The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 

27

 Gəmin qəzaya uğradığı gün

Var-dövlətin, malların, ticarət şeylərin,

Gəmiçilərin, sükançıların,

Təmirçilərin, ticarət şəriklərin,

Döyüşçülərin – içində olan bütün camaat

Dənizin dərinliklərinə batacaq.

 

28

 Sükançıların fəryadından

Dənizin sahilləri titrəyəcək.

 

29

 Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,

Gəmiçilərlə sükançıların hamısı

Gəmilərindən düşüb quruda dayanacaq.

 

30

 Uca səslə sənin üçün

Acı-acı fəryad edəcəklər.

Başlarına torpaq səpələyəcəklər,

Küldə eşələnəcəklər.

 

31

 Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,

Çula bürünəcəklər.

Sənin üçün acı-acı ağlayıb

Yas tutacaqlar.

 

32

 Yaslarında sənin üçün mərsiyə oxuyub

Belə deyəcəklər:

‹Dənizin ortasında

Sur şəhəri kimi susdurulan

Bir şəhər varmı görəsən?›

 

33

 Malların dənizin o tayına çatanda

Çoxlu xalqı doydururdun.

Böyük var-dövlətinlə, malınla

Dünya padşahlarını sərvət sahibi edirdin.

 

34

 İndi isə dənizdə, suların dərinliyində

Xarabalığa çevrildiyin zaman

Mal-dövlətin və bütün camaatın

Səninlə birlikdə batdı.

 

35

 Sahillərdə yaşayanların hamısı

Başına gələnlərdən heyrətə düşdü.

Onların padşahlarının tükləri biz-biz oldu,

Bənizləri soldu.

 

36

 Millətlərin arasındakı tacirlər

Sənə görə fit çalacaq.

Aqibətin dəhşətli oldu,

Sən əbədi olaraq yox olacaqsan”».



 

1321 

Yezekel 27

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Sur padşahının əleyhinə peyğəmbərlik

28 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, Sur 



hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən 

qürurlandın və belə söylədin:

‹Mən Allaham,

Dənizlərin qoynunda,

Allahın taxtında otururam›.

Ürəyində özünü Allah sandın,

Ancaq sən Allah deyil, insansan.

 

3

 Bax sən Danieldən daha müdriksən,

Heç kəs öz sirrini səndən gizlədə bilməz.

 

4

 Müdrikliyin və ağlınla özünə sərvət yığdın,

Xəzinələrinə qızıl-gümüş topladın.

 

5

 Ticarətdə çox bacarıqlı olduğun üçün

Öz sərvətini artırdın.

Var-dövlətin çoxalanda

Özünə qürrələndin”.

 

6

 Buna görə də Xudavənd Rəbb belə deyir:

“İndi ki ürəyində özünü Allah sandın,

 

7

 Mən də yadelliləri, ən rəhmsiz millətləri

Üstünə göndərəcəyəm.

Onlar sənin müdrikliyinin gözəlliyinə

Qılınc çəkib

Əzəmətini murdarlayacaq.

 

8

 Səni məzara endirəcəklər.

Sən dənizlərin qoynunda

Dəhşətli bir ölümlə məhv olacaqsan.

 

9

 Səni öldürənlərə də

‹Mən Allaham› deyəcəksənmi?

Səni öldürənlərin əlində

Sən Allah deyil, insansan.

 

10

 Yadellilərin əlində

Sünnətsizlərin ölümü ilə öləcəksən”.

Çünki Mən bunu söylədim,

Xudavənd Rəbb belə bəyan edir».

11

Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur 



padşahı üçün mərsiyə oxuyub söylə ki, 

Xudavənd Rəbb belə deyir:

 

12

 “Sən kamilliyin möhürüsən,

Müdrikliyin bütöv,

Yezekel 28 

1322 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

m

 28:13 Yar. 2:9 

Gözəlliyin qüsursuz idi.

 

13

 ⁠

m

 Sən Allahın bağçası olan

Eden bağında idin.

Cürbəcür qiymətli daşlarla –

Yaqut, topaz, almaz,

Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,

Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.

Qaxma və oyma işlərin qızıldan idi.

Bunlar yaradıldığın gün hazırlanmışdı.

 

14

 Sən məsh edilmiş, qoruyucu bir keruv idin.

Səni bunun üçün qoymuşdum.

Allahın müqəddəs dağının üstündə idin,

Odlu daşlar arasında gəzirdin.

 

15

 Yaradıldığın gündən

Səndə pislik tapılana qədər

Yollarında qüsursuz idin.

 

16

 Bol ticarətindən ötrü

İçin zorakılıqla doldu,

Sən günah etdin.

Buna görə də səni murdar bir şey kimi

Allahın dağından atdım,

Odlu daşların arasından qovdum,

Ey qoruyucu keruv!

 

17

 Gözəl olduğun üçün ürəyin qürurlandı,

Əzəmətinə görə müdrikliyini korladın.

Beləcə səni yerə atdım,

Padşahların önündə 

tamaşaya çevirdim.

 

18

 Çoxlu təqsir etdiyin üçün,

Ticarətdə əliəyriliyinə görə

Müqəddəs məkanlarını murdarladın.

Mən içindən bir od çıxardım ki,

Səni yandırıb məhv etsin.

Bütün seyr edənlərin gözü önündə

Səni torpaq üstündə külə çevirdim.

 

19

 Xalqlar arasında səni tanıyanlar

Fəlakətinə heyrət etdi.

Aqibətin dəhşətli oldu,

Artıq salamat qalmayacaqsan”».

 

1323 

Yezekel 28

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə