The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: 

əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma 

Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun 

nə özünə, nə də ordusuna bir xeyri oldu. 



19

Buna görə də Xudavənd 



Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora 

verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun 

xeyri bu olacaq. 

20

Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, 



çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə 

bəyan edir.



21

“O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında 



sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Rəbbin Misirliləri cəzalandırması

30 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, peyğəmbərlik 



edib söylə ki, Xudavənd Rəbb belə deyir:

“‹Ah, o gün› deyib fəryad edin,

 

3

 Çünki o gün yaxındır,

Rəbbin günü yaxındır.

O gün buludlu gündür,

Millətlərin qiyamət günüdür.

 

4

 Misirin üstünə qılınc gələcək,

Kuş əzab çəkəcək.

Misirdə adamlar həlak olanda

Ölkənin sərvəti qarət olunacaq,

O öz təməlindən dağılacaq.

 

5

 Misirlə birlikdə Kuş, Put, Lud,

Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları

Qılıncdan keçiriləcək”.

 

6

 Rəbb belə deyir:

“Misirə arxa olanlar yıxılacaq,

Onun qürurlandığı qüdrət çökəcək.

Miqdoldan Asvana qədər ərazidə

Qılıncdan keçiriləcəklər”

Xudavənd Rəbb belə bəyan edir.

 

7

 “Misir xaraba qalmış ölkələr kimi

Xaraba qalacaq.

Şəhərləri viran olmuş

Şəhərlər kimi viran olacaq.

 

8

 Mən Misiri oda təslim edəndə,

Ona kömək edənlər əziləndə

Biləcəklər ki, Rəbb Mənəm.

Yezekel 29 ,  30 

1326 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

r

 30:13 Nof – yunan adı Memfis. 



s

 30:14 No – yunan adı Fiv. 



9

O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər 



göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. 

Budur, o gün gəlir!”

 

10

 Xudavənd Rəbb belə deyir:

“Babil padşahı Navuxodonosor vasitəsilə

Misirin sərvətinə son qoyacağam.

 

11

 O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə

Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək.

Misirə qarşı qılınc çəkəcək,

Ölkəni ölülərlə dolduracaq.

 

12

 Çayları qurudub,

Ölkəni pis adamlara satacağam.

Ölkəni də, orada olan hər şeyi də

Yadellilərin əli ilə viran edəcəyəm”

Mən Rəbb bunu söylədim.

 

13

 Xudavənd Rəbb belə deyir:

“Bütləri məhv edəcəyəm,

Nofdakı 

r

 bütləri yox edəcəyəm.

Artıq Misirdə rəhbər qalmayacaq,

Ölkəni dəhşətə salacağam.

 

14

 Patrosu xarabalığa çevirəcəyəm,

Soanı oda verəcəyəm,

No 


s

 şəhərini cəzalandıracağam.

 

15

 Qəzəbimi Misirin qalası olan

Sin üzərinə tökəcəyəm,

No şəhərinin çoxlu əhalisini yox edəcəyəm.

 

16

 Misiri oda verəcəyəm,

Sin ağrıdan qıvrılacaq,

No şəhərinin divarı yarılacaq.

Gündüz vaxtı Nofda

Düşmənlər cövlan edəcək.

 

17

 On şəhərinin və Pi-Besetin cavanları

Qılıncdan keçiriləcək.

Oradakı əhali sürgün olunacaq.

 

18

 Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman

Orada gündüz qaranlığa çevriləcək,

Qürurlandığı qüdrət məhv olacaq.

Şəhər buludlarla örtüləcək,

Qızları sürgün olunacaq.



 

1327 

Yezekel 30

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

t

 31:8 Yar. 2:9 

 

19

 Beləcə Misiri cəzalandıracağam.

Onda biləcəklər ki, Rəbb Mənəm”».

20

Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə 



Rəbbin sözü nazil oldu: 

21

«Ey bəşər oğlu, Misir padşahı fironun qolunu 



qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc 

ələ alacaq qədər güclənsin.



22

Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun 



əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, 

qılıncı əlindən salacağam. 



23

Misirliləri millətlər arasına yayacağam, 



ölkələr arasına səpələyəcəyəm. 

24

Babil padşahının qoluna güc verəcək



qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil 

padşahının önündə ağır yaralı kimi inildəyəcək. 



25

Babil padşahının 



qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı 

Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda 

biləcəklər ki, Rəbb Mənəm. 

26

Misirliləri millətlər arasına yayacağam və 



ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Sidr ağacı ilə müqayisə

31 


 

1

Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü 



mənə Rəbbin bu sözü nazil oldu: 

2

«Ey bəşər oğlu, Misir padşahı 



firona və onun camaatına söylə:

“Əzəmətdə kim səninlə müqayisə edilə bilər?

 

3

 Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi,

Meşəyə kölgə salan gözəl budaqları var idi,

Çox uca idi, başı buludlara çatırdı.

 

4

 Onu sular bəslədi,

Dərin su qaynaqları böyütdü.

Çayları əkildiyi yeri əhatə etdi,

Arxları çöldəki bütün ağaclara çatırdı.

 

5

 Buna görə də çöldəki bütün ağaclardan böyük oldu,

Bol su içdiyi üçün qol-budaq atıb

Şaxələri uzandı.

 

6

 Bütün göy quşları onun budaqlarında yuva qurdu,

Vəhşi heyvanlar şaxələri altında balaladı,

Bütün böyük millətlər kölgəsində yaşadı.

 

7

 Böyüklüyü və uzun budaqları ilə gözəl oldu,

Çünki kökləri bol su içdi.

 

8

 ⁠

t

 Allahın bağçasındakı sidr ağacları da

Boyda ona çatmazdı,

Şam ağacları boyda onun budaqlarına yetməzdi,

Yezekel 30 ,  31 

1328 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə