Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 
50 
tiklik xassəsini daha güclü  azaldır ki, bu da bu tip süxurların hamı-
sına  aiddir.  Az  məsaməli  qum  daşları  və  əhəng  daşları  tərkibində 
böyük  miqdarda  aşqara  malik  olmadığından,  çox  hallarda  özlərini 
monomineral  kimi  aparırlar. Bu süxurların elastiklik parametrləri də 
yüksək qiymətə mlik olur (şəkil 13). Şəkildən görünür ki, belə əhəng 
daşlarında  və  qum  daşlarında  uzununa  dalğaların  sürəti  4kbar 
təzyiqdə  6,5  km/sanyə  çatır,  kvars  və  karbonatlardakı  uzununa 
dalğaların  sürətinin  orta  qiymətinə  yaxınlaşır.  Bu  halda  karbonat 
sementli qum daşları başqalarına nisbə- 
 
Şəkil  13
.  Xəzər  ətrafı  qum  daşları  nümunələrində  uzununa  dalğanın 
sürətinin təzyiqdən asıllığı.(Volaroviç və Balakişibəyliyə görə)
 
 
tən daha böyük sürətə malik olur. V=f(p) qrafiki az məsaməli əhəng 
daşları və qum daşları üçün şəkildə verilmişdir.  
Maqmatik  və  metamorfik  süxurları  az  məsaməliliyə  malik 
olduqları üçün bu süxurlar əsasən mineral tərkiblə səciyyələnir. Artıq 
çoxdan məlumdur ki,  maqmatik  süxurlarda  elastiki dalğaların sürəti 
əsasi  süxurlarda  daha  böyük  olur  (şəkil  14).  Şəkildə  uzununa 
dalğaların  sürətinin  təzyiqdən  asılılığı  göstərir  ki,  üç  tip  intruziv 
ultraəsasi, əsasi, turş süxurlarda sürət qanunauyğun olaraq müəyyən 
oblastlarda yerləşir.  


 
51 
Mineral tərkibin elastik dalğaların sürətinə təsirini süxur iki üç 
komponentdən ibarət olduqda asanlıqla müşayiət edə bilərik. 
Süxur əmələ gətirən mineralların təzyiq altında elastiklik 
 
Şəkil  14. 
Uzununa  dalğaların  sürətinin  təzyiqdən  asılılığı.  1-qranit 
262; 2-qabro-diorit 38; 3-olvinli piroksenit 469. 
xüsusiyyətləri  haqda  məlumat  əldə  olunduqdan  sonra, 
süxurların  elastiklik  parametrlərinin  hesablanması  mümkün  oldu. 
Müxtəlif  mineralların  orta  sıxlığını  və  uzununa  dalğaların  sürətini 
bilərək  süxurların  uyğun  xüsusiyyətlərini  hesablamaq  olar,  əgər 
süxurun  mineral  tərkibinin  miqdarı  məlumdursa,  ilk  yaxınlaşmada 
bunu aşağıdakı kimi etmək olar. Tutaq ki, x
i
 süxurun bu və ya  min-
eral tərkibinin nisbətidir, 

i
 isə onların sıxlığıdır. 

i
 onlarda uzununa 
dalğaların  sürətidir.  Onda  süxurun  sıxlığını  aşağıdakı  formula  ilə 
ifadə etmək olar. 


x

Sürəti ifadə etmək üçün tutaq ki, i-ci mineral süxurda uzununa 
dalğaların  getdiyi  yol  onun  həcmi  ilə  mütənasibdir.  Lx  burada  L 
nümunənin uzunluğudur, dalğanın keçməsinə sərf olunan zaman Lx
-


 
52 
i
/V
i
.  Onda  L/v=

x
i
/  v
i
  .  Beləliklə,  hesablanan  sıxlıq  və  uzununa 
dalğaların  sürəti  bəzi  süxurlarda  təcrübədən  alınan  qiymətlərlə 
müqayisə olunmuşdur. Təcrübələr göstərdi ki,  hesablanılan sürət  və 
sıxlıq  təcrübi  qiymətlərdən  bir  qədər  çoxdur.  Bunun  belə  olmasının 
məsaməliliklə  əlaqədar  olması  güman  olunur.  Atmosfer  təzyiqində 
sürətin  təcrübədən  alınan  qiyməti  hesablanılandan  azdır,  yüksək 
təzyiqlərdə isə əksinə təcrübi qiymət hesablanılandan çoxdur. 
Kiçik məsaməli süxurlarda sürətin hesablanılan və ölçülən qiy-
mətləri arasında fərq çox azdır, yüksək təzyiqlərdə bu fərq daha kiçik 
olur. Süxurlarda uzununa dalğaların və  parametrlərini hesabladıqda 
süxurun  mineral  tərkibi  faizlə  dəqiq  məlum  olmalıdır.  Ancaq  bu  da 
eksperimentdən alınan nəticələri əvəz edə bilməz, çünki hesablama-
larda  süxurun  tərkibindəki  mineral  dənələrin  istiqaməti  və  dənələr 
arasındakı  əlaqə  nəzərə  alınmayıb,  bu  da  əhəmiyyətli  dərəcədə  rol 
oynaya bilər. 
 
§4.  Məsaməliliyin  təsiri.  Əvvəldə  göstərildiyi  kimi  süxurun 
fiziki  və  mexaniki  xassələrinə  yüksək  təzyiq  və  temperaturada  təsir 
edən  faktor  mineral  tərkibdir.  Bununla  yanaşı,  süxurun  elastiki  və 
mexaniki  xassələrinə  təzyiqinin  təsiri  nəticəsində  dəyişməsi 
prosesinə  təsir  edən  faktor  məsaməlilikdir.  Buna  görə  də  süxurların 
bir çox xassələrinin dəyişməsi çox məsaməli süxurlarda, az məsaməli 
süxurlara nisbətən daha böyük olur. 
Madam  ki,  mineral  tərkib  ilk  növbədə  süxurlarda  elastiki  dal-
ğaların sürətinin səviyyəsini və  mexaniki parametrlərini təyin edirsə, 
onda  məsaməlilik  və  məsamələrin  forması  təzyiqinin  funksiyası 
olaraq bu xassələrin əyrilərinin xarakterindən asılı olacaq. Süxurların 
məsaməliliyinin  formasına  baxaraq  bu  nəticəyə  gəlmək  olur  ki, 
məsamələrin forması çox müxtəlif olur. Biz əsasən bunun iki növynə 
baxaq.  Həcmi  məsaməlilik  ölçüləri  bütün  istiqamətlərdə  eyni 
tərkibdə  olur  və  yarıq-yarıq  məsamələr  yaxud  mikroçatlardır, 
bunların ölçüləri bir istiqamətdə 2-3 tərtib o biri istiqamətdən azdır. 
Bu  təsəvvürlərə  əsasən  məsaməli  bərk  cismlərin  modeli  üçün 
hesablamalar  aparılmışdır  və  göstərilmişdir  ki,  nəzəri  əyrilər  v=f(p) 


 
53 
süxurun  təcrübi  əyrilərini  çox  yaxşı  əks  etdirir.  Bu  iki  növ 
məsaməliliyin  olması  süxurlar  üçün  v=f(p)  tipik  qrafiki  ilə 
əlaqədardır (Şəkil 15). Bunlardan birincidə sürət xeyli artır, ikincidə 
təzyiqin  böyük  qiymətində  sürətin  artması  yavaş  gedir.  Birinci 
hissədə  sürətin  artımı  təzyiq  artdıqca  süxurda  olan  deşiklər  və 
dənələrin  təmasları  arasındakı  mikroçatlar  bağlanır  və  bütöv  bir 
mühit yaradır, bu oblastda sürətin kəskin artmasına səbəb olur, bu da 
süxurun akustik keçiriciliyinin güclü artmasına səbəb olur. 
Çökmə  süxurlarda  məsaməlilik  süxurun  elastiklik  xassəsinə 
çox təsir edir. bütün çökmə süxurlarda məsaməlilik çox böyük olur. 
Süxurun  gövdəsi  çox  hallarda  kifayət  dərəcədə  yumşaq  olur. 
Nəticədə  təzyiqin  təsirindən  məsaməlilik  geriyə  dönməz  dəyişməyə 
məruz  qalır.  Böyük  dərinliklərdən  götürülmüş  eyni  tip  süxurlarda 
məsaməlilik  az  qiymətə  malik  olur  və  elastiklik  parametrlərin 
məsaməlilikdən asılılığı eyni olur. 
Axırda məsaməliliyin, süxurların elastiklik əmsalına və əksinə 
davamlılığına  baxaq.  Bu  xüsusiyyətlər  təbii  olaraq  məsaməlilik  art-
dıqca azalmağa başlayır. Az çatlı bərk süxurlarda Yunq modulu üçün 
ümumiləşmiş  qiymətlərin  məsaməlilikdən  asılılıq  diaqramı  veril-
mişdir (Şəkil 15). 
 
Şəkil 
15.  Bərk  süxurlarda  məsaməliliyin  elastiklik  (a)  və  sıxlıq  (b) 
xarakteristikalarına ümumiləşmiş təsiri. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə