Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

 
36 
olaraq  filiz  minerallarının  formasından  və  qeyri-filiz  mineralları  ilə 
qarşılıqlı  nisbətindən  asılıdır.  Dənələrin  ölçüləri  onun  formasına 
nisbətən  az  təsir  etməsinə  baxmayaraq,  eyni  tərkibli,  eyni  formalı 
dənələri  olan  süxurlarda  müqavimətin  nəzərə  çarpacaq  dəyişməsi 
müşahidə olunur. 
 
        
            
 
                               
Şəkil 6
. Doyma əmsalının P
h
 su ilə doyma əmsalından k
s
 asıllığı 
1,2  və  3-qumdaşlı  gilli;  uyğun  olaraq  hidrofilli,  zəif  qidrofilli    və 
hidrofilli süxurlar; 4-karbonatlı süxurlar (Arçiyə görə). 
vimətə  malikdir,  çünki  bunun  daxilində  olan  dispersion  sular  neftlə  tam 
təcrid olunub, praktiki olaraq elektrik keçiriciliyində iştirak etmir. 
 
Təsəvvür  edək  ki,  süxur  kiçik  müqavimətli  mineral  dənəciklərdən 
əmələ gəlmişdir və keçiriciliyi pis olan aşqar tam yox dərəcəsindədir. 
Onda  mineral  dənələrin  böyüklüyü,  kiçikliyi,  bunlar  arasında 
əlaqənin  xüsusiyyəti  təxminən  eyni  olacaqdır  və  müqavimətin 
qiymətində  nəzərə  çarpacaq  dərəcədə  müşahidə  olunmayacaq. 
Həqiqətdə isə filizli süxurlar kiçik müqavimətli minerallarla bərabər, 


 
37 
böyük  müqavimətli,  pis  keçirici  minerallar  olur,  bunlar  keçirici 
mineralları  hər  tərəfdən  əhatə  edərək  keçirici  minerallar  arasında 
yaxşı təmasın olmasına maneçilik törədir və süxurların keçiriciliyini 
pisləşdirir. Təyin edilib ki, dənələr nə qədər böyük olsa, eyni şəraitdə 
müqavimət bir o qədər böyük olacaqdır. 
Süxurun  xüsusi  müqavimətinin  mineralın  hissəciklərinin 
ölçülərindən asılılığı çökmə süxur komplekslərində özünü daha aydın 
göstərir.  Yuxarıda  göstərilmişdir  ki,  az  zənginlikli  su  ilə 
doydurulmuş kiçik dənəcikli süxurlarda müqavimət eyni şəraitdə orta 
və böyük dənəli süxurların müqavimətindən kiçik olur. 
Çox minerallaşmış su ilə doymuş süxurlarda da əksinə asılılıq 
müşahidə  olunur.  Çökmə  süxurlarda  dənələrin  ölçüsünün 
müqavimətə təsiri onunla əlaqədardır ki, aqreqatda dənələr nə qədər 
kiçik olsa, cərəyan keçirici kanalın girintili-çıxıntılığı (əyri-üyrülüyü) 
artır və süxurun müqaviməti böyük olur. 
Qeyri-filiz süxurlarda xüsusi müqavimət təkcə mineralın ölçü-
sündən yox, eyni zamanda forma və yerləşməsindən asılıdır. Mineral 
dənələrin  uzunsov  yaxud  yastı  olması  və  uyğun  olaraq  yerləşməsi 
tekstura  yaradır.  Layların  uzanma  və  eninə  müqavimətinin  təyin 
edilməsi üçün aşağıdakı formuldan istifadə olunur. 
1
ν
ρ
νρ
ρ
ρ
νρ
ρ
ρ
1)

ρ
s
p
n
p
s
s
p
t





 
burada 

p
–pis  keçirici  layın  xüsusi  müqavimətidir, 

s
-yaxşı 
keçirici  layın  xüsusi  müqavimətidir, 

-vahid  həcmdə  layın  ümumi 
qalınlığının  müqavimətinin 

p
  layın  qalınlığının  müqavimətinə 
nisbətinə bərabərdir. 
Müqavimətin  anizatropiyası 

  əmsalı  ilə  işarə  olunur  və 
aşağıdakı düsturla təyin edilir: 
s
p
2
2
s
p
t
n
ρ
ρ
1)

)
ρ

ν
1
ρ
ρ
λ





 
Layın xüsusi müqaviməti layın eni istiqamətində həmişə layın 
uzanma  istiqamətinə  nisbətən  böyük  olur.  Təcrübə  göstərir  ki,  bu 


 
38 
fərq  anizatropiyanı  yaradan  qatlar  bir-birindən  çox  fərqlənsin. 
Göstərmək  lazımdır  ki,  təbəqəli  süxurlarda 

-nın  temperaturdan 
asılılığı müşahidə olunur. 
Süxurların  kollektor  xassələri  təkcə  açıq    məsaməliklə  yox, 
eyni zamanda az açıq olan kiçik çatlarla təyin olunur. Buna görə də 
çatlı  süxurların  xüsusi  müqavimətini  müxtəlif  istiqamətlərdə 
öyrənmək böyük təcrübi əhəmiyyətə malikdir. 
 Elektrik  müqavimətinin  süxurların  başqa  fiziki  xassələri 
ilə  əlaqəsi.  Süxurların  elektrik  xassəsinin  onun  maqnit  elastiklik 
xassəsi  ilə  əlaqəsi  böyük  praktiki  və  elmi  əhəmiyyət  kəsb  edir. 
Məlumdur  ki,  bu  parametrlər  iki  geofiziki  maqnit  və  seysmik 
kəşfiyyat  üsullarının  əsasını  təşkil  edir.  Çöl  praktiki  işlərində 
göstərilən  üsullardan  alınan  nəticələrin  düzlüyünü  çox  hallarda 
kompleks  təhlil  ilə  yoxlayırlar.  Buna  görə  də  süxurların  fiziki 
xassələri  arasında  olan  əlaqə  nəzərə  çarpacaq  dərəcədə  çöl 
materiallarıın  təhlilinin  keyfiyyətini  artıra  bilər.  Bundan  başqa 
elektrik  karotac  işləri  seysmik  karotac  işlərinə  nisbətən  böyük 
həcmdə aparıldığından, bəzi hallarda süxurun elastik xassəsini təyin 
etmək  üçün  elektrik  ölçmələrinin  materiallarından  istifadə  edilməli 
olur.  Şəkildə  alevrolit  və  qum  daşları  üçün  bu  asılılığı  göstərən 
təcrübənin  nəticələri  verilmişdir  Şəkil  7,8).  Qumdaşlı  gilli  süxurlar 
üçün  məsaməlik  əmsalı  ilə  sıxlıq  arasında  düz  mütənasibli  asılılıq 
alınmışdır. 


 
39 
                               
 
Şəkil  7
.  Qumdaşları  və  alerolitli  süxurların  nisbi  müqavimətlər  ilə 
həmin süxurlarda elastiki dalğaların yayılma sürətləri arasında asılılıq. 
                           
 
Şəkil  8. 
Başqırdıstan  və  Tatarıstan  docivetski  çökmə  qumdaşlı-gilli 
süxurlarında məsaməlilik əmsalının P
m   
süxurun sıxlığından asıllığı. 
 
Sıxlıq artdıqca bu süxurlarda məsaməlilik parametrinin artması müş 
ahidə olunur. 
Yazılanlardan  görünür  ki,  süxurun  elektrik  müqavimətinin 
onun  sıxlığı  və  mexaniki  xassələri  arasında  korrelyasiya  əlaqəsinin 
ilkin  inkişaf  mərhələsində  olduğunu  görürük,  ancaq  müqavimətlə 
maqnit sahəsi arasında olan əlaqədən bizə heç nə məlum deyil. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə