Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh


№22 (62)      31.10.2011      Fərqli düşüncə



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

6

Evə qayıtmayan uşaqlar

«Bu saat mən polisdən gəlirəm.

Uşağın şəkillərini verdim. Söz veri-

blər ki, yaxın vaxtlarda tapacaqlar.

Bu uşaq 3 bacının bir qardaşıdır».

Bakı sakini Sahib Babayevin 15

yaşlı oğlu oktyabrın 20-də evdən

çıxıb və neçə gündür ki, onun

harada olması ilə bağlı xəbər yox-

dur. Atası bununla bağlı oktyabrın

24-də polisə müraciət edib.

Hazırda o, axtarışdadır.

«BU MƏLUMATLAR DAXİLİ

İSTİFADƏ ÜÇÜNDÜR»

Azərbaycanda il ərzində nə qədər uşaq

itir?  Onların  neçəsi  tapılır?  Tapılmayan

uşaqların aqibəti necə olur? Daxili İşlər

Nazirliyi  mətbuat  xidmətinin  əməkdaşı

Orxan  Mansurzadə  deyir  ki,  bu  tip

məlumatların  ictimaiyyətə  açıqlanması

qanunla qadağandır: 

« Belə məlumatlar

yalnız daxili istifadə üçün nəzərdə tutul-

duğundan açıqlanmır».

DÖVLƏT QURUMUNUN PROFİLİ

Azərbaycanda  uşaq  hüquqlarının

qorunmasını  həyata  keçirən  dövlət  qu-

rumu  Ailə,  Qadın  və  Uşaq  Problemləri

üzrə Dövlət Komitəsidir. Komitənin sektor

müdiri Lətafət Tağızadə deyir ki, onlara,

ümumiyyətlə, itkin düşən uşaqlarla bağlı

müraciət  daxil  olmayıb.  Bu  sahənin

araşdırılması  isə  onların  profilinə  aid

deyil: 


«Uşaqların  itməsi  kriminaldır,  bu

sahənin  bizim  komitəyə  aidiyyəti  yox-

dur».

İnsan Haqları üzrə Müvəkkil Elmira Sü-



leymanova  da  Azərbaycanda  itən

uşaqlarla  bağlı  onlarda  hər  hansı

məlumatın olmadığını deyir.

O UŞAQLARIN BƏZİLƏRİ SANKİ

YOXA ÇIXIR…

Uşaq Hüquqları üzrə Azərbaycan QHT

Alyansının milli koordinatoru Nabil Seyi-

dov isə uşaqların itməsinə dair məlumat-

ların ictimaiyyətə açıqlanması və ictimai

təşkilatlarla əməkdaşlıq edilməsini zəruri

sayır:  «Statistika  ilə  bağlı  məlumata,

təəssüf ki, bizim də çıxışımız azdır. Amma

2010-cu  ilin  yanvar  ayında  DİN

tərəfindən  qeyd  olunmuşdur  ki,  təkcə

Bakı şəhərində 47 uşaq itib, onlardan 41-

i  tapılıb,  6-nın  isə  həmin  dövrdə  taleyi

məlum deyil. Bundan başqa, bizim təşki-

lat  son  6-7  ay  ərzində  parklarda,

zirzəmilərdə, vağzallarda küçə uşaqları ilə

bağlı  reydlər  keçirir.  Lakin  bir  müddət

sonra o uşaqların bəziləri sanki yoxa çıxır,

onlar  barədə  məlumatlar  əldə  edə

bilmirik. Xüsusilə də bu uşaqlar heç bir

yerdə  qeydiyyata  alınmırlar.  Həmin

uşaqlar insan alveri qurbanına çevrilməsi,

orqanların transplantasiyası, cinayətlərə

cəlb olunma baxımından çox böyük risk

altındadırlar».

Nabil Seyidov dövlət uşaq müdafiə sis-

temini təkmilləşdirməyə, uşaq hüquqları

və  onların  müdafiəsini  həyata  keçirən

dövlət qurumlarını nəticəni yox, səbəbi

aradan qaldırmağa çağırır. O, təklif edir

ki, bütün - quru, hava, su sərhəd-keçid

məntəqələrində  uşaqların  şəkilləri  çək-

ilsin, çıxan uşaqların qayıdıb-qayıtmaması

haqda  məlumatlar  toplansın,  uşaqlar

sərhədi hər iki valideynin notariusla təs-

diqlənən icazəsi ilə keçsinlər. Nabil Seyi-

dov  deyir  ki,  azyaşlılarla  işləyən

komissiyaların, polis-uşaq inspektorlarının

fəaliyyətini gücləndirməsinə ehtiyac var.



Nüşabə Fətullayeva

Bakıda dilənçi uşaqlar



«Heydər Əliyevi çox istədiyim

üçün YAP üzvüyəm»

Aktrisa Firəngiz Mütəllimovanın

AzadlıqRadiosuna müsahibə verib.

Söhbətin bir hissəsini təqdim

edirik.

-  Firəngiz  xanım,  bəzi  sənət

adamları siyasətə də meyil göstərir-

lər. Sizin belə bir meyiliniz yoxdur?  

-  Yox,  yox.  Sadəcə  olaraq,  Heydər

Əliyevi çox istədiyim, ondan da sənətimə

diqqət  gördüyüm  üçün  onun  yaratdığı

Yeni  Azərbaycan  Partiyasının  üzvüyəm.

Ancaq dövlət tədbirlərində iştirak edirəm.

Dövlətin  teatrında  çalışıram.  Mənim

siyasətim teatrda rolumu düzgün oyna-

mağımdır. 

- YAP-ın hansı rayon təşkilatının

üzvüsünüz? 

- Bakının Yasamal rayonunun.



- Bir vətəndaş kimi ürəyinizdən

keçirmi ki, hansısa sosial problemi

YAP-ın  Yasamal  rayon  şöbəsinin

iclasında qaldırasınız? 

-  Açığı  düşünmürəm.  Son  bir  ildə

sağlamlığımla  məşğulam.  Səhhətimdə

problemlərim var, hələ ki, özümləyəm.



SADƏCƏ, SƏNƏTKARA DİQQƏT

-  Firəngiz  xanım,  bu  günlərdə

Müsavat Partiyasının 100 illiyi qeyd

olundu, geniş səviyyədə keçirilməs-

inə şərait yaradılmadı, siz izləmədiz

bu prosesi? 

- Yox, mən siyasətə qarışmıram. Hər

halda ağır əməliyyat keçirəndə gözümü

açıb başımın üstündə iqtidarı görmüşəm.

Müxalifət mənə heç nə etməyib. 

-  Siz  müxalifətdən  nəsə  umur-

suzmu?

- Yox, o da azərbaycanlıdır, mən də.

Məsəl  üçün  dedim,  mən  heç  nəyə

qarışmıram,  başımı  aşağı  salıb  işimi

görürəm.  Aktyorun  işi  səhnədə  roluyla

sözünü deməkdir.



- Sizcə, müxalifət nə etməlidir ki,

onu etmir? 

-  Heç  nə.  Sadəcə,  sənətkara  qarşı

diqqətli olmalıdır, elə hamıda bizə qarşı

diqqət olmalıdır. 



Aktrisa ilə geniş və maraqlı

müsahibəni dinləmək üçün

AzadliqRadiosu.az saytına 

daxil olun.

Aktrisa Firəngiz Mütəllimova




Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə