The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

 

c

 37:24 Yez. 34:24 



d

 37:27 Lev. 26:11-12; 2Kor. 6:16; Vəhy 21:3 



e

 38:2 Vəhy 20:8 

onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına 

getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb 

öz torpaqlarına qaytaracağam. 

22

Onları ölkədə, İsrail dağları üzərində 



vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı 

millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər. 



23

Artıq bütləri, iyrənc 



şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları 

və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim 

xalqım, Mən də onların Allahı olacağam.

24



c

 Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid 

çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı 

saxlayıb yerinə yetirəcək. 

25

Qulum Yaquba verdiyim, atalarının 



yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi 

olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri 

olacaq. 

26

Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd 



olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs 

məkanımı əbədi olaraq onların arasında quracağam. 



27



d

 Mənim 

məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim 



xalqım olacaq. 

28

Müqəddəs məkanım əbədi olaraq onların arasında 



yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».

Qoq əleyhinə peyğəmbərlik

38 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2



e

 «Ey bəşər oğlu, Maqoq 

ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut 

və onun əleyhinə peyğəmbərlik edib söylə ki, 

3

Xudavənd Rəbb belə deyir: 



“Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. 

4

Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün 



ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və 

qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam. 



5

Onlarla birgə 



hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları, 

6

Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini 



və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub 

çıxaracağam.



7

Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. 



Onları sən qoruyacaqsan. 

8

Uzun müddət sonra döyüşə çağırılacaqsan. 



Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. 

O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu 

dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri 

qaytarılacaq və hamısı asayiş içində yaşayacaq. 



9

Sən, bütün qoşunun və 



səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini 

tutan buluda bənzəyəcəksiniz”.



Yezekel 37 ,  38 

1340 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

f

 38:22 Vəhy 8:7; 14:9-10 



10

Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, 



pis niyyətlər qurub 

11

deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə 



hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə 

gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri 

də yoxdur. 

12

Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını 



talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu 

millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan. 



13

Səba, 



Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət 

üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya 

aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›”

14

Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, 



Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda 

bunu dərk etməyəcəksinizmi? 



15

Sən və özünlə birgə bir çox xalqlardan 



olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən 

– uzaq şimaldan gələcəksən. 



16

Ölkəni bürüyən bir bulud kimi xalqım 



İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin 

üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə 

göstərdiyim zaman millətlər məni tanıya bilsin”.

17

Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail 



peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu 

peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə 

peyğəmbərlik etdi. 

18

O gün Qoq İsrail torpağına hücum etdiyi gün 



qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb. 

19

“Qısqanclığımla və 



şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir 

zəlzələ olacaq. 



20

Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, 



yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə 

titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün 

divarlar yıxılacaq. 

21

Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə 



çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin 

üstünə qılınc çəkəcək. 



22



f

 Üstünə vəba gətirib qanını tökərək onu 

cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın 

üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam. 

23

Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin 



gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.

Qoqun məğlub olması

39 


 

1

Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə 



ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın 

rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. 



2

Səni geri qaytarıb aparacağam, 



uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm. 

3

Sol 



 

1341 

Yezekel 38 ,  39

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə