Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

п  kəskin  şəkildə  azalmışdı.  Cinayətkarlıq  hallan  xeyli  azal­

mış,  vətəndaşların  şəxsi  təhlükəsizliyi,  əsasən,  təmin  edil­

mişdi.  Hakimiyyət  xalqın  ciddi  dəstəyinə  güvənirdi.  İn san ­

lar az da olsa təmin edilmiş sabitliyi  hüquqi  hərcmərclikdən. 

müharibədən,  vətəndaş  müharibəsi  həddinə  çatmış  iğtişaş­

lardan  və  banditizm   qarşısında  köməksizlik  vəziyyətindən 

üstün  tuturdular.  İnsanların  yaddaşında  dərin  izlər  qoym uş 

bütün  bu  neqativ  hallar  artıq  keçmişdə  qalmışdı  (bax:  M iı- 

zəzadə  A.  Azərbaycan  Respublikasında  çoxpartiyalı  siste­

min  formalaşması  xüsusiyyətləri.  Bakı,  2001).

1996-cı  ilin  fevral  ayında  Milli  Məclis,  demək  o lar  ki, 

tam  tərkibdə  işə  başladı.  D eputat  korpusunun  hansı  q ə ra r­

ları  qəbul  edəcəyini  əvvəlcədən  tam  əminliklə  yəqin  etm ək 

olardı  və  bu  fakt  da  daxili  siyasi  sabitliyə  təminat  verirdi. 

Azərbaycanda  mövcud  hakimiyyət  sistemini  kadr  siyasəti 

baxımından  qiymətləndirmək  istəsək  deyə  bilərik  ki,  bu  sis­

tem «qala kimi möhkəm» sistemdir. İntizamın və məsuliyyə­

tin  yüksək  səviyyədə  olmasım  təmin  edən,  deməli,  «avtori­

tar səfərbərlik» deyilən  funksiyaları da yerinə yetirən  həmin 

sistemin  bu  keyfiyyəti  xüsusən  onda  özünü  göstərirdi  ki, 

Seçkilər H aqqında Q anuna müvafiq  olaraq, deputatların  15 

faizi (yəni  18 nəfər) parlamentdəki  işi ilə yanaşı,  həm də  icra 

hakimiyyəti  strukturlarında  vəzifə  tuta  bilərdi.  Təqribən  40 

deputatı birləşdirən  «Yeni  Azərbaycan»  fraksiyasının  üzvlə­

ri  ikinci  qrupu  təşkil  edirdi.  Mahiyyət  etibarilə  bu  sistem 

meritokratizm,  yəni  dövlət  qarşısında  müəyyn  xidmətləri 

olan  insanların  hakimiyyəti  meyarlarına  uyğundur.  İnanıl­

mış  şəxslər  eşelonuna daxil  olanların  hər  biri  bundan  sonra 

da  özünün  şəxsi  keyfiyyətlərinə  ümid  bəsləyə  bilərdi,  bu 

şərtlə  ki,  belə  şəxslərin  zehni  qabiliyyəti  və  xarakteri  daha 

yüksək  səviyyədə  olsun.  Üçüncü  qrupa  daxil  olan  deputat­

lar vətənpərvər əhval-ruhiyyəli  ictimaiyyəti 

əsasən  yaradı­

cı, elmi və ədəbi ziyalıları təmsil edirdi.

88

14.  «Şöhrətpərəst və varlı»...

Gözləmək  olardı  ki,  sarsılmaz  islahatçılığın  passionar 

energetikası  öz  qələbəsini  qeyd  edəcəkdir.  Axı  bütövlükdə 

xalq  Prezidentin  kursunu  birmənalı  şəkildə  dəstəkləyirdi; 

dövlət  aparatının  daxilində  səmərəli  dəyişikliklər  gedir: 

münasibətlərdə  subordinasiyaya  və  iyerarxiyaya  riayət  edi­

lir,  dövlət  intizamı  və  məsuliyyət  mülahizələri  anarxik 

xüdbin  niyyətləri  get-gedə  daha  çox  sıxışdırır;  ictimai  şüur­

da  etnik-mədəni  identiklik  hissinin  güclənməsi  müşahidə 

olunur...  Lakin  həmin  dövrün  dəhşətli  özünəməxsusluğu 

ondan ibarət idi  ki,  hegemonizmə və uniformizmə qarşı  kor­

təbii  mübarizə  əslində  hələ  yenicə  güclənməyə  başlayırdı. 

Sistemdən  kənarda  qalmış  radikal  müxalifət  gərginlik  mən­

bələrinin  sayını  artırır,  hadisələri  və  faktları  düşmənçilik 

mövqeyindən şərh edirdi.

1996-cı  ilin  əvvəllərində  müxalifət  mətbuatı  uydurma­

larla  dolu məqalələr  dərc edir,  belə  bir  fikir  təlqin  edirdi  ki, 

guya  cəmiyyətin  xeyli  hissəsi  yeni  Məclisə  ümid  bəsləyir, 

güman  edir  ki,  prezident  ölkədə  vəziyyəti  sabitləşdirəndən 

və  özünün  istədiyi  parlamenti  seçəndən  sonra  islahatçı  hö­

kumət  yaradacaq  və  cəmiyyətin  uğurlu  demokratikləşməsi 

(yəni  liberallaşması)  üçün  zəruri  hüquqi,  siyasi  və  iqtisadi 

qanunlar  paketini  təsdiq  edəcəkdir,  lakin  Prezident  guya 

sabitliyin  qorunub  saxlanması  kursuna  üstünlük  vermişdir, 

çünki  onu  «demokratik  bazar  islahatları  keçirməyə»  məc­

bur edən yalnız xaricdən, Qərbdən göstərilən təziq idi.

1996-cı  ilin  sentyabrın  11-də  Milli  Məclis  spiker  Rəsul 

Quliyevin  istefa  barədə  ərizəsini  qəbul  etdi  və  bu  addım 

R.Quliyevdən  ötrü şərəf sayıla  biləcək  bir səbəblə əsaslandı­

rıldı:  «səhhətinin  vəziyyətinə  görə».  Modernləşmə  xətti  yal­

nız  bu  şərtlə  real  olrdı  ki,  bütün  müvafiq  qüvvə  və  vəsaitlər 

səfərbər  edilsin,  buna  görə  də  həmin  xətti  xilas  etmək  üçün 

yeganə  yol  -   müstəqil  Azərbaycanın  düşmənlərinin  iradəsi

89



ilə  onların  təsirinə  düşmüş  agentlərə  çevrilmiş  adamlardan 

yaxa qurtarm aq  idi.

Müxalifət  yazarları  Rəsul  Quliyevi  «şöhrətpərəst  və 

varlı»,  «islahatçı»  və  «qərbpərəst  liberal»  kimi  səciyyələndi­

rirdi.  M ətbuatda  göstərilirdi  ki,  R.  Quliyevin  gəlirlərinin 

əsas  mənbəyi  ölkənin  neftayırma  sahəsi  olmuşdur.  O,  1977- 

ci  ildən  1993-cü ilədək  neftayırma zavodunun  baş direktoru 

olmuşdur.  1985-ci  ildən,  yəni  neftayırma  zavodlarının  öz 

məhsullarım  dünya  bazarında  satmalarına  icazə  verildiyi 

vaxtdan  etibarən  R.  Quliyevin  saxta  kontraktlar  və  q o n ­

darm a  firmalar  vasitəsilə  əldə  etdiyi  gəlirlər  onun  şəxsi  h e­

sablarında  yığılmağa  başlamışdı.  Onun  dövlətə  zidd  fəa­

liyyətinin  ən  «coşqun  dövrü»  Ə.Elçibəyin  hakimiyyəti  d ö v ­

rünə,  daha  doğrusu,  ölkədə  hakimiyyətsizlik  dövrünə  tə ­

sadüf  etmişdi.  Sonradan,  dövlətçiliyin  möhkəmlənməsi  və 

sabitləşmə,  neft  sahəsində  qayda  yaradılması  başlananda 

R.Quliyev ifşa ediləcəyindən qorxmağa başlamışdı.

N eft  kontraktlarının  hazırlanması  zamanı  R.Quliyevin 

əməlləri  barədə  vaxtilə  İlham  Əliyev  belə  demişdir:  «Xarici 

neft  şirkətləri  və  ARDNŞ-in  nümayəndələri  sübut  edə  b i­

lərlər  ki,  Rəsul  Quliyevin  birbaşa  göstərişi  ilə  1993-cü  ildə 

A R D N Ş  «Azəri-Çıraq-Günəşli»  layihəsi  üzrə  danışıqlar 

aparm aq  hüququ  Rəsul  Quliyevin  şəxsi  dostu,  başqa dövlə­

tin  vətəndaşı  M aral  M anafova  verilmişdi.  Rəsul  Quliyev 

Azərbaycanın  adından  danışıqlar  aparmaq  üçün  M aral 

M anafova verilən mandatı  öz əli ilə imzalamışdır.  Siz elə bir 

ölkə  adı  çəkə  bilərsinizmi  ki,  orada  ölkənin  istər  iqtisadi, 

istərsə  də  siyasi  gələcəyi  ilə  bağlı  ən  vacib  məsələnin  həlli 

biznesmenə,  həm  də  başqa  ölkənin  vətəndaşı  olan  şəxsə  eti­

bar  edilsin?!  Çox  keçmədən  xarici  şirkətlər  öz  səfirləri  vasi­

təsilə  prezidentə  müraciət  edib  bildirmişlər  ki,  Manafov 

kontraktın  imzalanması  üçün  300  milyon  dollar  rüşvət  is­

təyir.  Bu  xəbərlərdən  sonra  Manafov  daha  Azərbaycanda 

görünmədi,  yəqin  ki,  dostu  işin  şuluq  olduğunu  ona  xəbər 

vermişdi.  Bu  əhvalatdan  sonra  danışıqları  davam  etdirm əl

ARDNŞ-ə  həvalə edildi.  Amma  biz əslində  hər  şeyi  təzədən 

başlamalı  olduq.  Çünki  kontraktla  əlaqədar  Manafovun 

«razılaşdırdığı»  şərtlər  Azərbaycan  üçün  nəinki  məqbul 

deyildi,  hətta  ölkənin  bütün  iqtisadiyyatı  üçün  çox  ağır  nə­

ticələr verə  bilərdi.  Gətirdiyim  bütün  faktların  hamısı  təkzi­

bedilməzdir». (Dirçəliş-XXI əsr.  1999. №   19. s.8-9).

Rəsul  Quliyevin  istefasına  bilavasitə  səbəb  olan  fakt 

onun  Rusiyada çıxan  «Новое  время» jurnalına  (1996, №32) 

verdiyi  müsahibədə dövlətə zidd  müxalifətçilərin  leksikonu- 

na  xas  olan  ibarələrlə  Azərbaycan  dövlətçilərinin  yeritdiyi 

xəttə  qara  yaxması  olmuşdu.  Bundan  sonra  Yeni  Azərbay­

can Partiyası Rəsul Quliyevin hərəkətlərini pisləyən  bəyanat 

qəbul etdi.  1996-ci il  oktyabrın  16-da  Yeni  Azərbaycan P ar­

tiyasının  banilərindən  biri,  professor  Murtuz  Ələsgərov 

Milli  Məclisin  sədri  seçildi.  Bununla  əlaqədar,  müxalifət 

dairələrində  gedən  söz-söhbətlərin  mahiyyətini  təxminən 

belə  ifadə  etmək  olar  ki,  M.Ələsgərovun  dövründə  Milli 

Məclis  Prezidentin  liberalizminə  əlverişli  fon  yaratm ağa 

başlamışdır,  Milli  Məclisin  rəhbərliyi  və  deputatlar  indi 

müxalifətin,  onun  mətbuatının və hətta Qərbin  də ünvanına 

daha tez-tez hücumlar etməyi özlərinə rəva görürlər.



15.  Siyasətin gücü və güc siyasəti:  vəhdətin ahəngliyi

1996-cı  il  və  1997-ci  ilin  çox  hissəsi  1995-ci  ildə  keçiril­

miş  parlament  seçkilərində  uğradığı  ağır  məğlubiyyətdən 

sonra özünə gəlməyə çalışan  radikal müxalifətlə mübarizədə 

nisbi  sakitlik  ab-havası  ilə  əlamətdar  oldu.  Bu  dövrdə 

müvafiq  dövlət  orqanları  əsas  diqqətlərini  sanki  kölgəyə 

çəkilmiş,  lakin  dövlətdən  ötrü  radikal  müxalifətdən  daha 

çox  təhlükə  mənbəyi  olan  qruplaşmaların  fəaliyyətinə  yö­

nəltmişdilər .  Məsələn,  1996-cı  ilin  əvvəllərində  Ədliyyə  Na- 

/irliyii  respublika  Ali  Məhkəməsinə  müraciətlə  Əmək  Par- 

liyasının  və  «Qardaşlıq» cəmiyyətinin  fəaliyyətinin  qadağan

90

91




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə