Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   44   45   46   47   48   49   50   51   ...   171

96 
 
buxtasına  gəlib  çıxmışdılar.  Holland  gəmisinin  heyəti  ticarət  yolu  ilə  qızıl  əldə 
etmək,  varlanmaq  məqsədini  güdürdü,  lakin  reallıq  onlara  eybəcər  sifətini 
göstərməyə  başladı.  Sahilə  qədəm  basdıqdan  sonra  əvvəlki  arzularından  əsər-
əlamət də qalmadı, yeganə qayğı həyatlarını qoruyub saxlamaq oldu. Kəndin valisi 
onları  dustaq  kimi  saxladı  ki,  yalnız  kəndin  sahibi  daymyo  Yabudan  göstəriş 
aldıqdan sonra gəmi və onun heyəti haqqında nə etmək lazım olduğunu bilsin. 
Bləksorn yerli adamlarla ünsiyyətdə tərcüməçilik edən portuqaliyalı iezuitin 
də onlara loyallıqdan çox uzaq olan münasibəti ilə üzləşdi. İspanlarla hollandların 
və ingilislərin düşmənçiliyi uzaq yad ölkədə də özünü biruzə vermək imkanı  əldə 
etmişdi.  Bu  vaxt  Portuqaliya  İspaniyanın  tərkibində  olduğundan  və  dünyada 
katolik  dinini  yaymaq  missiyasını  öz  üzərinə  götürən  ambisiyalı  iezuitlərin 
protestant  ingilislərə  və  hollandlara  nifrəti  tərcüməçi  keşişin   timsalında  özünü 
qabarıq  şəkildə  göstərirdi.  Protestant  niderlandlılar  dörd  onillikdən  çox  bir 
müddətdə  katolik  İspaniyasının  ağalığından  xilas  olmaq  üçün  onunla  müharibə 
aparmalı  olmuşdu.  İngilislər  isə  vətənlərini  işğal  etməyə  gəlmiş  məğlubedilməz 
İspan Armadasını biabırçı məğlubiyyətə uğratmış, onlara da yaponlar kimi qasırğa 
çox kömək etmişdi. 
Portuqaliyalı  keşiş  onların  tezliklə  öldürüləcəklərini  bildirdi  və  o,  özü  də 
bunun  reallaşması  üçün  əlindən  gələn  hər  şeyi  etməyə  hazır  idi.  Axı  iezuitlər  bu 
gəmi  heyətini  Yaponiya  ilə  ticarətdəki  inhisarlarına  təhlükə  hesab  edir  və  onları 
dəniz quldurları kimi qələmə verirdilər. 
Hiddətlənən ingilisin keşişin boynundan asılmış xaçı qırıb yerə atması onun 
intiqam hissini daha da gücləndirmişdi. Həm də keşişin hədyanlığına cavab olaraq 
bildirdi  ki,  Hollandiyada  ağalıq  edən  ispan  Alva  bu  ölkə  üçün  bir  vəba  idi  və 
katolik keşişlər özlərini necə qələmə versələr də, o, yaxşı bilir ki, onlar nə Allahın 
qulağına  malik  deyillər,  nə  də  onun  səsi  ilə  danışa  bilməzlər.  Axı  ingilis  öz 
vətənində  də  katolik  dininə  mənsub  olan  kraliça  qanlı  Mariya  Tüdorun 
protestantları təqib və edam etdirməyinə görə biabırçı şöhrət tapdığını yaxşı bilirdi 
və  həmin  vaxt  onun  əri  gələcək  ispan  kralı  Qəddar  Filipp  adlanan  II  Filipp  idi. 
Yalnız  kraliça  Elizabet  taxt-taca  yiyələndikdən  sonra  İngiltərədə  bu  Valpurgiya 
gecəsinə son qoyulmuşdu. 
Yaponlara  gəldikdə,  buddizm onları  tolerantlığa  öyrətsə  də,  onlar  insan 
ömrünə qənim kəsilməyi elə bir ciddi şey hesab etmirdilər. İngilisin sahildə aldığı 
ilk təəssürat onu bu qənaətə gətirib çıxarmışdı. Bu ərazinin sahibi olan daymyonun 
qardaşı  oğlu  və  kəndə  görə  məsuliyyət  daşıyan  Omi-san  barbar  hesab  etdiyi  bu 
adamı qorxutmaq üçün kəndlilərdən birinin ona lazımi səviyyədə baş  əymədiyini 
hiss  etdikdə,  qılıncın  bircə  zərbəsi  ilə  onun  başını  bədənindən  ayırdı.  Öz 
növbəsində  o,  Bləksornu  da  bu  ölkədə  ən  dözülməz  təhqir  sayılan  bir  qaydada 
alçaltdı,  lakin  dənizçi  gözləri  önündə  baş  verən  hadisəni  yadına  salıb,  həm  də 
yoldaşlarının  taleyini  düşünərək  həmin  təhqirə  dözməyi  qərara  aldı.  Axı  o, 
günahsız  bir  adamın  belə  qəddarlıqla  qətlə  yetirilməsini  heç  vaxt  görməmişdi  və 
bunu  heç  ağlına  da  gətirə  bilməzdi.  Yerli  adamların  əhatəsində  piqmeylərin 
yanındakı  nəhəng  kimi  görünən  ingilis  beləliklə,  şəraitə  görə  təhqirlə  barışmalı 
oldu. 


97 
 
Gəmi  heyətinin  başçısı  kimi,  kapitan  ölümcül  xəstə  idi,  həm  də  portuqal 
dilini  bildiyindən ona  nisbətən  yaxşı  münasibət bəsləyirdilər və  onu bir kəndlinin 
evində  ayrıca  yaşamağa  göndərdilər.  Ev  sahibi  ilk  növbədə  ondan  hamam  qəbul 
etməyi tələb etdi, ingilis onun təklifinə əhəmiyyət vermədi, həm də o çox yorğun 
idi, yatmaq  istəyirdi. Yapon  isə təkidlə  bildirdi ki,  əvvəlcə  hamam  qəbul etməklə 
özünü  təmizlə,  yalnız  bundan  sonra  yata  bilərsən.  Əlavə  etdi  ki,  bütün 
portuqaliyalılar kimi səndən də iy gəlir və bir daha ona evindəki hamama girməyi 
əmr  etdi.  Dənizçi  onun  göstərişinə  əməl  etmədikdə  yapon  cudo  və  karate 
qaydasında ona zərbə endirdi. O, huşunu itirib yerə  yıxıldı və sonra ev sahibinin 
göstərişinə əməl etməli oldu. 
Yaponların hamam  qəbul  etməsi  onların  həmçinin  geyzer  fəvvarələrindən 
yaranan  isti  su  gölməçələrində  –  onsendə  çimmək  ənənəsinin  yaranmasına  və 
bunun indiki dövrə qədər gəlib çıxmasına səbəb olmuşdur. 
Yaponun  ona tanış   olmayan qaydada  zərbəsinə  gəldikdə,  1588-ci  ildə 
hakimiyyətdə  olan  şoqun  Yaponiyada  əhali  arasında  silahların çox  yayılmasından 
ehtiyat  edərək,  samuray  olmayan  kəndlilərin  hamısının  silahlarını  müsadirə 
etmişdi.  Həmin  silahlar  samuraylara  və  döyüşçülərə  verildi.  Bu  vaxt  əllərindən 
qılıncları alınmış kəndlilər silahsız döyüş növləri ilə məşğul omlağa başlamışdılar. 
Samuraylar isə üstlərində iki qılınc gəzdirirdilər, bunlardan biri uzun döyüş 
silahı,  ikincisi  isə  gödək  xəncər  idi.  Bundan  əvvəlki  dövrlərdə  isə  samurayların 
silahı ox idi. 
Samurayların   digər imtiyazları da  var  idi,  belə  ki,  yalnız  bu  zümrədən 
olanlar çayın üstündən salınmış körpüdən keçə bilərdilər, kəndlilər isə çayın o biri 
tərəfinə  bərələrdə  keçməli  idilər.  Samuraylar  müharibə  üçün  doğulmuşdular.  Bu 
borc  və  öz  ağalarının  iradəsinə  itaət  olanların  həyatının  mənasını  təşkil  edirdi. 
«Samuray» yapon dilində «xidmət etmək» mənasını verirdi. Sədaqətli samurayları 
o  ailələrdən  seçirdilər  ki,  orada  oğul  öz  valideynlərinə  qayğı  göstərir.  Bunlarla 
yanaşı  digər  qəribə  cəhətlər  də  göstərirdi  ki,  Yaponiya  tam  başqa  bir  dünyadır, 
ikinci kainatdır. 
Bləksornun  hamam  qəbul  etmək  istəməməsi  də  onun  həyat  təcrübəsindən 
gələn  səbəblərlə  bağlı  idi.  Digər  şimal  xalqları  kimi  ingilislər  də  yuyunmaq  üçün 
çimməyi  xəstəlik  mənbəyi  hesab  edirdilər,  axı  şimalın  soyuq  havasında 
çimməkdən  sonra  adama  soyuqdəymə  ehtimalı,  sətəlcəmlə  xəstələnmə  təhlükəsi 
xeyli artırdı. 
Hətta kraliça Elizabetin sarayında işləyən bir məmur yazırdı ki, o, ömründə 
bircə  dəfə  çimmişdir.  Evlənəndə  arvadının  çimdiyini  görüb,  o  da  bunun  sadəcə 
olaraq nə olduğunu bilmək istəmişdi. 
Yapon  da  öz  hərəkətinə  haqq  qazandıra  bilərdi.  Necə  olur  ki,  onun  evində 
yaşayan bir adam ev sahibinin düzgün sayılan istəyinə əməl etməsin. Yaponiyada 
davranış  qaydalarına  əməl  etmək  çox  vacib  sayıldığından  hamı  ehtiyatlı  hərəkət 
etməyə borclu idi. Digər tərəfdən yadellilər barbar sayılmaqla onlara münasibət də 
o  qədər  ürəkaçan  deyildi.  Gəminin  və  onun  göyərtəsində  olan  topların 
müsadirəsindən böyük qazanc və nüfuz əldə edəcəyi gümanı ilə Edodan mülkiyyəti 
olan kəndinə gələn daymyo Yabu da ingilislərin çoxunu mavi gözlərinə görə Siam 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə