The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
22 
 
- Lazım deyil. Evə getmirəm.- atası yorğun səslə cavab verdi.  
Bu iki adamın burada qarĢılaĢması  Gulnarı necə çaĢdırmıĢdısa bilmirdi Əhmədim üzünə 
baxsın, yoxsa atasının. 
Qafar balaqapıdan asta – asta uzaqlaĢarkən Əhməd: 
-Babam nə təhərdi?- deyə arxadan səsləndi. 
-YaxĢıdı.-deyib əlini maĢının üstünə qoydu- Daha pullu kiĢi olmusan həyatda istədiyinə 
nail olmusan. Bizim kimi kasıb- kusubu saymarsan. 
Əhməd yalnız atasına məxsus olan bu kinayəli ifadəni onun üzündə gördükdə yenə əvvəlki 
vaxtlar kimi qıcıqlandı. 
-
 
Gördüyün kimi bacaran tapırmıĢ sürünməyə ehtiyac yox imiĢ- Əhməd atasına 
yaxınlaĢaraq demək olar ki, pıçıldadı. 
-
 
Mən səndən iyrimi ildə oğul düzəldə bilmədim, maĢallah görürəm sən altı ayda kiĢi 
olmusan. Amma özün bulaĢdığın haramı bu yazıqların evinə də daĢıyırsansa, vay onda 
hamımızın halına. 
-
 
Mən bütün bunlardan ötrü əziyyət çəkmiĢəm. Niyə haram olur ki?! 
-
 
Düz deyirsən. Oğrular da əziyyət çəkir, amma yadında saxla alti aya kiĢi olanı altı gündə 
sünnət edirlər.- Qafar oğluna yenə həmin kinayəli ifadə ilə baxaraq uzaqlaĢdı. 
Əhmədin kefi tamamilə pozulmuĢdu. Daha bacısının yalvarmağına da baxmayaraq maĢınına 
minib oradan uzaqlaĢdı. Ha çalıĢırdısa da, atasının bu acılı mövqeyinə özlüyündə bir bəraət 
qazandıra bilmirdi.” Bu kiĢi niyə məni qəbullanmaq istəmir. Onun üçün pulum olsa da, birəm 
olmasa da birəm. Deyəsən dəyiĢən bir Ģey olmayacaq. Nə orda qoymadı yaĢayam, nə burada 
olmağımı qəbullanmır. Bu kiĢi elə sovet düĢüncəsi ilə də bu kapitalizmdə yaĢayacaq, 
deyəsən”- Əhməd fikrin –zikrin içində boğularkən telefonun zənginin fərqinə vardı. AtaĢ idi, 
ona həmiĢə  otuduqları restorana çağırırdı. Əhməd bu zəngi səbirsizliklə gözləməyinə 
baxmayaraq içindəki anlamadığı bir sıxıntıya görə heç buna sevinmədi. Yolunu dəyiĢərək 
dənizkənarı parka doğru yol almağa baĢladı. 
 Əhməd restoranın həyətinə girəndə AtaĢın yenə öz stolunda burnunu ovuĢduraraq siqaret 
tüstülətdiyini  gördü. Özünü stula necə yıxdısa, AtaĢ az qala siqareti əlindən yerə salmıĢdı. 
-
 
Əə, adamlığın olsun adam da özünü stola polis kimi yıxar? Ürəyimi –göbəyimi saldım az 
qala. 
-
 
Çəkdiyindən mənə də ver!- Əhməd dodağının altında mızıldanarak əlini AtaĢa uzatdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
23 
 
-
 
Ah, nakoneç sən də qoĢuldun da bu ceyillərə. Bu gün nə günüdür belə?!.... eĢq əzabına 
düĢmüĢ Məcnun iyrimi birinci əsrdə səhraya düĢməz, nəĢələnər. 
-
 
AtaĢ, sən canın çərənləmə bir siqaret istədik dünya dağılmadı ki? 
-
 
Sən əla bilirsən ki, məndə siqaret olmaz. Məndə olandan verə bilərəm. 
-
 
Ver gəlsin! Nə verirsən ver amma məni bu içimdəkindən qurtar. 
-
 
Qoy ayın tarixinə baxım . 
-
 
Ayın tarixini neynirsən?-Əhməd əlini qaytarıb cibinə qoydu. 
-
 
Bu gün sən altı ayda ilk dəfədi ki, məndən nəĢə istəyirsən.   O sən  ki, həmiĢə deyərdin ki, 
“yox qardaĢ mən bu iĢi bu iĢə bulaĢmadan görə bilərəm”.deyəsən fikrindən döndün. 
-
 
Dözə bilmirəm. Bu gün atamı gördüm.  
-
 
Coğrafiya müəllimi bu gün nə deyirdi? 
-
 
Altı ayda kiĢi olanı altı gündə sünnət edərlərmiĢlər. 
-
 
Eləmi?!- AtaĢ əlini cibinə ataraq ortalığa bir qutu siqaret atdı- ağır sözdü. Bəlkədə kiĢi 
düz deyir, amma sözü elə belə həzm edə bilməyəcəksən cək, qardaĢ . Gülyanın dərdi bəs 
deyil, hələ bu harasıdı. 
Əhməd hələ tüstüsündən hallandığı bu Ģeyin dadına baxanda iyunun on doqquzu idi. Iyunun 
on doqquzundan sonra onun həyatında vur tut üç rəng oldu. Ağ, qara və mavi. Tapıb çəkə 
bildiyi günlərdə həzzdən gözünə heç nə görünməzdi. Dünya ağğapaq pambıq kimi onu 
ağuĢuna alardı. Ona elə gələrdi ki, yerə yıxılsa asfalt belə onu əzməyəcək.Ani gecikmə ilə 
tapmadığı anlarda gözünə hər Ģey qara görünərdi. Bir sıxıntı alardı içni. O sıxıntı da, qara 
rəngdə olardı. Qazancının əlli faizi artıq özünü bu həzzlə təmin etməyə sərf olunurdu.  
     Üçüncü rəng mavi idi: bu Gülya idi. Mavilərə bürünüb gələrdi onun görüĢünə.Zarafatla 
deyərdi: “mən görüĢə ata qorxusu ilə gələn qızlara bənzəyirəm.O qızlardan bir fərqim var: o da 
divdən qaçıb Məlikməmmədin görüĢünə gəlməyimdir.  Bizi görsələr  ən azından doğrayıb zibil 
qabına yığacaqlar.Bəs sən? Sən də əsl Məlikməmməd olmadığına görə bizə əl fatihə.......” 
Əhməd iyunun on doqquzu iki Ģeyin dadına baxdı: biri onu sıxıntının əlindən qurtarıb 
həyatı onun üçün maskaladı, digəri isə ..... Digəri onun ilk dəfə gördüyündən fərağında yandığı 
Gulya idi.  Ünvanı AtaĢdan alan kimi onun məsləhətinə baxmayaraq gecəni gözləməyərəq 
birbaĢa onlara getdi. Qapını Gülya açdı. Uzun uzadı bir- birlərinə baxdılar. Sonra Gülya səssizcə 
onun boynuna sarıldı. Ağladı, o qədər ağladı ki, Əhmədin çiyni əməlli baĢlı islandı. Sonra içəri 
keçdilər. Elə yerdəcə- xalının üzərində səssiz bir –birlərinə sarıldılar.Sonralar bol- bol danıĢdılar 
bu ilk görüĢdən. Gülya eyni hissləri necə səs çıxarmadan keçirmələrindən möcüzə kimi hey 
danıĢırdı. Gizlin görüĢməyə baĢladılar. AtaĢa and içdi Əhməd “görüĢmürəm bitdi o məsələ”- 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
24 
 
deyə az qala qadın cildinə girdi Əhməd. AtaĢ da inanan kimi oldu onun sözlərinə. Əhmədin bu 
qədər aĢiq olacağını, həyatını belə girov qoyacağının ağlına belə gətirmədi.   
  
Geçə düĢən kimi qaranlığın məhzun qanadına baxmayaraq qaçardı Gülyanın yanına . 
Gülya “Hey Betmən, sənin bir gün qanadlarını kəsəcəklər” desə də nəfəsi kəsilə- kəsilə öpərdi 
onu odlu dodaqları ilə. Gülyadan bir xəbər çıxmayanda mərkəzə gedərdi, yavaĢca içəri sızardı bir 
məlumat qoparanda qəlbi də parça- parça olurdu. Deməli yenə gedib. Sərhədin o yanı Əhmədin 
qarğıĢ yeri olmuĢdu. Həyatın iradə adlı ipi Əhmədin əlindən çıxmıĢdı. Arabir ona elə gəlirdi ki, 
piĢik kimi doqquz canı var və hərəsini bir yerdə qoyub gedir. Cildini dəyiĢirdi sanki. AtaĢın 
yanında hələ də özünü itirməyən mütəxəssis, bacısının yanında həlimdil və namuslu qardaĢ , 
Gülyanın yanında isə hər Ģeyi itirəcək qədər dəli olurdu. Son güvənci ehtiyatda zənn etdiyi altı 
canı idi. Bəzən tək tənha çarpayısında qurcalananda beynində iki eĢq bir birini yeyib dağıdırdı. 
Birini pulla satın alıb səbbini ala bilirdisə də, digərini- Gülyanı tapa bilməyəndə  dəli olmaq 
səviyyəsinə çatırdı. Növbəti gediĢdən qayıdandan sonra Gülyanı  görmək üçün  günəĢin az qala 
ipini çəkirdi. Dörd  dolanıb dururdu  otağın içində, özünə yer tapa bilmirdi. Qapı döyüləndə 
sanki yuxudaymıĢ kimi dik atıldı. Gələn AtaĢ idi. Içəri girən kimi özünü divana yıxdı. Nəfəs 
almamıĢ bir siqaret yandırdı, birini Əhmədə uzatdı. Əhməd onun belə sakit halından ürəyi düĢdü. 
“görəsən xəbər tutub”  təĢviĢlə dilini dodağını gəmirməyə baĢladı. 
-
 
Hə AtaĢ, xeyir ola? Nə əcəb səndən? 
-
 
Ə, demə day. O tərəfə getməliyik. Yeni mal gəlib Ġran Atarasında qalıb. Mən  
getməliyəm amma mama yaxĢı deyil. Onu sabah apris edəcəklər. Ümid azdı sən gəl, 
qaqa, mənim əvəzimə get . 
-
 
Yox ey, mən gedə bilmərəm. BaĢqa adam tapa bilmərsən? 
-
 
Yox.  Mal böyükdür. Heç kəs, artıq adam bilmir bu söhbəti.  Bircə səni Ģef təsdiqlədi. 
Hesab elə ölmüĢəm yerdən götür. Nolar ........... 
Əhməd bir yerə baxdı, bir göyə baxdı. Nə dostuna getmirəm deyə bildi, nə Gülyadan vaz 
keçə bildi.  
-
 
Nə vaxt gedilməlidi? 
-
 
Bu gecə saat beĢdə çıxılmalıdır. Üç nəfər olacaqsınız. Biri qadındı. 
AtaĢ siqaretını külqabıda söndürərək yavaĢca evi tərk etməyə baĢladı. Qapıdan çıxanda qəfil 
geri döndü. 
-
 
Ehtiyatlı ol, Haaa. Gedən qadın Gülyadı. 
AtaĢ sözü deyib getdi. Söz havadan asılı qaldı. Sözə sahıb çıxmağa Əhmədin gücü yetmədi. 
“Niyə Gulya? Niyə mən? Bütün bunlar qurmadı  yəni hər Ģeyi təĢkil ediblər? Onda bilirlər. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə