Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
182 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual 
planla ―romantik istehza‖nın əleyhinə çıxış edərək belə 
hesab edirdi ki, istehza son nəticə etibarilə ―mən‖in özünə 
qapanması, onun bütün ətraf aləmlə əlaqələrinin qırılması 
vasitəsinə çevrilir. Həm dünyaduyum forması, həm də 
bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-
estetik fikirdə tamamilə yeni hadisə olsa da, Hegelin vaxtı 
ilə romantik istehzanın özgələşdirici təbiəti ilə bağlı 
söylədiklərini ona da şamil etmək olar. Əhatə dairəsi 
etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron 
kəsimlərdə mövcud olan bütün dəyərlərə təsdiqedici - 
inkaredici mövqedən yanaşan postmodernist istehza total 
özgələşmə üçün şərait yaradır. 
 
Postmodernist istehza konsepsiyasının hadisələrə 
təsdiqedici-inkaredici münaslbəti bəzən ilk baxışdan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
183 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri 
izah və həll etməyə yardım edir. Esselərinin birində 
Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə ənənəvi 
olaraq öz adı ilə ―möhür basması‖nı sənətkar 
şəxsiyyətinin ikiləşməsi kimi yozur. Mən isə bir vaxtlar 
bu faktı şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. 
Bu ilk baxışdan bir-birinə zidd mülahizələrdən görəsən 
hansı dogrudur? Axı həqiqətən də sənətkar bir tərəfdən öz 
adını çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, 
məhz ona - Füzuliyə məxsus olduğunu vurğulayır. Lakin 
digər tərəfdən bu əməllyyatla şair iki cür düşünən, iki 
müxtəlif dünyagörüş mövqeyində dayanan, biri müraciət 
edən, digəri birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır 
- özünütəsdiq özünüinkara çevrilir. Göründüyü kimi, hər 
iki konsepsiyada həqiqət var, lakin eyni zamanda, onlar 
bir-birinə ziddir. Yalnız postmodernist istehza işığında bu 
iki mövqe arasında ziddiyyət yoxa çıxır; onlar çulğalaşır, 
birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist 
ruhunda istehzalı münasibət bəsləyir. Məhz sənətkarın 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
184 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
özünə bu cür münasibəti ona aciz, məhdud Füzulini ilahi 
məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində 
təsvir etmək imkanı verir. Yeri gəlmişkən, Füzuli 
yaradıcılığının postmodernist konsepsiya baxımından 
şərhi onun ilk baxışdan birölçülü və birtərəfli ciddi 
görünən əsərlərində tamamilə yeni semantik ovqat 
laylarının aşkarlanmasına gətirərdi. 
 
U.Eko postmodernist situasiyanı, daha doğrusu, 
postmodernnizmin dünya mədəniyyətinə diaxron-sinxron 
planda münasibətini komplekssiz intellektual kişinin 
intellektual qadına məhəbbətini izhar etməsinin mümkün 
formasının timsalında izah etməyə cəhd edir: ―Kişi bilir 
ki, qadına ―mən səni dəlicəsinə sevirəm‖ sözləri ilə 
müraciət edə bilməz. Çünki o bilir ki, bu sözlərin artıq 
Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın 
da bilir ki, kişi bundan məlumatsız deyil.) Amma buna 
baxmayaraq, bu vəziyyətin özündə də çıxış yolu 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
185 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
mövcuddur. Kişi deyə bilər ki, ―Liala demişkən, mən səni 
dəlicəsinə sevirəm‖. Bax, beləcə kişi saxta məsumluqdan 
yan keçərək və aydın şəkildə indən belə məsum 
söhbətlərin alınmayacağını ifadə edərək eyni zamanda 
qadını sevdiyini, hətta məsumluğun yoxa çıxdığı zamanda 
belə sevməkdə davam etdiyini bildirir. Onların hər ikisi 
bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv 
edilməsi qeyri-mümkün olan keçmişin onlara meydan 
oxumasını qəbul edirlər. Onların hər ikisi şüurlu şəkildə 
və məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin 
bununla onlar bir daha məhəbbət haqqında danışmaq 
imkanı əldə edirlər‖. 
 
Beləliklə, postmodernist sənətkar dünyaya total istehza 
münasibət üsulundan istifadə edərək oxucunu iqtibas 
etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında 
məlumatlandırmağa, hər halda, dediklərinin ona məxsus 
olmadığını bildirməyə, həm də eyni zamanda, həm sitat 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
186 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
gətirdiyi yaxud iqtibas etdiyi müəllifi, həm potensial 
oxucularının hamısını, həm də xüsusilə özünü barmağına 
dolayıb ələ salmalı olur. Oxucu da bütün sözü gedən 
mənbələrə və özünə analoji münasibət bəsləməyə məcbur 
olur. Bununla ciddilik müasir dünyanın strukturundan 
sıxışdırılıb çıxarılır və total istehza bərqərar olur. 
 
Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik 
və qəti inkara çevrilmir. Məhz buna görə də satiradan 
fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, 
yaradıcı potensiala malikdir. 
 
Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün 
deyilsə, əgər biz vaxtı ilə kimlərinsə dediklərini sitat 
gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu 
və ya digər müəllifə məxsus olması haqqında 
təsəvvürlərin özləri də köklü şəkildə dəyişməlidir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə