Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

 
26 
elektrik  müqavimətinin  belə  geniş  diapazonda  20  tərtibə  yaxın 
olması əsasən süxurun tərkibində olan minerallar və onun miqdarca 
nisbətindən, həmçinin elektrik xassələrindən asılıdır. 
Bütün  minerallar  müqavimətin  qiymətinə  görə  keçirici, 
yarımkeçirici  və  dielektriklərə  ayrılır.  Əksər  minerallar  nəticə 
etibarilə  anizotrop  maddədir.  Süxurların  quruluşunda  anizotropiya 
müxtəlif  fiziki  xassələr  yaradır,  bu  müxtəlif  kristallik  oxlar 
istiqamətində  elektrik  müqavimətinin  müxtəlifliyinə  gətirib  çıxarır. 
Bundan  başqa  süxurun  tərkibində  olan  nəmlik  süxurların  elektrik 
müqavimətinə,  ələlxüsus  da  çökmə  süxurlarına  nəzərə  çarpacaq 
dərəcədə təsir edir. 
Mədən  geofizikasında  təyin  olunan  xüsusi  müqavimət  adətən 
om  m-lərlə ölçülür, nəzəri və laboratoriya ölçmələrində om  s  (1 om 
m=100  om  sm)  kimi  ifadə  olunur.  Keçirici  minerallar  təbii  külçə 
şəklində  rast  gəlinir.  Geniş  yayılmışların  xüsusi  müqaviməti 
cədvəldə  verilmişdir.  Metal  və  yarımkeçiricilərdə  və  dielektriklərdə 
aşqarlar nəzərə çarpacaq dərəcədə müqavimətin qiymətinə təsir edir. 
Ən  böyük  təsiri  mineralda  kristallik  strukturun  pozulması  zamanı 
özünü  göstərir.  Külçə  metalların  elektrik  keçiriciliyi  sərbəst 
elektronlarla baş verdiyindən böyük əhəmiyyət kəsb edir. 
Yarımkeçirici  xüsusiyyətə  və  az  müqavimətə  malik  minerallar 
aşağıdakılardır: pirit, qalenit, pirrotin, nikelin, xalkopirit, bornit, orta 
və yüksək müqavimətə malik olan minerallar vismut, ilmenit, taqorit, 
sfalerit, boksit, maqnetit, volfromit, xromit və s. 
Polikristallik  elektrik  müqaviməti  kristalın  istiqamətindən,  
ölçüsündən və sıxlığından asılıdır. Xüsusilə, müqavimətin qiymətinə 
onun  sıxlığı  təsir  edir.  Polikristallik  qrafitdə  anizotropiya 
monokristallik qrafitə nisbətən zəifdir. Sintetik maqnetit kristal otaq 
temperaturunda üç istiqamətdə eyni keçiriciliyə malikdir, ancaq 170

 
müqavimətin qiyməti 

[111]
:

[100]:

[110]
=5: 3: 2. Pirit mineralında həm 
deşik,  həm  də  elektron  keçiriciliyinə  rast  gəlinir.  Üçüncü  qrup 
minerallar  böyük  müqavimətlidir,  bunlar  dielektriklərə  aiddir. 
Bunlardan  çoxu  Yer  kürəsində  süxur  əmələ  gətirən  mineral  kimi 
yayılmışdır.  Bunların  elektrik  keçiriciliyi  cədvəldə  verilmişdir.  Bu 


 
27 
qrupa  aid  olan  mineralların  elektrik  müqaviməti  geniş  hüdudda 
dəyişir. Bu onun kimyəvi tərkibindəki aşqardan və yataqdan asılıdır. 
 Süxurların  mineral  tərkibinin  elektrik  müqavimətinə 
təsiri.  Süxurların  elektrik  keçiriciliyinin  mexanizminin  müxtəlif 
amillərin  təsirinin  öyrənilməsi  böyük  zəhmət  tələb  edən  məsələlər-
dəndir.  Hal-hazırda  süxurların  müxtəlif  üsullarla  ölçülən  elektrik 
keçiriliciyinin  mineral  tərkibdən,  maye  fazanın  tərkibindən  və  onun 
elektrik keçiriciliyindən, mineral dənələrin forma və ölçülərindən və 
teksturasından asılılığı müəyyən edilmişdir. 
Süxurların  müqaviməti  hər  şeydən  əvvəl  keçirici  mühitin  süxuru 
təşkil  etməsindən,  həm  də  onun  daxilində  yerləşmiş  mineralın 
olmasından asılıdır. Bununla əlaqədar olaraq elektrik müqavimətində 
keçirici  mineralın  həcmdəki  miqdarından  asılı  olaraq  iki  xarakterik 
asılılıq  müşahidə  olunur.  3-cü  şəkildə  hər  iki  hal  göstərilir.  Şəkildə 
üst  əyri  kiçik  müqavimətə  malik  olan  birləşmənin,  aşağıdakı  isə 
böyük müqavimətə malik olan birləşmənin müqavimətini əks etdirir. 
Buradan  görünür  ki,  az  zənginliyə  malik  olan  böyük  müqavimətli 
mühitdə  keçirici  komponentin  az  olması  mühitin  ümumi 
müqavimətinin  az  dəyişməsinə  səbəb  olur.    tərəfdən  kiçik  müqavi-
mətli  keçirici  komponentin  birləşmədə  cüzi  artması  ümumi 
müqavimətin kəskin azalmasına səbəb olur. 
Əgər  kiçik  müqavimətli  aşqar  bərk  yastılaşmış  ellipsoid, 
iynəvari formada olsa mühitdə kəskin anizotropiya müşahidə olunur. 
Ən  az  müqavimət  aşqarın  ən  böyük  ölçüsü  istiqamətində  müşahidə 
olunur.  Bu  halda  keçiriciliyin  zənginliyindən  asılı  olaraq  mühitin 
elektrik  müqaviməti  müxtəlif  istiqamətlərdə  müxtəlif  olacaqdır. 
Yaxşı  keçiricilikli  sementləyici  aqreqatlarda  xüsusi  müqavimət 
aşqarın  bircinsliyindən  az  asılı  olur.  Pis  keçiricilikli  sementləyici 
mühitdə  xüsusi  müqavimət  aşqarın  bircinsliyindən  və  formasından 
çox  asılı  olur.  Uzunsov  aşqarlı  süxurların  xüsusi  müqaviməti  girdə 
formalı  aşqarlar  olan  süxurların  xüsusi  müqavimətindən  kiçik 
olacaqdır. 


 
28 
Göstərilən işlər sənaye əhəmiyyətinə malik olan filizlərin mü-
qavimətinin  süxurun  maddi  tərkibindən,  struktur  və  tekstur 
xüsusiyyətlərindən asılı olduğunu aşkar etməyə imkan verir. 
Böyük müqavimətli süxurlara maqmatik, metamorfik, bir neçə 
çökmə  süxurları  aid  etmək  olar.  Bu  süxurlar  əsasən  minerallardan, 
dielektriklərdən  və  az  miqdarda  nəmlikdən  ibarət  olur.  Mineralların 
böyük müqavimətə və az nəmliyə malik  olması  səbəbindən bu süx-
urların müqaviməti filiz və böyük miqdarda nəmliyə malik olan çök-
mə  süxurlarındna  çoxdur.  Bu  mineralların  elektrik  müqaviməti 
praktiki  olaraq  nə  mineral  tərkibdən,  nə  də  genezisdən  asılıdır.  Bu 
aşağıdakı  səbəblərdən  irəli  gəlir.  Süxur  əmələ  gətirən  mineralların 
böyük çoxluğu təxminən eyni xüsusi müqavimətə malikdir. Bununla 
əlaqədar  olaraq  çökmə  süxurlar  çox  hallarda  qneys,  kvars,  diabaz 
kimi  müqavi  mətə  malikdir.  Cüzi  miqdarda  nəmliyin  olması  böyük 
müqavimətə malik olan süxurun müqavimətini kəskin azaldır və çox 
hallarda  süxurları  müqavimətinə  görə  fərqləndirmək  çox  çətin  olur. 
Süni  yolla  nəmliyin  azaldılması  zamanı  müqavimətin  azalması 
müşahidə  olunur  (mütləq  quru).  Bunlar  turşdan  əsasiyə  və 
ultraəsasiyə keçməklə fərqlənirlər. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə