Vahid miLLİ İmtahanlara necə hazirlaşmali



Yüklə 7,69 Kb.
Pdf görüntüsü
səhifə18/38
tarix14.06.2018
ölçüsü7,69 Kb.
#49051
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

II  m
ətn 
 
Q
ədim  yunanların  əqidəsinə  görə  onların  mədəniyyətinin yüksəlişinədək Ege dənizi 
hövz
əsində  yunanlardan  əvvəlki tayfalar mühüm yer tuturdular. Yunan dilinin qeyri-hindavropa 
elementl
ərinin, Ege toponimlərinin*  öyrənilməsi  aydın göstərdi ki, əvvəllər həqiqətən bu cür əhali 
mövcud  olmuşdur.  Bu  baxımdan  Kreta  adasında  aşkara  çıxarılmış  yazı  sisteminin  öyrənilməsi 
əhəmiyyətlidir. Onlardan ən qədimi Kret – heroqliv – piktoqrafik (ikonavari) yazıdır. Bu sistemin 
nümun
ələri əsasən, daş, fil sümüyü metal möhürlər üzərində qalmışdır. Bəzi alimlərin fikrincə bu 
işarələr ideoqramlardır (müstəqil mənası olan simvollardır), başqaları isə bu sistemi hecalı yazıların 
erk
ən pilləsi sayırlar. 
Kretada,  Festo  sarayının  xarabalıqlarından  tapılmış,  hər iki tərəfdən spiralvari piktoqrafik 
işarələrlə bərkidilmiş gildən düzəldilmiş disk tamamilə orijinaldır. Onlar bir-birindən şaquli xətlərlə 
ayrılan qruplar yaradırlar. Xüsusilə maraqlısı odur ki, diskin üzərindəki işarələr nə cızılmış, nə də 
ç
əkilmişdir,  onlar  əvvəlcədən  xüsusi  olaraq  tökülmüş  metal  formaları  (fiqurlu  işarələr) ilə  həkk 
edilmişdir. Bu, dünya mədəniyyəti tarixində hərəkət edən əlifbadan istifadə olunduğu ilk hadisədir. 
Festo diskinin r
əsmli  işarələrinin nə  Kreta  adasında,  nə  də  ümumiyyətlə,  yazı  tarixində  etibarlı 
paraleli yoxdur. Diskin yerli istehsal olduğu, yaxud hər hansı digər bölgədən bura gətirildiyi,yazı 
sisteminin hansı xarakterli olması da müəyyən edilməmişdir. 
X
ətli minos**  yazısı  yəqin  ki,  Kreta  yazısının  inkişafının  nəticəsidir. Onu A xətli 
adlandırırlar. Keramika,  daş əşyalar,  gil lövhələr üzərində A xətli  yazılarla icra edilmiş mətnlərə 
rast g
əlinir. A xətli yazıların şifri hələlik açılmamışdır. Hazırda yalnız onu deyə bilərik ki, bu yazı 
sistemi hecalıdır. 
Kreta ilk  yunan  yazısı – B xətli  nümunələr  də  aşkar  edilmişdir. Bu  yazı A xətli  yazının 
inkişafının nəticəsi sayılır.  İngilis tədqiqatçısı Ventris  B xətli  yazıların şifrini açmışdır. Məşhur 
arxeoloq  Bleginin 
əldə  etdiyi epiqrafik material onun nəzəriyyəsinin təsdiqlənməsinə  imkan 
yaratmışdır.  Yeni  aşkar  edilmiş  bir  lövhənin üzərində  hər  yazını  müxtəlif  tipli  saxsı  qab  təsviri 
müşayiət edirdi. Ventrisin müəyyən etdiyi B xətlisinin  səs mənası  ilə  hər  yazıda  müvafiq  qabın 
yunanca 
adı oxunurdu, məsələn, “üçayaq”, “dördqulaq”. 
B x
ətli yazıda silaboqramlardan (hecalı işarələrdən) istifadə olunur. Onlar sait yaxud saitlə 
samit kompleksini, h
əmçinin ideoqramları göstərir. Göründüyü kimi, yunanlar minos yazı sistemini 
öz dill
ərinə  uyğunlaşdırmışlar.  Onlar  bir  tərəfdən A xətlinin bəzi  işarələrindən istifadə  etməmiş, 
dig
ər tərəfdən,  minos  yazısında  olmayan  bir  neçə  yeni qrafema əlavə  etmişlər. B xətli  yazı 
kontinental Yunanıstana  da yayılmışdır. Ancaq göründüyü kimi, sistemin mürəkkəbliyi bu yazıdan 
m
əhdud halda istifadə edilməsinə səbəb olmuşdur. Kreta-Miken sivilizasiyasının süqutundan sonra 
B x
ətli sistemi əlifba yazısı əvəz etmiş, o da öz növbəsində Finikiya yazısı əsasında formalaşmışdır. 
 
1.  Ege d
ənizi hövzəsində  yunan  sivilizasiyası  təşəkkül tapanadək burada ərəb-yunan  
m
ənşəli tayfaların məskunlaşdığını aşağıda sadalanan fikirlərdən hansını dəlil saymaq olar? 
 
a)  Kreta  adasından  tapılmış  yazıların  məzmununun rəngarəngliyindən  aydın  olur  ki, Ege 
d
ənizi hövzəsində müxtəlif dildə danışan tayfalar yaşayırmış 
b)  Q
ədim  yunanların  əqidəsinə  görə  Ege dənizi hövzəsində  yunanlardan  əvvəl  yaşamış 
tayfalar onların mədəniyyətinin formalaşmasında mühüm rol oynamışlar 
c)  Yunan dili hindavropa dill
əri qrupuna daxildir, ancaq bu dildə və Yunanıstanın coğrafi 
yerl
ərinin bir çox adlarında qeyri-hindavropa elementləri saxlanmışdır  
ç) Yunandilli al
əmdə Kreta yazısı ən qədim yazıdır, digər sivilizasiyalarda yaradılmış yazı 
sisteml
əri ilə onların arasında bir çox oxşarlıq tapmaq olar. 
 
*  Toponim – 
coğrafi yer (dağ, kənd, meşə, düzənlik və s.) adı 
**  Minos – 
Kretanın əfsanəvi hökmdarı; Kretanın erkən yunan mədəniyyətini minosura da adlandırırlar.  
 
 
  
 
 
43 


Sualların  ardıcıllığı  (ümumi  qabiliyyət testində  təsadüf  etdiyimiz mətnlərin  sualları  kimi) 
əsasən təqdim olunan müzakirənin inkişafına xidmət edir. 
Birinci abzas 
əsasında birinci suala cavab vermək olar. Ege dənizi hövzəsində (qeyri-yunan 
m
ənşəli) yunanlardan əvvəl  yaşamış  tayfaların  məskunlaşması  barədə  dəlil,  sənəd  əldə  etmək 
lazımdır. 
Cavabın hər bir variantını müzakirə edək:  
a) cavab düzgün ola bilm
əz, çünki yazıların məzmun rəngarəngliyi (bu barədə mətndə heç 
n
ə deyilməmişdir) danışıq dillərinin (və xüsusilə yazıların) əksəriyyəti ilə əlaqədar deyildir – bir 
dild
ə danışan xalq tərəfindən yaradılmış mənbələrdə də məzmunca rəngarəng materiala rast gəlmək 
olar. 
b) cavab düzgün ola bilm
əz, çünki söhbət  yalnız  yunanların  baxışlarından  gedir  (onlar 
inandırdılar  ki,  yunan  mədəniyyəti  formalaşanadək Ege dənizi hövzəsində  yunanlardan  əvvəl 
yaşamış tayfalar mühüm rol oynayırdılar) və bu fikrin xeyrinə sübut və dəlillər göstərilməmişdir. 
Tapşırığa əməl edilməsi dedikdə isə məhz sənəd və dəlillər tapılması nəzərdə tutulur. 
c) 
düzgün cavabdır. I abzasda aşağıda cümlə verilmişdir: Yunan dilinin qeyri-hindavropa 
elementl
ərinin, Ege toponimlərinin öyrənilməsi göstərdi ki, həqiqətən, bu cür erkən əhali mövcud 
ola bil
ərmiş. Mətnə  əsasən, yunanlardan əvvəl Ege dənizi hövzəsində  qeyri-yunan mənşəli 
tayfaların  məskunlaşması  yunan dilində  və  müxtəlif  coğrafi  yerlərin  adlarında  qeyri-hindavropa 
elementl
ərinin mövcudluğu ilə sübut olunur. 
ç) 
cavabı da istisnadır. Başqa sivilizasiyaların yazısı ilə Kreta yazısı arasında bir çox paralel 
olması Ege dənizi hövzəsində yunanlardan əvvəl başqa tayfaların mövcud olduğu barədə bizə heç 
n
ə demir. 
Bel
əliklə, I sualın düzgün cavabı (c)-dir. 
 
 
 
2
. Kreta yazısı ilə festo diski üzərindəki yazılar arasında ümumi nə vardır? 
 
a) H
ər iki tipdən olan yazılar daş, fil sümüyü və gil lövhələr üzərində həkk edilmişdir  
b) H
ər iki yazı işarələri şaquli xətlərlə ayrılmış qruplar yaradır 
c) H
ər iki yazının işarələri müstəqil fikirli simvolları təşkil edir 
ç) H
ər iki tipli yazılı işarələr piktoqrafikdir – ikonavari yazı nümunələridir 
 
Bu suala cavab verm
ək üçün I və II abzaslara əsaslanaq. 
Cavabın  variantlarında  Kreta  yazısı  ilə  festo diski üzərindəki  yazının  eyni  cür  səciyyəsi 
verilmişdir. Cavabın (ç) variantında hər iki yazı üçün səciyyəvi olan özünəməxsusluğa rast gəlinir - 
Kreta  yazısı  haqqında  I  abzasda  oxuyuruq: “Onlardan  ən qədimi  heroqlifik  –  piktoqrafik 
(ikonavari)  Kreta  yazısıdır”. II abzas isə  belə  cümlə  ilə  başlanır:  “Kretada,  Festo  sarayının 
xarabalıqlarından tapılmış, hər iki tərəfində spiralvari  piktoqrafik  işarələr həkk edilmiş gil disk 
tamamil
ə orijinaldır”. 
(a)
 
v
ə (b) cavablarındakı özünəməxsusluqlar ancaq festo diskinin yazıları üçün səciyyəvidir 
(“h
ər iki tərəfində  spiralvari  piktoqrafik  işarələr həkk  edilmiş  gil  disk. Onlar bir-birindən  şaquli 
x
ətlərlə ayrılmış qruplar yaradırlar”), (c) cavabında verilən informasiya isə ancaq Kreta yazısı üçün 
düzgündür  –  b
əzi alimlərin  ehtimalına  görə  bu  işarələr (müstəqil mənası  olan  simvollar) 
ideoqramlardır. 
Bel
əliklə, düzgün cavab (ç)-dir. 
 
 
 
 
 
 
 
44 


Yüklə 7,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə