Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   2   3   4   5   6   7   8   9   ...   93

 
17
məhz bu tarixdən qoyulmuşdur. Bu plenum Azərbaycanın tarixində çox 
mühüm, taleyüklü bir hadisə oldu, respublikamızın gələcək inkişafında 
çox  əhəmiyyətli rol oynadı. Bununla da Azərbaycan xalqının tarixində 
Heydər Əliyev dövrü - böyük dönüş mərhələsi başlandı. Bu dövrdən bəhs 
edən H.Əliyev yazırdı: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə 
respublika iqtisadiyyatı bütövlükdə  dərin və uzunmüddətli böhran 
mərhələsinə  qədəm qoymuşdu. Yaranmış  ağır vəziyyətdən çıxış yolu 
tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual 
yanaşma yolları  işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur 
dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə  işində 
təzə metodlar tətbiq edilməli idi”.
1
 
Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevin təşəbbüsü ilə həmin 
ilin avqustunda respublikanın həyatında kök salmış nöqsanları, dövlət və 
partiya rəhbərliyində hökm sürən hərc-mərcliyi aradan qaldırmaqda çox 
mühüm rolu olan plenum keçirildi. Bu plenum Azərbaycanın tarixində 
dönüş nöqtəsinin başlanğıcı oldu. Plenumda H.Əliyevin söylədiyi 
olduqca məzmunlu məruzədə respublikanın müasir vəziyyəti ətraflı təhlil 
edilir, ölkənin iqtisadi, siyasi və ideoloji həyatında mövcud olan 
nöqsanlar cəsarətlə  aşkarlanır və onların aradan qaldırılmasının yolları 
göstərilirdi. Plenum ölkədə  əmək intizamını möhkəmləndirmək, 
respublikanın mənəvi-psixoloji iqlimini saflaşdırmaq üçün də ciddi 
tədbirlər hazırladı. Plenumda H.Əliyevin məruzəsi və bu məruzədən irəli 
gələn vəzifələr respublikamızın gələcək inkişafı üçün dəyərli proqram 
sənədi kimi olduqca böyük perspektiv əhəmiyyət kəsb edirdi. 
H.Əliyevin apardığı siyasət nəticəsində az bir müddət içərisində 
respublikada böyük iqtisadi, siyasi və ideoloji nailiyyətlər  əldə edildi. 
Azərbaycan xalqı H.Əliyevin həyata keçirdiyi tədbirləri böyük rəğbətlə 
qarşıladı. 70-ci illərin  əvvəllərindən ölkədə baş verən canlanma, yüksək 
əhval-ruhiyyə xalqda gələcəyə böyük inam yaratdı. Xalq öz dahi oğluna 
hörmət və ehtiram göstərməyə başladı, onu sevdi. H.Əliyev kiçik bir 
zaman kəsiyində xalqın məhəbbətini, sevgisini, etimadını həyata keçirdiyi  
                                                 
1
 
 
Heydər Əliyev. Minilliklərin qovşağında.-B., 2001.- S.18. 
 


 
18
nəhəng proqramları, cəsarətli və ədalətli tədbirləri ilə əldə etmişdi. 1970-
ci illərdə aparılan nəhəng quruculuq işləri nəinki respublikamızda, 
həmçinin SSRİ  məkanında görkəmli vətən oğluna böyük şöhrət gətirdi. 
Ölkəmiz inkişaf edib müttəfiq respublikalar içərisində qabaqcıl yerlərdən 
birini tutdu. Nəticədə 1970-1985-ci illər Azərbaycanın inki
şaf 
salnaməsinə ən parlaq quruculuq illəri kimi daxil olmuş, sənayenin, kənd 
təsərrüfatının, mədəniyyətin bütün sahələrində tərəqqi baş vermişdir. 
14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye 
istehsalı 2 dəfə, xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatı 
məhsulları 2,5 dəfə artmışdır. Respublika başdan-başa tikinti meydanını 
xatırladırdı. 14 il müddətində 250-dən çox fabrik, zavod, istehsal 
obyektləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşmış, 
Bakıda və respublikamızın digər  şəhərlərində böyük mikrorayonlar 
salınmışdı. 
70-80-ci illər Azərbaycan kəndinin həyatında böyük tərəqqi və 
yenidənqurma illəri olmuşdur. Bu dövrdə onsuz da bərbad vəziyyətdə 
olan SSRİ  k
ənd təsərrüfatı iqtisadiyyatında olan gerilik Azərbaycan 
kəndinin həyatında daha bariz şəkildə özünü göstərirdi. Azərbaycan kəndi 
həm iqtisadi, sosial, həm də  mədəni cəhətdən demək olar ki, SSRİ 
respublikaları içərisində axırıncı yerlərdən birini tuturdu. Kənd təsərrüfatı 
iqtisadiyyatı tənəzzülə uğramışdı və böhran keçirirdi. Kənd rayonlarında 
aparılan tikinti-abadlıq işlərinin həcmi, kənd  əhalisinə göstərilən maddi-
məişət xidmətlərinin təşkili olduqca aşağı  səviyyədə idi. Məhz buna 
görədir ki, kənd əhalisi yaxşı dolanışıq dalınca şəhərlərə və böyük yaşayış 
məntəqələrinə üz tuturdu. Kəndlərdən şəhərlərə axın başlamışdı. 
1969-cu ildə hakimiyyətə gələn H.Əliyev Azərbaycan kəndində hökm 
sürən bu prosesi yaxşı bilirdi. Məhz buna görədir ki, hakimiyyətə gəldiyi 
ilk günlərdən kənd təsərrüfatını bu böhran şəraitindən çıxarmaq üçün 
mühüm tədbirlər görməyə başladı  və  həmin tədbirlər nəticəsiz qalmadı. 
Respublikamızda kənd təsərrüfatının aparıcı sahələri olan pambıqçılıq, 
üzümçülük, heyvandarlıq, taxılçılıq və  tərəvəzçilik böyük inkişaf yolu 
keçdi. Azərbaycanın tarixində görünməyən məhsuldarlıq  əldə edildi. 
Kəndin həyatında böyük canlanma baş verdi. Kənd yenidən tikilməyə  


 
19
başladı, köhnə daxmaların yerində kütləvi surətdə  işıqlı  kənd evləri 
meydana gəldi. 
Kəndin həyatında baş verən bu inkişaf, böyük sosial dəyişikliklər 
kəndlilərin maddi vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Kəndlilərin 
maddi imkanlarının əsaslı surətdə yaxşılaşması kənddə tikinti, quruculuq 
işlərinin aparılması köhnə  kəndli daxmalarının yerində kütləvi surətdə 
yaraşıqlı kənd evlərinin tikilməsi üçün şərait yaratdı. 
Ölkədə baş verən iqtisadi tərəqqi  əhalinin maddi rifah halının 
yüksəldilməsinə olduqca müsbət təsir göstərmiş, 70-ci illərdə  fəhlə  və 
qulluqçuların əmək haqqı 1,4 dəfə, 80-ci illərdə isə 1,3 dəfə artmışdı. 
Kolxozçuların orta əmək haqqı 1970-ci ildə iki, 1980-ci ildə 1,5 dəfə 
artmışdı. Həmçinin 70-80-ci illərdə əhaliyə verilən təqaüdlərin həcmi 4,4 
dəfə, müavinətlərin həcmi isə 3,3 dəfə çoxalmışdı. 
70-80-ci illərdə Azərbaycanda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı ilə 
yanaşı, milli mədəniyyət, incəs
ənət, elm və təhsil sahələri də xeyli inkişaf 
etmişdi. Məhz bu illərdə xalqımız öz milli mədəniyyətini, tarixi keçmişini 
dərindən dərk etmək, milli adət-ənənələrə qayıtmaq, milli varislik 
imkanlarından istifadə etmək, milli ədəbiyyatımızı  dərindən öyrənmək, 
indiyə  qədər deyilməsinə qadağa qoyulmuş  bəzi fikirləri və ideyaları 
aşkarlamaq imkanı qazanmışdı. Sanki sükut buzu sınmışdı. Azərbaycanın 
görkəmli ziyalıları,  şairləri, yazıçıları, alimləri tarixi keçmişimiz, milli 
mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, milli ideologiyamız haqqında 
obyektiv, bəzən də böyük siyasətə uyğun gəlməyən cəsarətli fikirlər 
söyləməyə başlamışdılar. Mən bu milli oyanışın səbəbini fikirləşərkən 
xeyli zaman keçdikdən sonra dərk etdim ki, bu prosesin başlanmasının 
əsas səbəbkarı xalqımızın böyük oğlu H.Əliyev olmuşdur. Azərbaycan 
ziyalıları məhz ona arxalanaraq, onun çıxışlarına söykənərək öz cəsarətli 
fikirlərini söyləyir, araşdırmalar aparır, elmi nəticələr çıxarırdılar. Məhz 
bu dövrdə Azərbaycanın tarixinə, mədəniyyətinə dair fundamental 
araşdırmalar aparılmağa başlanmış, milli tariximizə,  ədəbiyyatımıza, 
mədəniyyətimizə, görkəmli  şəxsiyyətlərimizə dair çoxcildli sanballı 
əsərlər meydana gəlmiş, Sovetlər İttifaqında ilk dəfə görkəmli ictimai və  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə