Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 
33 
 Gilli  süxurlar.  Gilli  süxurlarda  böyük  müqavimətli  minerallarla 
bərabər elektrik keçirən zeolit və gil dəstəsinə aid olan minerallar da 
vardır.  Bununla  əlaqədar  olaraq  gilli  süxurların  elektrik  keçiriciliyi 
təkcə süxurun tərkibində olan məhlulun müqavimətindən yox,  bunun 
tərkibində  olan  mineralların  miqdarından,  xarakterindən,  onun 
paylanmasından asılıdır. Gilin hissəcikləri süxurun dənələri arasında 
yerləşir,  yaxud  da  boşluğun    səthini  örtür.  Süxurun  tərkibində  gilin 
olması məsaməliliklə müqayisədə nəmliyin artmasına səbəb olur, bu 
gil  hissəciklərinin  məhlulda  ilişməsi  hesabına  baş  verir.  Süxurun 
tərkibində  gilin  nəzərə  çarpacaq  dərəcədə  olması  özünəməxsus 
spesifik  xassəyə  malik  olur.  Birinci  gil  hissəciklərinin  miqdarı 
artdıqca həcmdə nəmlik artır. İkinci süxurun müqaviməti ilə mineral 
məhlul  arasındakı  düzxətli  asılılıq  pozulur.  Məhlulun  tərkibində 
mineral  duzların  zənginliyi  gilli  süxurlarda  xüsusi  müqavimətin 
artmasına, az zənginlik isə azalmasına səbəb olur. 
Bu  qanunauyğunluğun  fiziki  xüsusiyyəti  Daxnov  tərəfindən  aşağı-
dakı kimi şərh edilmişdir. Boşluqdakı məhlulun zənginliyinin artması 
ionun  bir  hissəsinin  elektrolitdən  ikiqat  yaranan  elektrik  qatına 
keçməsidir.  İonlar  bu  qatda  böyük  elektrostatik  cazibə  qüvvəsinin 
təsiri  nəticəsində  yürüklüyünü  itirir,  bununla  da  müqavimətin 
artmasına  səbəb  olur.  Belə  ki,  süxurun  tərkibində  gil  materialı  nə 
qədər çox olsa, bir o qədər də ikiqat təbəqənin səthi  çox olur, uyğun 
olaraq    elektrik  müqaviməti  artır  (Şəkil5).  Gilli  süxurlarda 
elektrolitdə  duzun  zənginliyinin  azalması  ilə  xüsusi  müqavimətin 
azalmasına səbəb olur. Bu səthi elektrik keçiriciliyi hadisəsi ilə,  gilli 
materialların  hidrolizi  ilə  əlaqədardır.  Hidroliz  məhsulları  hesabına 
süxur əlavə keçiricilik əldə edir. Gil  hissəcikləri  çox olduqca ionlar 
da çox olur, bununla əlaqədar olaraq süxurların müqaviməti az olur. 
Elektrokinetik hadisənin nəzəriyyəsinə əsasən səthi keçiriciliyi, 
iki  qat  təbəqənin  yüksək  keçiriciliyi  ilə  əlaqələndirirlər,  təbəqənin 
qalınlığı zənginlik artdıqca azalır və onun təsiri praktiki olaraq itir.  
Gilli  materiallar  neftli-qazlı  süxurlarda  olduqda  onun  müqavi-
mətini  güclü  azaldır,  nəticədə  gilli  süxurlar  orta  yaxud  kiçik 
müqavimət əldə edir. 


 
34 
 
 
Şəkil  5
.Duz  məhlulu  ilə  doymuş  gilli  qum  daşları  süxurunun 
məsaməlilik  əmsalının  məhlulun  duzla  zənginliyindən  asıllığı.  A-qum 
daşları;  1  və  2  gilli;  3  və  4  zəif  gilli  yaxud  alevrilitli;  5  və  6  təmiz;  b 
müxtəlif gilli  alerolitlər; q-argilitlər 
 
Neftli  süxurların  elektrik  müqaviməti.  Əvvəldə  qeyd 
edilmişdir  ki,  məsamələri  mineral  məhlullarla  dolmuş  süxurların 
elektrik müqaviməti ilk yaxınlaşmada məsaməliliyin qiyməti ilə təyin 
edilir.  Ancaq  bütün  hallarda  süxurların  məsamələri  (boşluqları) 
keçirici  mayelərlə  dolu  olmur.  Torpaq  sularından  yuxarıda  yerləşən 
çökmə  süxurlar  və  qazlı  laylarda  məsamələrin  bir  hissəsi  adətən 
maye  ilə  dolur.  Neftli  laylarda  keçirici  elektrolitlərlə  yanaşı, 
məsamələr  neftlə  dolur.  Süxurun  boşluqlarında  olan  neft-qaz  yaxud 
da  hava  süxurun  müqaviməti  100%  keçirici  maye  ilə  dolmuş 
süxurların müqavimətindən nəzərə çarpacaq dərəcədə çox olacaqdır. 
Quru  süxur,  neft  və  hava  demək  olar  ki,  sonsuz  müqavimətə 
malikdir.  Süxurun  boşluğundakı  nəmlik  neft  və  hava  ilə  nə  qədər 
zəngin olsa, müqaviməti bir o qədər çox olacaqdır. Ancaq tərkibində 


 
35 
eyni  miqdarda  nəm  olan  süxurlardan  hansının  tərkibində  müxtəlif 
dərəcədə minerallaşma baş verirsə, onda müqavimət də həmin dərəcə 
fərqlənəcəkdir. 
Göstərilən amillərin təsirindən azad olmaq üçün və süxurların, 
xüsusilə  də  kollektorların  qaz  və  neftlə  doyma  dərəcəsini  müqayisə 
etmək  üçün,  məsaməlilik  parametrlərinə  analoji  olaraq  adsız 
kəmiyyət  süxurun  boş  sahəsinin  doyma  parametri  P
doyma
  daxil 
edilmişdir.  Bu  süxurun  məsaməsinin  bir  hissəsinin  neftlə  dolması 
zamanı müqavimətinin 

nd
 100% su ilə doymuş süxurun müqavimə-
tindən 

sd
 nə qədər artdığını göstərir. 
P
n
=
ρsd
ρ
nd
 
Bu parametrin qiyməti ilə süxurun neft və qazla dolma dərəcəsi 
haqda nəticə çıxarmaq olar. 
Suyun  süxurun  tərkibində  yayılma  xüsusiyyəti,  süxurun  tərkibində 
mineral  dənələrin  maye  ilə  islanma  şəraitindən  asılıdır.  Bütün 
hallarda bu mineralların səthi hidrofildir və bağlı sular bu dənələrin 
səthini  nazik  təbəqə  kimi  örtür.  Əgər  kif  mineral  dənənin  üstünü 
nazik təbəqə kimi örtürsə, bu mineralı səthi hidrofil olur. Belə halda 
su  dənələri  bir-birindən  təcrid  edir.  Bununla  əlaqədar  olaraq  eyni 
şəraitdə  doyma  parametri  bu  səbəbdən  kollektorların  hidrofob 
müqaviməti  hidrofil  müqavimətindən  nəzərə  çarpacaq  dərəcədə  çox 
olur.  Bunun  təsdiqi  şəkildəki  qrafikdə  göstərilmişdir(Şəkil  6).  Eyni 
zamanda 
sulu-neftli 
emulsiyalarla  doymuş  süxurlar  böyük 
müqavimətə  malikdir,  çünki  bunun  daxilində  olan  dispersion  sular 
neftlə  tam  təcrid  olunub,  praktiki  olaraq  elektrik  keçiriciliyində 
iştirak  etmir.  Kollektor  süxurların  elektrik  müqaviməti  terrigen 
çöküntülərin  neftliliyinin  təyinində  ən  vacib  amillərdən  biridir  və 
mədən  geofizikasında  kütləvi  üsul  kimi  süxurların  məhsuldarlığını 
müəyyən etmək üçün çox geniş istifadə olunur. 
 Elektrik 
müqavimətinin 
süxurun 
struktur 
və 
anizatropiyasından 
asılılığı. 
Müxtəlif 
süxurlarda 
struktur 
ünsürlərinin  müqavimətə  təsiri  müxtəlifdir  və  süxurun  növündən 
asılıdır.  Əvvəldə  göstərilmişdir  ki,  filizlərin  müqaviməti  başlıca 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə