TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   28   29   30   31   32   33   34   35   ...   86

- 65 - 
 
                 Prunella grandiflora (L.) Scholl.  - İriçiçək  boğazotu 
 
 
 
 
 
     
 
 
 
 
 
 
Çoxillik  çılpaq  və  ya  zəif  tükcüklü  bitki  olub,  sürünən  və  ya  dikduran  kökümsova  malikdir.  Gövdəsi 
düz  və  ya  azca  əyilməklə,  15-60  sm  uzunluğundadır.  Yarpaqları  saplaqlı,  uzunsov  və  ya 
yumurtavari-uzunsov  olub,  bütövkənarlıdır.  Çiçək  altlığı  pərdəli,  dairəvi,  kənarları  kirpikcikli  və 
qısa  itiucludur.  Hamaşçiçəkləri  sıx,  yumurtavari  və  ya  uzunsov  yarpaqlıdır.  Yuxarı  dodağının 
dişcikləri  enli  üçbucağabənzər,  itisonluqlu,  alt  dodağı  isə  ikibölümlü  olmaqla,  lansetvari  dişciklidir. 
Çiçək  tacı  16-27  mm  uzunluğunda  yasəməni-bənövşəyi  və  ya  qırmızımtıl  olmaqla,  çiçək  borucuğu 
bir  qədər  əyilmişdir.  Erkəkciyi  uzun  sapcıqdan  və  qısa,  küt  kiçik  təpəcikdən  ibarətdir.  Erkəkciyi 
uzun  sütuncuqludur.  Fındıqcıq  meyvələri  dairəvi  və  ya  dairəvi-yumurtavari  formalı,  2  mm 
uzunluğunda,  çılpaq  olub,  azacıq  qabarıqdır.  Tərkibində  saponinlər,  aşı  maddələri,  efir  yağları,  C  və 
K  vitaminləri  vardır.  Xalq  təbabətində  ishal,  bağırsaq,  öd,  vərəm  xəstəliklərində  və  şiş  zamanı  təyin 
edilir.  Dekorativ  bitki  kimi  də  istifadə  edilir.  İyun-avqust  aylarında  çiçəkləyir  və  meyvə  verir.  Orta 
və  yüksək  dağlıq  qurşaqlarının  çəmən  və  meşə  kənarlarında  yayılmışdır  (5,  s.  298-301;  10,  s.  39-46; 
11, s. 59-66).  
Ümumi  yayılması  -  Qafqaz  (Ön,  Qərbi  və  Şərqi  Qafqaz),  Krım,  Orta  Avropa,  Balkan  ölkələri, 
Kiçik  Asiya,  İran,  Şimali  Amerika.  İlk dəfə  Avropa  ərazisindən  elmə  daxil  edilmişdir.   
Naxçıvan  Muxtar  Respublikası  Ordubad  rayonu  Unus,  Culfa  rayonu  Göynük  (şərq  ərazisi) 
ərazilərinin  təpəlik  ətəklərində,  əsasən sıx  otluqlarda  rast gəlinir.   
 
Prunella vulgaris L. - Adi  boğazotu   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


- 66 - 
Çoxillik  ot  bitkisi  olub,  sürünən  uzun  kökümsovsa  malikdir.  Gövdəsi  düzqalxan  və  ya  bir 
qədər  əyilən,  demək  olar  ki,  çılpaq  və  ya  məxməri  tükcüklü  olmaqla,  (3)  8-40  (60)  sm 
uzunluğundadır.  Yarpaqları  saplaqlı,  2-6  sm  uzunluqda,  1-3  sm  enində,  yumurtavari  və  ya  uzunsov-
yumurtavari,  adətən,  pazvari,  zirvəsi  küt  və  ya  iti,  bütövkənarlı  olub,  seyrək  dişciklidir.  Çiçək 
köbəsi  buruq  başcıqlı  və  ya  sünbüləbənzər,  yumurtavari  və  ya  uzunsov  olmaqla,  oturaq 
yarpaqlardan  ibarətdir.  Çiçək  altlığı  oturaq,  enli  yumurtavari,  demək  olar  ki,  dairəvi,  ürəyəbənzər, 
zirvəsi  qısa  itiuclu,  adətən  purpur  rəngdən,  tünd-bənövşəyi  rəngə  qədər  dəyişən  tükcüklü  olub, 
kənarları  uzun  kirpikciklərdən  ibarətdir.  Kasacığı  ikidodaqlı,  alt  dodağı  yarıya  qədər  ikibölümlü 
lansetvari  dişcikli,  üst  dodağı  isə  qısa  olub,  itiuc  sonluqla  qurtarır.  Çiçək  tacı  bənövşəyi,  bəzən  ağ, 
8-12  sm  uzunluğunda  olub,  borucuğu  düzdür.  Meyvəsi  fındıqcıqlı,  yumurtavari  və  ya  ellipsvarı,  2 
mm  uzunluğunda,  hamar  və  parlaq  olub,  xaricdən  yastıdır.  Kimyəvi  tərkibi  əsasən  alkaloid,  qeyri-
üzvi  duzlar  (kalsium  xlorid),  efir  yağı,  kamfora,  fenxon  və  fenxil  spirtindən  ibarətdir.  Tərkibi  C 
vitamini  ilə  zəngindir.  Bu bitki  olduqca  zəhərlidir!!!   
Xalq  təbabətində  dəmləmə  və  bişirmələrindən  qankəsici  maddə  kimi  və  iltihabi  xəstəliklərdə, 
endemik  ur,  angina,  yuxarı  tənəffüs  yollarının  iltihabı,  öskürək,  mədə  sancısında,  ishal 
qanaxmalarında,  ürək  xəstəliklərində,  epilepsiya,  şəkərli  diabet,  difteriya,  qızdırma  ilə  müşayiət 
edilən  soyuqdəymələrdə,  qırtlaq  vərəmi,  hipertireoz,  qastroenterit,  dezinteriya  və  ginekoloyi 
xəstəliklərdə  işlədilir.  Xaricə  təyin  edilən  vannaları:  eksudativ  diatez,  dəri,  frunkulyoz,  abses, 
stomatit  xəstəliklərində  olduqca  səmərəlidir  (16, s. 123-130; 17, s. 423-435).  
Çin  təbabətində  vərəm,  endemik  ur  (zob),  Koreya  təbabətində  sidik  yolları,  limfoma,  xroniki 
artrit,  hipertonik  xəstəliklərdə  və  revmatik  artritlərdə  təyin  edilir.  Zəhərli  bitki  olduğundan  olduqca 
ehtiyatla  işlətmək  lazımdır!    
☼Bir  çay  qaşığı  bitki  2  saat  ərzində  1  stəkan  qaynanmış  suda  dəmlənilir,  bir  xörək  qaşığı 
məhlul  gündə  3-4  dəfə  qəbul  edilir.  Toxumlarında  16%  yağ  olur.  May-iyun-avqust  aylarında 
çiçəkləyir  və meyvə  verir  (14, s. 283-284; 15, s. 491-496).   
Azərbaycanın  Kür-Araz  ərazilərinin  aşağı  qurşaqlardan,  subalp  qurşaqlarına  qədər  meşə,  meşə 
kənarı,  bozqır,  kolluq,  çəmən,  bağ,  arx  və  yol  kənarlarında  rast  gəlinir.  Mezofit  bitki  olub,  boreal 
növ  kimi  yarımefemeroiddir.   
Ümumi  yayılması  -  Bütün  Qafqaz,  Orta  Avropa  (şimali  hissədən  başqa),  Qərbi  və  Şərqi  Sibir, 
Uzaq  Şərq,  Orta  Asiya,  Türkmənistan  dağlıq  və  Baltikyanı  ölkələr,  Kiçik  Asiya,  İran,  Hindistan, 
Çin,  Monqolstan,  Şimali  və  Cənubi  Amerika,  Yaponiya  və  Avstraliyada  yayılmışdır.  İlk  dəfə 
Avropadan  elmə  daxil  edilmişdir. 
  Naxçıvan  Muxtar  Respublikasının  Şahbuz  rayon  Nurs  (1600-1800  m.d.s.h),  Culfa  rayon 
Xəzinədərə  və Paradaş ərazilərinin  əsasən otluq  yerlərində  rast gəlinir. 
 
ƏDƏBİYYAT 
1.
 
Ələkbərov  R.Ə. Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  Dalamazkimilər  (Lamiaceae 
Lindl.)  fəsiləsinin  Ziziphora L. cinsinə  daxil  olan  növlərin  müalicəvi  xüsusiyyətləri   Naxçıvan 
Bölməsinin  Xəbərləri.  Təbiət  və texniki  elmlər  seriyası,  2013,  №4,  s. 132-138 
2.
 
Ələkbərov  R.Ə. Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  Dalamazkimilər  (Lamiaceae 
Lindl.)  fəsiləsinin  Satureja L. (Çöl  nanəsi)  cinsinə  daxil  olan  növlərin  biomorfoekoloji  və müalicəvi 
xüsusiyyətləri.  Naxçıvan  Bölməsinin  Xəbərləri.  Təbiət  və texniki  elmlər  seriyası,  2014,  №4,  s. 115-119 
3.
 
Ələkbərov  R.Ə., Qasımov  H.Z. Gövdəsiz  çaşır (Prongos acaulis L.) və Çiriş  (Eresmus spectabilis 
(Bieb.)  bitkiləri,  onların  faydalı  xüsusiyyətləri.  “Faydalı  bitkilərdən  istifadənin  aktual  problemləri”  Bakı, 
26-28  oktyabr,  2011,s.  97-100 
4.
 
Mehdiyeva  N.P. Azərbaycanın  dərman  florasının  biomüxtə lifliyi.  Bakı,  "Letterpress"  nəşr,  2011,  s. 
188. 
5.
 
Səyyarə İbadullayeva,  Ramiz  Ələkbərov  Dərman bitkiləri  (Etnobotanika və Fitoterapiya) Medicial 
plants  (Ethnobotany and Phytoterapya) Təhsil,  Elm,  Bakı,   2013,   331  s. 
6.
 
Talıbov  T.H., İbrahimov  Ə.Ş. Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri  (Ali 
sporlu,  çılpaqtoxumlu  və örtülütoxumlu  bitkilər).  Naxçıvan,  Əcəmi,  2008,  364  s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə