Xələfli A. A


Temperaturun  süxurun  elektrik  müqavimətinə  təsiri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

 
40 
 Temperaturun  süxurun  elektrik  müqavimətinə  təsiri. 
Süxurların  temperatur  şəraitində  olma  diapazonu  yüz  dərəcələrlə 
hesablanır.  Şimal  qütbdə  daim  buzlaşmış  süxurlarda  temperatur 
mənfi 40

C-yə çatır. 
Yer qabığının sərhədində və mantiyada isə 700

C-dir. Elektrik 
kəşfiyyatından istifadə edərək donmuş sahələrin ərazisinin sərhədini 
çəkmək,  onun  qalınlığını  və  kəsilişlərdə  donmuş  süxurların  (-
40

C+20

C)  öyrənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Mədən 
geofizikasını  böyük  temperaturlar  maraqlandırır.  Böyük  dərinliklər 
üçün  elektrik  zondlaşmanın  nəticələrini  təhlil  etmək  üçün  süxur  və 
mineralların  müqavimətinin  temperaturdan  asılılığı  1500-yə  qədər 
maraq kəsb edir. 
Biotitli  qranitlərin,  porfiritlərin,  diabaz  və  müxtəlif 
qumdaşlarını  -20

-dən  +20

C  arasında  tədqiqi  zamanı  temperaturun 
artması ilə 20

-10

-8

 müqavimətin azca dəyişməsi müşahidə olunur, 
sonra  kəskin  temperaturun  artması  ilə  müqavimətin  azalma  oblastı 
müşahidə  olunur.  Bu  kəskin  azalma  bunun  faza  keçidindən  asılıdır. 
Bu  oblastın  hüdudu  müxtəlif  süxurlar  üçün  müxtəlifdir  və  süxuru 
doyuran  məhlulun  minerallaşma  zənginliyindən  asılıdır  (Şəkil  9). 
Eyni  şəraitə  süxurun  məsamələrində  olan  sularda  minerallaşmanın 
zənginliyi  artdıqca  faza  keçid  temperaturu  azalır  və  temperatur 
azaldıqca müqavimətin azalması yavaşıyır. 
 
Şəkil 
9.  0,1%  nəmlikli  və  0,001%  NaCl  duzu  ilə  zənginləşən  məhlulla 
doymuş  biotitli  qranit  süxurunun  xüsusi  müqavimətinin  temperaturdan 
asılılığı. 


 
41 
Temperaturun  0-dan  yuxarı  qiymətində  yenidən  müqavimətin 
temperaturdan  asılı  olaraq  yavaş-yavaş  dəyişməsi  baş  verir. 
Süxurların  tərkibində  su  iki  formada  olur,  biri  kristal  formasında 
bağlı  (istiqamətli)  i  sərbəst  sudur.  Bağlı  sular  iri  parçalı  süxurlarda 
pesok,  qrafitdə  olmurlar,  olsa  da  çox  cüzi  halda.  Ona  görə  də  faza 
keçidi  0

  temperaturya  yaxın  halda  müşahidə  olunur.  Bu  süxurlar 
üçün müqavimətin temperaturdan asılı olaraq dəyişməsi 0

-də kəskin 
dəyişməsi  ilə  fərqlənir.  Kiçik  parçalı  süxurlarda  hissəciklər  böyük 
xüsusi  səthə  malik  olduqları  üçün  bağlı  suyun  miqdarıda  çox  olur. 
Bununla əlaqədar olaraq bu süxurlarda faza keçidi 0

-dən aşağıda baş 
verir. Çünki 0

-dən aşağıda sərbəst su, bundan sonra elektrolitin zəif 
bağlı  olan  hissəsi  buza  çevrilir.  Bu  proseslər  nəticəsində 

/


nisbəti  kiçik  parçalı  süxurlarda  iri  parçalı  süxurlara  nisbətən  zəif 
dəyişir. Bundan başqa aşağı temperaturlarda kiçik parçalı süxurlarda 
buzun  az  olması  hesabına  müqavimət  böyük  parçalı  süxurlara 
nisbətən  az  olur.  Donmuş  süxurlarda  müqavimətin  mütləq  qiyməti 
süxurun  tərkibində  nəmliyin  dərəcəsindən  kəskin  asılıdır.  Müsbət 
temperatur  sahəsində  süxurun  tərkibində  nəmliyin  artması  ilə 
müqavimətin  azalması  müşahidə  olunur.  Donmuş  süxurlarda  bunun 
əksi  müşahidə  olunur,  yəni  nəmlik  artdıqca  müqavimət  artır.  Şəkil 
10-da nəmliyin 
                         
 
Şəkil 10
. Müxtəlif nəmlikli donmuş suqlinkin xüsusi  


 
42 
               müqavimətinin temperaturdan asılılığı. 
 mənfi  temperaturda  elektrik  keçiriciliyinə  təsir  göstərilmişdir. 
Şəkildən görünür ki, nəmlik artdıqca keçiricilik azalır. Süxurlar üçün 

=f/t  asılılığı  20

-dən  200

-ə  qədər  olan  intervalda  dəyişməsi 
nəmliyin  miqdarından  asılı  olaraq  bəzi  xüsusiyyətlərə  malikdir. 
Nəmli  süxurlarda  müqavimətin  temperaturdan  asılı  dəyişməsini  iki 
müqavimətin  cəminin  dəyişməsi  kimi  baxmaq  lazımdır.  Buna  bərk 
və  süxuru  doyuran  məhlulun  fazası  kimi  baxmaq  lazımdır. 
Temperaturun  məhlulun  müqavimətinə  təsiri  aşağıdakı  formula  ilə 
ifadə olunur 
s18
t
o
t
s18
st
ρ
ρ
)
18
(t
a
1
ρ
ρ




 

st
 -boşluqda olan suyun t

C-də xüsusi müqavimətidir; 

s18
-məhlulun 
18

C-də xüsusi müqavimətidir. 
Süxurlarda  bərk  skeletin  elektrik  keçiriciliyinin  dəyişmə 
qanunu  yarımkeçiricilərin  yaxud  dielektriklərin  keçiriciliyi  ilə  təyin 
edildiyindən aşağıdakı düsturlarla ifadə olunur 
KT
E
o
t
2KT
E
o
t
e
σ
σ
e
σ
σ


 
Bu  düsturlara  əsaslanaraq  görürük  ki,  temperatur  artdıqca 
süxurun  bərk  fazasının  elektrik  keçiriciliyinin  artmasına  səbəb  olur. 
Əgər  süxurun  tərkibində  bərk  və  maye  faanın  müəyyən  nisbətində 
müqavimətin  dəyişməsi  birinci  yaxud  ikinci  qanuna  tabe  olacaqdır. 
Əgər  süxurun  tərkibində  nəzərə  çarpmayacaq  dərəcədə  olan  nəmlik 
dəyişməz qalarsa, temperatur artdıqca 

=f(t)  asılılığı  üstünlük  təşkil 
edir,  bu  da  məhlullara  xarakterik  olan  haldır.  Əgər  temperaturun 
artması  ilə  elektrolitin  buxarlanması  gedirsə,  müqavimətin  anomal 
dəyişməsi müşahidə olunur. İlkin nəmlik süxurun tərkibində nə qədər 
çox olsa, qızma zamanı müqavimət bir o qədər böyük sürətlə artmağa 
başlayır.  Maqmatik  süxurlarda  elektrik  keçiriciliyinin  mexanizmi 
hələ  tam  öyrənilməyib.  Tədqiqatlarla  aydın  olub  ki,  süxurlarda 
keçiricilikdə ionlardan başqa elektronlar da iştirak edirlər. 
Eksperimentdən  alınan  nəticələri  analiz  etməklə  alimlər  belə 
nəticəyə gəliblər ki, olivində və olivinin strukturuna yaxın süxurlarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə