Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
187 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Ənənəvi tənqiddə əsərin müəllifi onun bütün məzmununu, 
bütün mümkün məna variantlarını müəyyənləşdirən, özü 
isə əsərin hüdudlarından kənarda yerləşən xarici 
instansiyadır, bir növ yaratdığı ―bədii dünyanın Allahıdır‖ 
və eyni zamanda, əsərinin bu gün və gələcəyin istənilən 
məqamında çıxarılan və çıxarıla biləcək bütün nəticələr 
üçün məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən 
xarici instansiya rolunu oynamasını və Allah statusunu 
nəzərə alaraq R.Bart yazırdı: ―Xarici səbəb bütün başqa 
səbəblərdən daha artıq səbəbdir‖. 
 
Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər 
oxucu (sonralar öz əsərini yenidən nəzərdən keçirən 
sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış 
prosesində yeni, son dərəcə rəngarəng məna çalarları, 
ağlasığmaz məzmun kəsb edib gözlənilməz 
assosiasiyalara rəvac verə bilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
188 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq 
statusundan məhrum olmuş sənətkar əslində əsər yox, 
mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması 
postmodernizmin aparıcı kateqoriyalarından biri olan 
dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida 
tərəfindən təklif olunan bu neologizm ―destruksiya‖ 
(‖dağıtma‖, ―sökmə‖) və ―konstruksiya‖ (‖quraşdırma‖, 
―tikmə‖) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində 
meydana gəlmişdir. Dekonstruksiya prinsipi oxucuya 
mətni bütün mümkün müstəvilərdə - kompozisiya, süjet, 
üslub, psixologiya və sairə baxımdan sökmək və özümlü 
şərh əsasında yenidən yığmaq imkanı verir. Əslində hər 
bir oxucu mətnin yaradıcısı statusunu qazanır. Məhz buna 
görə də ―hər bir mətn daim (oxucu tərəfindən. - Q.Q.) 
burada və indi yazılır‖‗. (R.Bart). 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
189 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom 
şəkildə mövcud olmur. Əslində, postmodernizmin mətnə 
bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən 
qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin ―polifonik‖ 
(çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun 
əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni 
zamanda mövcud olan mətnlərlə dialoqa girməsi 
fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən 
görkəmli nümayəndəsi H.Gadamer də özünün ―Həqiqət və 
metod‖ əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə 
yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə 
bir yerdə həqiqəti ortaya qoyur. Filosofun 
terminologiyasında ―deyim‖ və ―mətn‖ sinonim anlayışlar 
olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin 
kontekstində mövcud olması ideyasından çıxış etməsi 
nəticəsinə gələ bilərik. Bu faktların əsasında fransız 
postmodernist fikrinin nümayəndəsi Y.Kristeva 
―intertekstuallıq‖ anlayışını irəli sürmüş və göstərmişdir 
ki, ―hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
190 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yerdir‖. Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum 
olur ki, mətn digər mətnlərin eklektik toplusu yox, onların 
bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar 
etdikləri meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar 
və təsdiq əsasında mətn müxtəlif semantik qəlpələrin 
çulğalaşıb üzvi vəhdət təşkil etdir...  
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
191 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Rahid Ulusel 
 
“TƏNQİDİN METODOLOJİ PROBLEMLƏRİ” 
 
 
Tənqid haqqında hədsiz rəylər ixtilafını nisbətən 
modelləşdirilmiş halda aşağıdakı müddəalar şəklində 
qruplaşdırmaq mümkündür: I. Bir sıra tədqiqatçıların 
fikrincə, tənqid - "ədəbiyyatdır", onun "tərkib hissəsidir", 
"komponentidir". Y.Borev "Ədəbi prosesdə tənqidin rolu 
haqqında" məqaləsində yazır: "Bədii tənqid ədəbiyyat və 
incəsənətin tərkib hissəsidir, o, xüsusi tələbat əsasında və 
cəmiyyətin incəsənəti xüsusi istehlakı əsasında... bədii 
prosesin özündən törəyir". V.Kocinov da bu fikrin 
tərəfdarı kimi çıxış edir: "Ciddi desək, "tənqid və 
ədəbiyyat" qarşıqoyulması düzgün deyildir. Tənqid və söz 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
192 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
sənətini əlaqələndirmək olar, ancaq tənqid və ədəbiyyat 
ayrılmazdır, çünki tənqid ədəbiyyatın özünün tərkib 
hissəsi, cəhəti, komponentidir, həm də "aparıcı", 
təşkiledici komponentidir".  
     II. Başqa bir fikrə görə, tənqidi fəaliyyətin əsasını 
yalnız publisistika təşkil edir və hətta o, publisistikanın 
növüdür. Məsələn, Y.Surovtsev "tənqidi fəaliyyətin 
təbiətini", "elmi-publisistik şəkildə" müəyyənləşdirir və 
qeyd edir ki, tənqidçi "məhz publisistcəsinə yazır". 
Tənqidi ədəbiyyatın komponenti hesab edən V.Kocinov 
da "tənqid və publisistika arasında prinsipial fərq" görmür 
və belə bir fikir irəli sürür: "gtənqidi publisistikanın növü 
kimi, əxlaqi-etik, elmi, fəlsəfi, pedaqoci, iqtisadi, siyasi, 
hüquqi publisistika və sairlə bir cərgəyə daxil olan "ədəbi 
publisistika" kimi müəyyənləşdirmək, ümumən tam 
düzgündür". Y.Surovtsev və V.Kocinovun tənqid üçün 
irəli sürdükləri elmi-publisistik konsepsiyasının 
yarımçıqlığını S.Əsədullayev "Prometeylə Orfeyin 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə