Teqvim-2017. pdf


Rəssamlıq. Heykəltəraşlıq.Memarlıq Bəhruz Kəngərli



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə6/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   2   3   4   5   6   7   8   9   ...   200

14

Rəssamlıq. Heykəltəraşlıq.Memarlıq

Bəhruz Kəngərli 

1892-1922  

Y

ANV

AR

Bəhruz (Şamil)  Şirəlibəy oğlu 

Kəngərli 1892-ci il yanvar ayının 10-

da Naxçıvanda anadan olmuşdur. 

Uşaq ikən ciddi xəstəlik keçirən 

Kəngərli, ağır eşitdiyindən ümumtəhsil 

məktəbinə gedə bilməmiş, rəssamlığa 

meyl göstərmişdir. 1910-1915-ci 

illərdə Tiflisdə Qafqaz İncəsənəti 

Təşviq Cəmiyyətinin nəzdindəki bo-

yakarlıq və heykəltəraşlıq məktəbində 

oxumuşdur. 

Bəhruz Kəngərlinin rəssam kimi 

püxtələşməsində  Cəlil Məmmədqulu-

zadənin və “Molla Nəsrəddin” 

jurnalının böyük rolu olmuşdur. 

Yaradıcılığının ilk dövründə müəllimi – 

mollanəsrəddinçi rəssam O.Şmerlinqin 

və  tələbə yoldaşı L.D.Qudiaşvilinin 

portretlərini çəkmiş, karikatura və 

satirik rəsmlər, mənzərə  və  məişət 

səhnələrini  əks etdirən rəsm, akva-

rel və boyakarlıq  əsərləri yaratmış-

dır (“Qoca kişi”, “Toy”, “Elçilik” 

və s.). Naxçıvan teatrında “Ölülər” 

(C.Məmmədquluzadə), “Hacı Qara” 

(M.F.Axundzadə), “Pəri-cadu” 

(Ə.Haqverdiyev) tamaşalarına bədii 

tərtibat və geyim eskizləri vermişdir. 

1914-cü ilin iyununda rəssamın 

Naxçıvanda ilk böyük yaradıcılıq 

sərgisi açılmışdır. Cəmi 7 il yaradıcılıq 

fəaliyyəti ilə məşğul olmağa macal tap-

mış Bəhruz Kəngərli 2000-ə qədər rəsm 

əsəri yaratmışdır. O, realist ifadəliliyi, 

yüksək bədii-estetik dəyəri ilə diqqəti 

cəlb edən çoxlu portret, mənzərə, na-

türmort çəkmişdir. Bəhruz Kəngərli 

1918-1920-ci illərdə erməni daşnak-

larının Azərbaycanda törətdikləri 

faciələri təsvir edən, azərbaycanlı 

qaçqınların portretlərindən ibarət 

“Qaçqınlar” silsilə əsərlərini yaratmış-

dır. Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə (1918-1920) Bəhruz Kəngərli 

yaradıcılıqdan qalmır, boyakarlıq və 

qrafika  əsərləri yaradır, rəssamlıq 

sənətini gənclərə öyrətmək, bu sənəti 

sevdirmək üçün xüsusi dərnək açır, 

fərdi sərgilərini təşkil edirdi. 

1921-ci 

ildə Bakıda açılan ilk bö-

yük sərgidə  Kəngərlinin 500-dən çox 

əsəri nümayiş etdirilmişdir.  Ə

sərləri 

R.Mustafayev adına Azərbaycan 

Dövlət  İncəsənət Muzeyində, Naxçı-

van Dövlət Tarix Muzeyində, Mosk-

va Dövlət Tarix Muzeyində  və  şəxsi 

kolleksiyalarda saxlanılır. Kəngərli 

həm də milli teatr rəssamlığının 

banilərindəndir. 

A.Babayevin “Yarımçıq şəkil” pye-

si Kəngərliyə həsr olunmuşdur.

Bəhruz Kəngərli 1922-ci il fevral 

ayının 7-də Naxçıvanda, 30 yaşında 

vəfat etmişdir. 

2001-ci ildə Naxçıvan MR Ali 

Məclisi sədrinin “Bəhruz Kəngərlinin 

adının 


əbədiləşdirilməsi haqqın-

da” sərəncamına  əsasən, Naxçıvan 

şəhərində muzeyi yaradılmış, qəbirüstü 

abidəsi ucaldılmışdır. 



Ə d ə b i y y a t

Bəhruz Kəngərli, 

1892-1922 [İzoma-

terial]: rəngkarlıq, 

qrafika /layih. rəhb. 

Ç.Fərzəliyev; mətnin 

müəl. X.Əsədova.-Bakı: 

Sərvət, [Şərq-Qərb], 

2013.-104 s.

Azərbaycan rəssamlıq 

sənətinin banisi           

 //Azərbaycan incəsənəti. 

Təsviri sənət, dekorativ-

tədbiqi sənət, memar-

lıq   /tərt.: Z.Əliyev, 

A.Xəlilov; Azərb. Resp. 

Gənclər və İdman 

Nazirliyi, “Bizim Nəsil 

Gənclərin Regional 

inkişaf Assosiasiyası 

İctimai Birliyi”.-Bakı, 

2011.- C.II (X-Ö) [C.III 

(P-Z)].-S.5-12.  

İsmayıl. Azərbaycanı 

kətana köçürən dahi...: 

Bəhruz Kəngərli 

milli rəssamlıq 

sənətimizi, rəsmlərdə 

azərbaycançılığı təbliğ 

edən ustaddır /İsma-

yıl    //Şərq.-2014.- 31 

oktyabr.- S.11.

İ n t e r n e t d ə

www.az.wikipedia.org 

www.anl.az 

www.elibrary.azlib.net 

www.kitab.biz

 10

125 

illiyi

Rəssam


15

Musiqi.Opera

Kövkəb Səfərəliyеvа  

1907-1985 

Y

ANV

AR

Kövkəb Kamil qızı  Səfərəliyeva 

1907-ci il yanvar ayının 3-də Bakı 

şəhərində anadan olmuşdur. 

1915-ci ildə, səkkiz yaşında ikən 

Marinski adına ümumtəhsil məktəbinə

 

daxil olmuş, eyni zamanda һəm də for-



tepiano sinfində musiqi dərsləri almış, 

1916-cı ildən təһsilini Musiqi texniku-

munda davam etdirmişdir. 1926-cı ildə 

Kövkəb Səfərəliyeva Musiqi texniku-

munu bitirmiş  və Azərbaycan Dövlət 

Konservatoriyasına daxil olmuşdur. 

Oxumaqla yanaşı, çox gənc olmasına 

baxmayaraq onu Türk qadın seminari-

yasına işə  dəvət etmişlər. Kövkəb xa-

nım Dövlət Konservatoriyasında Üze-

yir bəylə tanış olmuş və  uzun illər birgə 

fəaliyyət göstərmişlər. Təhsil illərində 

Üzeyir bəy onu konservatoriyanın 

nəzdində  fəaliyyət göstərən birinci və 

ikinci dərəcəli hazırlıq siniflərində dərs 

deməyə  dəvət etmişdir. 1926-1927-ci 

illərdə əvvəlcə təcrübəçi-pedaqoq kimi 

ümumi fortepiano fənnindən dərs de-

miş, 1928-ci ildən isə xüsusi fortepiano 

sinfində məşğələlər aparmağa başlamış-

dır.

Öz dövrünün dəyərli mütəxəssis-



lərindən dərs alan bu istedadlı musiqiçi   

1932-ci ildə Azərbaycan Dövlət Kon-

servatoriyasını bitirərək, ali təhsil almış 

ilk professional Azərbaycan pianisti 

kimi tarixə düşmüşdür. Azərbaycanda 

fortepiano sənətinin yaranması və inki-

şafı onun adı ilə bağlıdır. 1952-ci ildə 

həmin tədris müəssisəsinin professoru 

olmuşdur.

Kövkəb Səfərəliyeva 1934-cü ildə 

Azərbaycan Opera və Balet Teatrın-

da konsertmeyster vəzifəsinə  dəvət 

almış, 1935-1936-cı illərdə Çaykovs-

ki adına Moskva Dövlət Konservato-

riyasının aspiranturasında  professor 

A.V.Şaskesanın sinfində  təhsilini da-

vam etdirmişdir.

Musiqi təhsilinin inkişafında böyük 

əməyi olan Kövkəb xanım 1937-ci ildə 

konservatoriyanın nəzdində orta ixtisas 

musiqi məktəbini (indiki Bülbül adına 

məktəb)  yaratmış, 1937-1952-ci illərdə 

həmin məktəbə rəhbərlik etmişdir.

Kövkəb Səfərəliyeva bir sıra elmi-

metodik dərsliklərin, fortepiano üçün 

külliyyatın tərtibçisi, musiqi haqqında 

məqalələrin müəllifidir.

Musiqiçi kadrlar hazırlanmasında, 

Azərbaycan musiqi sənətinin inkişafın-

da böyük xidmətlərinə görə 1972-ci ildə 

ona Azərbaycan SSR-in “Xalq artisti” 

fəxri adı verilmiş, 1977-ci ildə anadan 

olmasının 70 illik yubileyi münasibəti 

ilə Azərbaycan SSR Ali Sovetinin 

Rəyasət Heyətinin Fəxri Fərmanı ilə 

təltif edilmişdir.

Kövkəb Səfərəliyeva  27 iyun 1985-

ci ildə Bakıda vəfat etmişdir.

Xatirəsini əbədiləşdirmək məqsədilə 

Bakı  şəhərindəki küçələrdən birinə 

onun adı verilmişdir.

Ə d ə b i y y a t

Azərbaycan 

bəstəkarlarının polifonik 

pyesləri [Not]: forte-

piano üçün /tərt. ed. 

K.Səfərəliyeva.-Bakı, 

1970.- 17 s.

Qamma və arpeci-

olar [Not]: musiqi 

məktəblərinin şagirdləri 

üçün (f-no sinfi üzrə) 

/K.Səfərəliyeva.- Bakı: 

İşıq, 1982.- 68 s. 

Qara Qarayevin 

seçilmiş əsərlərinin 

fortepiano üçün konsert 

işləməsi və köçürmələri 

[Not] /tərt. ed. və red. 

K.Səfərəliyeva.-Bakı: 

İşıq, 1980.-96 s.

Major və minor qamma-

ları tersiyalarla orta ixti-

sas musiqi məktəblərinin 

yuxarı sinif şagirdləri 

üçün: f-no üçün                                 

/tərt. K.Səfərəliyeva; 

Ü.Hacıbəyov ad. Azərb. 

Dövlət Kons-sı.- Bakı: 

İşıq, 1977.- 24 s.

Маилова, А. 

Становление и 

развитие музыкально-

исполнительского 

творчества 

К.К.Сафар-Алиевой.-

Баку: Адильоглы, 

2003.-465с.

İ n t e r n e t d ə

www.anl.az

www.president.az

3

110 

illiyi

Piаnоçu



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə