Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   ...   5   6   7   8   9   10   11   12   13

30 

 

      II Ktabxanaçı: 1875-ci il iyul ayının 22-də “Əkinçi”nin 1-ci 



sayı çap olunduqdan sonra H.Zərdabi mətbuatımızın banisi kimi 

tarixə düşdü. Amma onu da qeyd etməliyik ki, o, mətbuatımızın, 

teatrımızın,  ilk  xeyriyyəçilik  hərakatımızın  banisi  olmaqla 

yanaşı, etnoqrafiya mədəniyyətimizin də aparıcı şəxsiyyəti idi. 

Həsən  bəy  Zərdabinin  ailəsi  Zərdaba  köçdükdən  sonra  xalqla 

daha yaxın olmuş, etnoqrafiya ilə əlaqədar bir çox yazılarla çıxış 

etmişdir. 1896-cı ilədək Zərdabda yaşayan bu böyük şəxsiyyət 

praktiki  olaraq  etnoqrafiya  ilə  məşğul  olmuşdur.  Zərdabi  bir 

etnoqraf kimi göstərirdi ki, gilli yerdə əkilən bitki gec məhsul 

verir.  Əgər  torpağın    əhəngi,  gili  və  qumu  bərabər  olsa,  ona 

mergel  deyirlər.  Bu  çox  gözəl  olur.  Göründüyü  kimi,  bu  dahi 

insan öz fikrini xalqa xalq etnoqrafı kimi asanlıqla çatdıra bilir. 

Zərdabi əkin sahələrinin etnoqrafik elmi əsasını da vermişdir. O,  

taxılçılq sahəsində biliklərin alınması üzərində çalışmış və buna 

nail  olmuşdur.  1889-cu  ildə  Tiflisdə  təşkil  olunmuş  Kənd 

Təsərrüfatı və və Sənaye sərgisində Zərdabi yeni buğda, arpa və 

suluf  (ağ  darı)  növləri  nümayiş  etdirmiş  və  kənd  təsərrüfatı 

etnoqrafı kimi medal və diploma layiq görülmüşdür. Etnoqraflıq 

baxımından bu da maraqlıdır ki, Zərdabi calaq usulu ilə daha çox 

məhsul  sahəsində  də  çalışmışdır.  Şum  prosesində  kənd 

təsərrüfatı  alətlərindən  istifadəyə  dair  də  elmi  yazıları  çap 

olunmuşdur.  “Roman  və  onun  hissələri”  adlı  yazısı  sözün  əsl 

mənasında  etnoqrafik bir elmi əsərdir. 1885-ci il oktyabrın 4-də 

Kürdəmirdə  keçirilən  əkinçilik  alətlərinin  sınağında  Zərdabi 

şəxsən iştirak etmiş və diploma layiq görülmüşdür. Həsən bəy 

eyni  zamanda  mahnının,  zərb  məsəllərin,  tapmacaların, 

nağılların,  dastanların,  uşaq  oyunlarının  etnoqrafiyamızda 

əhəmiyyətindən geniş  söhbət  açmışdır. Vaxt, zaman keçsə də,  

Həsən  bəy  Zərdabi  etnoqrafiyamızın  aparıcı  simalarından  biri 

olaraq qalır. 




31 

 

     Kitabxanada  şairdən bəhs edən  müxtəlif tədbirlər və eləcə 



də  ədəbi-bədii gecə keçirilir. Unudulmaz şəxsiyyət Həsən bəy 

Zərdabinin  xatirəsinə  həsr  olunmuş    Biz  də  sizləri  deyib 



gəlmişik,  ustadlar...”  adlı  ədəbi-bədii  gecəyə  Azərbaycanın 

gorkəmli ədibləri, alim və zərdabişünaslar,  sənət-söz adamları, 

jurnalistlər,  müəllimlər,  oxucular,  ali  məktəb  tələbələri, 

məktəblilər  dəvət  olunur.  Qonaqlar  maarifçinin    şəkilləri, 

müxtəlif  adda  əsər  başlıqları  və  şeir  misraları  yazılmış 

çərçivərələrlə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar.  Şairin 

kitablarından  ibarət    kitab  sərgisi  qonaqlar  tərəfindən  rəğbətlə 

qarşılanır.  Gecənin  qonaqları  ilk  olaraq  “Həsən  bəy  Zərdabi 

haqqında hazırlanmış veriliş” in slaydına baxmağa dəvət edilir. 

Gecəni  açıq  elan  etmək  üçün  aparıcılar  səhnəyə  yaxınlaşırlar. 

Hər  iki  aparıcı  qonaqları  salamlayaraq,  onlara  gecədə  iştirak 

etdikləri üçün təşəkkürünü bildirirlər.   



I  aparıcı:    Salam,  dəyərli  qonaqlar,  bu  il  böyük  maarifçi, 

bənzərsiz  pedaqoq,  ədəbiyyat  fədaisi,

 

maarifçilik  hərəkatının 



görkəmli nümayəndəsi Həsən bəy Zərdabinin anadan olmasının 

180  illik  yubileyidir.  Xalqın  səadəti,  maariflənməsi  yolunda 

çalışıb mübarizə aparanlar heç vaxt unudulmur. Zərdabi belə bir 

mübarizlərdən idi...  Mətbuat xalqın  ucadanışanıdır. Nəsillərə 

örnək olan qələm sahibi, böyük mütəfəkkir Həsən bəy Zərdabi 

Azərbaycan  milli  mətbuatının  banisidir.  Onun  həyat  və 

mübarizəsi  mənsub  olduğu  xalqa  təmənnasız  xidmət 

baxımından çağdaş nəsillər üçün də əsl örnəkdir.   



II  aparıcı:  “Əkinçi”!..  Bu  sözü  həyəcansız,  ürək  çırpıntısı 

keçirmədən tələffüz etmək qeyri-mümkündür. Bu sözdə hər bir 

Azərbaycan    vətəndaşı  üçün  nə  qədər  böyük  müqəddəslik  və 

doğmalıq var!..

 

“Əkinçi” müstəqil Azərbaycanın, onun dilinin, 



xalq nəğmələrinin poeziyanın, ədəbiyyatının, tarixinin ən gözəl 


32 

 

emblemidir.  O  bütün  Azərbaycan



 

xalqının  əksidir,  təyinatıdır, 

azad  əməyə  sevgisidir,  enerjisidir,  ideyaları  və  ideyallarıdır!.. 

“Əkinçi” və Həsən bəy Zərdabi xalq yaddaşında və tarixdə elə 

çulğaşıb  ki,  onları  bir-birindən  ayırmaq  mümkün  deyil.  Onlar 

birlikdə və ayrılmaz formada

 

Azərbaycanın və bütün Qafqazın 



mədəniyyətinin 

və 


maarifinin, 

iqtisadiyyatının  inkişafı 

tarixində,  siyasi  həyatında  şərəfli  yerlərdən  birini  tutur. 

H.Zərdabi özünəməxsus enerji və cəsarətlə doğma dili müdafiə 

etdi. “Əkinçi”nin   təkcə forması, dili deyil, məzmunu da diqqəti 

özünə  çəkirdi.  Qəzet  Rusiya,  Qafqaz  və  xarici  ölkələrlə  bağlı 

bütün xarici və daxili məsələlərə öz səhifəsində yer verirdi... 

I aparıcı: Tələbəlik illərində o, şərq-islam tarixi üzrə dərin biliyi 

ilə tarixçi rektor Sergey Mixayloviç Solovyovun diqqətini cəlb 

edir,  bu  sahə  üzrə  onun  məsləhətçisinə,  dostuna  çevrilir. 

Nəticədə ailə ilə daha da yaxınlaşan Həsən bəy rektorun qızına 

vurulur.  Onunla  evlənmək  qərarına  gəlir.  Moskvada  qalıb 

işləmək  təklifi  alır.  Lakin  Həsən  bəyin    Vətən  sevgisi  şəxsi 

məhəbbətinə  üstün  gəlir.  Xalqı  qarşısında  xristian  qızına 

evləndiyinə  görə  müsəlman  mühafizəkarlarının  tənələrindən 

qorunmaq üçün ilk məhəbbətindən imtina edir. Böyük arzularla 

Vətənə  dönən  Həsən  bəy  bir  müddət  Tiflisdə  torpaq  palatası, 

Bakıda  quberniya  idarəsi  və  Qubada  məhkəmədə  çalışsa  da, 

ciddi  çətinliklərlə,  hətta  həyatına  sui-qəsdlə  üzləşir,  yenidən 

Bakıya dönür. 

II  aparıcı:  Həsən  bəyin  həyatında  onun  gələcək  ömür  yolunu 

müəyyən  edən  tarixi  hadisə  baş  verir.  Belə  ki,  1869-cu  ildə 

böyük çətinliklə Bakı realni gimnaziyasına təbiət tarixi müəllimi 

təyin olunur. Bununla da onun həyatında yeni dövr-maarifçilik, 

xalqın  savadlanması,  ana  dilində  təhsil  uğrunda  mübarizə 

mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə