Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
176 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə malik olması 
ideyasının təsdiqi ilə nəticələnir. 
 
Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə 
həm diaxron, həm də sinxron kəsimlərdə vahid məntiq 
axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də 
gələcəyini bütövlükdə ehtiva edərək əvvəlcədən müəyyən 
edilmiş istiqamətə aparmasını iddia etmək kökündən 
səhvdir. Fransız postmodernist fikrinin ən görkəmli 
nümayəndələrindən biri olan M.Fuko yazırdı: ―Dünya bir-
birindən doğmayan, bir-birini izah etməyən, bir-birini 
tamamlamayan hadisələrin çulğalaşmasıdır. Onun 
əvvəlini-axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə 
gəlir ki, bizim bugünkü durumumuz dəruni niyyətlərə, 
əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb 
edirik ki, bizi buna inandırsınlar. Bu qətiyyən mümkün 
deyil; biz, əslində, ilkin koordinatlardan məhrum saysız-
hesabsız hadisələrin içərisində yaşayırıq‖. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
177 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin 
içərisində yaşamağa, daim onlarla üzləşməyə məhkum 
olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə 
çalışır. 
 
Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan 
halda bəşər nəslinin artıq keçdiyi və bundan sonra 
keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini 
müəyyən etmək qeyri-mümkündür. 
 
Vaxtı ilə Hegelin ―dünya idrakının hiyləgərliyi‖ kimi 
dəyərləndirdiyi ―tarixin istehzası‖ fenomeni, 
postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının 
tarixi proseslərə əvvəlcədən düşünülmüş və məntiqi 
baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
178 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək 
niyyətləri daim boşa çıxır. 
 
Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə 
xidmət etməsi illüziyasından heç cür yaxa qurtara 
bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə 
idarə edə bilər. Platondan bəri saysız-hesabsız utopiyalar, 
XX əsrdə yaranmış bütöv bir futurologiya elmi məhz bu 
zəmində təşəkkül tapmışdır. Halbuki tarix bizi daim 
barmağına dolayır, hadisələr təşəkkül tapan kimi dərhal 
nəzarətimizdən çıxır, əvvəlcədən onlara sırıdığımız 
məntiqə tabe olmayaraq gözlənilmədən, bəzən bir-birini 
təsdiq, bəzən də inkar və rədd edir, ağlımıza belə 
gəlməyən kombinasiyalar əsasında bir-blrilə birləşirlər. 
Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara 
bəslədiyi ümidləri dogrultmur, heç vaxt sonda əldə olunan 
nəticələr bizim ilkin niyyətlərimizlə üst-üstə düşmür. 
Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
179 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
problemin həllinin mümkünlüyü ilə bağlı əvvəlcə illüziya 
yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir və 
gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin 
qarşısını alır. 
Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni 
bir ideyanın, yaxud konsepsiyanın yaranmasını qeyri-
mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün 
sözlər deyilmiş, bütün insan düşüncələri və hissləri ifadə 
olunmuşlar. Biz təkrar-təkrar vaxtı ilə artıq baş vermiş 
hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, 
deyilmiş sözləri deməyə məhkumuq. Bu isə postmodernist 
dönəmdə yaşayan insanı keçmişdən tam asılı vəziyyətə 
salır. 
 
Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto 
Eko belə hesab edir ki, postmodernizm modernizmdən 
fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir; 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
180 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
əgər bu gün baş verən və yaxud sabah baş verə biləcək hər 
hansı bir hadisəni dəyişdirmək və hətta ləğv etmək olarsa, 
keçmişi məhv etmək qəti qeyri-mümkündür… Belə olan 
halda, keçmişi nəzərə almamaq, onun təsir dairəsindən 
yan keçmək olmur. Keçmiş daim bizim həyatımıza 
müdaxilə edir, hisslərimizi və düşüncələrimizi istədiyi 
kimi dəyişdirir. Onun təcavüzündən yaxa qurtarmaq, onu 
neytrallaşdırmaqdan ötrü həzm-rabedən keçirmək, onu 
özününküləşdirmək lazımdır. Bu isə yalnız keçmişi eyni 
zamanda həm inkar, həm təsdiq etmək, ona həm ciddi
həm də qeyri-ciddi münasibət bəsləmək əsasında 
mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza 
əsasında köklənə bilər. İstehzanın postmodernist fəlsəfi-
estetik və bədii fikirdə struktur və münasibət 
formalaşdıran funksiyası bununla izah olunur. 
 
Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki 
üsulu kimi hələ Sokrat tərəfindən geniş şəkildə istifadə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
181 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olunan istehza zaman-zaman transformasiyaya uğramış, 
hadisələrə ikili, haçalanmış münasibət prinsipinə riayət 
etmək şərtilə müxtətif, bəzən diametral şəkildə bir-birinə 
əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. 
Postmodernist istehza onların hamısı ilə bu və ya digər 
dərəcədə baglıdır və həmin ənənələrə əsaslanır. Lakin 
bununla yanaşı, postmodernist istehza ilk növbədə XVIII 
əsrin əvvəllərində alman estetik fikrində təşəkkül tapmış 
romantik istehza konsepsiyasının bədii-fəlsəfi inkişaf 
spiralının yeni, çağdaş burumunda qayıdışı kimi 
dəyərləndirilə bilər. Məlum olduğu kimi, alman 
romantizmində (Şlegel qardaşlarının, müəyyən mənada 
Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin 
mahiyyətinin açıqlanmasının və həmçinin guya antik 
dövrdə mövcud olmuş, lakin sonralar Avropa 
sivilizasiyası tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün 
və universallığının bərpa olunmasının əsas bədii vasitəsi 
hesab olunurdu. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə