Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   ...   5   6   7   8   9   10   11   12   13

33 

 

bəy  Qafqazda  o  zaman  fəaliyyət  göstərən  10  gimnaziyada 



çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. 

Azərbaycanlı  şagirdlər  də  yox  dərəcəsində  idi.  Həsən  bəy 

azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində 

təbliğat  aparmaqdan  yorulmazdı.  Günlərin  birində  bir  dəmirçi 

uşağını məktəbə verməyə razı salan Həsən bəy onu gimnaziyaya 

düzəldir.  Lakin  uşağa  dəftər-qələm  almaqda  çətinlik  çəkən 

həmin dəmirçi Həsən bəyə şikayət edib bu işə görə onu tənbeh 

edir.  O,  dəmirçiyə  məsləhət  verərək  “Çəkic-zindanını,  palaz-

paltarını sat,  amma oğlunu  oxut” demişdi.  Əslində o, bununla 

azərbaycanlılara övladının təhsili üçün pul xərcləməyi öyrətmək 

istəyirdi…  Həsən  bəy  uzun  ayrılıqdan  sonra  Bakıya  dönəndə 

həmin  dəmirçinin  oğlu  ali  təhsilli  məhşur  həkim  olmuşdu. 

Fərhad  Ağazadə  1925-ci  ildə  H.Zərdabi  haqda  yazdığı 

xatirələrində həmin həkimin ahıl yaşlarında olduğunu yazırdı... 



I  aparıcı:  Digər  bir  oxşar  maraqlı  əhvalatı  Həsən  bəyin  qızı 

Qəribsoltanın xatirələrindən öyrənirik. Belə ki, bir gün Qubadan 

Seyidov  soyadlı  bir  oğlan  uşağı  “Kaspi”  redaksiyasına  Həsən 

bəyin  yanına  gələrək  oxumaqda  ona  yardımçı  olmasını  xahiş 

edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu “Azərbaycanın 

Lomonosovu” adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən 

bəyin  evində  yaşayan  və  məktəbdə  təhsil  alan  həmin  uşaq 

sonralar  ali  təhsilli  tanınmış  hüquqşünas  kimi  yetişir…Belə 

faktlar  yüzlərlədir.  Ümumiyyətlə,  Həsən  bəyi  yoxsul  və 

kimsəsiz  uşaqların  təhsilə  cəlb  olunması,  onların  təhsilinə 

yardım  göstərilməsi  məsələsi  hər  zaman  narahat  edirdi.  O,  bu 

məqsədlə  müsəlmanlar  arasında  ilk  dəfə  1872-ci  ildə  Bakıda 

“Cəmiyyət-xeyriyyə”  də  yaratmışdı.  Həmin  ilin  bütün  yayını 

Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy 

Vəzirov  və  Əsgərağa  Adıgözəlov  (Gorani)  ilə  birlikdə 

Azərbaycanın  şəhər  və  kəndlərini  dolanaraq  rəsmi  dəftərə 




34 

 

“Cəmiyyət-xeyriyyə”  yə  üzv  yazdırmaqla  məşğul  olmuşdu. 



Səfər zamanı toplanan 1600 manat banka yatırılır və onun gəliri 

ilə  2  yoxsul  və  kimsəsiz  şagirdin  təhsil  haqqının  ödənilməsi 

təmin  edilmişdi.  Həmin  dövrdə  subay  olan  Həsən  bəy  evində 

cəmiyyətin  pansionunu  təşkil  edir.  Lakin  yoxsul  və  kimsəsiz 

uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün 

savadlı  türk  (azərbaycanlı)  qadın  müəllim  tapmaq  zərurəti 

yaranır… 

II aparıcı: Həsən bəy Zərdabi 1872-ci ildə “Qafqaz” qəzetində 

Tiflis  “Müqəddəs  Nina”  Qadın  gimnaziyasını  bitirən  qızların 

siyahısında  Hənifə  Aslan  bəy  qızı  Abayeva  adlı  müsəlman 

qızının adını oxuyur. Həmin qızla tanış olmaq məqsədilə təcili 

Tiflisə yollanır. Həsən bəy qızı tapır, bəyənir və ona evlənmək 

təklif  edir.  Şimali  Qafqazda  yaşayan  türk  xalqlarından  olan 

balkar qızı Hənifə xanım onun xoşniyyətli təklifini qəbul edir. 

Məktəbə  dəvət  olunan  molla  tərəfindən  kəbin  kəsilir.  Bununla 

da  Həsən  bəy  müsəlmanlar  arasında  ilk  olaraq  valideynlərin 

razılığı  olmadan  gənclərin  müstəqil  evlənmə,  ailə  qurmaq 

ənənəsinin əsasını qoyur…Təhsilli gənc xanımla Bakıya dönən 

Həsən bəy öz mənzilində 2 kimsəsiz və yoxsul uşağın tərbiyəsi 

və  məktəbə  hazırlığı  işini  Hənifə  xanıma  həvalə  edir.  Tezliklə 

uşaqların sayı 10-a çatdırılır. Lakin ianə verənlərin sayının get-

gedə  azalması  səbəbindən  “Cəmiyyəti-xeyriyyə”  2  ildən  sonra 

bağlanmalı  olur.  Həsən  bəy  gimnaziyada  təhsil  alan  yoxsul 

uşaqların  təhsilinə  kömək  məqsədilə  yollar  arayır  və  nəhayət 

onlardan birini tapır… Hələ Tiflisdə işlədiyi zaman “Rusiyada 

iki böyük türkçüdən biri”  Mirzə Fətəli Axundzadə komediyalar 

kitabından  birini  Həsən  bəyə  hədiyyə  etmişdi.  Həsən  bəyin 

rəhbərlik  və  təşkilatçılığı  ilə  “Hacı  Qara”  əsərini  1873-cü  ildə 

gimnaziyanın  salonunda  öz  şagirdləri  Nəcəf  bəy  Vəzirov  və 

Əsgərağa  Goraninin  köməyi  ilə  (hər  iki  gimnazist  sonralar 



35 

 

Moskva  Kənd  Təsərrüfatı  Akademyasını  bitirdi)  tamaşaya 



qoyulur.  Tamaşadan  toplanan  vəsait  yoxsul  şagirdlərin  təhsil 

xərclərinə  yönəldilir.  Bununla  da  Həsən  bəy  Zərdabi 

Azərbaycan  mədəniyyəti  tarixinin  şanlı  bir  səhifəsinə-ilk 

peşəkar  milli  Azərbaycan  teatrının  yaradılmasına  öz  əbədi 

imzasını atmış oldu. 

I  aparıcı:  Lakin  müsəlmanların  teatra  həvəslə  gəlməmələri 

Həsən  bəyi  başqa  vasitələrlə  yoxsul  və  kimsəsizlərin  təhsilinə 

yardım üçün vəsait axtarışına məcbur edir. Nəticədə ana dilində 

mətbuat  orqanı  –  qəzet  açmaq  ideyası  baş  qaldırır.  Həsən  bəy 

Zərdabi  özünün  “Həyat”  qəzetində  çap  olunmuş  “Rusiyada 

əvvəlinci  türk  qəzetəsi”  adlı  məqaləsində  “Əkinçi”  qəzetinin 

yaranması səbəblərini belə izah edirdi: “Dünyada ittifaq olmasa, 

heç  bir  cəmiyyət  işi  bina  tutmaz.  Bizim  sabiq  cəmiyyəti-

xeyriyyə  bina  tutmadığından,  teatr  oynanan  otaq  boş 

qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm 

edib,  zəmanəyə  müvafiq  məktəbxanalar  açdırıb,  küçə  və 

bazarlarda  qalan  uşaqları  oxutmaq  olmayacaq.  Elmsiz  də  bu 

zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə 

ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim 

əlimizdə olan mülkü-malımıza sahib olurlar… 

II  aparıcı:  Beləcə  böyük  amallar-millətin  maariflənməsi  üçün 

anadilli qəzetin dəyərini dərindən dərk edən Həsən bəy Zərdabi 

gərgin  mübarizələr  və  çoxsaylı  yazışmalardan  sonra  qəzetin 

çapına razılıq alır. 1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk 

Azərbaycan qəzeti “Əkinçi” nin birinci nömrəsi Abbasqulu ağa 

Bakıxanovun  kiçik  qardaşı,  rus  ordusunun  general-mayoru 

Abdulla  bəy  Bakıxanovun  maliyyə  yardımı  ilə  çapdan  çıxır. 

Bununla  da  Həsən  bəy  növbəti  “ilk”  lərdən  birinə  —  milli 

mətbuatın təməlinin qoyulması şərəfinə nail olur.  



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə