Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh


№22 (62)      31.10.2011      Fərqli düşüncə



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

12

Diktatorların xalqa ata olmaq həvəsi

Axı Mən Sizin Atanızam... 

Bu  iddialı  bəyanatı  ayaqlar  altında

tapdalanan yaralı Qəddafi səsləndirirdi.

“Siz  günah  işlədirsiniz,  mən  sizin

atanızam”. Ya diktatorlar ölüm ayağında

belə camaatı ələ salmaq qabiliyyətlərini

qoruyub saxlayırlar, ya da adam doğru-

dan da dediyinə inanırdı. 1989-da gül-

lələnməyə aparılan Yelena Çauşesku da

belə  danışırdı:  “Nə  edirsiniz?  Axı  siz

mənim  uşaqlarımsınız.”  Yəqin  ki,

səmimi  bəyanatlardır.  Amma  bu

bəyanat  onu  səsləndirən  adamın

düşüncə tərzi haqqında nələri deyir?



Kralların Yadigarı

Ölkə  əhalisinə  öz  uşaqları,  daha

qədimdə  isə  öz  qulu  kimi  baxmaq

monarxik sistemin doğurduğu düşüncə

tərzidir.  Kralın  mütləq  hakimiyyətinin

qorunması 

üçün 

bu 


patriarxal

düşüncəyə  böyük  ehtiyac  var  idi.

Cəmiyyəti ailə, kralı ailənin başçısı/atası

hesab etməklə ierarxik hakimiyyət sis-

teminin  sabitliyini  saxlamaq  mümkün

olurdu.  Yoxsa  hər  yoldan  ötən  şahın

şahlığını  sual  altına  qoya  bilərdi  və

bütün  cəmiyyət  daima  vətəndaş

müharibəsi  vəziyyətində  yaşamalı

olardı.


On yeddinci əsrin ortalarında bu sis-

temə İngiltərədə ilk etiraz ediləndə kral

Çarlz  Stüart  başa  düşə  bilmirdi  ki,

uşaqlar öz atalarının – kralın iradəsini

necə sual altına qoya bilərlər. Kralın or-

dusunu iki dəfə məğlub edən İngiltərə

parlamenti  ondan  sadə  bir  şey  tələb

edirdi – kralın səlahiyyətlərini məhdud-

laşdıran bir sənədə imza atmaq. Kişini

devirmirdilər.    Hakimiyyətinin  də  cüzi

bir  hissəsini  əlindən  alırdılar…  onu

müharibə  meydanında  tam  məğlub

edib,  ev  dustağı  edəndən  sonra.

Təsəvvür edin ki, belə bir vəziyyətdə

Çarlz Stüart dirənib güzəştə getmir və

1649-cu ildə onu edam edəsi olurlar.

İndi  XXI  əsrdir.  İnsanlar  ümumən

anlayırlar  ki,  bir  adamın  hakimiyyətə

anadangəlmə  haqqı  uydurma  an-

layışdır.  Amma  Səddam  Hüseyn  onu

mühakimə  edən  hakimin  qarşısında

durmaqla öz ali vücudunun təhqir olun-

duğu qənaətində idi.

Çauşesku və Qəddafini də yuxarıda

qeyd etdik. Ən qəribəsi budur ki, yüz il-

lərlə nəsli kral olan monarxlardan fərqli

olaraq diktatorların əksəriyyəti çox adi

bir  şəcərədən  gəlirlər;  əksəriyyəti

hakimiyyətə  yiyələnməmişdən  qabaq

ən adi bir adam olublar və deməli anla-

malıdırlar  ki,  hakimiyyət  onların  ilahi

haqqı deyil.

Anlayırlarmı?  Belə  görünür  ki,  an-

lamırlar. Ölənə qədər anlamırlar.



Yazının tam mətnini 

AzadliqRadiosu.az saytının

“Bloqlar” bölümündə oxuyun.

Qorxmaz Əsgərov 

Qəddafi


Bəxtiyar Hacıyev həbsxanadan yazır

Həbsxanada olan gənc fəal Bəxti-

yar Hacıyev hökumətin gənclər

siyasətindən bəhs edən fikirlərini

jurnalistlərə göndərib: 

Hazırda  Prezident  Administrasiyası

gənclər arasında nüfuz savaşı aparır. Bu

savaş əvvəlcə cəmiyyətdə kifayət qədər

təhsilli  gənci  öz  ətrafına  toplamış  AN

şəbəkəsinin və yaradıcı yanaşması ilə

effektiv fəaliyyət göstərən OL Gənclər

hərəkatının rəhbərlərinin 2009-cu ildə

həbsi ilə başladı.

Daha  sonra  Avropada  təhsil  alan

gəncləri  özündə  birləşdirən  FASE-nin

neytrallaşdırılması, yeni yaranan FACE

qrupuna  süni  əngəllərlə  davam  etdi.

Administrasiya  bir  tərəfdə  müstəqil,

təhsilli gəncləri sıxmaqla yanaşı, digər

tərəfdə  özünün  qurduğu  təşkilatları

maliyyələşdirməyə, gənclər üçün caz-

ibədar etməyə çalışdı.

2007-ci ildə “Azərbaycan gənclərinin

xaricdə təhsili 2007-2015”, 2011-ci ildə

“Azərbaycan  gəncliyi  2011-2015-ci  il-

lərdə” dövlət proqramları qəbul olundu.

Bundan  əlavə,  gənclərə  ipoteka  ver-

ilməsinin  şərtlərinin  asanlaşdırılması,

gənclər  mərkəzlərinin  tikilməsi,  gən-

clərlə  bağlı  tədbirlərin  Bakıda  keçir-

ilməsi  təklif  olundu.  Lakin  bütün

bunlara 


baxmayaraq, 

Prezident

Administ rasiyası  gənclərin  rəğbətini

qazanmaq üçün gördükləri işlərdə ciddi

nəticə əldə etməyib. 

Bunun iki sadə səbəbi var. Birincisi,

2011-ci ildəki Azərbaycan gənci 2005,

2008-ci illərdəki gənc deyil. Bu gün xar-

icdə  təhsil  alan,  daha  çox  özünün

müstəqil mövqeyini qorumağa, ictimai

maraqlara sahib çıxmağa çalışan yeni

gənc  nəsil  yetişib,  bu  gənclərin  sayı

sürətlə artır. Həmin gənclərin qəlblərini

və  beyinlərini  pulla,  xüsusilə  dövlət

büdcəsi  hesabına  fəth  etmək  olmaz.

Dövlət proqramlarından faydalanmaqla

yanaşı, bu gənclər çox gözəl anlayırlar

ki,  bu  proqramlar  dövlət  büdcəsi

hesabına reallaşır, bu tədbirləri keçir-

məyə dövlət borcludur və dövlət büd-

cəsindən ədalətli, səmərəli istifadə hər

bir Azərbaycan gəncinin haqqıdır. 

İkincisi,  Administrasiya  sadə  bir

həqiqəti  anlamır.  İstər  beynəlxalq

aləmdə, istərsə də Azərbaycan gəncləri

arasında müsbət bir fikir formalaşdır-

mağın yeganə yolu var – həqiqətən də

müsbət olmaq.

Çox şadam ki, yeni Azərbaycan gən-

cləri  bu  iki  məsələni  çox  dəqiq  görə

bilirlər. Dövlət büdcəsi hesabına həyata

keçirilən 

dövlət 

proqramlarından



bəhrələnməklə yanaşı, hakimiyyət ciddi

islahatlar reallaşdırmadan hakimiyyətin

dövlət  büdcəsi  ilə  ictimai  simpatiya

qazanmaq tələsinə düşmürlər.

Bəxtiyar Hacıyev AzadlıqRadiosunun

studiyasında 




№22 (62)      31.10.2011      Fərqli düşüncə

13

AzadliqRadiosu.az

saytında həmçinin 

oxuyun

Rasim Balayev: «Biz adamları



kinoteatrdan qaçırtdıq»

Pərviz yazdığı yeni romandan

imtina etdi

Qulu Ağsəs: "AYB-dən yaşı altmışı



keçmiş adamlar getməlidir"

“Feyziyyə ilə şənbə söhbəti"nin

qonağı "Ulduz" jurnalının baş

redaktor müavini, şair Qulu Ağsəs

AYB ilə bağlı fikirlərini açıqlayıb...

- Bəs AYB-də necə, yaxın vaxt-

larda nələrinsə dəyişəcəyinə ümidi-

niz  varmı?  Çox  güman  ki,  bu

qurumda  sizi  də  narahat  edən

məqamlar var...

- Orada yaşı altmışı keçmiş adamlar

var, onlar getməlidir.

- Qulu müəllim, hamı bu barədə

danışır. Birdən siz də altmış yaşınız

olanda AYB-dən getmək istəmədi-

niz, onda necə?

- Onda əməliyyata gedəcəm və ola-

cam əlli yaşında (gülür - F). Necə yəni

getmək  istəməyim,  elə  şey  olar?  Mən

özümə  necə  hörmət  edərəm  ki,  mənə

gəlib desinlər ki, sən getməlisən. Mənə

qalsa,  deyərəm  qalsınlar,  dörd  yüz  il

yaşasınlar. Qoy AYO-çular ölsün, onların

uşaqları desin “get”, yenə getməsinlər.

Gənc  Ədiblər  qırılsınlar,  amma  onlar

yenə qalsın. (gülür - F). Düşünürəm ki,

onların  ədəbiyyat  naminə  etdikləri

nəzərə  alınmalıdır,  ömürlük  Prezident

təqaüdü ilə təmin olunmalıdırlar. Və bu

qurultayda  struktur  dəyişikliyi  onların

getməsi ilə başlanmalıdır. Onların yerinə

isə hər şeir yazanı küçədən tutub gətir-

mək olmaz. Mənə elə gəlir ki Anar müəl-

lim  namizədliyini  irəli  sürsə,  yenə  də

qalib gələcək. Çünki o, çox güclü fiqur-

dur.

-  Qalib gələcək, yoxsa?..

- Bəli, məhz qalib gələcək. Insanlarda

ötən seçkidən bir qorxu qalıb. Rəhmətlik

Akif  Səməd  namizədliyini  irəli  sürəndə

iki, ya da bir səs yığdı. O adamlar ki, rəh-

mətliyi  dəstəkləyəcəklərinə  söz  ver-

mişdilər,  Anarı  görən  kimi  fikirlərindən

daşınmışdılar. Mən rəhmətliyə dedim ki,

bunlar səni aldadırlar. Indi hamı qorxur

ki, namizədliyimi verərəm, heç kim səs

verməz.  Düşünürəm  ki,  Anar  seçilsə

belə, islahatlar olmalıdır, bir də bu AYB,

AYO məsələsinə son qoyulmalıdır. Bunun

da  bir  yolu  odur  ki,  onları  çap  etmək

lazımdır. Bir yaxınlaşma olsun.

Ölümündən sonra ən çox qazanan

məşhurlar

"Forbes" jurnalı ölümündən sonra

irsi ən çox gəlir gətirən məşhurların

reytinqini tərtib edib. Keçən il

olduğu kimi, bu il də siyahıya pop

kralı Michael Jackson başçılıq edir.

Keçən ilin oktyabrından bəri pop

kralının albomlarının satışı və onun

həyatının son aylarını əks etdirən

kadrların da yer aldığı "This is it"

sənədli filmi ümumilikdə 170 mi-

lyon dollar gəlir gətirib.

İkinci pillədə rok kralı Elvis Presli qərar-

laşıb.  Onun  albomları  və  iştirak  etdiyi

başqa  materiallar  varislərinə  55  milyon

dollar  qazandırıb.  3-cü  yerin  sahibi  -

Amerika kinosunun əfsanəsi Merilin Mon-

rodur (27 milyon dollar). Siyahıda əfsanəvi

"Beatles" qrupunun iki üzvü də var: Corc

Lenon (5-ci yer - 12 milyon dollar) və Corc

Harrison  (13-cü  yer  -  6  milyon  dollar).

Corc Lennon 5-ci yeri Hollivud ulduzu Eliz-

abet Teylorla bölüşür (12 milyon dollar).

Siyahıya müğənni və aktyorlarla yanaşı

elm xadimləri də "düşə bilib". Dahi Albert

Eynşteyn 7-ci pillədə (10 milyon) qərar-

laşıb. İsveçli detektiv yazarı Stiq Larsson

isə 9-cudur (7 milyon dollar)...

Seymur Baycan: İvan İliçin ölümü

Aqşin Yenisey: "İçkidən dopinq

kimi istifadə edirəm"

"Yazı masası" rubrikası (VİDEO)

İrlandiyanın yeni seçilən 

prezidenti şairdir

Şaiq Vəli 

Michael Jackson



№22 (62)      31.10.2011      Fərqli düşüncə

14

Azərbaycanda halal zəmanəti

necə və kimlərə verilir?..

Azərbaycan da daxil olmaqla bir

çox ölkələrdə yalnız  halal qida

yemək istəyən insanlar var. Bu

cür insanların hüquqları necə

qorunur? Onların aldanma ehti-

malı nə yerdədir? Bu sahəyə

nəzarət hansı səviyyədədir? Halal

əvəzinə haram alan istehlakçı

məhkəməyə üz tuta bilərmi?

“İslam və demokratiya” veril-

işində bu dəfə dini inancına görə

qida seçən insanların hüquqların-

dan danışılıb.

HEYVANIN 4 DAMARINI 

KƏSMƏK LAZIMDIR

Qafqaz  Müsəlmanları  İdarəsinin

(QMİ) şöbə müdiri, Qazi Hacı Mirəziz

Seyidzadə deyir ki, halal qida hazırla-

mağın bir çox şərti var. Söhbət ət məh-

sullarından gedirsə, heyvanın kəsilmə

qaydalarına  xüsusi  diqqət  yetirilmə-

lidir:“Gərək heyvanı kəsən şəxs müsəl-

man  olsun,  onu  üzü  qibləyə  çevirib

kəssin. Heyvanın boğazında 4 damar,

özü  də  dəmirlə  kəsilməlidir.  Bu  qay-

dalarla kəsilən heyvanın ətinə təbii ki,

donuz əti və piyi qatmaq olmaz”.

ANCAQ 2 ŞİRKƏTƏ HALAL 

ZƏMANƏTİ VERİLİB

QMİ    bu  sahədə  yalnız  2  şirkətə  -

“Sab” firması və Gəncədəki “Halal qida”

şirkətinə  halallıq  zəmanəti  verib.

İdarənin yaratdığı komissiya üzvləri 1-

2 aydan bir həmin şirkətlərdə vəziyyəti

yoxlayır,  orda  hazırlanan  məhsulları

mütəmadi  olaraq  laborator  analizdən

keçirirlər.  “Bu  şirkətlər  müsəlman

ölkələrindən  alınan  ətlərdən  məhsul

hazırlayırlar.  Yəni  ətin  halal  qaydada

kəsildiyinə zəmanət var. Elə iş görmək

istəyirik ki, aldanmayaq və insanları da

aldatmayaq. Yoxsa Qiyamət günündə

buna görə cavab verməli olacağıq”.

HALAL-HARAM MƏSƏLƏSİNƏ

DİNİ İDARƏ BAXIR

Halallıq zəmanətini QMİ-nin verməs-

inə  gəlincə,  Hacı  Mirəziz  bunu  daha

məntiqli  sayır.  Onun  fikrincə,  dinin

dövlətdən ayrı olduğu Azərbaycanda bu

işi  məhz  dini  qurum  həyata  keçirmə-

lidir:“Halal-haram işinə dini idarə baxır.

Dövlət haram-halal işinə baxacaqdısa,

gərək  dövlət  idarəsi  ruhaniyyətdə

olardı.  Bu  işə  məsul  olan  dövlət

idarələri  yalnız  tibbi  tərəfinə  nəzarət

edə bilər”.



AZƏRBAYCAN BEYNƏLXALQ

STANDARTI GÖZLƏYİR

“Nəinki Azərbaycanda, ümumiyyətlə,

hələlik Halal adında beynəlxalq standart

da 


yoxdur”. 

Standartlaşdırma,

Metrologiya  və  Patent  üzrə  Dövlət

Komitəsinin mətbuat katibi Fazil Talıbov

belə deyir. Onun sözlərinə görə, Azər-

baycan  halal  standartı  tətbiq  etmək

üçün İslam Konfransı Təşkilatının (İKT)

qərarını gözləyir:

“İKT-də  halal  standart  layihəsi

hazırdır.  Burda  yalnız  bir  mübahisəli

məsələ  qalıb  –  heyvanları  elektrik

cərəyanı vasitəsilə, yoxsa əllə kəsmək?

Bu  məsələ  İKT-yə  üzv  ölkələr  yekdil

qərara gələ bilmirlər. Layihəyə heyvanın

kəsilməzdən öncə ona verilən qidalarla

əlaqəli  tələblərdən  tutmuş,  kəsən

şəxsin, alətin, müəssisənin təmizliyinə

qədər, hətta hansı avtomobildə daşın-

ması və vitrinə qoyulana qədər bütün

proses əhatə olunub”.



HALAL MƏHSUL “BLEF”DƏN

BAŞQA BİR ŞEY DEYİL

Halal standartı ilə bağlı heç bir texniki

şərt, reqlament bəlli olmadığına görə,

Komitə  bu  sahəyə  nəzarət  etmir.“Biz

mövcud digər standartlar, ərzağın təh-

lükəsizliyi ilə bağlı yoxlama keçirir və

Halal deyilən  məhsul “blef”dən başqa

bir  şey  deyil.  Axı  hansısa  kolbasaya

donuz əti vurulmaması o demək deyil

ki, o kolbasa halaldır. Kim zəmanət verir

ki,  Braziliyadan,  ya  da  Hindistandan

gətirilən dondurulmuş camış ətləri ha-

lallıqla kəsilib?”

DİNİ ORQANIN STANDART

VERMƏSİ QANUNİ DEYİL

Azad  İstehlakçı  Hüquqları  Birliyinin

sədri  Eyyub  Hüseynov  isə  indi  yalnız

Azərbaycanda  deyil,  bütün  dünyada

halal məhsullarla bağlı istehlakçıların al-

danması prosesinin getdiyini deyir: “Ən

qatı  xristian  ölkələrində,  Cənubi

Afrikanın xristian hissəsində, hətta Er-

mənistanda da halal mal nişanı ilə məh-

sul  satılır.  Azərbaycanda  “Halal”  mal

nişanı  ilə  20-yə  yaxın  mallar  var.  Bu

bazarın belə geniş spektrdə olması və

izlənmə prosesinin olmaması dindar is-

tehlakçıların aldadılması ilə nəticələnir”.

E.Hüseynov hesab edir ki, halal stan-

dartını HASSP sisteminin üzərində qur-

maq olar. Bu, malın ekoloji təmizliyini

izləyən bir sistemdir: “Əgər bura halal

izləmə sistemi də əlavə olunsa, onda

natural halal məhsul bazara çıxarmaq

mümkün ola bilər”.

AİB sədri deyir ki, halal adı altında

haram  mal  aldığını  sübut  etmək  və

məhkəməyə  müraciət  etmək  istəyən

şəxslər onların yardımından istifadə edə

bilər. Amma hələlik sırf bu məsələ ilə

bağlı  məhkəməyə  müraciət  edən  ol-

mayıb.


Fərəh Sabirqızı

AzadliqRadiosu.az saytının “İslam və demokratiya” rubrikasında

həmçinin oxuyun:

• Qurban kəsmək qaydaları

• Qəddafinin dəfni İslama uyğun idimi?

• Azərbaycanlı zəvvarların ziyarəti başlayıb

• Məscid və dövlət

• Buzdan məscid tikiləcək

• Həccə buraxmadılar, 75 min dollar kompensasiya aldı

AzadliqRadiosu.az saytında daimi rubrika:


№22 (62)      31.10.2011      Fərqli düşüncə

15

Unutmayın: Siz bu verilişləri canlı dinləyə bilmirsinizsə,

istənilən vaxt AzadliqRadiosu.az saytında onların səs

yazılışlarına qulaq asa bilərsiniz. Bu, elə də çətin deyil. 



İşdən sonra 

Can Bakı 

Xüsusi reportaj 

Qaynar xətt 

Həmyerli 

Tanınmışlar 

Şəffaflıq 

14-24 

İz 

Panorama 

Qafqaz Qovşağı 

Oxu zalı 

Hər kəsin haqqı var 

Təbriz Ekspress

AzadlıqRadiosunda 

verilişlər: 

Daimi rubrikalar

25 yaşlı maliyyəçi Cavid

Məmmədovun bildiyi

xarici dillərin sayı onu

keçir. O, 5 ildir ki, ispan,

italyan, portuqal, alman,

fransız, türk, serb, es-

peranto dillərinə hakim

olub. Azərbaycan dilini

isə 14 yaşında öyrənməyə başlayıb. Cavid Məmmədov

"14-24" verilişinə  müsahibəsində deyib:

- Tətil vaxtı idi, bekarçılıq idi, görməyə bir iş yox idi, mənim bir

dostum bir saytın adını çəkmişdi və mən o sayta girib gördüm

ki,  bu,  Moskvada  yerləşən  dillər  məktəbinin  saytıdır.  Burada

xarici dilləri öyrənənlər üçün hər cür məlumat var, pulsuzdur və

onları yükləmək olar. 20 yaşım vardı o vaxt, bu, təqribən 5 il

bundan qabaq baş vermişdi. Mən başladım ispan dilindən. Çünki

o vaxta qədər bir kitab almışdım və dili bir balaca bilirdim. İspan

dilini bir az oxudum, nə qədərsə öyrəndim, dedim ki, ispan dilinə

oxşar  portuqal  dili  də  var,  açım  onu  oxuyum.  Ondan  sonra

italyan dilinə keçdim. Sonra bütün dilləri az-maz artıq bilirdim. 

- Heç bir hazırlığa getməmisiz bu dilləri öyrənmək üçün?

- Faktiki olaraq getməmişəm. Nəzərə alsaq ki, bir çox insan heç

bir hazırlığa getmədən dilin yaxşı səviyyəyə çatdırılmasına inan-

mır, mən qərara gəldim ki, ispan dilindən ingilis dilindəki TOEFL

testinə uyğun imtahanı verim. Düzdür, bunun heç bir maliyyə,

iqtisadi nəticəsi yox idi. Ən yüksək səviyyəni seçdim və imta-

handan keçdim. 

Durna Səfərli

11 dildə danışan Cavid...

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə

göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə

daxil  olmaqla,  yaxud  MMS  kimi  mobil  telefondan  yollaya

bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30, 

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



Simsiz teleqraf

Bakıda analoqu olmayan keçid

Avrozona liderləri Yunanıstanı və bununla da avronu xilas et-

dilər. Yunanıstanın borcunun 50 faizi bağışlandı. Son aylar dil-

lərdən düşməyən bu borc problemini “Reuters” orijinal şəkildə

işıqlandırmaq qərarına gəlib.

“Reuters”  Avropa  ölkələrindəki  müxbirlərinə  tapşırıb  ki,  o

olkələrin  mediasında  bu  mövzuda  hansı  lətifələr  dolaşır?

Agentliyin müxtəlif ölkələrdən topladığı lətifələri diqqətinizə

təqdim edirik.

YUNANISTAN İŞGÜZARLIĞI

- Yunanıstan niyə Beynəlxalq Valyuta Fondundan son

tranşı, pulu ala bilmədi?

- Çünki bunun üçün ərizə formasını doldurmaq lazımdır, Yu-

nanıstanda heç kim bu qədər çox işləyə bilmir.

"HAMAMPULUNU" KİM VERƏCƏK?

Yunan, irlandiylı və portuqaliyalı bara gedib içki sifariş verirlər.

Barmen soruşur ki,  pulunu kim verəcək?  Cavab verirlər ki -

alman.


TAKSİPULU

“Avropa  liderlərinin  iclasından  sonra  İtaliyanın  baş  naziri

Berluskoni adəti üzrə gecə klubuna tələsir. Berluskoni o biri

Avropa liderlərini də dəvət edir.

Yunanıstanın  baş  naziri  Papandreu  imtina  edir.  Berluskoni

deyir ki, “içki pulunu mən verəcəm, gedək.” Papandreu cavab

verir ki, bəs geri qayıtmağa taksipulunu?"

Elxan Nəsibli

Avropada Yunanıstan

lətifələri

Cavid Məmmədov




Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə