TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə82/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   78   79   80   81   82   83   84   85   ...   186

176 

 

atları  mannalılar  ələ  keçirmişlər.  Cənubi  Azərbaycan  vilayətlərinə  Argiştinin  (e.ə. 



718-685)  yürüşləri  həmin  dövrə  aiddir.  Çarın  indiki  Sərab  rayonunda  aşkara 

çıxarılmış  iki  kitabəsində  haqqında  danışılan  bu  yürüşlər  Cənubi  Azərbaycan 

vilayətlərinə urartuluların son yürüşləri idi. 

Urartuluların bu rayonlarda neçə müddət qaldıqlarını söyləmək çətindir. Lakin 

güman etmək olar ki, çox qalmamışdılar, çünki Manna o dövrdə kimmerlər, skiflər və 

madalılarla  ittifaq  sayəsində  kifayət  qədər  güclü  idi.  O  dərəcədə  güclü  idi  ki,  çar 

Asarxaddon  (e.ə.  680-668)  kitabələrinin  məlumatına  görə,  Aşşuru  sıxışdırmağa  və 

onun  torpaqlarını  əlindən  almağa  başlamışdı.  Bu  zaman  Urmiyanın  qərbində 

Mannanın  hüdudları  bəlkə  də  Xubuşkiyaya  qədər  uzanırdı.  Aşşur  hakiminin  Şamaş 

allahının  orakuluna  sorğularından  birində  Assarxaddonun  qasidinin  Xubuşkiyaya 

səyahətindən  bəhs  olunur  və  onun  mümkün  düşmənləri  sırasında  "Mannalılar 

ölkəsinin sərhədində" sakin olan skiflərin də adı çəkilir. 



Mənəvi  mədəniyyət  və  dini  etiqadlar.  Qədim  dövrün  müxtəlif  xalqlarının 

mənəvi  mədəniyyətində  dini  etiqadlar  və  ayinlərin  icrası  xüsusi  yer  tutur.  Əhalinin 

dini etiqadları ilə tanışlıq onun mədəniyyətini və incəsənətini, onun dünyagörüşünün 

inkişafını başa düşmək üçün zəruridir. 

Yerli  əhalinin  dini  baxışları  haqqında  yazılı  mənbələrin  məlumatı  son  dərəcə 

məhduddur,  bu  qaynaqlarda  Urmiya  gölü  hövzəsinin  qədim  sakinlərinin  sitayiş 

etdikləri  allahların  adı  çəkilmir,  məbədlərin  adı  göstərilmir.  Əldə  olan  bir  neçə 

məlumat  belə  güman  etməyə  əsas  verir  ki,  mannalıların  şəhərlərində  ayrı-ayrı 

məbədlər  varmış  və  bu  məbədlərdə  allahların  heykəlləri  qoyulubmuş.  II 

Aşşurnasirapal  Zamuada  alınan  qəniməti  sadalayanda  zamualı  Amekanın  paytaxtı 

Zamridə  ələ  keçirilən  bütlərdən  də  xəbər  verir.  II  Sarqon  deyir  ki,  mannalılar  çar 

Ullusunu  ilə  birlikdə  Aşşura  və  öz  allahlarına  təşəkkür  duası  oxumuşlar:  "Onlar 

mənim  səltənətimə  Aşşurun  və  yaşadıqları  ölkənin  allahlarının  hüzurunda  xeyir-dua 

vermişlər". 

Arxeoloqlar Həsənlidə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından 

birini  məbəd  hesab  edirlər;  bu  binanın  ortasında  kərpic  meydança  vardı,  güman  ki, 

gətirilən qurbanları burada  yandırırlarmış. Divarlardan birinin dibində pilləkanlı  səki 

aşkar edilmişdir; səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu. 

Biz  yerli  əhalinin  dini  görüşləri  haqqında  maddi  mədəniyyət  abidələrindən 

daha çox məlumat ala bilərık. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik 

möhürlərin  və  digər  əşyaların  üzərindəki  təsvirlər  əhalinin  mənəvi  həyatının 

xüsusiyyətlərini əks etdirir. 

Həsənlidən tapılmış qızıl camın  yuxarı registrindəki təsvirlər allahlara sitayişi 

və  qurbanlar  verilməsini  xüsusilə  parlaq  şəkildə  nümayiş  etdirir.  Qatırlar  və  öküz 

qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar 

sürürlər.  Onların  saçları  bellərinə  çatır.  Allahlara  tərəf  iki  fiqur  gəlir,  ehtimal  ki, 




177 

 

kahinlərdir  -  biri  qədəhdən  şərab  tökmək  mərasimini  icra  edir,  digəri  ibadət  edirmiş 



kimi  əllərini  qabağında  tutmuşdur.  İki  xidmətçi  onların  ardınca  qurbanlıq  qoyunlar 

gətirir.  Onlar  da  allahlar  və  kahinlər  kimi  geyinmişlər,  lakin  saçları  çiyinlərinədək 

kəsilmişdir. 

Bu təsvir kompleksi allahlara şərab (?) nəziri vermək mərasiminin icrasından, 

havaların  məhsul  üçün  əlverişli  olması  naminə  yalvarış  və  qurbanlar  kəsilməsindən 

bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir. 

Camın  üzərində  təsvir  edilmiş  allahların  baş  geyimində  qanadlara  və 



buynuzlara  bənzər  şeylər  vardır.  Həsənlidə  minalı  divar  üzərində  buynuzlu  allahın 

başının relyefli təsviri aşkar edilmişdir. Qanadların olması bu ərazidə geniş yayılmış 

hurri ənənəsi sayılır. 

Qızıl  camın  üzərində  təsvir  edilmiş,  öküz  qoşulu  döyüş  arabasını  sürən  ilk 

allahı tufan, hərb allahı ilə eyniləşdirmək olar ki, onun da atributu öküzdür. Bu allah 

aşşurluların  allahı  Adada,  urartuluların  allahı  Teyşebaya,  hurrilərin  allahı  Teşşəba 

(Teşuba)  uyğundur.  Qatırlar  qoşulmuş  döyüş  arabalarının  sürücüləri  Mesopotamiya 

allahları  olan  Günəş  allahı  Şamaş  və  Ay  allahı  Sin  ilə  tutuşdurulur.  Mesopotamiya 

təsvirlərindən  göründüyü  kimi,  bu  allahlar  tez-tez  Adad  allahı  müşayiət  edirlər. 

Bunlar  üçü  birlikdə  təbiətin  xeyirxah  qüvvələrinin  təcəssümü  olan  allahlar  üçlüyünü 

təşkil  edirlər.  Adətən  mifik  rəvayətlərdə  xeyirxah  qüvvələr  şər  qüvvələrlə 

qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır. 

Urmiyaətrafı  rayonda  aşkara  çıxarılmış  qədəhlərdən  birinin  üzərində  şər 

qüvvələrin  təcəssümü  olan  ikibaşlı  ilana  qarşı  təbiətin  xeyirxah  qüvvələrinin 

mübarizəsi  təsvir  edilmişdir.  Bu  motiv  Həsənli  camı  üzərində  də  əks  olunmuşdur; 

burada düşmən qüvvələr üçbaşlı əjdaha surətində çıxış edirlər. 

Qədim  əhali  vəhşi  və  ev  heyvanlarına  fövqəltəbii  qüvvələr  kimi  isnad  edir, 

bəzilərini allahların rəmzi, müttəfiqi və ya əksinə, düşməni sayırdılar. 

Mesopotamiya  və  Kiçik  Asiya  allahları  ilə  yaxınlıq,  əlbəttə,  Urmiya  gölü 

hövzəsinin  vilayətləri  ilə  həmsərhəd  ərazilər  arasında  mövcud  olmuş  qonşuluq 

münasibətləri  və  əlaqələr  sayəsində  müınkün  ola  bilər.  Lakin  nəzərdən  keçirilən 

ərazidə  Aşşur  və  ya  Urartu  allahlarının  tam  eyni  olan  allah  təsvirləri  tapılmamışdır. 

Məlumdur  ki,  qədim  xalqların  demək  olar  ki,  hamısında  təbiət  qüvvələrinə  sitayiş 

geniş yayılmışdı, lakin bu qüvvələr hər dəfə  yerli şəraitə və adətlərə müvafiq olaraq 

təsvir edilirdi. 

Nəzərdən  keçirilən  ərazinin  qədim  əhalisinin  etiqadlarında  dirilik  ağacına 

sitayiş  böyük  yer  tuturdu.  Bu,  Həsənlinin,  Marlikin,  Ziviyənin  qədim  əhalisinin 

incəsənətində  də  öz  əksini  tapmışdır.  Sənətkarların  hazırladıqları  bir  çox  metal  və 

sümük əşyalarda, möhürlərdə dirilik ağacı və yanlarında ayaq üstə durmuş və yaxud 

diz  çökmüş  heyvanlar  təsvir  olunur.  Həsənlidən  tapılmış  qab  parçalarından  birində, 

Marlikdən tapılmış möhürlərdə ağacın qabağında dayanan dağ keçisinin təsviri vardır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə