Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
153 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Moderndən sonrakı dövrdə həm diaxron-şaquli, həm də 
sinxron-üfüqi zaman müstəvilərində humanitar sferada 
bütün mövcud olmuş və mövcud olan hadisələri təhlil 
süzgəcindən keçirmək və təcəssüm etmək niyyəti 
postmodernizmin semantik dairəsinin sürətlə 
genişlənməsinə səbəb oldu; ümumiyyətlə, ekstensiv 
inkişaf postmodernizmin özəl xüsusiyyətlərindən biridir. 
Məhz bu cəhət konsepsiyanın tədqiqatçılarından biri olan 
Q.Künqə postmodernizmin tarixi-ədəbi və yaxud nəzəri-
memarlıq kateqoriyası olmaqdan daha artıq ümumdünya-
tarixi anlayışı olması nəticəsinə gəlməsinə əsas vermişdir. 
Problemi bir qədər başqa rakursdan işıqlandıran 
Z.Bauman postmodernizmi ―sosial gerçəkliyin inkişafında 
yeni dövr olmaqdan daha çox şüurun irəliləyişində yeni 
dönəm‖ kimi dəyərləndirmişdir. Göründüyü kimi, 
tədqiqatçı heç də postmodernizmin sosial gerçəkliklə bağlı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
154 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olması faktını inkar etmir, lakin onu bir növ 
―daxililəşdirərək‖ qnoseoloji aspektini ön plana çəkmişdir. 
 
*** 
 
Məlum həqiqətdir ki, bəşər nəsli bu günə qədər 
gerçəkliyin cəmisi iki - elmi və bədii dərk olunma 
formalarını kəşf etmişdir. Gerçəkliyin hadisələrinə 
müxtəlif yönümlərdən yanaşan bu izahetmə formaları bir 
qayda olaraq bu hadisələri fərqli şəkildə görmüş və 
işıqlandırmışlar; təbiət elmləri dəqiq-müşahidə, bədii dərk 
isə emosional münasibət prinsiplərindən çıxış etmişlər. Bu 
iki qütb arasında qalmış humanitar yönümlü elmlər bir 
tərəfdən dəqiqliyə meyl etmiş, digər tərəfdən emosional 
münasibət prinsipindən yaxa qurtara bilməmişlər. Bu isə 
gerçəkliyin eyni hadisələrinin müxtəlif, ziddiyyətli, bəzən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
155 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
bir-birini rədd edən təqdimat formalarının yaranmasına 
səbəb olmuşdur. 
 
Halbuki insanın nəzərləri qarşısında dayanan və insandan 
şərhini tələb edən dünya vahid və bölünməzdir. Dünyanın 
bütövlüyü ilə onun dərk olunması prosesi arasındakı 
zaman-zaman özünü büruzə verən bu haçalanma 
gerçəkliyin adekvat izahına imkan verməmişdir. Əslində 
belə bir izah heç mümkün də deyil; gerçəkliyin dərk 
olunması prosesində insan onun dəqiq-doğru izahına 
maksimum yaxınlaşa bilər, lakin heç vaxt tam şəkildə ona 
nail ola bilməz. Mən burada, əlbəttə ki, nisbi adekvat izahı 
nəzərdə tuturam. 
 
Dünyanın dərkolunma formaları arasındakı bu 
antinomiyanı aradan qaldırmaq üçün hər iki - həm elmi, 
həm də bədii fikir tərəfindən təşəbbüslər olmuş, onların 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
156 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
dünyanı görmə və izahetmə bucaqları arasındakı fərqi 
tamam yox etmək mümkün olmasa da, hələ postmodernist 
konsepsiya təşəkkül tapmazdan əvvəl və onun 
kontekstindən kənarda onları maksimum yaxınlaşdırmaq, 
bu zəmində də gerçəkliyin adekvat təcəssümünə nail 
olmaq cəhdləri mövcud olmuşdur. XIX əsrin ortalarından 
başlayaraq bu meyl daha da güclənmişdir. 
 
Düzdür, xüsusilə ilk dövrlərdə dünyanı dərk etmənin bu 
iki mövcud forması arasında qarşılıqlı meyl yox idi və 
onların münasibətləri birtərəfli hərəkət üçün nəzərdə 
tutulmuş yolu xatırladırdı: təbiət elmləri tərəfindən bədii 
fikrin nailiyyətləri hesabına zənginləşmək meyli çox da 
hiss olunmurdu. Halbuki, əks istiqamətdə - dünyanın 
obrazlı dərkindən elmi dərkə doğru intensiv hərəkət 
niyyəti nəzərə çarpırdı. Bədii fikrin təbiət elmlərinin 
metod və prinsipləri hesabına öz dünyanı dərk imkanlarını 
genişləndirmək əzmini ifadə edən Q.FIober 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
157 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yazırdı:.‖Mənə elə gəlir ki, böyük sənət elmi və şəxssiz 
olmalıdır‖. 
 
Q.FIoberin bu müddəasını bədii fikrin qeydsiz-şərtsiz 
prinsipi, harada isə zəmanənin imperativi kimi qəbul edən 
naturalizmin banisi və nəzəriyyəçisi E.Zolya təbiət 
hadisələrini bütün dolğunluğu ilə araşdırmağa can atan 
elmlərdən, xüsusilə biologiya və fiziologiyadan nümunə 
götürməyə, insanı və cəmiyyəti həmin-elmlərin metod və 
prinsiplərini rəhbər tutaraq maksimum hərtərəfli şəkildə 
öyrənməyə və inikas etməyə çağırırdı. Naturalizmin 
―eksperimental roman‖ anlayışı təcrübəni, hərtərəfli 
təsviri dünyanı dərkin yeganə adekvat forması hesab edən 
elmi təsəvvürlərin təsiri altında formalaşmışdır. 
 
Zaman keçdikcə bədii-obrazlı fikrin elmi prinsiplərə 
yiyələnməsi prosesi genişlənmiş və şaxələnmişdir: bir 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
158 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
qayda olaraq modernist cərəyanlardan hərəsi özünü elmin 
və texnologiyanın bilavasitə konkret bir sahəsi ilə 
bağlanmış elan edirdi. Belə ki, futurizm özünün 
timsalında bədii fikri müasir texnologiyanın əlavəsi hesab 
edir, sürrealizm poetik dünyaduyumu psixoanalizin 
təhtəlşüur konsepsiyası təməlində dərk etməyə çalışır, əsl 
və yeganə gerçəklik hesab etdiyi fövqəlgerçəkliyi məhz 
şüuraltının adekvat inikası əsasında mümkün olması 
ideyasını təsdiq edir, kubizm isə artıq öz adında həndəsə 
elmi ilə bağlılığını ön plana çəkirdi. 
 
XX əsrin aparıcı modernist cərəyanları arasında 
ekzistensializm bəlkə də yeganə bədii konsepsiya idi ki, 
dünyanın elmi dərk formalarını qətiyyətlə rədd edirdi. 
Lakin bu da bir həqiqətdir ki, ―təmiz‖ ekzistensialist bədii 
ədəbiyyatın nümunələri, məsələn, J.-P.Sartrın romanları 
və pyesləri ekzistensialist fəlsəfənin bədii 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə