Xəbər bülleteni №16


Vəzifəli deputatlarla bağlı məsələyə tam aydınlıq gəlmir



Yüklə 0,61 Mb.
səhifə18/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Vəzifəli deputatlarla bağlı məsələyə tam aydınlıq gəlmir


07.12.2015

msk_1_2Yeni Milli Məclis noyabrın 24-də fəaliyyətə başlayıb və indiyədək 3 iclas keçirib. Bəs deputat statusu ilə bir araya sığmayan vəzifə tutmuş şəxslərlə bağlı hansı addımlar atılır? Transparency.az bu məsələyə nəzər salıb.

Konstitusiyaya görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisin deputatı ola bilməz.

Milli Məclisin deputatları Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Səməd Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifələrindən azad edilib. Amma deputat Eldar Quliyev hələ də Azərbaycan Kooperasiya Universitetinin rektoru postunda qalır.

Deputat Elçin Quliyevin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri kimi fəaliyyətinə xitam verilib. Digər deputat Naqif Həmzəyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini postundan çıxarılıb. 

Transparency.az bildirir ki, bir neçə deputat elmi müəssisələrdə rəhbər vəzifələrini davam etdirir: İsa Həbibbəyli Milli Elmlər Akademiyasının vitse-prezidenti, Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, Rafael Hüseynov Ədəbiyyat İnstitutunun, Aytən Mustafayeva İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Vəzifəyə dövlət başçısının sərəncamı ilə təyin olunmuş deputatlar da öz postlarında qalırlar. Söhbət Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan gedir.

Prezident Administrasiyasında, İqtisadiyyat və Sənaye Nazirliyində, rayon icra hakimiyyətlərində, başqa dövlət idarələrində, kommersiya, təhsil və səhiyyə qurumlarında məsul vəzifə tutmuş şəxslərdən də deputat seçilənlər var.

Deputat seçilmiş şəxs ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası indiyəcən hansı deputatların deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə müraciət etdiyini açıqlamayıb və Transparency.az-ın bu haqda suallarını cavabsız qoyub.

Günəşli” qurbanları: 6 nəfərin meyiti tapılıb


07.12.2015

Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş hadisədə itkin düşənlərin 6-nın meyiti dənizdən çıxarılıb. Onlardan 2-nin adları tibbi ekspertizadan sonra məlum olub. Həmin şəxslər Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Digər 4 nəfərin adı isə tibbi ekspertizadan sonra açıqlanacaq. AZƏRTAC bildirir ki, dekabrın 7-si saat 16-da keçirilən mətbuat konfransında Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov belə məlumat verib.

Dekabrın 4-ü saat 17:40 radələrində nəhəng dalğalar 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib. Qayıqlardan biri gecə dənizə düşüb.

Dekabrın 4-də “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.


Azərbaycanın 9-cu rəsmi matəmi


07.12.2015

matem 1Bu il dekabrın 6-da Azərbaycanda elan olunan matəm dövlət müstəqilliyi bərpa ediləndən bəri ölkədə rəsmən elan edilmiş doqquzuncu matəmdir.

Novator.az saytı Mediaforum.az-ın vaxtilə yaydığı arayışa istinadla bildirir ki, ilk matəm 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət və hökumət adamlarını daşıyan vertolyotun Dağlıq Qarabağ ərazisində vurulması ilə bağlı elan edilib. Həmin hadisədə Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayəti hüquq mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar, telejurnalist Alı Mustafayev və başqa şəxslər daxil 20-dən çox adam həlak olub.

İkinci matəm 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən qırğınla bağlıdır. Xocalı soyqırımında erməni silahlı dəstələri və Rusiya ordusunun 366-cı alayı bir neçə saat ərzində 613 nəfəri, o cümlədən 106 qadın, 83 uşaq, 70 qocanı öldürüb.

Üçüncü matəmə 1994-cü il martın 19-da Bakı metrosunun “20 Yanvar” stansiyasında baş verən terror aktı səbəb olub. Bu terror 14 nəfərin həyatına son qoyub. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyasını Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi ilə separatçı “Sadval” hərəkatı təşkilatının üzvləri həyata keçirib.

Dördüncü matəm də yenə 1994-cü ildə və yenə Bakı metrosunda törədilən terrora görə elan edilib. Əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb edərək terror aksiyası həyata keçirmək tapşırığı ilə Azərbaycana göndərdiyi Azər Salman oğlu Aslanov 1994-cü il iyulun 3-də “Gənclik” stansiyasında partlayış törədib. Hadisədə 13 nəfər həlak olub.

Beşinci matəm də Bakı metrosunda baş verən hadisə ilə bağlıdır. 1995-ci il oktyabrın 28-də metronun “Nərimanov” və “Ulduz” stansiyaları arasında, rəsmi məlumata görə, qəza baş verib. Hadisədə 300-ə qədər adam həlak olub.

Altıncı matəm 1995-ci il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasından Bakıya uçan təyyarə qəzaya uğrayarkən elan edilib. Həmin qəzada təyyarədə olan 81 sərnişindən 11 nəfəri həlak olub.

Yeddinci matəmə 2002-ci il oktyabrın 22-də Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-2” bərəsinin batması səbəb olub. Bu qəza 42 nəfər həyatına son qoyub.

Səkkizinci matəm Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin vəfatı ilə bağlı olub. Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. O zaman müasir Azərbaycan tarixində ən uzunmüddətli – 7 günlük matəm elan edilib.

Doqquzuncu matəm 2015-ci il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlıdır. Qəza nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Bu faciə ilə əlaqədar ölkə ərazisində matəm dekabrın 6-da elan olunub. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə