Vahid miLLİ İmtahanlara necə hazirlaşmali



Yüklə 7,69 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix14.06.2018
ölçüsü7,69 Kb.
#49051
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

Tapşırığın şərtində deyilir ki, A şəhərinə getmiş turist burada gözlədiyinin əks mənzərəsi ilə 
rastlaşmışdır.  O,  kütləvi informasiya vasitələrindən  bu  şəhər barədə  neqativ (mənfi) məlumat 
almışdı. Onun gördüyü real vəziyyət isə müsbət olmuşdur. Müvafiq olaraq turist A şəhəri barədə 
kütl
əvi informasiya vasitələrinin yaydığı məlumatı səhv hesab edir
Tapşırığa  əməl etmək üçün kütləvi informasiya vasitələrinə  “bəraət  qazandıran”  yaxud 
onların  yaydığı  məlumatın  səhv  olması  barədə  turistin  ehtimalını  şübhə  altında  qoyan  fakta  və 
müvafiq olaraq şəhərdə mövcud vəziyyətin müsbət olması faktına müraciət edək. 
Cavabın hər bir variantını müzakirə edək: 
a)  Turist  A  şəhərinin periferik məhəllələrdən fərqlənən,  şəhər üçün qeyri-tipik surətdə 
qaydaya salınmış mərkəzi məhəlləsinə getmişdir 
Cavabın  bu  variantına  əsasən,  turist  şəhərin  qeyri-tipik mərkəzi məhəlləsini  görmüş  və 
bunun 
əsasında bütün şəhər haqqında nəticə çıxarmışdır. Periferik məhəllələrdə isə vəziyyət başqa 
cürdür. M
ərkəzi məhəllələrdən fərqli  olaraq  onlar  qaydaya  salınmamışdır.  Beləliklə, kütləvi 
informasiya vasit
ələrinin  şəhərdə  mövcud  olan  xoşagəlməz  şərait  haqqında  yaydığı  məlumat 
h
əqiqətə uyğun ola bilər. 
Gördüyümüz kimi, kütl
əvi informasiya vasitələri tərəfindən səhv məlumat yayılması barədə 
turistin ehtimalını məhz bu fakt şübhə altında qoyur. 
Cavabın  bu  variantının  düzgün  olmasına  baxmayaraq,  cavabın  yeganə  düzgün  cavabı 
olduğunu yəqin etmək üçün başqa variantları da müzakirə edək. 
b) 
A  şəhərinin bələdiyyə  idarəsi  şəhərin həm mərkəzi, həm də  periferik məhəllələrində 
nümun
əvi səliqəni və təmizliyi təmin edir    
Cavabın bu variantı şəhərdə qaydanı təmin edən müəyyən idarəni göstərir və bununla şəhərin 
s
əliqəli  olması  kütləvi informasiya vasitələri tərəfindən səhv məlumat  yayılması  haqqında  turistin 
ehtimalını şübhə altına salmır və daha da möhkəmləndirir. Müvafiq olaraq bu düzgün deyildir. 
c) 
A şəhərinin polis xidməti şəhərin bütün küçələrinə tam nəzarət edir və müvafiq olaraq 
burada heç vaxt adamlara hücum edilmir 
Cavabın bu variantında şəhərin küçələrində təhlükəsizliyi qoruyan müəyyən idarə göstərilir 
v
ə cavabın (b) variantı kimi, turistin ehtimalını şübhə altına salmır və daha da möhkəmləndirir. 
ç)  Kütl
əvi informasiya vasitələri  əsasən  etibarsız  mənbələrə  əsaslanır  və  müvafiq olaraq 
s
əhv məlumat yayırlar 
Cavabın bu variantında kütləvi informasiya vasitələrinin nə üçün səhv məlumat yaymasının 
s
əbəbi göstərilmişdir.  Müvafiq  olaraq  bu  cavab  bu  konkret  halda  da  kütləvi informasiya 
vasit
ələrinin  A  şəhəri barədə  yaydığı  məlumatın  səhv ola bilməsi barədə  turistin  ehtimalını 
möhk
əmləndirir. Cavabın bu variantı da düzgün deyildir. 
Bel
əliklə, tapşırığın yeganə düzgün cavabı (a)-dır. 
 
 
10.    Roma  imperiyasının  bəzi bölgələrində  sudan enerji mənbəyi kimi intensiv surətdə 
istifad
ə edirdilər. Ancaq böyük şəhərlərdə su enerjisindən istifadə olunmurdu. Bəzi tarixçilər bu 
faktı  belə  izah  edirlər:  sıx  məskunlaşmış  yerlərdə  hakim elita ənənəvi enerji mənbələrinə 
üstünlük  verirdi  ki,  bu  da  böyük  miqdarda  işçi  qüvvəsi tələb edirdi; su enerjisindən 
istifad
ənin tətbiqi isə xeyli adamı işsiz qoyur və sosial iğtişaşa səbəb olurdu.  
 
Aşağıda sadalananlardan bu izahı hansı fakt şübhə altında qoyur? 
a)  romalılar  böyük  məharətlə  akveduklar  –  özünəməxsus kanallar çəkirdilər,  onların 
vasit
əsilə iri şəhərlərə uzaqdan su verilirdi 
b) 
Roma  imperiyasının  su  enerjisindən istifadə  olunmayan bütün bölgələrində  çaylarda 
suyun axını il ərzində çox qeyri-sabit olurdu 
c) 
Roma imperiyasının böyük şəhərlərində su enerjisini çox qısa müddətdə, həm də böyük 
m
əsrəflərsiz tətbiq etmək mümkün olurdu  
ç) 
Roma imperiyasının sudan enerji mənbəyi kimi istifadə olunmayan bütün bölgələrində 
daha 
ənənəvi enerji mənbələrinə üstünlük verilirdi 
 
31 


Tapşırığın şərtində romalıların iri şəhərlərdə  su enerjisindən nə üçün istifadə etməmələri, 
ehtimala gör
ə  ənənəvi  mənbələrdən imtina edilməsinin  adamların  işsiz  qalmasına  səbəb 
olacağından və sosial iğtişaşdan çəkindikləri izah edilmişdir. Bu izahın şübhə altında qoyulmasında 
onun alternativinin, yaxud iri şəhərlərdə su enerjisindən istifadə olunmaması faktı üçün fərqli izahın 
tapılması nəzərdə tutulur. 
Cavabın  (b)  variantında  bu  cür  izah  verimişdir.  Həqiqətən  iri  şəhərlərdə  su enerjisindən 
istifad
ə  olunmamasının  səbəbi  hakim  elitanın  sosial  iğtişaşdan  yaxa  qurtarmaq  cəhdi deyil, su 
ehtiyatlarının qeyri-sabitliyi ola bilərdi. 
(a)  v
ə  (c)  cavabları  düzgün  deyildir,  çünki  Roma  imperiyasının  böyük  şəhərlərində  su 
enerjisind
ən istifadənin  mümkün  olması  barədə  onların  hər birinin əlavə  sənədi  vardır  və 
tarixçil
ərin  verdiyi  izahatı  müəyyən mənada təsdiq edir -  romalıların  akveduklar  çəkə  və  su 
enerjisinin t
ətbiqində səmərəli istifadə edə bilmələrinə baxmayaraq, onlar yenə də ehtimala əsasən, 
sosial ictimai t
əhlükəsinə görə bu üsula əl atmırdılar. 
(ç) cavabı düzgün deyildir, çünki başqa sözlə desək, izahı məsələnin şərtində verilmiş fakt 
daha ümumi halda t
əsvir olunmuşdur. 
Bel
əliklə, düzgün cavab (b)-dir. 
 
 
 
 
 
 
M
əntiq blokunun tapşırıqları üçün ümumi tövsiyələr: 

 
Tapşırıqlar müxtəlif tiplidir. Hər tapşırıqda sizdən nə tələb olunduğuna diqqət yetirin; 

 
B
əzi tapşırıqlara əməl edərkən tapşırığın şərtini çertyoj, diaqram vasitəsi ilə əks etdirsəniz, 
yaxşı  olar.  Bu  cür  çertyoj  ayrı-ayrı  variantların  müzakirəsində  sizə  kömək edər və  düzgün 
n
əticə çıxarmağı asanlaşdırar; 

 
Tapşırığın  şərtində  təqdim olunan obyektlər  arasında  istiqamətləri  yaxşı  düşünün,  əks 
t
əqdirdə diaqramı düzgün qura bilməzsiniz və bu, düzgün cavab seçməkdə sizə mane olar; 

 
Bu göst
əricilərin həqiqətə uyğun olub-olmadığına baxmayaraq, hər tapşırığa ancaq və ancaq 
ondakı göstəricilər əsasında əməl edin; 

 
N
əzərə alın ki, bəzən tapşırığın düzgün cavabı gerçəkliyə uyğun gəlmir, geyri-düzgün cavab 
is
ə  çox real olur. Ancaq  ardıcıl,  məntiqi mühakiməyə  (faktik biliyə)  əsaslanmaqla cavab 
seçin; 

 
B
əzən tapşırığa əməl edilməsi elə cavab seçmək deməkdir ki, tapşırığın verilməsindən irəli 
q
əlmir, bu verilmə şəraitində mümkün ola bilməz yaxud müəyyən nəticə çıxarmağa mane 
olar, onu sübh
ə altında qoyar və s. Buna görə də tapşırığa əməl edərkən tapşırıq üzrə sizdən 
n
ə tələb olunduğunu yaxşı düşünün və yalnız bundan sonra cavab seçin. 
 
 
 
 
 
 
2014-cü ild
ən məntiqi tipli tapşırıqları ehtimal olunan 5 cavab əks etdirir. Buna 
müvafiq olaraq, s
ərbəst  iş  üçün  məxsus  olan  tapşırıqlar  arasında  5  cavablı 
tapşırıqları sizə təklif edirik.   
 
32 


Yüklə 7,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə