Vahid miLLİ İmtahanlara necə hazirlaşmali



Yüklə 7,69 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix14.06.2018
ölçüsü7,69 Kb.
#49051
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

Nümun
ələr və şərhlər 
 
I m
ətn 
 
Natürmort r
əssamlıq  janrlarından  biridir.  “Natürmort”    sözü  cansız  təbiət deməkdir. 
Natürmort h
ərəkətsiz əşyaları: çiçəkləri, meyvəni, ovu, musiqi alətlərini və hər hansı başqa əşyanı 
əks etdirir. XIX əsrədək bütün natürmort müəlliflərinin məqsədi maksimal realizmə nail olmaq idi. 
Ən realist natürmortlar  “Trompleys” adı ilə məşhurdur və gürcücə “gözü aldatmaq” deməkdir. Bu 
r
əsmlər elə təəssürat yaradır ki, sanki qarşımızdakı rəsmin yastı səthi deyil, real əşyalardır. 
Natürmort bir 
janr kimi, öz başlanğıcını antik Yunanıstandan götürür. Orada natürmortdan 
varlıların evlərinin divarlarını bəzəmək üçün istifadə edirdilər. Bir yunan yazıçısının dediyinə görə 
r
əssam Zevksisin çəkdiyi  üzüm  salxımı  əsl üzümə  elə  oxşayırdı  ki,  quşlar  onu  dimdikləməyə 
çalışırdılar. Ancaq Parasias Zevksisə üstün gəldi. O elə pərdə çəkdi ki, Zevksis onu kənara çəkməyə 
çalışdı.  Xeyli  sonra,  orta  əsrlərdə  və  renessans dövründə  natürmortlar  əsasən iri rəsmlərin bir 
hiss
əsini təşkil  edirdi.  Məsələn, Müqəddəs Məryəmlə  birlikdə  əksər  hallarda  simvolik  baxımdan 
qüsursuzluq t
əcəssümü olan və çiçəklərlə bəzədilmiş vaza çəkirdilər. Yalnız XVII əsrdə natürmort 
müst
əqil  janra  çevrildi.  Bu  zaman  o  hollandiyalı  rəssamlar  arasında  xüsusilə  geniş  yayılmışdı. 
Onlar ad
əti üzrə öz tablolarında bəzək əşyalarını: gümüş qab-qacağı, büllur piyalələri və alabəzək 
gül d
əstələrini təsvir edirdilər. Bəzən natürmortda müəyyən gizli fikir əks etdirilirdi. Rəssamlar 
əksər hallarda bu və  ya digər  ideyanı  əks etdirə  bilən  əşyalar  çəkirdilər. Məsələn, kitab –  bilik, 
musiqi al
ətləri – ləzzət, zövq, kəllə isə dünyəvi həyatın faniliyi demək idi.  
XIX 
əsrədək tənqidçilər natürmorta rəhm etmir, onları ancaq məharəti, ustalığı artıran vasitə 
sayırdılar. Onların fikrincə, natürmort yaratmaq rəssamdan nə fantaziya qabiliyyəti, nə də düşüncə 
t
ələb edirdi. XIX əsrdə natürmortlar tədriclə reallıqdan uzaqlaşırdı. Rəssamlar öz hisslərini, əhval-
ruhiyy
ələrini əks etdirmək məqsədi ilə eksperimentlərə əl atırdılar. Onlar tez-tez özləri üçün xüsusi 
əhəmiyyəti olan əşyalar seçir, gerçəklikdən daha çox öz hisslərinə uyğun olan üslub və rənglərdən 
istifad
ə edirdilər. Fransız rəssamı Eduard Manenin sözlərincə, “rəssam meyvə və çiçəklər vaitəsilə 
h
ər şeyi əks etdirə bilər”. 
M
əşhur  holland  rəssamı  Van  Qoqun  rəsmlərindən birində  stul təsvir  olunmuşdur.  Stulun 
üstünd
ə bir qəlyan vardır. Otağın küncündə duran qutudan təbiətin və təzələnmənin simvolu olan 
yaşıl  soğan  gövdələri görünür. Rəssamın  stulu  və  qəlyanı  –  bu adi əşyalar  insanın  özü  kimi 
müv
əqqəti və dünyəvidir. Vinset Van Qoqun bu natürmortu bir növ simvolik avtoportretdir. Onun 
tablolarında  əşyalar  rəssamın  mənəvi vəziyyətinə  müvafiq təsvir  edilmişdir.  Van  Qoq  yazırdı: 
“Gördüyüm  şeyləri dəqiq  əks etdirmək  əvəzinə  öz-özümü daha enerjili təsvir etmək üçün 
r
ənglərdən özümə  məxsus istifadə  edirəm”. Onun fikrincə, rənglərin konkret emosional dəyəri 
vardır. Hər rəng onun üçün mənəvi duyğu simvolu idi. Məsələn, öz dostu Pol Qoqenə həsr etdiyi 
“Gün
əbaxan”-da Van Qoq “qarşılıqlı həmahəng” olan narıncı və sarı rənglərdən istifadə etmiş və 
bununla öz dostluq hissl
ərini əks etdirmişdir. 
 
 
 
1.
 
 XIX 
əsrədək natürmort müəlliflərinin məqsədi bu idi: 
 
a) baxıcı üçün elə təəssürat yaratmaq ki, guya tabloda “cansız təbiət” təsvir olunmuşdur 
b) çiç
əkləri, meyvəni, ovu təsvir etməklə yeni rəssamlıq təmayülü yaratmaq  
c) r
əsmin müstəvi səthində real deyil, tərpənməz əşyaları təsvir etmək 
ç) t
ərpənməz əşyaları maksimum realistcəsinə əks etdirmək 
 
I abzasda t
əsviri incəsənətin janrlarından biri – natürmortun mahiyyəti göstərilmiş, bu sözün 
m
ənası izah edilmiş və XIX əsrədək natürmort müəlliflərinin məqsədi aydınlaşdırılmışdır: əşyaları 
t
əsvir edərkən maksimum realistliyə nail olmaq. Buna görə də cavabın (ç) variantı düzgündür. 
 
 
39 


2.
 
 
Aşağıda sadalananlardan mətnə görə hansı düzgün deyildir? 
a) Antik Yunanıstanda və Romada natürmort dekorativ funksiya daşıyırdı 
b) XIX 
əsrin holland rəssamları  natürmortda  o  dövrün  cəmiyyətinin  maddi  rifahını  əks 
etdir
ən əşyaları çəkirdilər 
c) Orta 
əsrlərdə və renessans dövründə natürmort rəsmin ancaq bir hissəsini təşkil edirdi, 
bununla yanaşı, o müəyyən simvolik yükə də malik ola bilərdi  
ç) R
əssamlar yalnız XIX əsrdə natürmort vasitəsilə mücərrəd ideyaları simvolik surətdə əks 
etdirm
əyə başladılar 
 
Bu tapşırığa əməl edilməsi cavabın elə variantını seçməyi tələb edir ki, mətnə görə düzgün 
deyildir, m
ətndə verilən məlumata uyğun gəlmir. 
 Antik Y
unanıstanda  və  Romada  natürmortdan    varlıların  evlərinin  divarlarını  bəzəmək 
üçün istifad
ə  edirdilər, deməli,  o  dekorativ  funksiya  daşıyırdı.  Cavabın  (a)  variantında  verilmiş 
müdd
əa mətnə görə düzgündür. Buna görə də o bu tapşırığın cavabı ola bilməz. XVII əsrin holland 
r
əssamları  adətən,  öz  natürmortlarında  zənginlik  əşyalarını  (məs.,  bahalı  qab-qacağı)  təsvir 
edirdil
ər, yəni o dövrün cəmiyyətinin  maddi  rifahını  əks etdirən  əşyaların  rəsmini çəkirdilər. 
Müvafiq  olaraq  cavabın  (b)  variantı  da  düzgün  deyildir. Orta əsrlərdə  və  renessans dövründə 
natürmort 
əsasən, böyük rəsmlərin bir hissəsini təşkil edirdi və onun müəyyən simvolik yükü də var 
idi (II abzasda bunun nümun
ələrindən biri  -  Müqəddəs Məryəmlə  birlikdə  gül-çiçək  qoyulmuş 
vaza t
əqdim edilmişdir). Müvafiq olaraq cavabın (c) variantı da düzgün deyildir. 
R
əssamlar XIX əsrə  qədər də  natürmort vasitəsilə  simvolik surətdə  mücərrəd  ideyaları  əks 
etdirirdil
ər. Məsələn, renessans dövrünün rəsmlərində  Müqəddəs Məryəmlə  birlikdə  gül-çiçək 
qoyulmuş  vazalar  simvolik  olaraq  qüsursuzluğu,  natürmortda  təsvir  olunmuş  musiqi  aləti  –  zövqü, 
n
əşəni, kəllə və dünyəvi həyatın faniliyini əks etdirirdi. Beləliklə, mətnə görə cavabı dördüncü variantda 
verilmiş müddəa düzgün deyildir: rəssamlar yalnız XIX əsrdə natürmort vasitəsilə mücərrəd ideyaları 
simvolik sur
ətdə əks etdirməyə başladılar. Müvafiq olaraq bu tapşırığın cavabı (ç)-dir. 
 
 
3.
 
XIX 
əsrdən natürmortun ətraflı düşünülməsində nə dəyişdi? 
a)  Natürmortlarda el
ə  əşyalar  peyda  oldu  ki,  həqiqətdən daha çox öz müəlliflərinin 
hissl
ərinə, əhval-ruhiyyəsinə uyğun gəlirdi.  
b) R
əssamlar eksperimentlərə  əl  atdılar:  onlar  kənar gerçəkliyi dərk etməyə  və  onları 
maksimum realistc
əsinə əks etdirməyə çalışırdılar 
c) T
ənqidçilər natürmortu ancaq məharəti  artırmaq,  rəsm çəkmək  texnikasına yiyələnmək 
vasit
əsi kimi baxırdılar 
ç)  T
ənqidçilər belə  bir fikrə  əsaslanırdılar:  natürmort  yaratmaq  üçün  ətraflı  düşünmək və 
xüsusi t
əsvir etmək qabiliyyəti lazım deyildir 
  
XIX 
əsrdən etibarən  natürmortlar tədriclə  gerçəklikdən  uzaqlaşdı.  Rəssamlar özləri üçün 
xüsusi 
əhəmiyyəti olan əşyalar seçir, həqiqətdən daha çox öz hisslərinə, əhval-ruhiyyələrinə daha 
çox  uyğun  olan  üslub  və  rənglərdən istifadə  edirdilər.  Bütün  bunlar  janrın  erkən  qavrayışı  kimi 
natürmort janrına uyğun gəlmir. Müvafiq olaraq cavabın (a) variantı düzgündür. 
XIX 
əsrin rəssamları  həqiqətən, eksperimentlərə  əl  atdılar:  onlar  kənar gerçəkliyi 
qavramağa  və  əks etdirməyə  çalışırdılar,  lakin  maksimum  realistcəsinə  deyil,  subyektiv  baxışları 
yaxud  
əhval-ruhiyyələri üzrə. Buna görə də cavabın (b) variantı düzgün deyildir. 
M
ətnə  əsasən, məhz  XIX əsrədək tənqidçilər natürmortu ancaq məharəti  artırmaq, rəsm 
texnikasına  yiyələnmək vasitəsi  sayırdılar.  Ondan  sonra  isə  bu  janrın  qavranılmasında  mühüm 
d
əyişiklik  baş  verdi.  Bunu  rəssamların  eksperimentləri, həmçinin  III  abzasın  sonunda  Eduard 
Maney
ə məxsus olan sitat da təsdiq edir.   
Natürmort
un  yaradılması  üçün  ətraflı  düşünmək yaxud xüsusi təsviretmə  qabiliyyətinin 
lazım gəlməsi barədə baxış XIX əsrdən sonra bərqərar olmamışdır. Tənqidçilər natürmorta məhz 
XIX 
əsrədək  rəhm  etmir  və  elə  hesab edirdilər  ki,  cansız  əşyaların  rəsmini çəkmək üçün nə 
fantaziya qabiliyy
əti  nə də təfəkkür lazımdır. Müvafiq olaraq cavabın (ç) variantı səhvdir. 
 
40 


Yüklə 7,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə