Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   52   53   54   55   56   57   58   59   60

Turkish   Studies   /   Türkoloji   Araştırmaları   Volume   2/3 
Summer   2007   Halid   Said   Hocayev’in   “Yeni   Elifba 
Yollarında Eski Duygu ve Hatıralarım” Adlı Eseri 251 
Atalay, Besim (1985), Divanü Lügati’t-Türk Tercümesi,  
C. I, Ankara. 
Hocayev, Halid Said (2006); Yeni Elifba Yollarında Eski 
Duygu ve Hatıralarım, (Haz. Mustafa TOKER-Ufuk Deniz 
Aşçı), Ankara: Türk Dil Kurumu Yayınları. 
Timur   Kocaoğlu   (1985),   “Türkolojide   Eserler   II: 
Türkistanlı   Dilci   Halid   Said’in   Türk   Lehçelerinin 
Karşılaştırmalı Grameri”, Türk Kültürü, 266: 28-38. 
Timur Kocaoğlu (1986), “Azeri Bilgini Halid Said’in Türk 
Lehçelerinin Karşılaştırmalı Grameri”, Tarih İncelemeleri 
Dergisi, 2: 349-359. 
Toker, Mustafa (1996),  "Halid Said Hocayev ve Yeni 
Elifba Yollarında Eski Hatıra ve Duygularım Adlı Eseri", 
Türk Dünyası Dil ve Edebiyat Dergisi, 2: 409–418. 
Turkish Studies / Türkoloji Araştırmaları Volume 2/3 
Summer 2007
197


TÜRKİY
Ə
  Dr. Yakup DƏLIÖMƏROĞLU 
Avrasya Yazarlar Birliyinin Genelbaşqanı 
QAZAXLARIN İSTİQLAL ARZUSU
Qazax tarixini bilməyənlər bu qardaşlarımızın rus ha-
kimiyyətini   qəbul  edəndən   sonra   sadiq   təbəə   olaraq 
Çar   Rusiyasına   və   sovetlərə   vətəndaşlıq   etdiklərini 
zənn edə bilərlər. Halbuki əslində həqiqət heç də belə 
deyil   və   Türkistanı   anlamaq   üçün   ümumi   durumu 
bilmək çox vacibdir.
Qazax türklərinin istiqlal hərəkatı Ebulhayır Xanın Ru-
siyanın   himayəsini   qəbul   etməsindən   (1731)   sonra 
başlayır və davam edir. Qazaxlar rus imperializminə ilk 
etirazlarını məşhur Puqaçov üsyanına köməklik edərək 
göstərdilər. Gənclər rus qalalarına basqınlar təşkil etdi. 
Tatar,   çuvaş,   başqırd   və   kalmıkların   da   qatıldığı   bu 
üsyana qazaxlar 1773-cü ildə dəstək verdilər. Rusların 
Xəzər ətrafındakı qazax torpaqlarını xüsusi mülkiyyət 
adı   altında   xalqın   əlindən   almağa   başlamaları   və 
qalalar   inşa   etmələri   üsyanın   güclənməsini   təmin 
edirdi.  Dosqali  və  Şergazi Sultanların   liderliyi   altında 
hərəkat 1775-ci ilə qədər davam etdi. Təəssüf ki, bu 
hərəkat nəticəsiz qaldı və tarixə qazaxların ilk istiqlal 
mübarizəsi olaraq yazıldı.
Puqaçov üsyanının  yatızdırılmasından  on il ötəndən 
sonra   savaşlarda   böyük   xidmət   göstərmiş   və   xalq 
içində geniş şöhrət qazanmış Sırım Datoğlunun liderliyi 
ilə istiqlal hərəkatı başladı. 1785-ci ildə başlayan  bu 
hərəkat qısa müddət ərzində 6000 əsgərə sahib oldu. 
Bir   il   ərzində   o,   Rusiyaya   bağlı   olan   Nurqali   Xanın 
nüfuzunu  yetərincə  zəiflətdi.  İstiqlal  mücahidləri  gah 
rus qalalarına basqınlar edir, gah da ruslarla işbirliyi 
edən bəyləri öldürürdülər.
198


Çar   Yekaterina   1790-cı   ildə   fərman   verib   Nurqali 
xanın əvəzinə Erali Sultanı xan təyin etdi. 4 il xanlıq 
edən Erali da Datoğlu hərəkatının qarşısını ala bilmədi 
və 1794-cü ildə öldü. Onun  yerinə ruslar Esim adlı bir 
şəxsi taxta  çıxartdılar.  Esim var  gücüylə Datoğlunun 
üzərinə hücuma keçdi, lakin nəticə əldə edə bilmədi. 
1796-cı   ildə   bütün   Qazaxıstanı   bürüyən   qıtlığı   xalq 
“xanın uğursuzluğuna yozdu” və malikanəsinə hücum 
edib onu öldürdülər.
Sırım Datoğlu hərəkatının on ikinci ilində ruslar hərbi 
güclə üsyanı yatıra bilməyəcəklərini anlayıb hiyləyə əl 
atdılar.   Qazax   adətincə   xan   boy   bəylərinin 
qurultayında   seçilirdi.   Bu   qurultaya   qazaxlar,   “xan 
seçmə   qurultayı”   deyərdilər.   Rusiya   satın   aldığı   boy 
bəylərinin   üstünlük   təşkil   etdiyi   bir   xan   qurultayı 
çağırdı. Qurultaya Sırım Datoğlu da dəvət edildi. Adətə 
uyğun   olaraq   bu   qurultayda   iştirak   edən   Datoğlunu 
mübarizəni dayandırmağa inandırdılar. Beləliklə, 12 il 
sonra 1797-ci ilin avqustunda bu istiqlal hərəkatı də 
dayandırılmış oldu. Qurultaydan 5 il sonra 1802-ci ildə 
Xivədən dönərkən vəfat edən Datoğlunun qəbri, xalq 
tərəfindən ziyarətgaha çevrildi. İnsanlar xalqın övliya 
dərəcəsinə   yüksəltdiyi   bu   istiqlal   qəhrəmanının 
qəbrinin şəfa verdiyinə inanırdılar. 
Datoğlu   hərəkatından   sonra   qazaxlar,   bu   dəfə   də 
İsatayın   liderliyi   ilə   yeni   bir   mübarizəyə   başladılar. 
1835-38-ci illərdə, üç il davam edən hərəkat sürətlə 
yayıldı.   İstiqlal   mücahidləri   15   oktyabr   1836-cı   ildə 
Terek   şəhərini   rusların   əlindən   alaraq   paytaxt   elan 
etdilər.   Buradan   müqəvva   xanın   mərkəzinə   hərəkət 
etdilər.   Məqsədləri   müqəvva   xanı   taxtından   endirib 
müstəqil bir dövlət qurmaq idi. Xanın paytaxtı Jaskusta 
dörd   kilometr   qalmış   Xan   İsataydan   müddət   istədi. 
Qardaş qanı tökülməməsi üçün buna razı olan İsatay 
rus qüvvələri tərəfindən aldadıldığını əvvəlcədən hiss 
199


etməmişdi.   Aldadıldığını   anlayan   İsatay   Jamankuma 
tərəf çəkildi. Burada təkrar güc toplayan İsatay 1838-
ci ildə Ağbulaq ətrafında rus əsgərləri ilə qarşılaşdığı 
döyüşdə şəhid oldu. İsatayın əsgərləri Kenesarı Xanın 
liderliyi ilə başlayan hərəkata qoşuldular. Kenesarı Xan 
Orta Cüzün xanı Abılay Xanın nəvəsi idi və 1802-ci ildə 
dün-yaya göz açmışdı. Kenesarı hələ 35 yaşında ikən 
Aktav ətrafında rus qoşunlarıyla qarşılaşdığı döyüşdə 
rus   ordusuna   qalib   gəldi   və   çoxlu   miqdarda   silah-
sursat ələ keçirdi.
26   aprel   1838-ci   ildə   Akmola   qalasını   mühasirəyə 
alan Kenesarı onu fəth etdi. Daha sonra Akmoladan 
Torqaya   qədər   olan   bölgəni   özünə   tabe   etdirərək 
cənuba   tərəf   yola   çıxdı.   Ruslarla   işbirliyi   edən   boy 
bəylərini  həbs  etdi  və  cəzalandırdı.   Cənubda Buxara 
Əmirliyi ilə dostcasına münasibətlər yaradan Kenesarı 
Çinlə də diplomatik münasibətlər qurdu. Kenesarı Xan 
özünü bütün qazaxların xanı elan etdi. Xalq arasındakı 
etibarı   hər   gün   bir   az   da   artırdı.   Nizamlı   ordu   və 
kəşfiyyat təşkilatı da yaratmışdı. O, 1841-45-ci illərdə 
bütün Qazaxıstanı idarə edirdi. Ruslarla apardığı mü-
haribələrdə yalnız qələbə çalırdı. 1844-cü ildə rusların 
böyük  güclə hücum etdikləri zaman da Kenesarı Xan 
böyük bir zəfər qazandı. Bu müharibədən sonra xarici 
nüfuzu da yüksələn Kensarı xana Hivə xanı və Buxara 
Əmirlərindən də hərbi yardımlar gəlirdi, lakin Hokant 
xanı ilə problemlər hələ də həll edilməmişdi.
1845-ci il Hokant Xanına qarşı hərəkət edən Kenesarı 
rusların   şimaldan,   Baykal   gölü   səmtindən   qəfil 
hücumuna   məruz   qaldı.   Mühasirədən   qırğızların 
köməyi   ilə   xilas   ola   biləcəyini   düşünən   Kensarı   xan 
qardaş xalqa müraciət etdi. Halbuki ruslar bunu daha 
əvvəldən   təxmin   etdiklərindən   qırğız   bəylərini 
“Kenesarının   özlərini   Çinə   bağlayacağı”   yalanı   ilə 
aldatdılar.   Qırğızlardan   dəstək   almayan   Kenesarı 
200


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə