və Madanın şimal-qərb hissəsinə üz tutmuşdu. 

Bu zaman Ön Asiya ölkələri iki düşmən cəbhədən: Aşşur dövlətindən və Aşşur 

qəsbkarlığına qarşı mübarizə aparan ölkələrdən ibarət idi. 

Aşşurun düşmənləri ilə ittifaq bağlayan kimmerlər özləri işğalçılıq məqsədləri 

güdsələr  də,  obyektiv  olaraq  təcavüzkar  dövlətlə  mübarizə  aparırdılar.  Kimmerlərin 

talanlarına Kiçik Asiya ölkələri xüsusilə çox məruz qalırdılar. Doğrudur, madalılarla 

onların arasında başqa cür münasibətlər yaranmışdı. Aşşur qaynaqlarından məlumdur 

ki, kimmerlər Aşşura qarşı mübarizədə madalılarla əlbir idilər. Tezliklə mannalılar və 

qismən skiflər də bu koalisiyaya qoşuldular. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə