Xələfli A. A


§5.  Süxurların  maye  ilə  doymasının  təsiri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 
54 
§5.  Süxurların  maye  ilə  doymasının  təsiri.  Real  şəraitdə 
süxurların  məsamələri  çox  hallarda  lay  suları  ilə  dolmuş  olur. 
Bununla  əlaqədar  olaraq  süxurun  fiziki  xassələrinin  təzyiqdən  asılı 
olaraq  dəyişməsini  öyrəndikdə  məsamələri  dolduran  mayelərin 
təsirini  nəzərə  almaq  çox  vacibdir.  Məsaməli  mühitin  elastiklik 
xüsusiyyətlərinin  təzyiqdən  asılı  olaraq  dəyişməsini  öyrənmək  üçün 
bir neçə model işlənib hazırlanmışdır. Bu modellərdən ən əhəmiyyət 
kəsb edəni möhkəm gövdəli məsaməli mühitdir, burada nəzərə alınıb 
ki,  doldurucu  maye  bərk  gövdənin  divarlarına  nisbətən  hərəkət  edə 
bilir.  Bu  halda  məsamələri  dolduran  mühitin  vəziyyətinin 
dinamikasından istifadə edilir. Əgər süxurlarda təzyiqdən aşılı olaraq 
elastiki  dalğaların  dəyişməsi  asılılığını  nəzərə  alaraq  tapmaq 
istəyiriksə,  məsaməliliyin  təzyiqdən  asılılığını  və  bəzi    xassələrini 
bilmək  lazımdır.  Bunlarlı  bilmək  üçün  təcrübələrə  müraciət  etməli 
olmalıyıq. 
 
§6. Çökmə süxurlar. Hal-hazırda məsamələri maye ilə dolmuş 
süxurlarda  böyük  təzyiq  altında  elastik  dalğaların  sürətinin 
dəyişməsinin öyrənilməsinə böyük maraq əmələ gəlmişdir (Şəkil 17). 
Şəkildə  müxtəlif  məhlullarla  doymuş  qum  daşları  nümunələrində 
uzununa dalğaların təzyiqdən asılılıq əyriləri verilmişdir. 
 


 
55 
 
Şəkil  16. 
Gilli-slyudalı  sementli  qum  daşlarında  uzununa  dalğaların 
sürətinə  xarici  p
e
,  daxili  p
i
  və  diferensial  p

-p

təzyiqlərin  təsiri.  Qırıq 
xətlərlə p

-p

qiymətləri verilmişdir (Volaroviçə görə). 
 
Quru qum daşlarından düzəlmiş nümunələrdə sürətin təzyiqdən asılı 
olaraq  nisbətən  qeyri-bərabər  artması  müşahidə  olunur.  Bu  çökmə 
süxurlarda  minerallar  müxtəlif  elastikliyə  və  yüksək  məsaməliliyə 
malikdir,  bu  məsamələr  müxtəlif  tip  olurlar:  həm  mikroçatlardan, 
həm  də  həcmi  məsamələrdən  ibarətdir.  Su  ilə  doymuş  kvars  qum 
daşlarından  olan  nümunələr  sürətin  təzyiqdən  asılı  olaraq 
dəyişməsinin  xarakteri  ilə  fərqlənir.  Əvvəlcə  0,2-0,5  kbar  təzyiqdə 
sürət  kəskin  artır,  sonra  təzyiqin  artmasına  baxmayaraq  sürətin 
dəyişməsi səlisləşir. Su ilə doymuş nümunələrdə v=f(p) əyrisilə quru 
nümunələrə  nisbətən  xeyli  hamar  görünür.  Kerosinlə  doymuş 
nümunələrdə elastik dalğaların sürətinin təzyiqdən asılılıq əyrisi səlis 
müşayiət  olunur  və  sürətin  təzyiqdən  asılı  olaraq  dəyişməsi  əvvəlki 
haldan  kiçikdir.  Təbii  şəraitdə  böyük  dərinliklərdə  süxura  hərtərəfli 
təzyiqdən  başqa  məsamələri  dolduran  mayenin  daxili  təzyiqi  təsir 
edir. Səmərəli təzyiq bu təzyiqlərin fərqi kimi göstərilir. 
P
ef.
=P
x
-nP
i
 
P

-  xarıcı  təzyiq,  P
i
  -  daxili  təzyiq,  n-  təzyiqi  azaltma 
əmsalıdır.  Bu  ölçü  vahidi  olmayan  (adsız)  kəmiyyət  süxurun 
gövdəsinin  həcminin  hərtərəfli  və  daxili  təzyiqdən  asılı  olaraq 
dəyişməsini göstərir. 
Qum  daşlarında  uzununa  dalğaların  sürətinin  xarici,  daxili  və 
diferensial  (n=1)  təzyiqdən  asılı  olaraq  dəyişməsi  17  ci  şəkildə 
göstərilmişdir.  Şəkildən  görünür  ki,  sürətə  təsir  edən  əsas  təzyiq 
diferensial təzyiqdir. 
Sabit diferensial təzyiqdə sürətin dəyişməsi daxili təzyiqin azca 
dəyişməsi  ilə  müşahidə  olunur,  onun  artması  ilə  sürətin  dəyişməsi 
azalır.  Ancaq  böyük  dərinliklərdə  ayrı-ayrı  süxur  laylarına  maye 
doldurucuları  ilə  birlikdə  bağlı  sistem  kimi  baxmaq  olar.  Bununla 
əlaqədar olaraq xarici təzyiqlə əlaqəsi olmayan süxurun boşluqlarını 
dolduran  mayenin  təzyiqinin  dəyişməsi  ilə  sürətin  dəyişməsinin 


 
56 
xarakteristik  xüsusiyyətini  müəyyən  etmək  çox  vacib  məsələlərdən 
biridir.  Sürətin  böyük  qiyməti  süxurlar  kerosinlə  doymuş  olduqda 
müşahidə olunur. Atmosfer şəraitində bu fərq 0,8 km/san bərabərdir, 
təzyiq artdıqca bu fərq azalır. Böyük məsaməli süxurlarda bu qanuna 
uyğunluq özünü doğrultmur. Məsələn, Azərbaycandakı alevrolitlərdə 
məsaməlilik  13%  təşkil  edir,  quru  və  maye  ilə  doydurulmuş 
nümunələrdə  sürətlər  fərqi  bütün  təzyiq  intervalında  eynidir  (Şəkil 
17a obr 836). 
Çökmə  süxurlardan  düzəlmiş  nümunələrdə  kerosinlə 
doydurduqda  həmişə  uzununa  dalğaların  sürəti  artır.  Belə  halda 
sürətin təzyiqdən asılı olaraq dəyişməsi quru nümunələrə nisbətən az 
olur.  Çünki  kerosin  məsamələrə  asanlıqla  dolur,  boş  yer  qalmır, 
kerosin  yaxşı  isladıcı  olduğuna  görədir.  Bununla  yanaşı, 
karbohidrogenlər polyarizasiya olmadığından nümunənin maddəsi ilə 
qarşılıqlı təsirdə olmur, neytral qalır. Bərk cism – maye sistemi; bərk 
cism – qaz sisteminə nisbətən böyük elastikliyə malik olur. Atmosfer 
təzyiqində suyun kerosinə nisbətən böyük elastikliyə malik olmasına 
baxmayaraq,  su  ilə  dolmuş  nümunələrdə  sürətin  az  olması  ilə 
səciyyənövir. Müşahidə olunub ki, su bütün məsamələrə girə bilmir. 
Səmərəli  məsaməliliyin  qiyməti  kerosinlə  doymuş  nümunələrdə  su 
ilə  doymuşa  nisbətən  böyük  olur.  Təzyiqin  artması  ilə  məsamələrin 
hamısı  su  ilə  tam  dolur.  Bu  andan  sonra  sürət  su  ilə  doymuş 
nümunələrdə  kerosinlə  doymuş  nümunələrə  nisbətən  çox  olmağa 
başlayır 


 
57 
 
Şəkil 17. Azərbaycan ərazisindən götürülən nümunələrdə uzununa dalğaların 
sürətinin təzyiqdən asıllığı. A-alevrolit 836, əhəng daşı 848, b-əhəng daşı 695 
və gil 832. 
 Bu  ancaq  məsamələrin  strukturun  və  xarakterindən  asılı  olacaq. 
Çünki  kerosin  yaxşı  isladıcı  olduğuna  görə  çox  kiçik  kapillyarlara 
girmə  qabiliyyətinə  malikdir  və  buna  görə  də  nümunədə  ümumi 
həcmin  doyma  dərəcəsi  kerosin  üçün  daha  çoxdur,  nəinki  su  üçün. 
Şəkildən görünür ki, v=f(p) əyrisi bütün təzyiqlərdə kerosinlə dolmuş 
nümunələrdə su ilə dolmuş nümunələrə nisbətən yuxarıdır. 
Çox hallarda su nümunənin maddəsi ilə qarşılıqlı təsirdə olur. 
Gili yaxud gilli  qum daşlarını su ilə doydurduqda nümunə yumşalır, 
şişir. Bəzi hallarda isə tam dağılır. Belə olan halda süxurun elastiklik 
xassəsi  azalır  və  uzununa  dalğaların  sürəti  su  ilə  doymuş 
nümunələrdə  quru  nümunələrə  nisbətən  azalır.  Bu  da  süxurlarda 
davamlılığın  azalması  təsəvvürünə  uyğundur.  Təzyiqin  artması  ilə 
davamlılıq daha sürətlə azalır. Çünki su bütün məsamələrin hamısına 
daxil ola bilir. 
Beləliklə, deyə bilərik ki, süxurun maddəsi ilə qarşılıqlı təsirdə 
olmayan maye ilə doyduqda uzununa dalğaların sürəti bunlarda artır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə