Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   45   46   47   48   49   50   51   52   ...   171

98 
 
pişiklərinə bənzətmişdi. Ümumiyyətlə, yaponlara görə mavi göz və kürən saç İblis 
əlaməti idi. Həm də onlar barbarlara iy vermələrinə və natəmizliklərinə görə nifrət 
edirdilər,  bu  adamların  ət  yemək  adətlərindən,  səfeh  dinlərindən,  cəhalətlərindən 
və  iyrənc  qaydalarından  yaponların  zəhləsi  gedirdi.  Böyük  daymyo  Toranqanın 
yanına gələn qüdrətli düşməni İşido da, balaca oğlan uşağı da Bləksornu ilk dəfə 
burada görəndə ikrahla onu eybəcər adlandırmışdılar. 
Lakin  portuqaliyalılar  Yaponiya  torpağına  qədəm  basa  bilmişdilər  və 
kommersiya  ucbatından  yaponlar  onları  öz  ölkələrinə  buraxmışdılar.  Bu  ölkə  ilə 
qonşuluqda yerləşən Çin onlarla heç bir ticarət aparılmasına icazə vermirdi. 1542-
ci  ildə  ilk  dəfə  buraya  gələn portuqaliyalılar, yaponlarla  çinlilər  arasındakı ticarət 
əlaqələrində  vasitəçi  olmaqla,  bu  əməkdaşlığı  canlandırdılar.  Çin  öz  ipəyini 
gümüşə satırdı. Yaponiya isə bol gümüş ehtiyatlarına malik idi. Həm Çin, həm də 
yapon  dilində  danışmağı  öyrənən  missioner  keşişlər  hesabına  portuqaliyalılar 
onların  arasında vasitəçi  rolunda danışıqlar  aparır, həm  də  tərcüməçilik  edirdilər, 
bunlar  isə  ticarət  aparmaq  üçün  zəruri  şərt  idi.  Portuqaliyalılar  həm  də  yaponları 
muşket və güllə barıtı ilə tanış etmişdilər, bu ölkəyə 20 top və beş min top mərmisi 
gətirmişdilər. 
Xristianlığı   qəbul etmiş çox  sayda  mühüm  daymyolar  və  yüzlərlə  xristian 
yaponlar  Çinlə  sərhəddə  yerləşən  və  ən  cənub  ada  olan  Kyuşuda  yaşayırdılar, 
burada o vaxtkı portuqaliyalıların dörd əsr sonra üzərinə atom bombası atılması ilə 
məşhurlaşan Naqasaki limanı da mövcud idi. Praqmatik xalq olan yaponlar holland 
gəmisinin heyəti barədə də belə qərara gəldilər ki, barbarlar, güman ki, bizim üçün 
ölü  olmaqdansa  diri  kimi  daha  faydalı  olacaqlar.  Axı  gəmidəki  toplar  da 
hakimiyyət  və  nüfuz  uğrunda  gedən  münaqişələrdə  az  əhəmiyyət  kəsb 
etməyəcəkdi.  Zəhərdən,  xəyanətdən  silah  kimi  istifadə  edən  adamlara  daha 
dağıdıcı silaha da sahib olmaq vacib idi. Lakin yaponlar vuruşmağı da bacarırdılar. 
Burada  müharibə  aparmaq  üsulu  demək  olar  ki,  ritual  xarakter  daşıyırdı,  bu  vaxt 
fərdi  əlbəyaxa  mübarizə  gedirdi.  Qılınc  ən  yüksək  hörmətli  silah  hesab  olunurdu. 
Tüfəngdən istifadə qorxaqlıq və şərəfsizlik sayılırdı və bütünlüklə samuray kodeksi 
olan  buşidoya  zidd  idi.  Buşido  isə  «Döyüşçünün  Yolu»  demək  idi,  samurayı 
şərəflə  vuruşmağa,  şərəflə  yaşamağa  və  şərəflə  ölməyə  sövq  edirdi.  Qorxmadan 
ölmək,  hətta  bunda  öz  xidmət  yolunu  aramaq  -  kiminsə  adı  naminə  iftixar  hissi 
keçirmək  və  bu  adın  təhqir  olunmasına  yol  verməmək  idi.  Bəzi  hallarda  harakiri 
adlandırılan  seppuku  öz  qarnını  yarıb  bağırsaqlarını  çölə  tökmək  yolu  ilə  özünə 
sui-qəsd  ritualı  olub,  samuray  üçün  yeganə  yol  hesab  olunurdu.  Biabırçılıq  baş 
verəndə,  günahkar  olanda  və  ya  şərəflə  əlaqədar  səhvə  yol  verəndə  bu  özünü 
cəzalandırma  növü  tətbiq  olunurdu.  Ona  görə  seppuku  yeganə  olaraq  samuray 
kastasının  preroqativi  hesab  olunurdu.  İstər  kişi,  istər  qadın  olmasından  asılı 
olmayaraq  bütün  samuraylar  körpəlikdən  özləri  üçün  bu  aktı  icra  etmək  və  ya 
sekundant kimi mərasimdə iştirak etmək üçün hazırlaşırdılar. Qadınlar seppukunu 
yalnız boğazlarına bıçaq soxmaqla icra edirdilər. 
Şoqun isə Yaponiyada həyatda əldə edilən ən yüksək rütbə hesab olunurdu. 
Şoqun Ali Hərbi Diktator demək idi. Yalnız bir daymyo həmin vaxt bu titula sahib 
ola  bilərdi.  Və  yalnız  İmperial  Əlahəzrəti  –  hakimiyyətdə  olan  İmperator,  Göyün 


99 
 
İlahi Oğlu öz imperial ailəsi ilə Kioto şəhərində təcrid olunmuş qaydada yaşamaqla 
yanaşı, bu titulu verə bilərdi. 
Şoqun  təyin  olunma  mütləq  hakimiyyətə  yiyələnməyə  aparıb  çıxarırdı. 
İmperatorun  möhürü  və  mandatı  ilə  Şoqun  onun  adından  idarə  edirdi.  Bütün 
hakimiyyət  imperatordan  gəlirdi,  çünki  o,  mənşəyini  birbaşa  Allahlardan 
götürürdü. Bununla yanaşı Şoquna müxalif olan hər bir daymyo avtomatik qaydada 
taxt-taca qarşı qiyamda iştirak etmiş kimi qiymətləndirilirdi. Və elə həmin vaxt o, 
sürgün edilir və onun torpaqları müsadirə edilirdi. 
Hökmranlıq edən  İmperatora  ilahi qüvvə kimi  sitayiş   edilirdi,  çünki o,  öz 
mənşəyini  Günəş  İlahəsi  Amaterasu  Omikamidən  qırılmayan  xətt  əsasında 
götürürdü, İzanaqi və İzanami adlı Allahların uşaqlarından biri idi. Onlar Yaponiya 
adalarını göy qübbəsindən əmələ gətirmişdilər. İlahi hüquqa görə hökmranlıq edən 
İmperator  bütün  torpaqların  sahibi  idi  və  ona  heç  bir  şəkkə  yol  vermədən  itaət 
edirdilər. Lakin praktiki olaraq altı əsr ərzində, 1867-1868-ci illər inqilabına qədər 
real  hakimiyyət  taxt-tacdan  kənarda  qalmaqla,  Şoqunlara  məxsus  idi. 
Ümumiyyətlə, hakimiyyət bu ölkədə yeganə vacib şey hesab olunurdu. 
İmperator və bütövlükdə İmperial saray bütünlüklə təcrid olunmuş qaydada 
saxlanırdı, Kiotodakı divarlarla əhatə olunmuş kiçik ərazidə yerləşən, bağları olan 
saraylarda  yaşayırdı.  Onların  ömrünün  çoxu  ehtiyac  içərisində  keçirdi  və 
fəaliyyətləri  isə  yalnız  Yaponiyanın  daimi  animistik  dini  olan  Şintonun  davam 
edən  rituallarını  seyr  etməklə  məhdudlaşırdı.  Əqli  əyləncələrə  gəldikdə  onlar 
kalliqrafiya  ilə,  rəsm  çəkməklə,  fəlsəfə  və  poeziya  ilə  məşğul  olurdular.  Bəzi 
imperatorlar  isə  öz  imzalarını  ərzaq  almağa  dəyişirdilər,  belə  qəribə  barter 
əməliyyatı aparmağa məhkum idilər. Çox vaxt hətta tac qoyulması mərasimi üçün 
də  pul  çatışmırdı.  İmperator  daha  çox  daymyoların  yaratdığı  şəxsə  çevrilirdi. 
Axırıncılar o qədər qüdrətli idilər ki, Kiotonu da fiziki qaydada öz mənsubluqlarına 
keçirə bilərdilər. İmperatorlar Şoqunatın istəyi ilə evlənir, taxt-tacdan əl çəkir və ya 
taxt-taca yüksəlirdilər. 
Beləliklə Şoqun  devrilənə qədər olduqca böyük  qüdrətə sahib olurdu. Lakin 
onlar  da  təhlükəsiz  həyat  yaşamırdılar.  Şoqun  İkaua  Yukkinsin  aşpazlarını  min 
gümüş parçası məbləğindəki rüşvətlə ələ alıb onu zəhərləmişdilər. 
Yaponlar  tez-tez  bədbəxtliklərlə  üzləşməli  olurdular,  zəlzələlər  böyük 
dağıntılarla  və  insan  itkisi  ilə  müşayiət  olunurdu.  Bu  dövrlər  vaxtaşırı  bu  xalqın 
üstünü alırdı, ən qorxulusu aclıq illərinin baş verməsi idi. Ərzaq çox qıt idi, demək 
olar  ki,  hamı  əsgər  idi.  Banditlər  bataqlıq  ağcaqanadı  kimi  çox  olmaqla  əhaliyə 
əziyyət  verirdi.  Kəndlilərin  imtiyazı  isə  balıq  tutmaq,  torpaq  əkib-becərmək, 
məhsulu  yığmaq  və  bir  də  vergi  ödəmək  idi.  Bir  kəndlinin  böyük  qızı  altı  yaşına 
çatanda gözəl  olduğundan  onu  satmaq  üçün  əlverişli  imkan  yaranmışdı. Yaponlar 
üçün  ümumiyyətlə  həyatın  heç  bir  dəyəri  yox  idi.  Tarixi  qanun  belə  idi.  Oğlan 
uşağı on beş yaşına çatanda o, artıq yaşlı və varis hesab olunurdu. 
Yaponiyaya ilk  dəfə gələn yad adamların birinci vəzifəsi buradakı davranış 
qaydalarını öyrənmək idi. Ölkə əhalisi həmişə qaydalara əməl etməyə və nəzakətə 
çox  yüksək  qiymət  verirdi.  Etiketin  böyük  əhəmiyyət  kəsb  etdiyi  bu  ölkədə 
davranışda azacıq ehtiyatsızlıq təhqiramiz hərəkət kimi qəbul oluna bilərdi, bu isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə