Vahid miLLİ İmtahanlara necə hazirlaşmali



Yüklə 7,69 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix14.06.2018
ölçüsü7,69 Kb.
#49051
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

3. Festo diskini n
ə üçün hərəkət edən əlifbadan istifadə olunmasının ilk nümunəsi sayırlar? 
 
a) H
ərəkət edən  əlifbanın  ayrı-ayrı  hərfləri ilə  söz  “quraşdırmaq”  olar,  Festo  diski 
üz
ərindəki yazılar əvvəlcədən tökülmüş yazılı işarələrlə həkk olunmuşdur 
b)  Müasir pedaqogikada t
əhsilin ilk mərhələsində  hərəkət edən  əlifbadan istifadə  olunur, 
Kreta adasında da Festo diskinin yəqin ki, məhz bu cür təyinatı var idi 
c)  Festo diski üz
ərindəki  piktoqrafik  işarələr spiralvari  həkk  olunmuşdur,  hərəkət edən 
əlifba ilə də spiralvari sözlər “yazmaq” olar 
ç) 
Kretadan tapılmış hər bir yazının əsasını hərəkət edən əlifba prinsipi təşkil edir, ancaq 
Festo diski üz
ərindəki yazının icra texnikası çox mükəmməldir 
 
II abzasda oxuyuruq: “Festo diski üz
ərindəki işarələr cızılmış yaxud çəkilməmiş, əvvəlcədən 
tökülmüş xüsusi metal formalarla (fiqurlu işarələrlə) həkk edilmişdir”. Yaxud yazı yaratmaq üçün 
xüsusi  olaraq  hazırlanmış  fiqurlu  işarələr var idi və  ehtimala görə  onlardan müxtəlif  
kombinasiyalarla (konfiqurasiyalarla) istifad
ə edilirdi. Hərəkət edən əlifbanın təyinatı (prinsipi) da 
m
əhz ayrı-ayrılıqda mövcud olan işarələrlə (hərflərlə) müxtəlif sözlər düzəltmək idi. Cavabın (a) 
variantı bizə məhz bunu bildirir. Beləliklə, o düzgündür. 
Başqa cavabların qeyri-düzgünlüyünə əmin olduq. 
(b) 
cavabındakı izahat mətndə təqdim olunan informasiyaya uyğun deyildir. Mətndə Festo 
diskinin t
əyinatı barədə heç nə deyilməmişdir. 
(c)  Sözl
ərin  spiralvari  “yazılışı”  hərəkət edən  əlifbanın  əsas xüsusiyyəti deyildir. Festo 
diskind
əki  yazılar üçün işarələrin gil üzərindəki hansı forma və istiqamətlə həkk olunması deyil, 
h
ərəkət edən  əlifbanın  başlıca  prinsipindən (paralel də  bunun  əsasında  çəkilmişdir)  istifadə 
olunması vacib şərtdir. 
(ç) Cavabda veril
ən informasiya da mətnə görə düzgün deyildir. Mətndə hərəkət edən əlifba 
prinsipi il
ə icra olunmuş digər yazılardan heç yerdə söhbət getmir, həmçinin Festo diski üzərindəki 
yazının  icra  texnikasının  onlarla  müqayisədə  nə  kimi  üstünlüyü  olması  barədə  heç nə 
deyilm
əmişdir. 
Bel
əliklə, düzgün cavab (a)-dır. 
  
 
4. Ventrisin m
əhz B xətli yazının şifrini açdığını sübut etmək üçün aşağıda sadalananlardan 
hansı mühüm deyildi
 
a) yeni aşkara çıxarılmış lövhə üzərində keramika məmulatı
 
t
əsvirləri 
b) keramik qab-qacaq növl
əri 
c) yeni aşkara çıxarılmış lövhə üzərindəki yazılar  
ç) yunanca qab-
qacaq adları 
 
Bu suala IV abzas 
əsasında cavab vermək olar. Ventrisin həqiqətən B xətli yazının şifrini 
açması Blegen tərəfindən əldə edilmiş materialın şifri açıldıqdan sonra təsdiq olunmuşdur. Blegen 
kitab
ələr  kimi  verilmiş  lövhələri, həmçinin  onların  “illüstrasiyalarını”  -  keramik qab-qacaq 
t
əsvirlərini  tədqiq  etmişdir.  Ventris  kitabələrin özü tərəfindən müəyyən  edilmiş  B  xətli səs 
m
ənalarını tutuşdurmuş və beləliklə, hər bir kitabədə onun yanında təsvir olunmuş  qab-qacağın 
yunanca adlarını oxumuşdur. Bununla da Ventrisin həqiqətən, B xətli yazının şifrini açdığı sübut 
edilmişdir.  Göründüyü  kimi,  bütün  bu  prosesdə  yazıların  özü,  bu  kitabələrdəki müvafiq keramik 
qabların  təsvirləri və  onların  yunan  adları  iştirak  etmişdir.  Kitabələri oxumaq üçün lövhənin 
üz
ərində “üçayaq”, “dördqulaq” yaxud hər hansı digər qab olduğunun prinsipial əhəmiyyəti yox idi. 
Başlıcası, yazının (yaxud qab-qacağın adlarının) və qab-qacağın təsvirinin bir-birinə uyğun gəlməsi 
idi. 
Tapşırığın  düzgün  cavabı  təqdim olunan “obyektin”  Ventrisin kəşfi  üçün  əhəmiyyətli 
olmamasıdır. Belə cavab (b)-dir. 
 
45 


5. Minosu bel
ə adlandırırlar: 
 
a) Bütün yunan m
ədəniyyəti. Çünki Minos qədim Yunanıstanın əfsanəvi hökmdarı idi 
b) A x
ətli və B xətli yazılar. Çünki hər iki Minosun çarlığı dövründə Kretada yaradılmışdır  
c) A x
ətli yazı. Çünki bu sistem güman ki, yunanlardan əvvəlki sivilizasiyada yaradılmışdı 
ç)  B x
ətli yazı. Çünki bu yunan yazısıdır. Minos isə yunanlardan əvvəlki əhalinin əfsanəvi 
q
əhrəmanıdır 
 
Bu  sualın  ehtimal  olunan  cavabları  III-IV abzaslarla və  haşiyələrdən biri ilə  əlaqədardır. 
M
ətnin  III  abzasında  birmənalı  olaraq  deyilir  ki,  Minos  yazıları  A  xətli  yazılardır  (“Minos xətli 
yazıları  güman  ki,  Kreta  yazılarının  inkişafının  nəticəsidir, onu A xətli  adlandırırlar”). Müvafiq 
olaraq, düzgün cavab (c)-dir. 
(c)-nin yegan
ə düzgün cavab olduğuna əmin olaq. 
(a)  cavab
ı    düzgün  deyildir,  çünki  Minos  qədim  Yunanıstanın  deyil,  Kretanın  əfsanəvi 
hökmdarı  idi.  Haşiyədə  qeyd edildiyi kimi, Minos mədəniyyətini yunan mədəniyyəti deyil, 
yunanlardan 
əvvəlki (yunanlardan əvvəl mövcud olan) mədəniyyət adlandırırlar. 
(b) B x
ətli yazı yunan yazısıdır (“ilk yunan yazısı və B xətli yazı nümunələri Kretada aşkar 
edilmişdir”)  və onu Minos yazısı adlandıra bilmərik, çünki yuxarıda qeyd etdiyimiz kimi, Minos 
yunan  sivilizasiyasının deyil, yunanlardan əvvəlki sivilizasiyanın əfsanəvi hökmdarıdır 
(ç) Bu cavab bir-birin
ə  zidd müddəalardan ibarətdir  -  B xətli  yazını  Minos  yazısı 
adlandırırlar,  çünki  bu  yunan  yazısıdır,  Minos  isə  yunanlardan  əvvəlki  əhalinin  əfsanəvi 
q
əhrəmanıdır.  Belə demək düzgün olardı: “B xətli yazını Minos yazısı adlandıra bilmərik, çünki 
bu, yunan 
yazısıdır, Minos isə yunanlardan əvvəlki əhalinin əfsanəvi qəhrəmanıdır”.  
 
 
 
6.  M
əlum olduğu kimi, Kipr adasında öz inkişaf tarixinə və xarakterinə görə B xətli yazının 
analoqu olan kiprominos yaxud C x
ətli yazı aşkar edilmişdir. C xətli yazıdan yerli əhali ilə yanaşı, 
Kipr
ə köçürülmüş yunanlar da istifadə edirdilər. 
 
Bu m
əlumatı mətndə verilən arayışlarla əlaqələndirsək, belə nəticə çıxara bilərik: 
a) C x
ətli  yazı  Kreta  yazısı  kimi,  ikonavaridir; C xətlinin  işarələrinin ideoqramlar yaxud 
hecalı yazının erkən pilləsi olduğu burada da məlum deyildir.   
b) C x
ətli  yazı  Festo  diskindəki  yazı  kimi  piktoqrafikdir,  ancaq  C  xətlinin nümunələri 
əvvəlcədən hazırlanmış xüsusi matrisalarla həkk edilmişdir  
c) C x
ətli  yazı  A  xətlinin  inkişafının  nəticəsidir,  bununla  yanaşı,  hecalı  işarələrdən və  
ideoqramlardan – 
anlayışı göstərən şərti yazılı işarələrdən o da istifadə edir  
ç) C x
ətli yazı B xətlinin inkişafının nəticəsidir, bununla yanaşı, o da hecalı sistemdir və o 
da kontinental Yunanıstanda yayılmışdır 
 
Bu  tapşırıqda  yazının  mətndə  rast gəlmədiyimiz  daha  bir  tipi  haqqında  məlumat verilir. 
Suala cavab verm
ək üçün bu məlumatı  mətndə  göstərilən faktla müqayisə  etmək  lazımdır. 
Tapşırıqdakı məlumata əsasən, C xətli yazı inkişaf tarixinə və xarakterinə görə B xətli yazının 
analoqudur. M
ətndə  B xətli  yazı  haqqında  oxuyuruq:  “Kretada  ilk  yunan  yazısının,  B  xətli 
adlandırılan  yazının  nümunələri də  tapılmışdır.  Bu  yazı  A  xətlinin  inkişafının  nəticəsidir  (IV 
abzas). H
əmçinin: “B xətli sillaboqramlardan (hecalı işarələrdən) istifadə edir. Onlar saiti yaxud 
saitl
ə samitin kompleksini, həmçinin ideoqramları göstərir” (V abzas). Bütün bunlar cavabın (c) 
variantında toplanmışdır. Müvafiq olaraq o düzgündür. 
(a) v
ə  (b) cavabları  C  xətli  yazının  B  xətli ilə  deyil, A xətli ilə  oxşarlığını  göstərir. (ç) 
cavabına  əsasən, C xətli  yazı  inkişaf  tarixinə  görə  B xətlinin  analoqu  olmamış,  əksinə, ondan 
inkişaf etmişdir. 
Bel
əliklə, düzgün cavab (c)-dir. 
 
46 


Yüklə 7,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə