Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   ...   5   6   7   8   9   10   11   12   13

39 

 

xatirələrinə  görə,  bir  gün  Üzeyir  bəy  Hacıbəyov  xəstə  Həsən 



bəyi  ziyarət  edir.  Həsən  bəy  əl  işarələri  ilə  ondan  bir  opera 

yazmasını xahiş edir. Təklif məmnuniyyətlə qəbul edilir. 1908-

ci ildə “Leyli və Məcnun” operası beləcə yaranır… 

I  aparıcı:  Azərbaycan  maarifçilik  hərəkatının  korifeylərindən 

olan  Həsən  bəy  Zərdabi  1907-ci  il  noyabrın  28-də  dünyasını 

dəyişdi.  Ertəsi  gün  böyük  izdiham  və  təntənə  ilə  Bakıda 

Bibiheybət qəbiristanlığında dəfn olundu. Azərbaycanın XX əsr 

tarixində  o  zaman  üçün  görünməmiş  qələbəliklə  keçən  dəfn 

mərasimində böyük maarifçinin cənazəsini çiyinlərində daşıyan 

insan  axını  üç  yerdə-Bakının  məşhur  Qasımbəy  məscidinin 

həyətində,  “Kaspi”  qəzetinin  redaksiyasının  (redaksiya  indiki 

Sabir bağında yerləşirdi. 1918-ci il mart hadisələrində ermənilər 

tərəfindən  yandırılmışdı)  və  Bakı  şəhəri  Dumasının  qarşısında 

dayanmış,  Həsən  bəyin  xidmətləri  haqda  nitqlər  söylənmişdi. 

Dəfn mərasimində məşhur ziyalılardan Əhməd bəy Ağayev, Əli 

bəy  Hüseynzadə,  Məmməd  Əmin  Rəsulzadə,  Qara  bəy 

Qarabəyov,  Məmmədhəsən  Əfəndiyev,  İsgəndərbəy  Məlikov, 

Haşım  bəy  Vəzirov,  İsa  bəy  Aşurbəyov  və  başqaları  nitq 

söyləmişdilər. Həsən bəy bütün işlərdə olduğu kimi, ölümü ilə 

də  ilkinliyini  qorumağı  bacardı…  Bakı  şəhər  duması  Həsən 

bəyin  xatirəsini  əbədiləşdirmək  üçün  şəhər  məktəblərindən 

birinə adının verilməsi, abidəsinin qoyulması və Moskva Dövlət 

Universitetində təhsil alan azərbaycanlı tələbələrə vermək üçün 

“Həsən  bəy  Zərdabi  təqaüdü”  təsis  edilməsi  haqqında  qərar 

qəbul etmişdi. Bunlardan yalnız sonuncusu yerinə yetirildi. Belə 

ki, Moskva Dövlət Universitetinin tələbələri olmuş Mustafa bəy 

Vəkilov,  Tağı  bəy  Qəniyev,  eləcə  də  Riqa  Politexnik 

İnstitutunda bir müddət təhsil almış Səffət bəy Məlikov həmin 

təqaüdü almışdır… 




40 

 

II aparıcı: Bir neçə kəlmə də Həsən bəyin  ailə  üzvləri haqda. 

Həsən bəyin həyat yoldaşı Hənifə xanım 1856-cı ildə Nalçikdə 

anadan  olmuş,  1929-cu  ildə  Bakıda  dünyasını  dəyişmişdir. 

Görkəmli  maarif  xadimi  kimi  tariximizə  imza  atmış  Hənifə 

xanım H.Z.Tağıyevin “Qız məktəbi” ndə, Bakı I rus-Azərbaycan 

məktəbində,  Xalq  Cümhuriyyəti  dövründə  I  Qadın  türk 

məktəbində müdir, sovet dövründə Bakı şəhər I pillə məktəbində 

müəllim işləmişdir. 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illiyi ilə 

əlaqədar Həsən bəy Zərdabinin bioqrafiyasını qələmə almışdır... 

Həsən bəyin dörd övladı-iki oğlu, iki qızı olmuşdu. Böyük qızı 

Pəri  xanımın  təhsili  barədə  məlumatımız  yoxdur.  O,  görkəmli 

siyasi  xadim,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin 

sədri  Əlimərdan  bəy  Topçubaşovun  həyat  yoldaşı  olub.  İki 

övladı (Ələkbər bəy və Rəşid bəy) vardı. Fransada yaşayıb və 

orda vəfat edib. 



I aparıcı: İkinci qızı Qəribsoltan xanım 1889-cu ildə Zərdabda 

anadan  olub,  1967-ci  ildə  Bakıda  rəhmətə  gedib.  Övladı 

olmayıb.  Görkəmli  bəstəkar  Rauf  Hacıyev  və  bacısı  Adilə 

xanımın  təlim-tərbiyəsində  xüsusi  xidmətləri  olub.  Tağıyevin 

Qız  məktəbinin  məzunu  kimi  uzun  illər  müəllimliklə  məşğul 

olub. Böyük oğlu Mudhət bəy Moskvada ali texniki təhsil alıb. 

Ötən əsrin mənfur 30-cu illər repressiyasının qurbanı olub. Onun 

yeganə  övladı  1925-ci  ildə  anadan  olmuş  Fatma  xanım 

repressiya  illərində  Stavropolda  yaşamış,  sonralar  Bakıya 

qayıtmış və ali təhsil almışdı. Fatma xanımın oğlu Məmmədəli 

və  nəvəsi  Hacağa  Bakıda  yaşayırlar…Həsən  bəyin  kiçik  oğlu 

Səffət bəyin doğum və ölüm tarixləri məlum deyil. O, 1914-17-

ci  illərdə  Riqa  Politexnik  İnstitutunda  oxumuş,  Rusiyadakı 

çevriliş  səbəbindən  təhsilini  tamamlaya  bilməmişdi.  Xalq 

Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  xaricə  ali  təhsil  almağa 

göndərilən  100  tələbədən  biri  kimi  Almaniyada  ali  təhsilini 

1922-ci  ildə  tamamlamışdı.  Sovet  rejimindən  qorxaraq  vətənə 



41 

 

dönə bilməmişdi. Bir müddət Parisdə bacısıgildə yaşamış, sonra 



İstanbula köçərək, orada da ömrünü başa vurmuşdu. Azərbaycan 

sovet  hökuməti  onun  “varlı  ailədən  olduğunu  və 

Ə.Topçubaşovun  qohumu”  olduğunu  əsas  gətirərək  dövlət 

təqaüdündən məhrum etmişdi. Hənifə xanım Xalq Komissarlar 

Soveti və Maarif Komissarlığına müraciət edərək Səffətə təqaüd 

verilməsini çətinliklə bərpa etdirə bilmişdir… 



II aparıcı: Ümumiyyətlə, sovet dövründə H.Zərdabinin ailəsi də 

bu və başqa şəkildə repressiyalara məruz qalmış, adı ilə bağlı hər 

şey  on  illər  boyu  yasaqlanmışdı.  Bu  böyük  maarif  fədaisinin 

təmiz  adı  və  ölməz  əməlləri  yalnız  1956-cı  ildə  sovet  rejimi 

yumşalandan  sonra  özünə  qaytarıldı  və  bəraət  aldı…  Əsərləri 

çap  olundu,  haqqında  dəyərli  əsərlər  yazıldı....  Həsən  bəy 

şəhərdə  ehtiyacı  olan  şagirdlərə  kömək  etmək  üçün  Xeyriyyə 

Cəmiyyəti yaradır. Bütün gücünü cəmiyyətə daha çox üzv cəlb 

etməyə yönəldir. Çünki cəmiyyət o üzvlərin hesabına yaşamalı 

idi. Qızı Qəribsultan xanım yazır ki, atam bir qəbul otağından o 

birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli 

işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirmiş. 

Bu  iş  Həsən  bəyə  ağır  gəlsə  də,  onun  qəlbini  əzsə  də,  geri 

çəkilmirmiş.  Uğursuz  günlərin  birində  hər  yerdən  əli  üzülən 

Həsən  bəy  əldən  düşmüş  halda  Bakı  küçələrində  çarəsiz 

gəzirmiş.  Rədd  cavabları  gah  soyuq  nəzakətlə,  gah 

həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə 

gələn  ziyalını  inandırmağa  çalışırmış  ki,  onun  xahişi  tamam 

mənasızdır...  Bəli,  zavallı  Həsən  bəy    “bu  qızıl  yuvalarından” 

çıxıb küləkli Bakı küçələrində  “xeyirxahların” ona münasibətini 

düşünə-düşünə dolaşırmış. 

 



42 

 

I  aparıcı:  Birdən...  Həsən  bəy  kiminsə  onun  qoluna 

toxunduğunu  hiss  edir.  Başını  qaldıranda,  qarşısında  bir 

hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. 

Günəşdən  yanan  üzü  bürünc  rəngdəymiş.  Kürəyində  palan, 

ayağında çarıq varmış. Hambal Həsən bəyə sevgi ilə baxırmış. 

Üzündə də utancaq, çəkingən bir təbəssüm varmış. 

    -Eşitmişəm, bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən 

bir  az  qazanmışam.  Budur,  götür.  Bilirəm,  azdı,  amma 

ürəkdəndi.  

Həsən  bəy  təəccübdən  donub  qalır.  Bir  xeyli  danışa  bilmir. 

Nəhayət, hambalın əlini sıxıb deyir: 

    -Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən 

həyatımda heç bir kimsədən almamışam. Çünki sən nəyin varsa, 

hamısını verdin! 

   Zərdabi  qonaq  qəbul  etməyi  çox  sevərmiş.  1897-ci  ildə 

şəhərdə 6 otaqdan ibarət mənzil tutub ailəsi ilə yaşayırmış. Bu 

otaqlar hər vaxt kənar adamlarla dolu olarmış. Qonaqlar və  ya 

öz işi ilə bağlı Həsən bəyin yanına gələn kəndlilər orada yeyib 

yatarlarmış. Bundan əlavə, həmin mənzildə 10 kasıb oğlan uşağı 

yaşayırmış.  Həsən bəyin xanımı  Hənifə xanım onları  məktəbə 

hazırlayırmış. 



II aparıcı: Belə bir zamanda “Kaspi” qəzetində çalışan Həsən 

bəy kuryeri evə göndərib Hənifə xanıma bildirir ki, onun yanına- 

redaksiyaya  Rusiyadan  əziz  qonaqlar  gəlib,  onları  yüksək 

ehtiramla  qarşılamaq  lazımdır.  Hənifə  xanım  bu  xəbəri 

evdəkilərə  də  yetirir.  Hazırlıqlar  başlayır.  Hamı  əyninə  təzə 

paltar geyinir. Axşam qonaqlar Həsən bəylə birlikdə evə təşrif 

buyurur. Hənifə xanım onları eyvanda qarşılayır. Ev sahibəsinin 

rus dilində mükəmməl bilməsi gələnləri heyran edir. Qonaqlar 




43 

 

otururlar, 



yeyib-içirlər, 

gecədən 


xeyli  keçənə  qədər 

söhbətləşirlər.  Gələnlərdən  biri  hətta  yaxşı  oxuyurmuş. 

Qonaqlar  ölkədə  Çar  Rusiyası  və  müstəmləkə  altına  saldığı 

xalqlar  fəhlələrin  ağır,  acınacaqlı  vəziyyətindən  danışanda 

ciddiləşirlər.  Gecə  Hənifə  xanım  qonaqlara  yataq  hazırlayır, 

ancaq  onlar  təşəkkür  edib  mehmanxanadakı  nömrələrinə 

qayıdırlar. Uzun sürən qonaqlıqdan sonra Zərdabilər ailəsi yatır. 

Ancaq  səhər  yuxudan  oyanan  Həsən  bəy  evdəkilərə  deyir  ki, 

gələn qonaqların biri yazıçı Maksim Qorki, o birisi isə müğənni 

Fyodor Şalyapin idi... 



I  aparıcı:  Bakıda  su  qıtlığı  varmış.  Şəhərə  suyu  iri  çənlərdə 

gətirirlərmiş. Su kəməri çəkmək məsələsi gündəmdə imiş.Həsən 

bəy  bu  məqsədlə  Dumanın  iclaslarında  təmiz  dağ  suyundan 

istifadə etmək lazım olduğunu deyirmiş. Şəhər Dumasındakı bir 

başqa  deputat-Ambarsum  Məlikov  isə  şəhərə  suyun  onun 

Zuğulbada  olan  malikanəsindəki  çeşmədən  çəkilməsini 

istəyirmiş. Bu, ona böyük gəlir gətirə bilərmiş. Qızı Qəribsoltan 

xanım  bir  dəfə  atasının  dostları  ilə  bir  söhbətinin  şahidi  olub. 

Həsən  bəy  həyəcanla  deyirmiş:  “Bu  dələduz  şəhərə  özü  ilə 

bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək 

olmaz!..“Dumada 

Zərdabinin 

müqavimətindən 

qorxan 


Ambarsum  Məlikov  onun  üstünə  o  vaxt  üçün  böyük  məbləğ 

sayılan  bir  neçə  min  rubl  rüşvət  göndərir.  Qəribsoltan  xanım 

yazır  ki,  mən  evimizdə  hələ  buna  oxşar  fırtına  görməmişdim: 

“Həmişə  özünü  təmkinli  və  nəzakətli  aparan  atam  bu  dəfə 

təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”. 

 

 




44 

 

II  aparıcı:  Həsən  bəy  hiddətlənərək:  “O  məni  satın  almaq 

istəyir!” Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə 

çalışır, amma nail olmur. Əsl mərəkə isə Dumanın iclasında baş 

verir.  Həsən  bəy  Ambarsum  Məlikovu  “yaramaz”  adlandırır. 

Ambarsum bərk hirslənib onu duelə çağırır... 

Həsən bəy: 

- Nə?! Sizinlə duel?! Siz, sadəcə axmaqsınız! 

Özündən  çıxan  Həsən  bəy  bu  sözləri  deyərək  Dumanın  iclas 

zalını tərk edir. Evə gələndə Hənifə xanım onu yatağa uzadır. 

-  Mən  bacarmadım!..  Başa  düşürsən?!  Adamı  dəhşətə  gətirən 

odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o 

dələduz  utanmadan  alicənablıq  məzhəkəsi  oynadı 

və 


ləyaqətsizliklə üstün gəldi. 

Həsən bəy bu sözləri aramsız təkrar edirmiş... 

Qəribsoltan  xanım  yazır  ki,  belə  ağır  mübarizələrdə  qalib 

gəlmək  get-gedə  çətinləşirdi  və  atamın  səhhəti  günbəgün 

pisləşirdi... 

Qubernator Həsən bəy Zərdabiyə: 

-Axı, sənin bu savadsız, xeyir-şərini qanmayan vəhşi camaatın 

arasında nə işin var? Yaxşı olmazmı ki, gedib Rusiyanın mərkəzi 

şəhərlərindən birində yaşayıb işləyəsən? 

Söz Zərdabiyə bərk toxunduğundan soruşur: 

- Mən necə adamam? 

Qubernator tərəddüd etmədən deyir: 

- Sən son dərəcə savadlı, dünyagörmüş, dərrakəli bir insansan. 

Həsən bəy acı-acı gülümsünüb cavab verir: 

- Mən də o vəhşi hesab elədiyin adamların arasından çıxmışam. 

Onlar  da  oxusalar,  təhsil  görsələr  mənim  kimi  elmli,  bilikli 

olacaqlar. 

 

 




45 

 

I  aparıcı:  1907-ci  il  noyabrın  28-də  Həsən  bəy  iflic 

xəstəliyindən  vəfat  etdi.  Onun  ölümü  o  dövr  Azərbaycan 

ziyalılarını  hədsiz  dərəcədə  kədərləndirmişdi.  “Tazə  həyat” 

qəzetinin Zərdabinin ölümünə həsr edilmiş bir nömrəsində qeyd 

edildiyi  kimi,  onun  dəfn  mərasimi,  hələ  Bakının  tarixində 

görünməmiş  bir  hüznlə  keçmişdir.  O  zaman  Qafqazda  çıxan 

qəzet  və  jurnalların  çoxunda  onun  vəfatı  və  dəfn  haqqında 

məlumat,  nekroloq,  məqalə  və  məktublar  çap  edilmişdi. 

“Əkinçi”  H.

 

Zərdabinin  coşğun  və  çoxsahəli  fəaliyyətində  ən 



parlaq  və  qiymətli  səhifədir.  O,  yaşadığı  müddətcə  rahatlıq 

bilməyib, qızğın fəaliyyət göstərmişdir. Belə ki, o, maarifi təbliğ 

etmiş, ana dilinin saflığı uğrunda mübarizə aparmaqla yanaşı din 

və xurafat məddahlarına qarşı amansız mübarizə aparmış, yerli 

əhalinin hər cür qayğısına qalmışdır.   

 

II aparıcı: Tədbirimizin sonunda demək istərdik ki,  qısa ömür 

yaşamış  “Əkinçi”  Azərbaycanın,  xalqımızın  içtimai-siyasi 

həyatında,  milli  oyanış  tarixində,  mənəvi  tərəqqisində  parlaq, 

silinməz  iz  qoyub  getdi.

 

“Əkinçi”  sadəcə  bir  qəzet  deyildi.  O 



dövrkü  Azərbaycan  mühitinin,  baş  verən  içtimai-siyasi 

proseslərin salnaməsi  idi. “Əkinci” nəinki XIX  əsrin  yarısında 

Azərbaycanın mütərəqqi ziyalılarını, o cümlədən gənclərini öz 

ətrafında birləşdirən mərkəz, eyni zamanda onların güvənc yeri 

idi… Zaman keçdikcə, bizi Zərdabidən ayıran vaxt artdıqca, bu 

böyük vətənpərvərin əzəməti daha aydın görünür. Böyük iftixar 

hissi ilə qeyd edə bilərəm ki, bu böyük maarif carçısının bütün 

arzu və idealları indi bizim ölkəmizdə yerinə yetirilmişdir. Onun 

milli  mədəniyyətimizin  xəzinəsinə  dəyərli  hədiyyə  olan  ideya 

irsi bu gün belə öz təravətini itirməmişdir.   

 

 

  




46 

 

I  aparıcı:  Azərbaycan  müstəqillik  qazanandan  sonra, 

suverenliyini  əldə  etdikdən  sonra  xalqı  Həsən  bəy  Zərdabinin 

dahiliyini,  böyüklüyünü  və  xidmətlərini  daha  dərindən  anladı.

 

Nəzərinizə  çatdırmaq  istərdim  ki,  Azərbaycanın  möhtərəm 



prezidentinin Azərbaycan mətbuatına olan dərin diqqət və səyi 

böyük əhəmiyyət kəsb edir. Bununla diqqətimiz bir  daha ona 

yönəlir ki, biz mütərəqqi tarixi keçmişimizi, elmi-fəlsəfi, ədəbi-

bədii, mətbu dəyərlərimizi unutmuruq. Biz mənəvi inkişafımızın 

beşiyi  başında  durmuş  maarifçi  və  elm  adamlarını,  eləcə  də, 

Həsən  bəy  Zərdabi  kimi  dahi  mütəfəkkirlərimizi,  maarifçilik 

hərəkatımızın  bu  cəsur  “memarlarını”  sevirik,  onlarla  fəxr 

edirik.  Bir  daha  Ruhun  şad  olsun,  ey  millətin  fədaisi,  mənəvi 

atası, dahi Həsən bəy!     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



47 

 

Həsən bəy Zərdabi - 180 



Əsərləri 

 

Kitablar 

Bədəni salamat saxlamaq düsturüləməli : gigiyena. - Bakı : 

Adiloğlu, 2010. - 72 s. 

 

 

Təbiət və insan. - Bakı : Adiloğlu, 2007. - 104 s. - Lügət: s. 99-



100. - Azərbaycan Sosial Rifah Partiyasının dəstəyi və Həsən 

bəy Zərdabinin anadan olmasının 170 illiyi münasibətilə nəşr 

olunur.  

 

Kitablarda 

 

Gap // Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası : 



Poeziya. - Bakı : Elm, 1998. – S.78.  

İntibahi-lisan ; Rusiyada əvvəlinci türk qəzeti ; Açıq məktub ; 

Dil və din // Azərbaycan publisistikası antologiyası. - Bakı : 

Şərq-Qərb, 2007. – S. 13 – 23. -  (Müasir Azərbaycan 

ədəbiyyatı). 

 

 



Dövri mətbuatda 

 

Yeni kitab haqqında : Tatar (Azərbaycan) atalar sözləri. - 

İrəvan, 1899. kitabı haqqında // Kaspi. - 2013. - 1 avqust. - № 

138. - S. 7. - Məqalə ilk dəfə "Kaspi" qəzetinin 30 dekabr 

1899-cu il tarixli 281-ci sayında dərc edilmişdir.  

 

Kənd "möcüzələri" // Kaspi. - 2013. - 18 sentyabr. - № 169. - 

S. 15. - Felyeton ilk dəfə H.B. imzası ilə  "Kaspi" qəzetinin  20 

dekabr 1886-cı il 279-cu sayında dərc edilmişdir.  

 

[Hər kəsi çağırıram...] : "Əkinçi" qəzetinin məramı haqqında  // 



Ədəbiyyat qəzeti. - 2010. - 18 iyun. - №  24. - S. 1. 


48 

 

 

İttihadi-lisan // Füyuzat. - 2009. - № 4 (48). - S. 6-7. - Məqalə 

"Həyat" qəzetinin 11 yanvar 1908-ci il tarixli 9 saylı 

nömrəsində dərc edilmişdir.  

 

Arıların yeməyi : nağıl : // Göyərçin. - 2006. - № 4. - S.1.   



 

Haqqında 

Kitablar 

Aşırlı A. Azərbaycanda dövri mətbuatın yaranması. “Əkinçi” 

qəzeti  // Azərbaycan mətbuat tarixi. - Bakı : Elm və Təhsil, 

2009. – I hissə. - S. 20-34. 



 

Azərbaycan maarifinin yorulmaz carçısı Həsən bəy Zərdabi-

170 : Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, 

Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik vəsait. - 

Bakı : M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 

2012. - 46 s.  

  

Əhmədov H. H. Zərdabi və onun "Əkinçi" qəzeti ana dili 



məktəbi uğrunda mübarizədə  // XIX əsr Azərbaycan məktəbi. - 

Bakı : ABU, 2005. - S. 432-457.  

 

Əlimərdan bəy Topçubaşov (1862-1934) // Müasir Azərbaycan 



ədəbiyyatı : dərslik. - Bakı : Bakı Universiteti nəşriyyatı, 2007. 

C.2. - S. 346-350. – Məqalədə Əlimərdan bəy Topçubaşovun  

Həsən bəy Zərdabi ilə qohumluğu  və onun fəaliyyətinin 

araşdırıcısı olduğu haqqında qeydlər verilmişdir. 

 

"Əkinçi" qəzetinin biblioqrafiyası / tərt.ed. M. Aslanov ; red. 



A. İsabəyli. - Bakı : Şirvannəşr, 2005. - 40 s.  

Həsən bəy Zərdabi xatirələrdə : bioqrafik qaynaqlar - Bakı : 

Aspoliqraf, 2013. - 224  s. - Bu kitab Azərbaycan Respublikası 



49 

 

Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik 



yubileyinin keçirilməsi haqqında" 4 iyun 2012-ci il tarixli 

sərəncamına əsasən çap olunur.  



 

Həsənov E. Həsən bəy Zərdabi irsi : Keşməkeşli həyat yolu = 

Гасан Бек Зардаби и его наследие : Тернистый жизненный 

путь. - Bakı : Zərdabi LTD, 2013. - 384 s. : foto, xəritə, portr.  



 

Hüseyn Baykara (1904-1984) // Müasir Azərbaycan ədəbiyyatı 

: dərslik. - Bakı : Bakı Universiteti nəşriyyatı, 2007. - II C. - S. 

350-353. – Məqalədə Hüseyn bəy Baykaranın Həsən bəy 

Zərdabinin fəaliyyətinin aradırıcısı olduğu bildirilir. 

 

Hüseynov H. Həsənbəy Zərdabi (1837-1907) // Azərbaycanda 

XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. - Bakı : Şərq-Qərb, 

2007. – Fəsil V. – S370-496. - (Azərbaycan dili və tarixi). -  



 

Mustafazadə N. Həsənbəy Zərdabi // Tikdim ki, izim qala. - 

Bakı : Şərq-Qərb, 2001. – S. 5-6. 

 

Həsən bəy Zərdabiyə həsr olunmuş əsərlər 

 

Xələfli Ə. R.  Göylərdə anadil uçar : Həsən bəyin və 

"Əkinçi"nin ruhuna // Ocağımın işığı. - 2001. - S. 106-107.  

 

Xudiyev N. Həsən bəy Zərdabi : ssenari // Zamanın axarı ilə : 

məqalələr, rəylər, müsahibələr, xatirələr, çıxışlar, ssenarilər. - 

Bakı : Azərnəşr, 2004. – S. 429-445. 



 

Rahim M. Həsən bəy Zərdabiyə : şeir // Seçilmiş əsərləri. - 

Bakı : Avrasiya  Press, 2006. - S. 241-243.  

 

           



 


50 

 

          Azərbaycan mətbuatının məşəli- Zərdabi  



                                     (metodik vəsait) 

 

 



 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 



F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 13 

Çapa imzalanmışdır:28.02.2017 

Tirajı:100 

Pulsuz 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə