TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   22   23   24   25   26   27   28   29   ...   86

- 53 - 
qaldığından  bu  ərazilərdə  eroziya  prosesi  sürətlənmiş,  bu  səbəbdən  bir  çox  bitki  növlərinin 
məhvolma  təhlükəsi  artmışdır. 
Paxlalı  birkilər  bəşəriyyətin  həyatında  özünün  bioresus  əlamətləri  ilə  olduqca  böyük 
əhəmiyyət  kəsb  edir.  Onlar  məişətimizdə  qida  kimi,  heyvandarlıqda  yem  şəklində,  onlarla 
xəstəliklərlə  mübarizədə,  sahələrin  eroziyalaşmasının  və  səhralaşmasının  qarşısının  alınmasında 
istifadə  olunur.  Eyni  zamanda  mənzillərin  bəzədilməsində,  balgətirici  xüsusiyyətlərinə  görə  bu 
bitkilər  gərəkli  və məqsədyönlü  istifadə  olunmaqdadır. 
Astragalus  cicer  növünün  tərkibində  triterpenoidlər,  senoninlər,  alkolodlər,  flavonoidlər, 
izopamiltin,  apigenin,  astrasiseran  aşkar  edilib.  Belorusiyada  onu  ürək  və  mədə  bağırsaq 
xəstəliklərində  istifadə  edirlər.  O,  hipotenzit  və  sakitləşdirici  təsirli  taxikaroliya  yaradır.  Tənəffüsü 
qıcıqlandırır,  xolinolitiq  və  hipoxolesterinemik  keyfiyyəti  verir,  qanda  likoproteyinlərin  miqdarını 
azaldır,  toxumalarda  adrinalin  və  noradrenalini  azaldır,  bakteriosit  aktivlik  göstərir.   
A.  dasyanthus  astraqalın  dəmlənməsi  effektiv  vasitə  kimi  xroniki  ürək  çatışmamazlığında, 
stenokaroliyada,  hiperbaniya  xəstəliyinin  ilkin  mərhələsində,  ödemlərdə  və  böyrəklərin  damar 
çatışmamazlığında  (kəskin  və  xroniki  nefrit)  istifadə  edilməsinə  icazə  verilir.  Sidik  ifrazını  artırır, 
qaraciyərin  toksiki  zədələnməsində  də  əhəmiyyətli  hesab  edilir  və  sedativ  antioksidant  təsirə 
malikdir.  Təsir  mexanizmini  zəngin  kimyəvi  tərkibini  bəzi  mikroelementlərin  və  qılıcızinin  olması 
bitkinin  zəhərli  təsiri  az  olan  xüsusiyyətini  nəzərə  alsaq  o,  dermotologiyada,  ekzermalarda, 
neyrodermitlərdə,  sklerodereniyada,  psiriyasta,  vitiliqada,  dazlıqda  müsbət  nəticə  alınır.  Xalq 
təbabətində  astraqal  A.  dasyanthus  yanıqlarda,  oynaqlarda  ağrılı  revamatizimdə,  sinir 
xəstəliklərində,  bəlqəmgətirici  kmi  qusma  yaradan  tərləyici,  islədici,  qandayandırıcı  vasitə  kimi 
istifadə  olunur.    
Təbabətdə  A.  falcatus  dərman  xammalı  kimi  yarpaqlarından  və  çiçəklərindən  istifadə  olunur. 
Onun  tərkibində  olan  robinin  əsasında  azoteniya  qarşı  təsirli  böyrəyin  müxtəlif  xəstəliklərində 
işlədilən  dərmanı  hazırlanıb.  O,  böyrəyin  azot  çıxarıcı  funksiyasını  artırır,  qanda  qalıq  azotun,  sidik 
cövhərini  azaldır  və  kriatinin  miqdarını  azaldır.  Onu  hiperazofemiya  üstünlüyü  ilə  keçən  xroniki 
böyrək çatışmamazlığı  kompleks  müalicə  daxilində  işlədilir. 
A.  qlycyphyllos  astraqalından
 
Volqaboyu  ərazidə  sinir  xəstəliklərinin  müalicəsində  istifadə 
olunur.  Ukraynada  dəmləməsi  sidikqovucu,  işlədici,  bəlğəmgətirici  kimi,  eləcə  də  skroflozda, 
dermofitlərdə,  zöhrəvi  xəstəliklərdə  revmatizmdə  işlədilir.  Fransada  yumuşaldıcı,  sidikqovucu, 
havatəmizləyici  kimi  istifadə  olunur.  Belarusiyada  torpaqüstü  hissəsinin  dəmlənməsi  uteropfozda, 
mədə  xəstəliklərində,  dizenteriyada,  kəllə  dərisinin  dermafomikozlarında,  Karpatda-sidikqovucu 
kimi  böyrəkdaşı  xəstəliklərində,  böyrəyin  və  sidik  yollarının  başqa  xəstəliklərində,  bəlğəmgətirici 
kimi,  kəsgin  respirator  xəstəliklərində,  revmatizimdə,  artragiyalarda,  diareyada,  dermafitlərdə, 
gnikologiyada,  doğuşu  stimulyasiya  edən  və  plasentanın  ayrılmasını  sürətləndirən  vasitə  kimi, 
Bolqariyada  astraqalın  dəmlənməsindən  hipertaniya  xəstəliyində,  qastroenteritlərdə,  meteorezimdə, 
ishalda,  laktopen  vasitə  kimi,  işiasta,  varinoz  dermafitlərdə  istifadə  olunur.  Yarpaqların  ekstraktı 
eksperimentdə  mayaqıcqırma  əleyhinə  təsir  göstərir.  Qafqazda  yarpaq  və  toxumlarından  böyrəkdaşı 
xəstəliklərində,  oliqauryada,  skrobulyozda,  dermafitlərdə  işlədici  kimi  işlədilir  (9). 
 
ƏDƏBİYYAT 
 
1. Qənbərov  D.Ş. Naxçıvan  Muxtar  Respublikasında  aşağı  dağlıq  qurşağı  üzrə  Astragalus L.    
növlərinin   yayılması  // Naxçıvan  Dövlət  Universiteti,Naxçıvan  2013, №1,  s. 56-60 
2.  Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikasında  yüksək  dağlıq  qurşağı  üzrə  Astragalus  l. 
növlərinin   yayılması  // Naxçıvan  Dövlət  Universiteti,Naxçıvan  2013, №1,  s. 56-60 
3.  Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikasında  As-tracantha  podlech  növlərinin    hündürlük 
qurşaqları  üzrə  yayılması  AMEA-nın  Naxçıvan  bölməsinin  xəbərləri.    Naxçıvan,  Tusi  2013,  №2, 
s.154-159 
4.  Qənbərov  D.Ş.  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  yayılan  Astracantha  və  Astragalus 
növıərinin  yarımsəhra  bitkiliyində  yayılması
 
// Naxçıvan  Dövlət  Universiteti  Naxçıvan,  2014  


- 54 - 
5.  Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikasında  orta  dağlıq  qurşağı  üzrə  Astragalus  növlərinin 
yayılması  // Naxçıvan  Dövlət  Universiteti,Naxçıvan,  2014 №4, s. 57-61 
6.  Ganbarov  D.  SH.  Spreading  of  Astracantha  and  Astragalus  species  on  the  highland  zones  of  the 
Nakhchivan  autonomous  republic  //  European  Academic  Research,  2014,  Impact  Factor  3,1:  p.-
4153-4159  
7.  Ganbarov  D.  SH.  Spreading  of  Astracantha  and  Astragalus  species  in  the  mountainous-cserophit 
plant  zones  of  the  Nakhchivan  Autonomus  Republic  //  e-  Library  Science  Research  Journal  İmpact 
Factor 0,109: 2014 
8.  Ganbarov  D.  SH.  Seadet  Aliyeva.  Spreading  of  Astracantha  and  Astragalus  species  of  wild 
vegetation  in  the  Nakhchivan  Autonomus  Republic  flora  //  International  Multidisciplinary  e-Journal 
2014,  Scientific  Journal  İmpact  Factor  3,5:  ISRA  Journal  Impact  Factor  1,347,  Universal  İmpact 
Factor 1,0444  p.-50-55  
9.  Ganbarov  D.  SH.  Useful  features  and  usage  methods  of  the  herbs  included  into  the  Astragalus 
species  // European  Academic  Research,  2015, Impact  Factor 3,1:  p.-14306-14309 
 
ABSTRACT 
                                                                                                                     Dashgin Ganbarov 
Spread  of Astracantha and Astragalus species according to the altitude  zones, their 
phitosenological  features and  significance  in  the flora  of Nakhchivan  Autonomous  Republic 
In  the  article  it  is  informed  about  the  spread  of  Astracantha  and  Astragalus  species 
according  to  the  altitude  zones  in  the  flora  of  Nakhchivan  Autonomous  Republic,  their 
phitosenological  features  and  significance. 
Astracantha  and  Astragalus  species  spreading  in  the  Nakhchivan  AR  create  different 
formations  mainly  in  desert, semi  desert, mauntain-xerophyt,  bozgir,  alp and subalp  olant  areas. 
 
РЕЗЮМЕ 
                                                                                                                        Дашгын  Ганбаров 
Распространение  видов Астраканты и Астрагалюса  по высотному поясу и их 
фитосенелогические свойства и значении, которые находятся  на территории 
Нахчыванской Автономной Республикии 
 
В  этой  статьи  дается  информация  о  распространении  по  высотному  поясу  и  их 
фитосенелогические  свойства  и  значении  Астраканты и Астрагалюса которые находятся  на 
растительном мире Нахчыванской Автономной Республики. 
 
Виды  Астраканты  и  Астрагалюса  которые  распространялись  на  территории 
Нахчыванской  Автономной  Республики  образуют  в  основном  роле  формации,    пустыни, 
полупустынных, горностепных, альпийских, субальпийских  растительностей.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent  
M.Piriyev
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə