Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh


№22 (62)      31.10.2011      Fərqli düşüncə



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

8

A

zərbaycan BMT Təhlükəsizlik

Şurasının üzvlük səsver-

məsində əsas rəqibi Sloveniyanı 40

səs geridə qoyub və Şuraya ikiillik

qeyri-daimi üzv seçilib. Vaşinq-

tonda Beynəlxalq Strateji Araşdır-

malar Mərkəzinin eksperti Bülənt

Əlirza bununla bağlı suallarımızı

cavablandırır.

-    Müstəqilliyin  20-ci  ilində  Azərbay-

canın  BMT  Təhlükəsizlik  Şurasına  üzv

seçilməsi  iftixarvericidir.  Bu,  Azərbay-

canın  beynəlxalq  səviyyədə  nüfuzunu

qaldıracaq.  Adətən  qonşularıyla  ciddi

problemləri olan ölkələr kənarda qalırlar.

Həm də  seçilmək üçün ciddi lobbiçilik et-

məyə  ehtiyac  var.  Bu  baxımdan  ciddi

uğurdur, amma o qədər də şişirtməmək

lazımdır, çünki çətinliklər də çox olacaq. 

-  Bu  postda  olmaq  Azərbaycana

hansı üstünlükləri verəcək?

-  Qeyri-daimi  üzvlər  Təhlükəsizlik

Şurasındakı müzakirələr zamanı istədik-

ləri vaxt  söz alıb çıxış edə bilərlər. Qeyri-

daimi  üzv  olmayanlar  isə  çıxış  etmək

üçün  sədrə  müraciət  edib  müəyyən

prosedur keçməlidirlər. İndi Azərbaycan

istədiyi mövzuya istədiyi vaxt münasibət

bildirə biləcək.

Bundan başqa, qeyri-daimi üzvlər də

daxil olmaqla 15 üzv ölkənin hər biri ro-

tasiya qaydasında bir ay müddətinə Şu-

raya  sədrlik  edir.  Sədr  ölkə  toplantının

gündəliyini  müəyyən  edir,  kimin  çıxış

edəcəyi barədə qərar verir. Bu baxımdan

Azərbaycanın nüfuzu daha da artacaq. 

- Səsvermədə iştirak yəqin ki, Azərbay-

canı    həm  də  ölkələr  arasında  seçim

etmək və bu ölkələrlə sonrakı münasi-

bətlər baxımından çətinliyə salacaq...

- Əlbəttə, belədir. İndiyə qədər Azər-

baycan  həmişə  həm  İsraillə,  həm  də

Fələstinlə yaxşı münasibət saxlayıb. Yaxın

günlərdə BMT-də Fələstinin dövlət kimi

tanınması məsələsi gündəmə gələcək. Bu

zaman Azərbaycan seçim qarşısında ola-

caq, o, mövqeyini bildirməlidir.

Ümumiyyətlə,  Azərbaycan  əvvəllər

neytral qaldığı məsələlərdə  indi mövqe

bildirməli olacaq, bu da onun üçün bəzən

mənfi, bəzən də müsbət nəticələnə bilər.

Nəticədə Azərbaycan diplomatiyası həm

çətin günlər yaşayacaq, həm də daha da

aktivləşəcək.

Məsələn,  keçən  il  İran  məsələsi

gündəmə  gəlmişdi  və  ABŞ  Türkiyənin

İrana yeni embarqo qoyulması ilə bağlı

təklifi  dəstəkləməsini  istəmişdi,  amma

Türkiyə buna razı olmamışdı. Bu da ABŞ-

Türkiyə münasibətlərinə mənfi təsir et-

mişdi. Buna bənzər bir vəziyyət də qarşı-

dakı  iki  ildə  Azərbaycan  üçün  yarana

bilər.  

- Bu üzvlük Dağlıq Qarabağ mü-

naqişəsinin həllinə hansısa bir təsir

edə bilərmi?

- Ciddi bir təsirin olacağına inanmıram.

Çünki bu münaqişənin həllinə daha çox

Rusiya  və  ABŞ  təsir  edə  bilir.  Amma

dediyim kimi, Azərbaycanın sədrlik müd-

dətində  müzakirələrin  gündəminə  təsir

etmək  imkanı  var  və  ümumiyyətlə,  bu

üzvlük onun beynəlxalq nüfuzunu artıra-

caq.

-  Bu  üzvlük  Azərbaycanda

demokratik islahatlara hansısa təsir

göstərə bilərmi?

- İndiyə qədərki təcrübə göstərib ki,

qeyri-daimi üzvlərə demokratiya ilə bağlı

heç  bir  təzyiq  edilmir.  Onlar  bu  posta

qeyri-demokratik gəlib, qeyri-demokratik

gediblər. Amma bu üzvlük Azərbaycanın

daxili  siyasətini  beynəlxalq  gündəmə

gətirəcək, beynəlxalq medianın diqqətini

bu ölkəyə yönəldəcək. Bu da xüsusilə də

Ərəb baharından sonra Azərbaycandakı

demokratik qüvvələri həvəsləndirə bilər.

Ülviyyə Əsədzadə

İlham Əliyev 9

ayın iqtisadi

göstəricilərini

açıqlayıb

A

zərbaycan prezidentinin sə-

drliyi ilə Nazirlər Kabinetinin

2011-ci ilin 9 ayının sosial-iqti-

sadi inkişafının yekunlarına həsr

olunan iclası keçirilib. İlham

Əliyev deyib ki, bu ilin 9 ayında

kənd təsərrüfatı istehsalı 7,6 faiz

artıb. Bu dövrdə Azərbaycanın

valyuta ehtiyatları 11 milyard

dollar artaraq 40 milyard dolları

ötüb. İ.Əliyev bildirib ki, ünvanlı

sosial yardım proqramının icrası

113 min ailəni əhatə edir, bu

təbəqədən olan hər ailəyə orta

hesabla 130 dollar yardım verilir.

Dövlət başçısı deyib ki, hazırda işsiz-

lik  5,5  faizdir.  Son  9  ayda  ölkədə  74

min yeni iş yeri açılıb ki, onlardan 50

mini  daimidir.  Bununla  da  son  8  ildə

Azərbaycanda açılan iş yerlərinin sayı

950 minə çatıb. İlham Əliyev bildirib ki,

makroiqtisadi 

sabitlik 

qorunub


saxlanılacaq.

“Bu  il  əhalinin  pul  gəlirləri  19  faiz

artıb  və  bu  gəlirlər  inflyasiyanı  2

dəfədən çox üstələyib”. Dövlət başçısı

yaxın vaxtlarda Milli Məclisdə müzakirə

ediləcək gələn ilin dövlət büdcəsinin in-

vestisiya  və  sosialyönümlü  olmasının

vacibliyini qeyd edib: 

“Gələn il dövlət

büdcəsinin xərcləri 22 milyard dollar,

icmal  büdcə  isə  25  milyard  dollar

səviyyəsində olacaq”.



APA

Təhlükəsizlik Şurasına üzvlük

Azərbaycana nə verəcək?

Ən aktual, ən qaynar müzakirələr həftənin hər iş günü

AzadlıqRadiosunun  efirində.  Saat  17-dən  19-dək.

AzadliqRadiosu.az saytından  verilişə  canlı  da  baxa

bilərsiniz. Verilişlərin səs arxivinə AzadliqRadiosu.az

saytında sonradan da qulaq asa bilərsiniz. 

Veriliş zamanı suallarınızı verin:

SMS: (+994 50 744 10 17)

Telefon: 436 – 77 - 41

Elektron ünvan: efir@azadliqradiosu.az

Bülənt Əlirza




Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə