Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
159 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
illüstrasiyasından başqa bir şey deyildilər, yəni əslində 
tətbiqi səciyyəyə malik idilər. 
 
Lakin ümumiyyətlə XIX əsrin ortalarından başlayaraq 
həqiqətən də dərin böhrana məruz qalmış insanı adekvat 
şəkildə təcəssüm etmək iqtidarında olmayan bədii fikrin 
özü uzun əsrlər boyu formalaşmış, cilalanmış, öz 
sahəsində həqiqətən kamil dünyanı dərk alətinə çevrilmiş 
prinsiplərindən imtinası və onları elmi-texnoloji 
prinsiplərin surroqatı ilə əvəz etmək cəhdi göz 
qabağındadır. Eyni zamanda, XX əsrin ortalarına kimi 
təbiət elmləri dünyanın bədii dərkini, habelə humanitar 
elmləri, onların özümlü xüsusiyyətləri ilə bağlı təhlil 
prosesini riyazi metodları prinsipial şəkildə tətbiq edə 
bilmədiklərinə görə qeyri-elmi hesab edir, onlara 
yuxarıdan aşağı baxırdı. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
160 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Düzdür, bununla yanaşı A.Eynşteynin özünün bir 
mütəfəkkir və bir alim kimi formalaşmasında dövrünün 
məşhur fiziklərinin elmi konsepsiyalarından daha artıq 
F.Dostoyevski ədəbi yaradıcılığının təsir göstərməsi 
haqqında etirafı və yaxud N.Borun kosmik 
harmoniyalarını təcəssüm etməyin dəqiq elmlərə yox, 
incəsənətlərə nəsib olması ilə bağlı mülahizəsi mövcud 
idi. Lakin bu tipli gəlişigözəl deyimlər incəsənətin təbiət 
elmləri ilə bərabər hüquqlu, adekvat dünyanı - dərk üsulu 
olmasını təsdiq etməkdən daha çox, ona tərəf bir reverans 
idi, şikəst balanı oxşayaraq onun könlünü almaq idi. Hətta 
bədii ədəbiyyatsız keçinə bilməyən psixoanaliz də bədii 
nümunələrdən illüstrativ material kimi istifadə edirdi. 
Belə ki, Z.Freyd və K.Yunq bədii nümunələrə bol-bol 
müraciət edərək öz konsepsiyalarının bu və digər 
müddəasını sübuta yetirmək məqsədini güdürdülər. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
161 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Alman filosofu V.Vindelband gerçəkliyi dərk etmənin 
metodları baxımından təbiət elmlərinin və humanitar 
elmlərin diametral şəkildə bir-birindən fərqli olmasını 
nəzərə alaraq göstərir ki, birincilər hadisələr arasında sabit 
və təkrar olunan əlaqələrin mövcudluğu faktından çıxış 
edərək ümumi qanunları üzə çıxarmaq iddiasındadır, 
ikincilərsə yalnız ayrı-ayrı faktları bir-birindən təcrid 
olunmuş şəkildə təsbit etmək məqsədini güdürlər. 
V.Vindelbandın dediklərini inkişaf etdirərək Q.Rikkert 
təbiət elmlərinin ümumiləşdirici metodlara, humanitar 
elmlərin isə fərdiləşdirici metodlara söykəndiyini iddia 
edirdi. Klassik təbiətşünaslıq özünün metodologiyası 
əsasında vahid, təkrarolunmaz, fərdi səciyyəli hadisənin 
mümkünlüyü ideyasını istisna edir və onu humanitar 
elmlərin müstəsna səlahiyyəti hesab edirdi. 
 
Bütün humanitar yönümlü elmlərin metodoloji məhvəri 
rolunu oynayan tarixə münasibət xüsusilə mənfi idi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
162 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Q.Rikkertin fikrincə, tarix əsl elm deyil; elm ilə tarix 
dünyanı dərkin iki bir-birinə zidd qütbüdür. Belə hesab 
olunurdu ki, hər hansı bir elmi qanunauyğunluq yalnız 
eyni şərtlər gözlənildikdə təkrar-təkrar aparılan 
eksperimentlər həmişə eyni nəticəni verdiyi halda üzə 
çıxarıla və tətbiq oluna bilər. Məsələyə bu nöqteyi-
nəzərdən yanaşdıqda tarix sözün mütləq mənasında elm 
deyil. Tarixin təbiət elmləri kimi eksperiment aparmağa 
imkanı yoxdur, çünki o, yalnız bircə dəfə baş vermiş 
hadisələri, bircə dəfə dünyaya gəlib dünyadan köçmüş 
şəxsiyyətləri təsvir və tədqiq etməklə məşğuldur. Əgər bu 
belədirsə - bu bir həqiqətdir! - tarixi faktlar əsasında 
ümumiləşdirmələr aparmaq, hansı isə bir qanunauyğunluq 
üzə çıxarmaq mümkün deyil. ―Tarixin bircə dərsi var, o da 
onun heç bir dərs verə bilməməsidir‖ aforizmi də tarixə 
məhz bu münasibət əsasında formalaşmışdır. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
163 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Qəribə burasındadır ki, naqislik kompleksi xəstəliyinə 
yoluxmuş humanitar elmlər metodoloji-nəzəri imkanlarına 
olan bu nihilist münasibəti nəinki dəf etməyə cəhd 
göstərməmiş, əksinə, yeri gəldi-gəlmədi, insanla və 
cəmiyyətlə bağlı faktların mahiyyətini aydınlaşdırmağa 
kömək etdi-etmədi, itaətkarcasına təbiət elmlərinin 
dünyanı dərk etmə metodologiyasına uyğunlaşmağa, 
ağına-bozuna baxmadan riyazi düsturlardan istifadə 
etməyə çalışırdılar. Bu halda humanitar elmlərin tədqiqat 
obyektinin spesifikliyi və onların araşdırılması prosesində 
məhz özünəməxsus metodoloji prinsiplərin tətbiq 
olunması zəruriyyəti yaddan çıxırdı. Bu isə, sözsüz ki, 
səmərəli nəticələrin əldə olunmasına mane olurdu. 
Təbiətinə yad olan metodlardan istifadəyə uyan humanitar 
fikir nəinki uğur qazana bilmir, əksinə, dəqiqləşmək 
əvəzinə yayğınlaşır, ənənəvi üsullarla əldə etdiyi 
mövqelərini də itirirdi. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə